Ardını oxu...
Cinin iqtisadi tənəzzülü dünya və özü üçün nə vəd edir?
Son 20 il ərzində Çin elə sürətlə inkişaf edir və zənginləşirdi ki, hamıya aydın idi – bu gün-sabah
ABŞ-a, dünyanın ən zəngin və nüfuzlu dövlətinə çatacaq və hətta onu ötəcək. Amma son üç ildə
Çin kəskin tormozlayıb və məsələ aktuallığını itirib. Niyə belə alındı?
Bu yay Qərbdəki ekspertlər və siyasətçilər öləziyən Çinlə necə yaşamaq və Çin iqtisadiyyatının
böhranının qalan dünyaya təsiri haqda danışmağa başladılar.
Qocalan Çin Amerika üçün iqtisadi təhlükədən siyasi və hərbi təhlükəyə çevrilir. Asiyalı qonşuları
üçün qərb biznesini və sərmayəsini cəlb etmək fürsəti yaranır. Rusiya üçün isə Çin möcüzəsinin
çöküşü özünün əsas məhsulundan – enerji daşıyıcılarından gələn qazancın azalması deməkdir.
Asiyanın uçan əjdahası nədən sürünən soxulcana çevrildi? Çin həqiqətən tənəzzülə
məhkumdurmu, yoxsa kompartiya istəsə, səbir və zəhmət hər şeyin öhdəsindən gələr?
Axı nə baş verib
Qısa desək, Çin iqtisadiyyatının əsas mühərriki – daşınmaz əmlak bazarı – taqqıldamağa
başladı. Amma bu, daha dərin xəstəliyin simptomudur, səbəbi isə demoqrafiyada və başlıcası,
Kommunist partiyasının və onun lideri Si Tsinpinin rəhbər və yönləndirici roluna etimad
böhranındadır.

Yoxsul Çin də Rusiya kimi 1990-cı illərdə bazar iqtisadiyyatına keçəndən və Qərbə açılandan
sonra varlandı. İqtisadiyyat ildə 10-15% inkişaf edirdi, amma inkişaf, sənayeləşmə və
urbanizasiya özünü tükətdi və Si zamanı iqtisadiyyat iki dəfə ləng – ildə 5-7% artdı.
Ötən il isə cəmi 3% artıb, 2023-cü ilin ikinci rübündə inkişaf 3 faizi zor-bəla aşıb. Ümumən il
üçün göstərici 5% olsa, şükürlü olacaq, baxmayaraq ki, Çinin total lokdaunda keçirdiyi 2022-ci
ilin müqayisə bazası çox aşağıdır.
Analitiklər bir səslə deyirlər ki, Çindəki böhran iqtisadi yox, siyasidir.
Ona görə baş verdi ki, kommunist lider Si Tsinpin hakimiyyətini möhkəmləndirdi və
yenidənqurmaya başladı. O, ixracın sürətli artımına və borc pullara investisiyaya əsaslanan
əvvəlki artım modeli əvəzinə Qərbdəki kimi istehlaka söykənən iqtisadiyyat qurmaq istəyir.
Kefinin istəməyinə görə yox. Artımın əvvəlki mənbələri sadəcə tükənmədi, indi onlar həm də
iqtisadiyyatı dibə çəkirlər.
“Bu, struktur yavaşlamasıdır. 2008-2016-cı ildə artımı təmin edən mühərriklər indi səs edir. Çin
iqtisadiyyatının 25 faizi daşınmaz əmlak sektorunun payına düşürdü. Bu sektordakı tənəzzül
ümumən artım yavaşlamasının əsas səbəbidir”, – Amerika strateji və beynəlxalq tədqiqatlar
mərkəzindən (CSİS) Loqan Rayt deyir.
Niyə çinlilər daha ev almırlar
Birincisi, onların gəlirləri daha əvvəlki kimi artmır. İkincisi, evlər ucuzlaşır. Üçüncüsü də, gələcəyə
inanmırlar. Amma bu barədə bir qədər sonra, indi mənzildən danışaq.
Çinli üçün mənzil gələcəyə pul qoyuluşudur. Partiya banklarda depozit faizini həmişə sıxıb,
sosial dəstək isə inkişaf etməyib. Buna görə də çinlilər ənənəvi olaraq “qara gün” üçün pul
ayırırlar, onu da çox vaxt daşınmaz əmlaka qoyurlar.
Əmanət obyekti olmaqdan əlavə, mənzillər öz funksiyalarını da yerinə yetirirdilər – insanlar bir
yerdə yaşamalıdırlar.
İndi bu faktorlar yoxdur. Developerlərin problemləri və düşən qiymətlər üzündən daşınmaz
əmlak əmanət obyekti kimi cəlbediciliyini itirib. Urbanizasiya praktiki yox olub, əhali artımı da
dayanıb.
“Qorxuram ki, evlərə fundamental tələbat demoqrafiya üzündən sarsılıb, – Amerikanın
Beynəlxalq münasibətlər şurasından (Council on Foreign Relations) Zoi Lyu deyir. –
Urbanizasiyanın piki geridə qaldı, bağlanan nikahların sayı isə 2013-cü ildən azalır”.
Tikmək də alınmır. Qabaqlar developerlər kredit götürürdülər, torpaq alırdılar, fundament
qazırdılar, hələ tikilməyən mənzilləri əhaliyə satırdılar. Əldə etdikləri pulla isə yox, binanı
tikmirdilər, yeni torpaq alırdılar, yeni kredit üçün girov qoyurdular, fundament qazırdılar… belə
davam edirdi.

Müəyyən məqamda köpük şişdi və kompartiya müdaxilə etdi, tənzimləməni sərtləşdirdi, indi
daşınmaz əmlaka bütün investisiya – insanların bünövrə mərhələsində aldıqlarının tikilib başa
çatdırılmasıdır.
İndi heç kim bünövrə qazmır. Daşınmaz əmlak sektorunda fəallıq 2021-ci ilin ortalarından bəri
iki dəfədən çox azalıb.
“Bu da sizə Çində investisiyaların azalmasının əsas amili, – Loqan Rayt deyir. – Çin
iqtisadiyyatının artımı üçün daşınmaz əmlak sektorunu əvəz edəcək başqa mənbə tapılmadı.
Onun son iki ildə kəskin azalması bununla izah olunur. 2008-09 dünya maliyyə böhranından
sonra Çinin inkişafını təmin edən səbəblər ən azı yaxın 10 il üçün tükəndilər”.
Əgər investisiyaların ixtisarı qaçılmazdırsa, Çin hakimiyyəti onu iqtisadi artımın digər iki
komponenti – istehlak və ixrac – hesabına kompensasiya etməlidir.
Amma bununla bağlı çətinlik var. Səbəbi aşağıda.
Çinlilər niyə ruhdan düşüblər
İnsanları pul xərcləməyə sövq etmək – Çin kompartiyasının əsas vəzifəsi budur. Amma uğurlar
ciddi deyil.
İşsizlik artır, daşınmaz əmlak ucuzlaşır, istehlak qiymətləri enir. Belə şəraitdə çinlilər xərcləməyə
deyil, borcları ödəməyə və pul yığmağa üstünlük verirlər.
Ən əsası isə – onlar gələcəyə və kompartiyanın bütöv bir nəslin alışdığı fasiləsiz rifah artımını
təmin etmək qabiliyyətinə daha az inanırlar. Partiya və Sinin nə etmək lazım olduğunu dəqiq
bildiklərinə inamı əvvəlcə sərt lokdaun, sonra da etirazlar nəticəsində ondan birdən imtina
sarsıtdı. Paralel olaraq Si “ümumi çiçəklənmə” naminə milyarder və aktrisalara kəc baxdı, sonra
fikrini dəyişdi. Bütün bu zaman ərzində də Qərblə konflikt gücləndi, bu da əhalidə Tayvan
uğrunda müharibə gözləntisi yaratdı.
“Çində ünsiyyətdə olduğum bir çoxları ölkənin gələcəyi və öz perspektivləri haqqında olduqca
inamsız danışırlar”, – son bir ildə üç dəfə Çində səfərdə olan Skott Kennedi (CSİS) öz
təəssüratlarını bölüşür.
“İnsanlar getdikcə daha az xərcləyir, çox yığırlar. Özü də mənə elə gəldi ki, məsələ daşınmaz
əmlak bazarında köpüyün partlamasında deyil. Səbəb ölkənin qeyri-düzgün istiqamətdə getməsi
hissindən doğan ümumi etimadsızlıqdadır”.
Nəticədə çinlilər arasında yeni Cek Ma olmaq və hakimiyyətin qəzəbinə tuş gəlmək istəyənlər
getdikcə azalır.
“Yırtıcı instinkt boğulub, gəncləri apatiya bürüyüb”, – Zoi Lyu problemin kökünü belə təsvir edir.

Çinlilərin gələcəyə inamını necə qaytarmalı
“Siqnal lap yuxarıdan, Si Tsinpindən gəlməlidir. İslahatlara sadiqlik siqnalı. Hakimiyyətin
mərkəzləşdirilməsi hamını səsdən məhrum edib”, – Loqan Rayt deyir.
“Əlbəttə, Çin hakimiyyəti borcları və demoqrafiyanı qaydaya salmalıdır, amma əsas problem
başqadır, – onun həmkarı Skott Kennedi bu siqnalın məzmununu təsvir edir. – Yeni birləşdirici
hədəf tapılmalı və əhali ardınca aparılmalıdır. Qərblə münasibətlərdə gərginlik azaldılmalıdır.
Ölkəni bacarıqla idarə edə bildiklərini də sübut etməlidirlər”.
Hətta bu halda da yeni iqtisadi yüksəlişə təminat yoxdur, amma əhalinin gələcəyə inamı qismən
də olsa bərpa edilər və istehlak canlanar, Kennedi deyir.
Zoi Lyu hesab edir ki. bunun üçün Si kursunu dəyişməlidir. “Şəffaflığa qayıdış və islahatlar vədi
məni inandırardı. Tyananmen meydanındakı hadisələrdən sonra Den Syaopinin etdiyi kimi bir
şey”, – Lyu 1989-cu ildə Pekinin mərkəzi meydanında demokratik islahatlar uğrunda çıxışların
qanlı yatırılmasından sonra Çinin iqtisadi möcüzəsinin doğuluşunu xatırlayır.
Hər şey çox da pis deyil. Həm Çin, həm dünya üçün
Demək olar, bütün ekspertlər xəbərdarlıq edirlər ki, hətta artım əvvəlki olmasa belə, Çini
hesabdan silmək tezdir.
“Şübhə yoxdur ki, pik arxada qaldı, onlar heç vaxt 8-9% artıma qayıtmayacaqlar, buna mane olan
struktur problemlər var, – ABŞ-ın Peterson dünya iqtisadiyyatı institutundan (Peterson Institute
for International Economics) Nik Lardi deyir. – Amma əminəm ki, geriləmə də başa çatıb.
Görünür, Çin dönüş dövrünü yaşayır. Bundan sonra artım azalmayacaq, sürətlənəcək və yaxın
illərdə indiki 3 faizdən xeyli yüksək olacaq”.
Maaşlar artır, gerçək qazanclar illik ifadədə 5-7% çoxalır. Əmanətlər isə əksinə, azalır.

“Əlbəttə, istehlakçı etimadı ilə bağlı problemlər var, amma gəlirlər bu sürətlə artmaqda davam
etsə, istehlak da istənilən halda yüksələcək”, – Nik Lardi əmindir.
İqtisadiyyatın digər iki mühərrikinin – investisiya və ixrac – sürətlənməsinə bel bağlamaq hələ
mümkün deyil.
Çin 2000-ci illərin sonlarından ixracda dünya lideri olaraq qalır, amma ixracın ÜDM-də çəkisi
azalır. Əgər 15 il əvvəl iqtisadi fəallığın 1/3-ni təşkil edirdisə, indi yalnız 1/5-dir, Zoi Lyu xatırladır.
İnvestisiyalarla bağlı da çətinliklər var. Dövlət qoyuluşları regionların nəhəng borcları və mərkəzi
hakimiyyətin 2008-09 maliyyə böhranından sonrakı böyük miqyaslı stimullaşdırmanı təkrar
etmək istəməməsi ilə məhdudlaşır. Bütün qoyuluşların 54 faizini təşkil edən özəl investisiyları
isə təkcə haytek-biznesə və özəl təhsilə qarşı keçmiş repressiyalar deyil, Çinin xarici
biznesmenlər və maliyyəçilər üçün investisiya cazibədarlığını itirməsi də durdurur.
Loqan Rayt hesab edir ki, bu, Qərb, ilk növbədə ABŞ üçün yaxşı xəbərdir: “ABŞ-da Çinin onları
ÜDM üzrə keçə biləcəyinə görə daha narahat deyillər. İndi Ştatlar Çinlə münasibətlərdə diqqəti
milli təhlükəsizlik aspektinə cəmləyə bilərlər”.
Qərb Çindəki yavaşlamanın bütün dünyaya təsir edəcəyindən və yeni böhran yaradacağından
əndişə keçirməyə bilər, Nik Lardi deyir. “Hə, Çin dünya iqtisadi artımının təxminən 30-35 faizini
təmin edir. Amma o, ümumən dünya iqtisadiyyatından daha çox ayrı-ayrı ölkələr və bazarlar
üçün mühümdür”.
Çinin süst artımı, məsələn, Almaniyaya, Çinin əsas Avropa partnyoruna ziyan vurur. Ukraynaya
təcavüzdən sonra Qərb bazarını itirən Rusiya iqtisadiyyatının ixracından asılı olduğu enerji
daşıyıcılarının bazarında da qiyməti aşağı salır.
Bundan əlavə, Çinin də öz cokerləri var. O, iqtisadi artımın xarab mühərriklərini təmin etmədən
yenilərini işə salmağa ümid edir.
Çin yeni enerjini fəal inkişaf etdirir, elektromobil istehsalında çoxdan dünya liderliyini əldə edib
və yeni yaranan süni intellekt tətbiqi sahəsində Qərblə rəqabəti qazanmaq niyyətindədir.
“Yaddan çıxarmayaq ki, Çin ciddi iqtisadi problemlərlə ilk dəfə üzləşmir. Hər dəfə də onların
öhdəsindən gəlməyi bacarıb, – CSİS-dən Kler Rid deyir. – İqtisadi artımın rekord templəri arxada
qalsa da, Çinin bu dəfə də böhrandan çıxış tapmaq bacarığını nəzərə almamaq olmaz”.
Hazırladı: Yadigar Sadıqlı
pressklub
 

Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “TVM İnşaat” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Xidmət Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınmasına görə “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.


Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bankın sentyabrın 15-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Ardını oxu...
Dövlət Statistika Komitəsi ölkədə qeydə alınan inflyasiya ilə bağlı rəqəmləri açıqlayıb. Belə ki, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 111,7 %, əvvəlki ayla müqayisədə isə 99,6 % olub.

Avqustda əvvəlki aya nisbətən qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün qiyməti ucuzlaşıb, düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə edilib.

Bir sıra məhsullarda ucuzlaşma mövsümi xarakterilidir, yoxsa davamlı olacaq? Əgər bu mövsümidirsə, önümüzdəki dönəmdə qiymət artımları gözlənilirmi?

Teref.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev bildirib ki, inflyasiyanın və bəzi ərzaq qiymətlərinin aşağı düşməsi dünyada gedən bir sıra proseslərlə bağlıdır:

“Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının möhkəmlənməsi burada vacib şərtlərdəndir. Unun, eləcə də digər ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsi həm mövsümi, həm də davamlı ola bilər. Hesab edirəm ki, əlaqələr güclənirsə, nəzarət varsa, inflyasiyanın aşağı düşməsi qanunauyğun haldır. Müəyyən inhisarçılığın aradan qaldırılması, bazara nəzarətin gücləndirilməsi, digər tərəfdən sahibkarlığın inkişafı, işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması və müəyyən qaydada həyatın canlandırılması, sözsüz ki, qiymətlərə öz təsirini göstərməlidir. Bu da çox yaxşı haldır. Müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində aşağı düşmələr var”.

Komitə sədri vurğulayıb ki, mövcud vəziyyəti saxlamaq lazımdır:

“Müəyyən tədbirlər həyata keçirməklə, inflyasiyanın aşağı düşürülməsini hökumət həyata keçirə bilər. Ölkədə bu sahədə çox böyük işlər həyata keçirilir. İnsanların rifah halının yaxşılaşdırıılması, onların qida və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün hökumətin tədbirlər planı var. Bu gün işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi və həyatın canlandırılması bizə imkan verir ki, Bir-iki ildən sonra bazarda qiymətləri aşağı salaq. Çünki o torpaqda əkin dövriyyəsi də daxil olduqdan sonra kənd təsərrüfatı məhsulları artacaq. Ətin, südün, yağın, yunun, yumurtanın və digər məhsulların qiymətlərində aşağı düşmələr müşahidə olunacaq”.

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə inflyasiyanın aşağı düşməsinin mövsümi xarakter daşıdığını bildirib:

“Yay aylarında Azərbaycanda inflyasyanın bir qədər aşağı göstəricilərə malik olmas təbii haldır. Hər il biz bunu müşahidə edirik. Əvvəlki illərdə inflyasiyanın daha aşağı olması müşahidə olunurdu. Bu il inflyasiyanın azalma dinamikası bir qədər zəifləyib. Bu il yay aylarında inflyasiya daha yüksək olub. Bu mövsümi xarakter daşıyır. Ölkədə yay aylarında kənd təsərrüfatının mövsümü dövrüdür. Bu zaman yerli məhsulların bazara çıxması bütün sahələrdə bir qədər ucuzlaşma, qiymət artımlarının səngiməsi ilə müşahidə edilir. Bu, mövsümi xarakter daşıyır və qarşıdakı aylarda inflyasiyanın və qiymətlərin artması təxminləri daha aktualdır”.

A.Nəsirli hansı ərzaq məhsullarının bahalaşa biləcəyindən də danışıb:

“Qarşıdakı aylarda buğda, un və un məhsullarının qiymətində artımın olacağını düşünmürəm. Çünki dünyda buğda istehsalı ötən ilki rekord göstəricini də ötüb. Bizim daha çox məhsul idxal etdiyimiz Rusiyadan ərzaq buğdası idxalı ötən ay ABŞ-ın Kənd Təsərrüfatı Departmentinin təxminlərinə görə 47 milyon ton olacaqdı. Amma bu ay ABŞ Kənd Təsərrüfatı Departmenti bu proqnozu 48 milyon tona yüksəldib. Rusiyanın bəzi ərazilərində taxıl biçini bitib. Artıq onun döyülməsi və təhvil verilməsi prosesi gedir. Növbəti ayda ola bilsin ki, proqnoz 1 və ya yarım milyon ton artsın. Rusiya ixracatının 49 milyon tona yaxın olacağı gözləniləndir. Hazırda buğdanın təhvili prosesi gedir. Ötən ay ümumi ixracatın 105 milyon ton gözlənilməsinə baxmayaraq, bu ay artıq proqnoz 108 milyon tondur. Buğdanın qiyməti sabit qala bilər. Ancaq bitki yağları, kərə yağı, ət, qışa doğru getdikcə digər kənd təsərrüfatı məhsulları bahalaşacaq”.

Ekspertin sözlərinə görə, bahalaşma yerli kənd təsərrüfatı məhsullarının az olması ilə bağlıdır.

"Kartof, xiyar, soğan, qarpız və yemiş kimi məhsullardan başqa Azərbaycanda kənd təsərrüffatı məhsulları yerli tələbatın aşağı-yuxarı 40-50 faizini təşkil edir. Qalan 50-60 faiz isə xaricdən idxal olunur. İdxal malları da əlbəttə ki, yerli məhsullardan baha başa gəlir. Çünki daşıma xərcləri var. Ölkədə bahalaşmanı və infliyasiyanın aşağı salınması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarına olan yerli tələbatın heç olmasa 80-90 faizini yerli istehsalla ödəməyə ehtiyac var. Bununla inflyasiyanı xeyli aşağı sala bilərik. Eyni zamanda valyuta itkilərimiz də aşağı düşər. Məlumdur ki, idxal valyuta itkisi deməkdir. Hər il təxminən 3 milyard dollar pul xərcləmişik. Valyutanın çıxışı da inflyasiyanı stimullaşdırır”.

İqtisadçı ekspert Asif İbrahimov deyir ki, hər bir məhsulun və ya xidmətin qiymətini formalaşdıran onun ərsəyə gətirilməsində çəkilən xərclə bağlıdır:

“Biz bir çox məhsulları idxal edirik. İstehsal etdiklərimizin də xammalını, inqrediyentlərini yenə də xaricdən idxal edirik. Bu da istər-istəməz bahalaşmaya gətirib çıxarır. Hazırda Rusiya-Ukrayna müharibəsi gedir. Bu iki ölkə dünyanın taxıl ehtiyacının 25 faizini təmin edirlər. Bunlar arasındakı müharibə qeyri-ixtiyari olaraq bütün dünya ölkələrinin daxili bazarına öz təsirini göstərdi. Bu xarici faktordur. Lakin daxili faktorlar da var. Məsələn yanacağın, qazın bahalaşması faktları var. Ötən il Azərbaycan sahibkarı 250 manat minimum əmək haqqı ödəyirdisə, indi 340 manat ödəməyə başlayıb. Bunlar hamısı qiymət artımlarına təsir göstərir. Stastikaya baxanda ərzaq məhsullarının qiymətinin aşağı düşdüyü görünür. İnflyasiya aşağı düşüb. Rəsmi olaraq inflyasiyanın 11,7 faiz olduğu söylənilirdi. Çoxdandır, həyacan təbili çalırdıq ki, Azərbaycanda inflyasiya üçrəqəmlidir. Bunu artıq rəsmi formada etiraf etdilər. İndi 6 manata pomidor yoxdur. Buna baxmayaraq, ötən ilin avqust ayı ilə müqayisədə məhsulların qiyməti bu il baha olub”.
Ekspertin fikrincə, bu mövsümi xarakter daşıyır:

“Mövsümi meyvələrin çıxması, xüsusilə də, kənd təsərrüfatı məhsullarının sezona uyğun olaraq ucuz olması inflyasiyanın nisbətən enməsinə səbəb oldu. Qida məhsullarının inflyasiyası aşağı düşdü. Təbii ki, soyuq aylara keçdikcə bahalaşma olacaq. Bu da orta statistik Azərbaycan əhalisinin ailə büdcəsində müşahidə olunmağa başlayacaq. Hava soyuduqca, istehsal zamanı əlavə işıq, qaz tələb olunacaq. Eyni zamanda əməkhaqqı fərqli olacaq. Yəni bahalaşma qeyri-ixtiyari baş verir”.
 
Ardını oxu...
Macarıstanın Energetika Nazirliyi və Fransanın “Framatome” korporasiyası atom elektrik stansiyalarının istismarı və yanacaq təchizatı üzrə birgə işi nəzərdə tutan əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu imzalayıblar. Macarıstanın Energetika Nazirliyinin məlumatına görə, sənədi Budapeştdə departament rəhbəri Çaba Lantos və Fransa şirkətinin baş direktoru Bernard Fontana imzalayıblar.

Nazirlik 2021-ci ildən nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Framatome ilə əməkdaşlıq etdiyini xatırladıb: "Əsasən təhsil, təlim, tədqiqat və inkişafa yönəlmiş tərəfdaşlıq uzunmüddətli istismar və nüvə elektrik stansiyalarının yanacaq təchizatı üzrə birgə işlərlə tamamlanacaq”.

Qeyd edək ki, Macarıstanda Pakşda 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş yeganə atom elektrik stansiyası Rusiya nüvə yanacağı ilə işləyir. “Telex” internet nəşrinin yaydığı məlumata görə, sentyabrın 9-da Macarıstanın baş naziri Viktor Orban ölkənin Vətəndaş Forumunun fəalları ilə qapalı görüşdə hökumətin son nəticədə Pakş AES-i Fransanın nüvə yanacağına keçirmək niyyətində olduğunu deyib. Baş nazir burada məqsədin Rusiyadan enerji asılılığını azaltmaq olduğunu da vurğulayıb.

Bu məlumatla bağlı TASS-ın sorğusunu cavablandıran Macarıstanın Moskvadakı səfiri Norbert Konkoy “Telex”in məlumatını təkzib etmişdi: "Macarıstanın baş naziri Viktor Orban belə bir bəyanatla çıxış etməyib. Macarıstan Pakş AES-də Rusiya yanacağını fransız yanacağı ilə əvəz etmək niyyətində deyil. Macarıstan-Rusiya nüvə sahəsində əməkdaşlığı uğurla inkişaf edir və Macarıstan bu əməkdaşlığı davam etdiririk”. Lakin bu gün imzalanan memorandum göstərir ki, ya səfirin hökumətin planından məlumatı yoxdur, ya da bilərəkdən məlumatı təkzib edib.

Qeyd edək ki, Macarıstan Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycandan və Qətərdən qaz almaq üçün müqavilələr imzalayıb.

Müsavat.com
 
Ardını oxu...
2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb.

Bildirilir ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.

Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib. Bu o deməkdir ki, yeddi ay ərzində bu rəqəm 218 milyon dollar və ya 3,4% artıb.

Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir.

Qeyd olunur ki, sosial-iqtisadi proqramları həyata keçirmək üçün Ermənistan yeni kreditlər götürməkdə davam edir. Bu ilin aprelində hökumət Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə ümumi məbləği 92 milyon avro olan yeni kredit sazişi - “Yaşıl, davamlı və inklüziv inkişaf siyasəti krediti” imzalayıb.

Bu dövrdə daxili borc daha da sürətlə artıb. Cari ilin yeddi ayında daxili borc 496 milyon dollar və ya 11,8% artaraq 4 milyard 688 milyon dollar təşkil edib.
 
Ardını oxu...
Azərbaycanla Macarıstan arasında birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə müzakirələr aparılıb.

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.
"Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. İki ölkə arasında münasibətlərin inkişaf dinamikası, əməkdaşlıq perspektivləri barədə danışdıq", - deyə nazir paylaşımında qeyd edib.
 
Ardını oxu...
"Müşahidələrimə əsasən deyə bilərəm ki, bu il kənd təsərrüfatı üçün hava şəraiti o qədər də əlverişli olmadı. Əvvəlcə çox quraqlıq oldu. Daha sonra lokal formada olsa da, sel və dolu yağışlarının şahidi olduq. Bu təbiət hadisələri bütün ölkəni əhatə etməsə də, ümumilikdə kənd təsərrüfatına təsirsiz qalmadı".

Bunu TNS-ə aqrar məsələlər üzrə mütəxəssis Cəfər İbrahimli deyib.

O qeyd edib ki, bu il quraqlıq olduğu üçün suvarma ilə bağlı xeyli problemlər ortaya çıxıb: “Bu il hava şəraiti baxımından ölkəmizdə kənd təsərrüfatı və fermerlər üçün uğurlu il hesab edilmir. Amma müxtəlif kənd təsərrüfatı məhsulları üzrə rəqəmlərə nəzər saldıqda artımların olduğunu görürük”.

Mütəxəssis bildirib ki, 2023-cü ilin yayında aqrar məhsulların qiymətləri əvvəlki illərlə müqayisədə yüksək olub: “Bu məsələdə də təbii ki, tələb-təklif özünü göstərir. Fermerlərin müəyyən qədər bazarlara çıxış imkanlarının məhdud olması, bazara gecikməsi və işlərin çoxluğu və digər səbəblərdən aqrar məhsullar vaxtında satışa çatdırılmır. Bu kimi problemlər də nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır. Artıq payız fəsli ərəfəsindəyik. İndi aqrar məhsulların toplama dövrü başa çatır. Deməzdim ki, hər hansı bir məhsulun istehsalı ölkəmizdə kütləvi şəkildə aşağı düşüb və ya qıtlıq ehtimalı var. Aqrar məhsullarla bağlı bu çərçivədə dəyərləndirmə apararkən, payızda qıtlığın olacağını güman etmirəm. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymət artımının da yüksələcəyini düşünmürəm. Təbii ki, müəyyən çətinliklər mümkün görünür. Amma qış üçün ehtiyat anbarlarda kifayət qədər məhsul saxlanılır".
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: "2022-ci ildə bu istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların, həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70 faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.

R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: "Rəsmi rəqəmlərlə Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr şəklində əksini tapırdı”.

İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses mənfi təsir göstərib: "Köçürmələrin azalması regionlarda fərqli formada əks olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi - Lənkəran iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir rayonlarında yaşayan əhalinin ailə təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər də ciddi təsir göstərmir”.

Ekspert dedi ki, ölkəmizə pul köçürmələrinin azalması hələ uzun müddət davam edəcək: "Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir. Düzdür, bizdə istənilən halda profisit olur. Amma bu proses profisitin həcminə də mənfi təsir göstərir. Bu pullar eyni zamanda bazarda xərclənir. Sərhədlər açılandan sonra imkanlar yenidən yaranacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu da prosesin davam etməsi ilə bağlı çağırışlar yaradır”.

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, digər ölkələrdən gələn pul köçürmələri azalsa da, Rusiyadan olan köçürmələrdə heç bir problem yoxdur: "Xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının əsas səbəbi dünyada baş verən iqtisadi təlatümlərdir. Bu təlatümlər həmçinin xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinə də mənfi təsir göstərib. Bu da ölkəyə pul köçürmələrinin həcminə təsir edib. Digər ölkələrdən pul köçürmələrinin həcmində azalma olsa da, Rusiyadan Azərbaycana köçürmələrdə artımlar olub. Ukrayna ilə müharibədən dolayı Rusiyadan bir çox ölkələrə kapital axını, vəsaitlərin yatırılması hesabına pul köçürmələrində artımlar baş verib”.

E.Əmirov qeyd etdi ki, bu proses Azərbaycandan xaricə olan pul köçürmələrinə də mənfi təsir göstərəcək: "Rusiyadan da Azərbaycana pul köçürmələrinin həcmi getdikcə azalacaq. Həmçinin, digər ölkələrdən də köçürmələrin həcmində azalma baş verəcək. Bu proses hazırda dünyanı caynağına keçirmiş iqtisadi təlatümlər sovrulana qədər davam edəcək. Nə qədər ki inflyasiya davam edəcək, iqtisadi böhranın təsirləri real şəkildə azalmayacaq. Köçürmələr azala-azala gedərsə, təbii ki, mənfi təsirlər də qaçılmaz olacaq. Amma xaricdən pul köçürmələri azalırsa, eyni zamanda Azərbaycandan da xaricə pul köçürmələrində azalmalar baş verəcək”.

Mənbə: "Kaspi" qəzeti
Ardını oxu...
ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq.

Bu barədə Slovakiyanın “dennikn.sk” nəşri yazıb.

Məlumata görə, bu vəsait şərq sərhədinin mühafizəsi üçün təlimlərə və texnikanın tədarükünə sərf olunacaq.

“Layihə sərhədi silahların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətindən qorumağa kömək etmək məqsədi daşıyır, həmçinin sərhədi qanuni şəkildə keçməyin asanlaşdırılmasına yardım etməlidir”, - məlumatda bildirilir.

Nəşr qeyd edir ki, layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.
 

Dünyapress TV

Xəbər lenti