Ardını oxu...
Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Su İdmanı Sarayı” MMC tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 177 min manat olan tender müsabiqələrinin qalibi fiziki şəxs Əliyev İlham Məmmədtağı oğlu olub.

Əliyev İlham Məmmədtağı oğlu “Su İdmanı Sarayı” MMC-nin sifarişi əsasında ümumi çəkisi 250 min kiloqram olan bədən dəsmalı, əl-üz dəsmalı, fitə, xalat və s. məhsulların yuyulmasını həyata keçirəcək.

Rəqəmlərdən də göründüyü kimi, 1 kq məhsulun yuyulması üçün “Su İdmanı Sarayı” MMC 71 qəpik xərcləyəcək.
 
Ardını oxu...
"Aqrar Sığorta” şirkəti 2024-cü ilə pis başlayıb. Sığorta şirkətinin topladığı sığorta haqqları 2024-cü ilin yanvar ayında 6,9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 23,3% və ya 2,1 milyon manat azdır.

Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Belə ki, 2023-cü ilin yanvar ayında müştərək sığorta şirkəti 9 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Bu dövrdə "Aqrar Sığorta” şirkətinin ödənişləri isə 4,6 dəfə və ya 686 min manat artaraq 877 min manata yüksəlib. 2023-cü ilin ilk ayında sığorta şirkəti cəmi 191 min manat ödəniş həyata keçirmişdi.

Sığorta yığımlarının azalması və ödənişlərin kəskin artması "Aqrar Sığorta” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini kəskin artırıb.

2023-cü ilin yanvar ayında sığorta şirkəti topladığı hər 100 manatın 2,1 manatını ödənişə yönəldibsə, bu ilin yanvar ayında bu rəqəm 12,7 manata yüksəlib.

Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti ("Azərbaycan Sənaye Sığorta” ASC, "AzSığorta” ASC, "Bakı Sığorta” ASC, "Xalq Sığorta” ASC, "Qala Sığorta” ASC, "Meqa Sığorta” ASC, "PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.
 

Ardını oxu...
“Novruz bayramı ərəfəsində ənənəvi qiymət artımını gözləmək olar. Bu o demək deyil ki, əhalinin əlində çoxlu pul vəsaiti var və ona görə qiymətlər artır. Bu tamamilə başqa amillərlə bağlıdır”.

Bunu iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a söyləyib.

O qeyd edib ki, inhisarçılıq meyilləri, xüsusilə də istehsalçıların alıcılara birbaşa çıxış imkanlarının məhdud olması bu məsələnin əsas səbəbidir:

“Qiymət artımının digər bir səbəbi isə idxaldan asılılıqdır. Yerli istehsalın lazımı həcmdə olmaması idxaldan asılığı artırır ki, bunun da nəticəsində qiymətlər artır. Elə bir vəziyyət yaranır ki, idxal olunan məhsulun qiyməti yerli məhsulla müqayisə heç də yüksək olmur. Bu da yerli istehsalçılara müəyyən problem yaşadır və yerli istehsalın zəifləməsinə səbəb olur. Son nəticədə yerli istehsalın zəifləməsi idxaldan asılılığı artırır. İdxal da elə bir istiqamətdir ki, dünya bazarında hansısa bir təlatümün, problemin olması qiymətin artmasına səbəb olur. İdxaldan asılılıq sözsüz ki, arzuolunan deyil”.

Ardını oxu...
"Çox maraqlıdır bu gün marketdən zeytun aldıq məhsulu olan çekdə ƏDV -dən azad yazıldığı görünür..." Dia-az.info bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Malik Səbuhi adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra haqlı olaraq əlaqədar qurumlar qarşısında məsələ qaldıraraq soruşur:

Ardını oxu...

"Bu kimi məhsulu digər firma istehsalçı həmişə ƏDV-li olur..

700 hektar zeytun ərazisi olan şirkət niyə ƏDV-dən azaddır?"

Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
Dövlətə məxsus “Aztelekom” MMC 2022-ci ili 26.101 milyon manat xalis zərərlə başa vurub.

Şrkətin maliyyə hesabatına istinadən xəbərə görə, bu, 2021-ci ilə nisbətən 2.25 dəfə çoxdur.

Son nəticədə şirkətin 14.2 milyon manat bölüşdürülməmiş mənfəəti 11.901 milyon manat yığılmış zərərlə əvəzlənib.

2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106.972 milyon manat (2021-ci illə müqayisədə 8.2 % çox), xidmətlərinin maya dəyəri 82.639 milyon manat (15.8 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 47.551 milyon mant (33.2 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1.784 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1.982 milyon manat (20 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 3.593 milyon manat (6.7 % çox), mənfəət vergisi ödəmələri isə 6.278 milyon manat (30.5 % çox) təşkil edib.

2023-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270.852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16.5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 73.7 % artaraq 77.286 milyon manata, balans kapitalı isə 3 % artaraq 193.566 milyon manata çatıb.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22.525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
Banker.az
Ardını oxu...
“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.

Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:

“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”, – deyə deputat vurğulayıb.
 
Ardını oxu...
“Vecon Consultıng” MMC qiymətləndirmə şirkəti inşaat materialları bazarında 2023-cü ilin nəticələri və 2024-cü ilin proqnozları ilə bağlı təhlil materialı dərc edib.

Həmin materialı təqdim edirik:“2024-cü ildə inşaat materialları bazarında qiymət dəyişikliklərini səciyyələndirsək, 2023-cü ilə nisbətdə qiymətlərdə azalmaların baş verdiyini söyləyə bilərik. Bahalaşma anına qədər olan qiymətlərə geridönüş olmasa da, ucuzlaşmanın bütün əsas materiallar üzrə hissedilən səviyyədə baş verməsi müşahidə olunur. Məsələn, ötən ilin yanvar ayına nisbətdə taxta materialları 12,1-13,2 faiz nisbətən ucuzlaşıb. İl ərzində isə bu rəqəm 12,65 faiz təşkil edib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşması tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə xarakterikdir. Öncəki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının idxal olunmasına maneələrin aradan qalxması, eyni zamanda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas faktorlarındandır. Son iki ay ərzində davam edən sorğuya əsasən bazara müraciət edənlərin də azaldığını qeyd edə bilərik. Bu əsasən mövsümi xarakter daşıyır və müvəqqəti haldır. Ötən ilin yanvar ayına nisbətdə əsas tikinti materiallarından olan armaturun qiymətində 2,4 faiz bahalaşma baş versə də, ilin əvvəlində qiymət sabiq qalıb. Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin yanvar ayına nisbətən 14,8-16,0 faiz ucuzlaşma baş verib. İlin əvvəli üçün bu rəqəm ölçülər üzrə fərqlənib. Beləki 15-lik dikt 2,6 faiz ucuzlaşsa da, 18-lik dikt 2,2 faiz bahalaşıb. Dam örtüklərinin ölçülərə müvafiq olaraq 1,2-2 faiz aralığında bahaşıb. İlin əvvəlindən isə bu rəqəmlərdə növünə görə artım 4,4-5,3 faiz aralığındadır. Yerli istehsalda rəqabət olan məhsullarda qiymət stabil qalır. Sement, alçipan, qum,

qazobeton qiymətlərini misal göstərmək olar. Metal list, profil və uqolnik qiymətləri dekabr 2023-cü il qiymətləri ilə müqayisədə artsa da (1,7-2,5 faiz), yanvar ayından başlayaraq yenidən artım müşahidə edirik (3,0-13,6faiz). Əsas tikinti materiallarından olan şüşənin qiymətində isə artım müşahidə olunur (7,1-9,5 faiz).

Ümumilikdə götürüldükdə, ötən ilin yanvar ayına nisbətən tikinti materialları ortalama 0,9 faiz, ilin əvvəli ilə müqayisədə isə 1,5 faiz bahalaşıb. İşğaldan azad olunan ərazilərin yenidən bərpası fonunda genişhəcmli tikinti işlərinin həyata keçirilir. Nəticədə 2024-cü ildə bu amil tikinti materialların qiymətinə ciddi təsir göstərəcəyi şübhəsizdir.

Əgər hər hansı isqtisadi-maliyyə böhranı, fors-major hal olmazsa, qeyd olunan proqnoz özünü tam doğruldacaq”.
 
Ardını oxu...
Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına bir sıra məhdudiyyətlərin olmasıyla bağlı iddialar səsləndirilir.

"Kapital Bank"ın rəsmi nümayəndəsi Günel Mavliyarova RTV-yə müsahibəsində vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə bu göstərici 0,5 faiz artmışdı.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl ikinci rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur.

Almaniya iqtisadiyyatı iki rüb 0 artımdan sonra dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Bu arada, Kanada iqtisadiyyatı əvvəlki rübdə daraldıqdan sonra oktyabr-dekabr aylarında 0.3 faiz genişlənib, İtaliyanın ÜDM artımı isə 0.1 faizdən 0.2 faizə qədər sürətlənib.

Dördüncü rübdə İƏİT ölkələri arasında ÜDM-in ən əhəmiyyətli artımı Kosta Rika və Norveçdə (müvafiq olaraq 1,8 faiz və 1,5 faiz), ən əhəmiyyətli azalma isə İrlandiyada (0,7 faiz) müşahidə olunub.

2023-cü ilin yekununda OECD ölkələrinin iqtisadi artım tempi bir il əvvəlki 2,9 faizdən 1,6 faizə qədər yavaşlayıb, məlumatların mövcud olduğu 27 ölkədən 10-da tənəzzül qeydə alınıb. Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub – 3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə - ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb.

Dünyapress TV

Xəbər lenti