![]() |
![]() ![]() ![]() |
|
Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir.
Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.
Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Aprel ayında ABŞ-ın xarici ticarət kəsiri 46 faiz azalaraq 87,6 milyard dollar olub.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin Ticarət Nazirliyi açıqlayıb. Bu, 2023-cü ilin dekabrından bəri ən aşağı göstəricidir.
Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni tariflər fonunda idxal rekord - 19,8 faiz azalaraq 276,1 milyard dollar təşkil edib. İxrac isə 3,4 faiz artaraq 188,5 milyard dollara çatıb.
Tramp administrasiyasının yüksək rüsum tətbiqi gözləntiləri fonunda 2025-ci ilin ilk rübündə idxal kəskin artıb və mal ticarətində kəsir rekord həddə - 162,3 milyard dollara çatıb.
Musavat.com
Yay meyvələrinin çoxu artıq piştaxtaları bəzəməyə başlayıb.
Bazarda ən bahalı meyvələrdən biri yapon əzgilidir. Onun kiloqramı 20 manata satılır. Bundan əlavə, yerli məhsul olan kaktus meyvəsinin kiloqramı isə 50 manata satılır.
Satıcılardan biri deyir ki, bu meyvəni almaq üçün xaricdən gələnlər də var:
"Bu meyvə Astara, Lənkərandan gətirilir. Şəkər xəstələri gündə 3 dəfə - səhər, günorta və axşam bu meyvəni yesələr, dərman və iynəyə ehtiyacları qalmayacaq".
Bazarda digər meyvələrin qiymətləri isə belədir: gilasın kiloqramı 6-18, çiyələk 8-9, alça 15, şaftalı 17, tut isə 10 manata təklif edilir.
Ətraflı Baku TV-nin süjetində:
Marketlərdə qiymət uyğunsuzluğu, çəkidə aldatma və əlavə ödəniş halları ilə bağlı istehlakçı şikayətləri artmaqdadır. Vitrində göstərilən qiymətin kassada fərqli çıxması, menyudakı rəqəmlərlə ödənilən məbləğ arasında uyğunsuzluq və kilo ilə alınan məhsulun evdə çəkildikdə az gəlməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.az-a deyilib ki, bu cür hallara qarşı mütəmadi nəzarət tədbirləri görülür: “2024-cü ildə agentliyə bu tip şikayətlərlə bağlı 319 vətəndaş müraciət edib. Araşdırmalar nəticəsində 13 sahibkarlıq subyekti barəsində 24 inzibati protokol tərtib olunub. 2025-ci ilin ilk iki ayında isə 40 şikayət əsasında 4 sahibkara qarşı protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, istehlakçını malın çəkisi, ölçüsü və ya qiymətində aldatmaq halları fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1.500-2.000 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir. Aldatma 5 min manatdan artıq məbləğlə baş verərsə, bu artıq cinayət məsuliyyəti daşıyır".
Agentlikdən bildirilib ki, satılan məhsulların üzərində düzgün qiymət kağızlarının olmaması və ya qiymətin manatla göstərilməməsi də qanun pozuntusu hesab olunur və 800-1.650 manatadək cərimə tətbiq olunur. Endirim tətbiq edilən məhsullarda isə əvvəlki və yeni qiymət, endirim faizi və tətbiq olunduğu tarixlər mütləq qeyd olunmalıdır.
Qeyd edək ki, bu cür hallarla tez-tez rastlaşsaq da bunu rəsmiləşdirmək üşün heç də çoxlarımız həvəs göstərmirik. Amma bu o demək deyil ki, marketlər də bundan istifadə edərək istehlakçını aldatmalıdır. Həm də bu cür aldatmalar hərdən 5-10 qəpik olsa da, üst-üstə hesablayanda marketlər bu qəpik-quruşdan milyonlar da qazana bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, ən müasir marketlər şəbəkəsində rəfdə qiymətin aşağı olması, kassada isə artıq olması istehlakçılara ciddi problem yaradır. E.Hüseynovun sözlərinə görə, bu problem artıq 5 ildir ki, davam edir: “Bu barədə Azad İstehlakçılar Birliyinə hər gün telefon zəngləri olur. Kiçik marketlərdə, bazarlarda isə çəkidə aldatma halları olur. Müasir texnologiyalar daxil olduqca istehlakçıların aldadılması halları da artır. Bu halda istehlakçılar nə edə bilərlər? İstehlakçılar xüsusilə kartla ödənişlərdə ilk növbədə kassa çekinə diqqətlə baxmalı, fərqi hiss etdikdə piştaxtaya yaxınlaşmalı, məhsulun qiymətinin şəklini çəkməli, məsələnin yerində həll olunmasını istəyirsə, müdiriyyəti çağıraraq, fərqin ödənməsini tələb etməlidirlər. Bu, passiv istehlakçı hərəkəti alqoritmidir. Digər istehlakçıları düşünərək ikinci çekin şəklini çəkib, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə, yoxlama aparılmasını tələb edə bilər. Qeyd etmək lazımdır ki, sözügedən agentliyin fəaliyyəti qənaətbəxş deyil. Marketlərdə meyvə-tərəvəz bölməsinə diqqət çəkərək birliyə edilən şikayətlərdən birini xatırlatmaq istərdim. Vətəndaş 0,86 AZN-ə badımcan almışdı, lakin kassa çekində 36 AZN-ə satılan ekzotik meyvə vurulmuşdu. Xüsusilə kartla ödənişlərdə diqqətli olmağı tövsiyə edirəm, çünki bəzən çekə müştərinin almadığı məhsullar da əlavə olunur. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, 1 ildə ödənib amma alınmayan məhsullara görə Azərbaycan istehlakçıları 500 milyon manat pul ödəyirlər. Bu qədər diqqətli olmağıma baxmayaraq, şəxsən məni də aldadıblar. Təkcə bir marketdə - "Grandmart" da 100 AZN məbləğində aldadılmışam. Təəssüf ki, müvafiq qurumlar KİV-də bu cür hallarla bağlı dərc olunan yazıları oxumurlar".
E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, satış yerlərində nəzarət tərəziləri olmalıdır, lakin bu tərəzilər yox dərəcəsindədir: “İstehlakçılar ən çox bazarlarda aldadılır. Təəssüf ki, nəzarət funksiyası olan qurumlar istehlakçıların aldadılması hallarını görməzdən gəlirlər”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”