Ardını oxu...
"Minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

"Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqqlar 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1125 manatdır. Minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".

       
Ardını oxu...
Bu gündən etibarən Bakıda 7-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb. TEREF Trend-ə istinadən yarmarkada təklif edilən məhsulların qiymətini təqdim edir.Belə ki, yarmarkada kartof 0,70 - 1,10 manata, kələm 0,70 manata, göyərtilər 1 ədədi cəmi 0,14 manata təklif edilir.Bundan əlavə, ət məhsullarından isə mal ətinin kiloqramı 14 manata, toyuq ətinin kiloqramı 10 manata, bayram süfrəsinin bəzəyi hindquşunun kiloqramı 13-18 manata, balığın 1 kiloqramı isə 6-13 manata təqdim edilib.Qeyd edək ki, yarmarka 10 gün davam edəcək.Digər qiymətlər ilə aşağıdakı fotolardan tanış ola bilərsiniz:
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
 

 

Ardını oxu...
  271  23.12.2024 01:33  Dünya A  A 

Rusiya Prezidenti Vladimir Putin və Slovakiyanın Baş Naziri Robert Fiko, qazın Qərbə tranziti və Ukraynadakı vəziyyətlə bağlı mühüm müzakirələr aparıblar.

Musavat.com xəbər verir ki, Putin Qərbə yanacaq tədarükünü davam etdirəcək. 

Baş Nazir Fiko, Slovakiya və Rusiya arasındakı münasibətlərin inkişafını vurğulayaraq, hər iki ölkənin iqtisadi və energetika sahələrindəki əməkdaşlığını ön plana çəkib.

Görüşdə həmçinin Rusiya ilə Slovakiya arasında ikitərəfli əlaqələr və enerji təhlükəsizliyi mövzularında fikir mübadiləsi aparılıb. 

 

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
İtalyanların Milad bayramı alış-verişinə təxminən 9 milyard avro xərcləyəcəkləri gözlənilir.

Publika.az xəbər verir ki, aparılan araşdırmaya görə, italiyalılar üçün bütün şənliklər, səfərlər və yemək xərcləri ümumilikdə 25 milyard avroya başa gələcək. Hər ailənin bayramlar üçün orta xərci 992 avro olacaq.

Tətil öncəsi son həftəsonu alış-veriş xərclənməsinin məbləği isə 1,5 milyard avro olacağı gözlənilir.

Vəsaitlər əsasən şam ağacının altına qoyulacaq hədiyyələrə və “qara cümə” endirimlərinə sərf ediləcək. Orta hesabla bu alış-verişlərə adambaşına 225 avro büdcə ayrılacaq. Səyahətə çıxacaq milyonlarla italiyalının isə təxminən 12,7 milyard avro xəsrcləməsi nəzərdə tutulur.
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden federal hökuməti maliyyələşdirməyi 14 mart 2025-ci ilə qədər davam etdirmək üçün Konqresin hər iki palatası tərəfindən daha əvvəl təsdiqlənmiş qanun layihəsini imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən belə çıxır ki, şənbə günü “prezident” “federal departamentlərin işi üçün ayrılan vəsait” və “federal hökumətin 2025-ci il martın 14-dək layihə və fəaliyyətlərinin həyata keçirilməsini” nəzərdə tutan qanun imzalayıb.

ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası qanun layihəsini cümə günündən şənbəyə keçən gecə təsdiqləyib. Layihə əlavə maliyyənin ayrılması federal hökumətin qismən bağlanmasının qarşısını almağa kömək edəcək, həmçinin təbii fəlakətlərin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayırılması nəzərdə tutulur. ABŞ qanunvericiləri oktyabrın 1-də başlayan cari maliyyə ili üçün büdcə təklifini hələ də təsdiq etməyiblər. Əvvəllər federal hökumətin işinin müvəqqəti maliyyələşdirilməsi yalnız dekabrın 20-dək təsdiqlənirdi.

ABŞ qanunlarına əsasən, federal hökumətdən maliyyələşmənin dayandırılması halında milli təhlükəsizliyin və xarici siyasətin təmin edilməsinə cavabdeh olan nazirliklər və strukturlar fəaliyyətini davam etdirir. Fəaliyyəti “həyat və əmlakın qorunmasına” yönəlmiş dövlət qulluqçularına da oxşar tələblər qoyulur. Belə şəraitdə işə getməyə məcbur olan dövlət qurumlarının işçiləri maaş almırlar, lakin adətən vəsait məsələsi həll olunandan sonra onlara ödəniş edilir.

1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox pozulub. Ən uzun müddət 35 gün - 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinə qədər olub.
 
Ardını oxu...
Baku TV Azərbaycana idxal olunan, əsasən kənd təsərrüfatında sahibkarlar tərəfindən istifadə edilən pikap tipli avtomobillərə tətbiq olunan aksiz vergisi barədə süjet hazırlayıb.

Süjetdə qeyd edilib ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq olunan gömrük rüsumlarının hesablanması zamanı avtomobilin növü nəzərə alınmır.

“Məsələn, kənd təsərrüfatında istifadə olunan yolsuzluq avtomobili kimi tanınan pikap, miniven və doblo tipli avtomobillərin Azərbaycana idxalı zamanı güzəşt tətbiq olunmur. Bu növ avtomobillərdən həmçinin aksiz vergisi də alınır. Aksiz qiymətli və zinət əşyalarına, mineral xammala, onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növüdür. El dili ilə desək, “varlı vergisi”dir. Bəs əsasən kənd təsərrüfatı sahəsində sahibkarların istifadə etdiyi belə növ nəqliyyat vasitələri ilə lüks avtomobili müqayisə etmək nə dərəcədə doğrudur?”, – müəllif qeyd edib.

Bildirilib ki, qonşu Türkiyədə normal avtomobillərə mühərrik gücünə uyğun olaraq 45-220 %-ə qədər aksiz vergisi tətbiq edilirsə, pikap tipli avtomobillərə, avtobuslara, mikroavtobuslara bu vergi 1-15 % arasın dəyişir: “Bu da öz növbəsində çox böyük endirim deməkdir. Qonşu Gürcüstan təcrübəsinə nəzər saldığımızda bu rəqəm 5-7 %, Norveç, Kanada, İsveçdə bu rəqəm 1-3 % arasında dəyişir”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda iki mühüm yanaşma bu istiqamətdəki təşəbbüslərə mane olur: “Birincisi, gömrük siyasəti fiskal siyasətin bir parçası kimi nəzərdən keçirilir. Gömrük dövlət büdcəsinin gəlirlərini təmin edən əsas qurumlardan biridir. Bu, dünya təcrübəsində daha çox uçotun təşkili və yaxud da müəyyən siyasətlərin icrasında istifadə olunan institut kimi görünsə də, Azərbaycanda daha çox fiskal institut kimi önə çıxır”.


Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin əhəmiyyətli hissəsi qeyri-formaldır: “Son dövrlərdə baxmayaraq ki, formal iqtisadiyyata, yəni sahibkarlıq fəaliyyətinin “ağardılması” ilə bağlı strategiyalara və təşviqlərə müəyyən üstünlük verilsə də, bu istiqamətdə tam nəticələr əldə olunmayıb. Hazırda bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi mümkündür və bununla bağlı güzəştlər verilə, bunun çərçivələri hazırlana bilər”.

 

Sarıköklü qatıq həm dadlı, həm də sağlamlıq üçün faydalı olan bir qarışımdır. Foodinfo.az xəbər verir ki, sarıkökün antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə qatığın probiotik təsiri birləşərək orqanizm üçün bir çox müsbət təsir yaradır. Sarıkök güclü antioksidantdır və bədəndə sərbəst radikalları zərərsizləşdirərək hüceyrələrin sağlamlığını qoruyur. İltihab əleyhinə təsiri sayəsində oynaqlardakı ağrıları və iltihabları azaldır. Bu səbəbdən artrit və digər iltihablı xəstəliklərdən əziyyət çəkənlər üçün faydalıdır. Qatıq isə həzm sistemini dəstəkləyir, bağırsaqlarda sağlam bakteriya tarazlığını qoruyur və immuniteti gücləndirir. Sarıkök ilə qarışdırıldıqda bu təsirlər daha da artır. Sarıköklü qatıq həzmi asanlaşdırır və bədəndə toksinlərin atılmasına kömək edir. Eyni zamanda bu qarışım arıqlamağa dəstək ola bilər, çünki maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Sarıkök qan dövranını yaxşılaşdırır və xolesterini tarazlaşdırmağa kömək edir. Sarıköklü qatıq hazırlamaq üçün bir kasa qatığa 1 çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırmaq kifayətdir. Mütəmadi olaraq az miqdarda qəbul edildikdə həm həzm sistemi, həm də ümumi sağlamlıq üçün faydalıdır.
 
Ardını oxu...
Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Palata xəbər verir ki, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib və səmərəlilik (performans) auditi formasında keçirilib, kredit müraciətlərinin təmin olunmasının, eləcə də Fondun fəaliyyətinin təşkilinin nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir.

Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir.

Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır.

Göstərilənlərə münasibətdə ilk olaraq diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda (Qayda) sosial təhsil tələbə kreditinin verilməsi şərtlərinin əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilmiş məqsədlərə tam uyğun olmamışdır. Kateqoriyalı yanaşmanın tətbiqi ilə yanaşı standart TTK ilə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) daha aşağı müəyyənləşdirilməsi sosial kredit istifadəçilərinin zəif təhsil göstəriciləri nümayiş etdirmələrinə imkan yaradan kreditləşmə sisteminin qurulması ilə nəticələnmişdir. Beləliklə də, Fondun TTK-nin verilməsi ilə bağlı yanaşması əsasən sosial cəhətdən riskli qruplara hədəflənmiş, həmin qruplara aid tələbələrin təhsil haqlarını vaxtında ödəmələrinə şərait yaratmaqla təhsillərini başa çatdırmaları məqsədini daşımışdır.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dən yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olmuş, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, Qaydaların tələbi pozularaq standart TTK verilmişdir. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərmişdir.

Kredit üçün müvəkkil banka müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənmiş, başqa sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən banka təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Elektron Təhsil Tələbə Krediti” informasiya sistemində (Portal) təsdiqindən sonra kredit müraciəti banka yönləndirilimiş, bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olunmuş, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir

Ali təhsil müəssisələrinə qəbulun yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, eləcə də Scholastic Aptitude/Assessment Test (SAT) nəticəsində də aparıldığını diqqətə alsaq, bu yanaşmanın nəzərə alınmaması SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələblərinin birinci semestrdən standart TTK-dan yararlanmağı tam məhdudlaşdırmışdır.

Fondun tələbələrin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq edilən – tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikası öyrənilməmiş və nəzərə alınmamış, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilmişdir ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır. Fondun maliyyə vəsaitlərinin istifadə səviyyəsini və tətbiq olunan sığorta mexanizmlərini diqqətə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyənləşdirilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik.

Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyənləşdirilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açmışdır. Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində məhdudiyyətlərə səbəb olmuş, kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırmışdır.

Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvəkkil bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olmuşdur. Həmçinin qeyd edək ki, müvəkkil bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılmışdır ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kim dəyərləndirilir.

Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərmişdir.

Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin reqlamentləşdirilməməsi müraciətlərin təxminən 20,0%-nə kreditin 1 aydan çox müddətdə verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvəkkil bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etmək imkanı verir.

Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbul edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmır.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilmişdir.
 
Ardını oxu...
“Son illər texnologiyanın inkişafı ilə yanaşı, kiberhücumların da sayı sürətlə artır. Hər gün yüzlərlə insanın bank hesablarından pulların oğurlanması ilə bağlı xəbərlər eşidirik. Hakerlər isə metod dəyişikliyi edərək daha mürəkkəb proqramlarla və texnologiyalarla fərdi hesablara hücum edir. Nəticədə insanlar maddi ziyan çəkir ki, bu da insanlarda həm də ümumi maliyyə sistemlərinə inamı azaldır”.

Bu sözləri Globalinfo.az-a İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bank kartlarından pulların oğurlanması haqda danışarkən deyib.

O, bu tip kiberhücumların arxasında təşkil olunmuş və strateji məqsədləri olan maliyyə qruplarının dayandığını qeyd edib:

“Düşünürəm ki, hakerlərin ardıcıl və intensiv hücumları mövcud bank sistemlərinin etibarsız olduğunu sübut etməyə çalışır. Belə olduğu təqdirdə müəyyən maliyyə piramidalarının təsiri hiss olunmağa başlayır. Bu piramidaların əsas məqsədi insanları mövcud sistemdən uzaqlaşdırıb, özlərinin qurduğu alternativ maliyyə sistemlərinə yönəltmək ola bilər. Həmin sistemlər adətən kriptovalyutalar və ya digər qeyri-ənənəvi ödəniş platformaları üzərində qurulur. Nəticədə hakerlər və onların arxasında dayanan qurumlar yeni maliyyə sistemlərini inkişaf etdirərək həm də insanların pul vəsaitlərinə nəzarət edirlər”.

Mütəxəssis deyib ki, bank sistemlərinin etibarlılığını təmin edən nizamlayıcı qurumlar və dövlət nəzarəti var:

“Alternativ maliyyə sistemləri çox zaman tənzimlənmədiyindən orada daha böyük risklər və təhlükələr yaranır. Bu gün bank kartlarının təhlükəsizliyi ilə bağlı şübhələrin yaranması bir sıra mühüm problemləri üzə çıxarır. Nağd pulun saxlanması və istifadəsi bir alternativ kimi görünsə də, bu, müasir dövrdə tam bir həll yolu deyil. Alternativ olaraq bəzi rəqəmsal pul kisələri (e-cüzdanlar) ikili autentifikasiya və əlavə təhlükəsizlik tədbirləri təklif olunur. Məsələn, Google Pay, Apple Pay və Binance kimi platformalar maliyyə əməliyyatlarını daha etibarlı edir. Kriptovalyutalar həm haker hücumlarına qarşı müqavimətli, həm də nağdsız ödənişlər üçün uyğun hesab olunur. Lakin burada da fərdi təhlükəsizlik əsas şərtdir – vəsaitlərinizi soyuq cüzdanlarda saxlamalısınız ki, onlayn hücumların hədəfi olmayasınız”.

E.Həsənovun sözlərinə görə, nağd pulların istifadəsi kiberhücum riskindən qorunmağın ən sadə üsulu kimi görünsə də, lakin qlobal iqtisadiyyat artıq nağdsız dövrə keçid edir:

“Elektron ödənişlər həm sürət, həm də rahatlıq baxımından üstünlüklərə malikdir. Belə olduğu halda da bu tip hücumlardan qorunmaq üçün ideal yanaşma hibrid sistemin tətbiqidir. Belə ki, insanlar həm rəqəmsal ödəniş vasitələrindən istifadə etməli, həm də təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. Bir çox insan hələ də zəif şifrə seçir və ya təhlükəsizliyə lazımi diqqət yetirmir. Çünki hakerlər yalnız texnoloji hücumlarla kifayətlənmir, eyni zamanda sosial mühəndislik üsullarından (phishing və scam) istifadə edirlər. Vətəndaşları bu cür hücumlara qarşı maarifləndirmək vacibdir”.
 
 
 
Ardını oxu...
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 610 min 27 ton miqdarında, 628 milyon 1 140 ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 31 min 713 ton (5%), dəyər ifadəsi ilə 13 milyon 187 min dollar (2%) azdır. Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə 641 min 740 ton miqdarında, 641 milyon 188 min ABŞ dolları dəyərində meyvə-tərəvəz satılıb.

Qeyd edək ki, bu ilin bəhs olunan dövründə ixrac olunan meyvə-tərəvəz ümumi ixracın 2,58 faizini, qeyri-neft sektoru üzrə ixracın 20,32 faizini təşkil edir.
 
Ardını oxu...
2024-сü ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 5 225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd (+66,6%) çox minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Minik avtomobilləri üzrə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.

Qeyd edilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,6 faiz azalaraq 535 ədəd olub.

2024-cü ilin yanvar-noyabr aylarında 576 ədəd yük avtomobili istehsal edilmişdir. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% azalıb.

Bildirək ki, bu gün ölkədə minik avtomobili istehsalı 67 faizə çatıb. Ancaq idaxal olunan avtomobil sayının çoxluğunu da nəzərə alsaq, bu rəqəmin 67 faiz təşkil etməsi maraq doğurur.

Bəs yerli istehsal olan avtomobillərin alıcısı varmı?

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev “Cebheinfo.az”-a bildirib ki, bu gün yerli istehsala tələbat var:

“Ən azı yerli avtomobillər hesabına taksi parkımız yenilənib. Taksi parkının yenilənməsinə ən böyük töhfəni verənlərdən biri yerli istehsaldır. Yerli istehsal olan avtomobillərin qiyməti təxminən 20-21 min manatdan başlayır. Hazırda müxtəlif seqmentlərdə avtomobillər var.

Yığımlarda bir neçə markanın müxtəlif modeli var. Ona görə də bazarda möhkəmlənməsi, istehsal sayının artması normal haldır. Yerli istehsalın, satışların artmasına təəccüblənmək lazım deyil.

Artıq minik avtomobil parkımız yenilənib, hazırda bu istiqamətdə işlər gedir. Nəzərə alaq ki, ölkədə fəaliyyətdə olan 60 mindən çox taksi vardı. Onlar da yenilənməyə doğru gedir, onlara da xüsusi şərtlər qoyulub. Hər 100 maşından 35-40-ı yerli istehsaldır. Gələcəkdə bu rəqəm daha da artacaq.

Yerli istehsalın həcminin artması əlavə işçi qüvvəsi, yeni iş yerlərinin açılmasıdır ki, bu da sevindirici haldır. Yerli istehsala gəldikdə isə, burada “Chevrolet”, “Isuzu” kimi avtomobillər də var.

Hazırda yerli avtomobil satış salonlarında hər zaman müştəri var. Çünki onların satış və kredit şərtləri daha əlçatandır. Ona görə də əlində az pulu olan, daha uyğun şərtlərlə bu avtomobillərdən faydalanırlar”.
 

Dünyapress TV

Xəbər lenti