Ardını oxu...
İndi Azərbaycanda maliyyə aktivliyinin bu qədər aşağı düşməsini izah etmək asandır. Çünki gizlədiləsi bir şey qalmayıb. Dərə ilə aşağı yuvarlanırıq. Neft, qaz, elektrik enerjisi gəlirləri kəskin azalıb. Yaxın illərdə xarici bazarlarda qiymətlərin bizim üçün qənaətbəxş olacağı gözlənilmir. Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə azalır. Havada devalvasiya qoxusu var. Bu şəraitdə maliyyə aktivliyinin yüksək olmasını gözləməyə dəyməzdi.

Bizimyol.info xəbər verir ki, xaricdən pul köçürmələri yenə azalıb. Hətta nikbin proqnozlar da özünü doğrultmur. Düşünülürdü ki, vəziyyət nə qədər pis olsa da, ilin sonuna qədər xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1 milyard dollara çatar. Belə görünür ki, həmin həddə də çatmaq mümkün olmayacaq.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454 milyon manat daxil olub. Bir ay əvvəlki son hesabatdan sonra bizim ölkəyə 122 milyon manat göndərilib. Bu göstəricinin də ayrıca çox aşağı olduğunu qeyd etməyə dəyər.

Keçən ilin eyni dövrü ilə müqayisə edəndə azalmanın 622 milyon manata yaxın olduğu görünür. Göstərici 30 faizi keçir. Vəziyyətin necə pisləşməsini göstərən daha bir statistika.

Banklardan xaricə göndərilən vəsaitin həcmi 440 milyon manat olub. Məsələn, keçən ilin eyni dövründə 76 milyon manat çox göndərilmişdi.

Mümkün devalvasiya gələcəkdə rəqəmləri yerindən oynada bilər, amma mahiyyət yenə dəyişməyəcək. Ölkəyə daha böyük pullar gəlmir. Xaricdən yaşayanların dotasiyası da əhalinin dolanışığında vacib rol oynayırdı. Ukrayna müharibəsi vəziyyəti çox dəyişdi. Üstəlik, xaricə miqrant kimi yollananların ölkə ilə az qala üzülüşmək düşüncəsi rəqəmlərə təsir edir.

İlin sonunda xaricdən pul köçürmələrinin ümumi həcmi ən yaxşı halda 1,7 milyard manata, yəni 1 milyard dollara yaxınlaşacaq. Gələn il nələrin baş verəcəyini isə düşünmək olmur. Sanki 2025-ci ildə bizi xeyli aşağı iqtisadi və maliyyə göstəriciləri gözləyir.
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.

Valyuta.az xəbər verir ki, yayılan məlumatlarda son üç ayda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları verilmədiyi bildirilir.

Qeyd edilib ki, Maliyyə Nazirliyinin ayırdığı vəsaitlər hesabına Komitə 2025-ci ilin yanvarın 31-nə qədər olan müddətdə heç bir gecikmə olmadan gömrük işçilərinin əmək haqları verə bilər. Bununla belə, DGK əməkdaşlarının əmək haqlarını artıq üç aydır vermir.

Bildirilib ki, DGK işçilərinin aylıq əmək haqları 12-13 milyon manat civarındadır. Bu isə ümumilikdə 40 milyon manata yaxın vəsait deməkdir.

Əlavə edilib ki, son 6-7 ay gömrük əməkdaşlarının məzuniyyət pulu da verilməyib. Bu da öz növbəsində böyük narazılıqlara gətirib çıxarıb.

Dövlət Gömrük Komitəsindən isə yayılan məlumatlara hər hansı rəsmi açıqlama verilməyib.
 
Ardını oxu...
Son 2 ayda (oktyabr-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 828 milyon dollar azalıb.

2024-cü ilin sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dollarına çatmışdı.

Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirib. Bununla əlaqədar olaraq rəsmi ehtiyatlar azalıb.

İqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bank ilin ortalarında elan etdiyi kimi, öz rezervləri ilə müdaxilə edərək bazarı tənzimləyəcək və bu, onun bacarığı çərçivəsində həyata keçirilə bilər. Son iki ildə Mərkəzi Bank bazardan topladığı dolları yenidən bazara qaytarır.

Xalid Kərimli bununla bağlı qeyd edib ki, Mərkəzi Bankın dollardan daha çox transfer etməsi, Neft Fondunun resurslarının investisiya alətlərində olması səbəbindən iqtisadiyyatın müvəqqəti tənzimlənməsi tədbiri olaraq qiymətləndirilə bilər.

İqtisadçı həmçinin Mərkəzi Bankın ehtiyatlarının azalmasının manatın məzənnəsi üçün ciddi təhlükə yaratmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür ehtiyat azalması manatın sabitliyi üçün təhlükə təşkil etmir, çünki Mərkəzi Bankın əlavə tədbirlər və strategiyalarla bazara müdaxilə etmək imkanı var. /milli.az
Ardını oxu...
Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 800 yüz manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
 
 
 
Ardını oxu...
Bu ilin yanvar-sentyabr ayları ərzində xarici maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat investisiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda yer alıb.
Qeyd edilir ki, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi investisiyanın dəyərinin 16,8%-ini təşkil edib.
Dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 95,9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.
 
Ardını oxu...
AİK-nin iclasında 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat dinlənilib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin qaz, neft və neft məhsulları üçün ümumi bazarların formalaşdırılması məsələsi Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurasının iclasında müzakirə edilib.
Bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan mətbuatının məlumatına görə, iclasda həmçinin 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat da dinlənilib.
Eyni zamanda, maliyyə əməliyyatlarının tənzimlənməsinə vahid yanaşmanın yaradılmasına yönəlmiş maliyyə bazarı sahəsində Aİİ ölkələrinin qanunvericiliyinin uyğunlaşdırılması istiqamətində irəliləyişlə bağlı müzakirə aparılıb.
Gömrük İttifaqının "Liftlərin təhlükəsizliyi" texniki reqlamentinə də dəyişikliklər edilib. Sənədə əsasən, reqlament qüvvəyə minənədək istismara verilmiş və artıq müəyyən edilmiş müddəti başa çatmış liftlərin istismar müddəti 5 il uzadılır.
Eyni zamanda, liftlərin təhlükəsizliyinin təmin edilməsi tədbirləri texniki tələblərə uyğunlaşdırılana qədər Aİİ ölkələrinin qanunvericiliyi ilə tənzimlənəcək.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib.
Gundem.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat verib.
Məlumata görə, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb.
Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi
 
 
 
Ardını oxu...
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi "İxrac icmalı”na istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin 10 ayı ərzində ixrac səbətində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac olunan aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.
Ətraflı

2024-cü ilin yanvar-oktyabr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (163.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,4 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (142 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2024-cü ilin yanvar-oktyabr ərzində Rusiya Federasiyasına 956.7 milyon ABŞ dolları, Türkiyəyə 477,6 milyon ABŞ dolları, Gürcüstana 234,6 milyon ABŞ dolları, İsveçrəyə 168,9 milyon ABŞ dolları, ABŞ-a isə 118,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2024-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (113 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda İsveçrə (49.3 milyon ABŞ dolları) ikinci və Türkiyə (42.5 milyon ABŞ dolları) üçüncü olub.

2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon ABŞ dolları) birinci, xurma (23,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,4 milyon ABŞ dolları) üçüncü olub.
 
Ardını oxu...
Çinin mərkəzində min tona yaxın qızıl ehtiyatı olan yüksək keyfiyyətli qızıl filizi yatağı aşkar edilib.

Bu barədə "ScienceAlert" portalı məlumat yayıb.

Məlumata görə, yatağın 83 milyard dollar dəyərində olduğu təxmin edilir ki, bu da onu indiyə qədər tapılan ən böyük və ən qiymətli əmanət edir.

Hər ton filizdə 138 qrama qədər qızıl var. Bu, standart göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, bir tonda səkkiz qramdan çox qızıl olan filiz artıq yüksək keyfiyyətli hesab olunur.

Çin artıq 2024-cü ilin əvvəlində iki min tondan çox təsdiqlənmiş ehtiyatları ilə qızıl hasilatında dünya lideridir. Bu, ümumi dünya istehsalının təxminən 10%-ni təşkil edir./Teleqraf.com
 
 
 
Ardını oxu...
Ən ucuz istehsal xərclərinə malik ölkə Hindistandır.

İndex.az xəbər verir ki, “Global İndex”in araşdırmasına görə, siyahıda ikinci yeri Çin, üçüncü yeri isə Vyetnam tutub.

TEREF ucuz istehsal xərclərinə malik ölkələri sizə təqdim edir:

1.

Dünyapress TV

Xəbər lenti