Ardını oxu...
ABŞ prezidenti Donald Trampın beynəlxalq rüsumlar tətbiq etməsindən sonra qlobal maliyyə bazarları 9,5 trilyon dollar itirib.
Apr 7, 2025 - 15:15

Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bazar ertəsi maliyyə bazarlarında maliyyə böhranı güclənib, əldən düşmüş investorlar ABŞ prezidenti Donald Trampın tarif siyasətini dəyişəcəyi ilə bağlı ümidlərini itiriblər.

Səhmlər çöküb və qlobal səhmlərin üçgünlük enişinin dəyəri təxminən 9,5 trilyon dollara çatıb. “S&P 500” fond fyuçersləri 3% itkidən xəbər verir, “VIX” indeksi isə 50-dən yuxarı qalxıb. Avropanın “Stoxx 600” indeksi 5% azalıb. 

“Tesla Inc”in səhmləri 10% ucuzlaşıb. “Apple Inc.”, “Amazon.com Inc.” və “Citigroup Inc”-nin səhmləri təxminən 5% ucuzlaşıb.

Asiya 2008-ci ildən bəri ən pis gününü başa vurub.
 
Ardını oxu...
Hazırda Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti belədir:
- Kartof - 1kq 1.27 GEL (0.50 sent) = 0.85 AZN
- Soğan - 1 kq 2.40 GEL (0.95 sent) = 1.62 AZN
- Pomidor 1 kq 2.31 GEL (0.91 sent) = 1.60 AZN
- Xiyar 1 kq 10.78 GEL (4.25 dollar) = 7.10 AZN
- 1 kq mal əti 14.59 GEL (5.76 dollar) = 9.80 AZN
- 1 kq toyuq əti 2.96 GEL (1.17 dollar) = 1.98 AZN
Qeyd edim bu qiymətlər 2025-ci ilin mart ayına olan qiymətlərdir.
Siyahını artırmaq olar. Maraqlıdır ki, ermənistanda da kənd təsərrüfatı məhsulları Gürcüstandan ucuzdur. Yalnlz 1 kq xiyar region ölkələrində ən ucuz Azərbaycandadır.
Eyni zamanda Gürcüstan Azərbaycanı yaz tarla səpin mövsümündə kartof sortu ilə təmin edən əsas təminatçıdır. Mal, qoyun əti idxalında da ən çox Gürcüstandan məhsul alırıq.
Azərbaycanda pərakəndə satış nöqtələrində yuxarıda qeyd etdiyim kənd təsərrüfatı məhsullarının qiymətini hamımız bilirik deyə uzun-uzadı yazmadım.
Özünüz müqayisə edin deyə ...
Razi Abasbəyli,iqtisadçı ekspert
TEREF
 

Mövsümündən tez yetişən meyvələr artıq piştaxtaları bəzəməyə başlayıb.

Qiymətlər isə olduqca yüksəkdir. Belə ki, hazırda göyçə alçasının kiloqramı 80 manat təşkil edir.

Şəmkir çiyələyinin kiloqramı 15, əriyin kiloqramı isə 25 manatdır.

Alıcıların əksəriyyəti qiymətlərin yüksək olduğunu və bəzi meyvələrin mövsümə uyğun olmadığını bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Rosnano qurumun keçmiş rəhbəri Anatoli Çubays və onunla birlikdə çalışmış 7 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.

TASS xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi Rusnanonun iddiası əsasında Çubays və daha 7 nəfərə məxsus 5,6 milyard rubl məbləğində vəsaitə həbs qoyub. Rusnano bu addımın dövlət şirkətinə dəymiş ziyanın ödənilməsi zərurəti ilə bağlı olduğunu iddia edir.

Rosnano ASC-nin xüsusi tapşırıqlar üzrə direktoru Yevgeni Frolov bildirib ki, iddia “Plastik Məntiq” layihəsinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsinə yönəlib və layihənin maliyyələşdirilməsi ilə bağlı qərarlar qəbul edən şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlib:

“2009-cu ildə Rusiyada çevik planşetlərin istehsalının yaradılması və ölkənin təhsil müəssisələrində tətbiqi məqsədi ilə başlanan layihə ilkin məqsədlərinə çatmadı. 2012-ci ildə bu zavodun açılmasından imtina edilsə də, investisiyalardan müsbət təsirlərin olmamasına və onların qaytarılmamasına baxmayaraq, maliyyələşdirmə 10 ildən artıq davam edib”.

Qeyd edək ki, A. Çubays Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin ilk günlərindən etiraz olaraq ölkəni tərk edib. Onun bu mövqeyinə görə cəzalandırılması tələbləri dəfələrlə yüksək səviyyədə səsləndirilib.
 
 
 
Ardını oxu...
Rusiya İxrac Mərkəzinin rəhbəri Nikişina Putinə Rusiyanın dünya bazarlarını fəth etmək üçün hansı mallardan istifadə edəcəyini deyib.
Xeyr, bu, sizin düşündüyünüz kimi, sənaye robotları deyil.
Heç Mikroçiplər də deyil.
Yenidən istifadə edilə bilən kosmik gəmi də deyil.
Bu, heç kimin istehsal edə bilməyəcəyi, ağacdan düzəldilmiş quşdur.
Dadash Ahmadli
TEREF
 
 

Ardını oxu...
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ticarət tarifləri Çin iqtisadiyyatına ABŞ-dan daha çox zərbə vurur.
Bizimyol.info xəbər verir ki, o, bu mövqeyini özünün "Truth Social" sosial platforma hesabında dərc olunan açıqlamada qeyd edib.

"Çin ABŞ-dan qat-qat çox əziyyət çəkdi. Onlar və bir çox başqa ölkələr bizimlə yolverilməz şəkildə pis rəftar etdilər", - deyən Tramp ABŞ-ın əvvəlki iqtisadi siyasətlərini "axmaqlıq" adlandırıb.

Eyni zamanda, Amerika liderinin sözlərinə görə, onun həyata keçirdiyi kurs ona ABŞ iqtisadiyyatına 5 trilyon dollar investisiya cəlb etməyə imkan verib. "Bu, iqtisadi inqilabdır və biz qalib gələcəyik. Möhkəm durun, bu asan olmayacaq, lakin yekun nəticə tarixi qələbə olacaq", - deyə Ağ Evin sahibi iddia edib.

Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyası bildirib ki, Çin Trampın tarif siyasətinə cavab olaraq ABŞ-dan idxal olunan məhsullara əlavə rüsumlar tətbiq edir. Departamentdən aydınlıq gətirilib ki, tariflər cari rüsumlara əlavə olaraq tətbiq edilir.

2024-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 688,28 milyard dollara çatıb. Eyni zamanda, ABŞ-dan Çinə tədarük 163,62 milyard dollar təşkil edib ki, bu da Çindən ABŞ-a ixracdan təxminən üç dəfə azdır. Çin ABŞ-dan kənd təsərrüfatı məhsulları, mikroçiplər, mühəndis avadanlıqları, karbohidrogenlər və metallar idxal edir. ABŞ Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məmulatlar, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və daha çox şey alır.

Aprelin 2-də Tramp idxal olunan mallara minimum 10% tarif tətbiq edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün fərdi tariflər təyin etdi. O cümlədən, idxal olunan Çin mallarına rüsum 34% təşkil edəcək.
 
Ardını oxu...
Çin hökuməti ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərinə cavab olaraq bir sıra əks-tədbirlər həyata keçirib. Bunlardan biri də ABŞ-dan idxal olunan bütün mallara 34 faizlik əlavə rüsumlar və bəzi nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlərdir

Vaşinqton və Pekinin son addımları dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini daha da dərinləşdirib. Həmçinin Tramp administrasiyasının səlahiyyət müddəti boyunca Çinlə bağlı bir sıra planlarının olduğu, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra diqqəti əsasən bu ölkəyə yönəldəcəyi bildirilir.

Dünyanın iki nəhəng iqtisadi gücünün toqquşması qlobal iqtisadiyyata nə vəd edir? ABŞ və Çin arasındakı mübarizə hara qədər davam edəcək?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Birləşmiş Ştatlar özünün əsas rəqibi və düşməni kimi Çini görür:

“Rusiya yaxın gələcəkdə ABŞ-ın rəqibinə çevrilə bilməyəcək. Ona görə də ABŞ ilə Çin arasında gözlənilən ticarət müharibəsi artıq başlayıb. İki nəhəng ölkə arasında baş verməkdə olan bu toqquşmalar bütün dünyanı silkələyəcək. Heç bir dövlət ondan kənarda qala bilməyəcək. Ticarət müharibəsi özü ilə ayrı-ayrı regionlarda silahlı münaqişələrə də gətirib çıxaracaq. Buna bizim də hazır olmağımız lazımdır.

Tərəflər bir-birinin əlini gücləndirə biləcək istənilən mənbəni zərərsizləşdirməyə calışacaqlar. Dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi prosesinin getdiyini elan edənlər, məhz bütün bunları nəzərdə tuturlar. Ağ Evin geri çəkiləcəyini söyləmək mümkün deyil. Prosesi bu dövlət başladıb və onu sona catdırmağa, maraqlarını təmin etməyə çalışacaq. Onsuz da ABŞ beynəlxalq ticarətdə getdikcə Çinə uduzmaqdadır. İndi baş verənlər bunun qarşısını kəsməyə hesablanıb.

Gömrük rüsumlarının tətbiqi ilkin təzyiq formalarıdır. Bundan sonra ikili anlaşma müstəvisində tərəflərin təzyiqləri ortaya çıxacaq. Məsələn, İrandan tələb ediləcək ki, Çinə ucuz qiymətə neft və neft məhsulları satmasın. Hazırda müşahidə olunan proseslər əksər ölkələrin suverenliyini, iqtisadi müstəqilliyini yaxın zamanlarda təhdid etməyə başlayacaq. 1930-cu ildə ABŞ indikinə bənzər tariflər tətbiq etmişdi. Nəticədə dünya iqtisadiyyatında böyük depressiya yaranmışdı. İndi nəticələr daha da ağır ola bilər”.
 
Ardını oxu...
Bakıda kirayə mənzillərin qiyməti artıb.
Bu artım ən çox şəhərin mərkəzi hissələrində müşahidə olunur. Xüsusən də şəhərin metrostansiyalarına yaxın ərazilərdə yerləşən kirayə evlərin qiymətləri kəskin artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya açıqlamasında şəhərin mərkəz hissəsinə yaxın ərazilərdə yerləşən kirayə evlərin qiymətlərinin artmasını təbii proses hesab edir:
“Ona görə ki, Bakı-240 baş planı mövcudduir. Həmin plana uyğun olaraq Bakı şəhəri ucqarlara doğru genişlənməlidir. Söküntü işləri aparılmalıdır və onların yerlərində yeni binalar tikilməlidir. Yaşıllıqlar salınmalıdır. Bütün bunlar qiymətlərin artımı ilə nəticələnəcək”.
Vüqar Oruc söküntü nəticəsində çoxlu sayda vətəndaşın öz mülkiyyətini itirdiyini diqqətə çatdırıb:
“Yeni binalarda mənzil almaqla bağlı kompensasiya əldə edir, yaxud da birbaşa mənzillə təmin olunurlar. Bu müddət bir dövr olaraq kirayə evlərə müraciət etmək təlabatı yaradır. Həmin insanlar yeni binaların tikintisi dövründə kirayə bazarına müraciət edirlər. Bu da qiymət artımına səbəb olur”.

Vüqar Oruc eyni zamanda bölgələrdən Bakıya hədsiz sayda axın olduğunu və təhsil müəssisələrinin əksəriyyətinin də paytaxtda yerləşdiyini bildirib:
“Bu da kirayə bazarının işləməsinə səbəb olur. Belə olan halda kirayə bazarında qiymətlər niyə artmasın? İkincisi, qlobal bir maliyyə inflyasiyası var. Qiymətlər bütün dünyada artır və bu zaman insanların pula olan ehtiyacı da artmağa başlayır. Bundan əlavə, dövriyyədə pul artır. İnflyasiya və manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər vətəndaşları son anda məcbur edir ki, onlar bazara əvvəl təklif etdikləri məbləğdən daha artıq təklif etsinlər. Əvvəl 400 manata təklif olunan mənzil indi 500 manata təklif olunur. Əgər mənzillərin qiyməti artırsa, kirayə qiymətləri də qalxır”.
 
Ardını oxu...
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sərt gömrük rüsumları qlobal bazarları çökdürərək milyarderlər Mark Zukerberq, İlon Mask və Ceff Bezosun böyük məbləğdə vəsait itirməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin məlumatına görə, milyarderlər bir gündə ümumilikdə 208 milyard dollar itiriblər.

"Bloomberg" sərvət indeksi ilə izlənilən milyarderlərin yarısından çoxunun varidatı orta hesabla 3,3% azalıb. Ən çox zərər çəkənlər sırasında Amerikallı milyarderlər – Mark Zukerberq və Ceff Bezos liderlik edirlər.

Jurnalistlərin sözlərinə görə, bu, "Bloomberg" milyarderlər indeksinin 13 illik tarixində dördüncü ən böyük birgünlük itki olub və COVID-19 pandemiyası dövründən bəri ən ciddi eniş hesab edilir.

Ən böyük maliyyə itkisini "Meta" şirkətinin qurucusu Mark Zukerberq yaşayıb. Onun şirkətinin səhmləri 9% ucuzlaşıb və nəticədə sahibkar 17,9 milyard dollar itirib.

"Amazon"un qurucusu Ceff Bezos isə səhmlərinin 9% dəyərdən düşməsi nəticəsində 15,9 milyard dollar zərərə məruz qalıb.

"Tesla"nın rəhbəri İlon Mask isə 3 aprel tarixində 11 milyard dollar itirib. Ümumilikdə, onun şirkəti ilin əvvəlindən bəri 110 milyard dollar itirib.

Jurnalistlər qeyd ediblər ki, Meksikanın ən varlı adamı Karlos Slim Trampın sərt tariflərindən təsirlənməyən nadir milyarderlərdən biri olub.

ABŞ prezidenti Donald Tramp 3 aprel tarixindən etibarən xarici istehsal avtomobillərinə və onların ehtiyat hissələrinə 25% rüsum tətbiq edib. Bundan əlavə, ABŞ Avropa İttifaqından idxal olunan mallara 20% rüsum tətbiq edib.

Bu qərardan sonra qlobal bazarlarda səhmlər dəyər itirib. ABŞ dolları son altı ayda ən aşağı səviyyəyə düşüb, Amerika istiqrazlarının gəlirliliyi azalıb, Nasdaq fyuçersləri 3,2% enib, Avropa fyuçersləri isə təxminən 2% düşüb. Eyni zamanda, qızılın qiyməti tarixi maksimuma çatıb.

Beynəlxalq Valyuta Fondu (BVF) Trampın tətbiq etdiyi rüsumların qlobal iqtisadiyyata risklər yaratdığı barədə xəbərdarlıq edib. Fondun rəhbəri Kristalina Georgiyevanın sözlərinə görə, mütəxəssislər bu tarif tədbirlərinin makroiqtisadi nəticələrini qiymətləndirməkdə davam edirlər.
 
Ardını oxu...
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7 faizə qədər artıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləğinin 480 milyona çatdığı bildirilir. Hərçənd, göstərici bir az mübahisəli görünür. Böyük ehtimalla gecikmələrin həcmi daha böyükdür. Sadəcə, banklar vəziyyətdən çıxmaq naminə vaxtı keçmiş kreditlər üçün yeni cədvəllər tərtib edirlər.

Bizimyol.info xəbər verir ki, problemli kreditlərin məbləği xüsusilə ilin ilk üç ayında artıb. Keçən illə müqayisə edəndə mənzərə lap bu qədər boz görünmür. Çünki son bir ildə artım 2,3 faiz olub. Amma ilin əvvəlindən vəziyyətin mürəkkəbləşdiyi müşahidə edilir.

Bir neçə il əvvəl problemli kreditlərin həcmi o qədər böyümüşdü ki, buna rəsmi səviyyədə müdaxiləyə ehtiyac yaranmışdı. Sanki onda daha çox statistik göstəricilərə müdaxilə olundu. Hətta açıqlama verildi ki, məbləğ azalıb. Halbuki banklar ayrı-ayrılıqda başqa söz deyirdi. Maliyyə təşkilatlarının açıqlamaları vaxtı keçmiş kreditlərin məbləğinin daha böyük olduğunu ortaya qoyurdu.

Ölkədə istehlak kreditlərinin çoxluğu birbaşa sosial-iqtisadi amillərlə bağlıdır. İnsanlar ən kiçik problemlərin də öhdəsindən gələ bilmirlər. Yəqin ki, ölkələrin əksəri üçün kreditlə evlənmək anlayışı yaddır. Bizdə isə bir çox hallarda ailənin təməli də ciddi borcla qoyulur. Çünki insanların yığım imkanları məhduddur. Məvaciblərin, real gəlirlərin aşağı olması özünü göstərməyə bilməz.

Kredit məsələsi, ümumiyyətlə, müştəri-bank münasibətləri xeyli mürəkkəbləşib. Sabit qazancın olmaması, iş yerlərinin etibarsızlığı, dayanıqlılıqdan uzaqlığı mütləq ortaya problem çıxarır. Müştərilərin əksəri gecikmə ilə üz-üzə qalır. Bunun nəticəsidir ki, kredit hekayəsini davam etdirmək olmur. Yəni müştəri ikinci, üçüncü kreditlər barədə düşünə bilmir.

Bankların kredit faizlərini yüksək saxlaması prosesi ləngidən amildir. Maliyyə təşkilatları sonradan çıxış yolunu yalnız müştəri üçün vaxtı uzatmaqda görür. Belədə kredit hekayəsi saqqız kimi uzanır, heç qurtarmaq bilmir.

Görün devalvasiya olsa, nə baş verəcək! İnsanların maliyyə durumu iflic olacaq. Problemli kreditlərin məbləği isə son illərin ən yüksək həddinə çatacaq. Belə proqnoz vermək xoş olmasa da, hadisələr həmin tərəfə yön alıb.
 

Dünyapress TV

Xəbər lenti