"Kredit bataqlığı"nda bankla "evlənən" vətəndaşın taleyi... -
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7 faizə qədər artıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləğinin 480 milyona çatdığı bildirilir. Hərçənd, göstərici bir az mübahisəli görünür. Böyük ehtimalla gecikmələrin həcmi daha böyükdür. Sadəcə, banklar vəziyyətdən çıxmaq naminə vaxtı keçmiş kreditlər üçün yeni cədvəllər tərtib edirlər.

Bizimyol.info xəbər verir ki, problemli kreditlərin məbləği xüsusilə ilin ilk üç ayında artıb. Keçən illə müqayisə edəndə mənzərə lap bu qədər boz görünmür. Çünki son bir ildə artım 2,3 faiz olub. Amma ilin əvvəlindən vəziyyətin mürəkkəbləşdiyi müşahidə edilir.

Bir neçə il əvvəl problemli kreditlərin həcmi o qədər böyümüşdü ki, buna rəsmi səviyyədə müdaxiləyə ehtiyac yaranmışdı. Sanki onda daha çox statistik göstəricilərə müdaxilə olundu. Hətta açıqlama verildi ki, məbləğ azalıb. Halbuki banklar ayrı-ayrılıqda başqa söz deyirdi. Maliyyə təşkilatlarının açıqlamaları vaxtı keçmiş kreditlərin məbləğinin daha böyük olduğunu ortaya qoyurdu.

Ölkədə istehlak kreditlərinin çoxluğu birbaşa sosial-iqtisadi amillərlə bağlıdır. İnsanlar ən kiçik problemlərin də öhdəsindən gələ bilmirlər. Yəqin ki, ölkələrin əksəri üçün kreditlə evlənmək anlayışı yaddır. Bizdə isə bir çox hallarda ailənin təməli də ciddi borcla qoyulur. Çünki insanların yığım imkanları məhduddur. Məvaciblərin, real gəlirlərin aşağı olması özünü göstərməyə bilməz.

Kredit məsələsi, ümumiyyətlə, müştəri-bank münasibətləri xeyli mürəkkəbləşib. Sabit qazancın olmaması, iş yerlərinin etibarsızlığı, dayanıqlılıqdan uzaqlığı mütləq ortaya problem çıxarır. Müştərilərin əksəri gecikmə ilə üz-üzə qalır. Bunun nəticəsidir ki, kredit hekayəsini davam etdirmək olmur. Yəni müştəri ikinci, üçüncü kreditlər barədə düşünə bilmir.

Bankların kredit faizlərini yüksək saxlaması prosesi ləngidən amildir. Maliyyə təşkilatları sonradan çıxış yolunu yalnız müştəri üçün vaxtı uzatmaqda görür. Belədə kredit hekayəsi saqqız kimi uzanır, heç qurtarmaq bilmir.

Görün devalvasiya olsa, nə baş verəcək! İnsanların maliyyə durumu iflic olacaq. Problemli kreditlərin məbləği isə son illərin ən yüksək həddinə çatacaq. Belə proqnoz vermək xoş olmasa da, hadisələr həmin tərəfə yön alıb.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti