Ardını oxu...
  

“Azəri-Çıraq-Günəşli” və “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Musavat.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında səsləndirib.

“Bir neçə ildən sonra həmin sahələr işləniləcək ki, bununla bağlı müqavilələr imzalanıb, proqramlar həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəməri və həmçinin qaz boru kəmərləri hamısı bir yerdədir. Biz bunu bütün iştirakçılarla etdik”.

Ardını oxu...
Fitch Türkiyədəki son siyasi proseslərin iqtisadiyyata təsirini qiymətləndirib. Açıqlamada beynəlxalq ehtiyatların gedişatı və makroiqtisadi siyasət addımlarının Türkiyənin kredit reytinqinə təsirlərinin müəyyən edilməsində əsas rol oynayacağı vurğulanıb.
Beynəlxalq kredit reytinqi agentliyi Fitch bəyan edib ki, beynəlxalq ehtiyatların trayektoriyası və makroiqtisadi siyasət parametrləri Türkiyədə son siyasi hadisələrin suveren kredit təsirlərinin qiymətləndirilməsində əsas rol oynayacaq.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs edilməsi bir sıra şəhərlərdə böyük etirazlara səbəb olub və əlavə edib: "Lirənin ucuzlaşması təzyiqləri, yüksək dövlət istiqrazlarının gəlirləri və CDS spredləri maliyyə bazarlarında volatilliyə səbəb olub. Beynəlxalq ehtiyatlar 12 Martda bitən həftədə mərkəzi bankın xalis xarici mövqeyindən 111 milyard ABŞ dollarına düşüb Ehtiyat azalmasının martın 25-dək davam etdiyini, lakin o vaxtdan bəri azaldığını göstərir”.

Fitch-in bildirdiyinə görə, Türkiyənin iqtisadi siyasətçiləri sərt monetar mövqe və gəlir və fiskal siyasətlərin uyğunluğunda gözlənilən irəliləyişlər ilə xarakterizə olunan siyasət qarışığına sadiqliklərini vurğulayaraq cavab veriblər: "Prezident Ərdoğan da hazırkı iqtisadi proqrama dəstəyini açıq şəkildə təkrarladı".

Fitch hesab edir ki, iqtisadi orqanların, xüsusilə də mərkəzi bankın lazım gələrsə, pul siyasətini sərtləşdirməyə imkanının olduğunu fərz edərək, cari siyasət kompleksinə sadiqliyi, aşağı cari hesab kəsiri və əvvəlki stress vəziyyətlərinə nisbətən daha güclü ehtiyat buferləri nəzərə alınmaqla, Türkiyənin cari dəyişkənlik səviyyəsini idarə etmək qabiliyyəti var.

"Mövcud siyasi qeyri-müəyyənliyin necə və nə vaxt həll oluna biləcəyi bəlli deyil. Uzun sürən və ya artan qeyri-müəyyənlik investorların inamını sarsıda, dövri bazar dəyişkənliyinə, lirə və beynəlxalq ehtiyatlara davamlı təzyiqlərə, inflyasiyanın və məzənnə gözləntilərinin pisləşməsinə və dollarlaşmanın artmasına səbəb ola bilər", - deyə Fitch öz qiymətləndirməsində bildirib.
Ardını oxu...
Bu ilin martın 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 4,59 % artaraq 4,903 milyard manata çatıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, onların fiziki şəxslərin əmanətlərinin ümumi həcmindəki xüsusi çəkisi 33,05 % təşkil edib. Bu ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi 0,58 % azalıb. Bir il əvvəl onların payı 31,97 %, 2025-ci ilin əvvəlində isə 33,63 % idi.

Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi martın 1-nə illik müqayisədə 11,82 %, ilin əvvəlindən isə 1,19 % artaraq 14,835 milyard manata çatıb.

Milli valyutada əmanətlər il ərzində 15,77 %, ilin əvvəlindən isə 2,08 % artaraq 9,932 milyard manat təşkil edib ki, bu da bütün əmanətlərin 66,95 %-nə bərabərdir. Hesabat dövründə rezidentlərin əmanətləri 13,59 milyard manata, qeyri-rezidentlərin əmanətləri isə 1,328 milyard manata çatıb.

İl ərzində rezidentlərin əmanətləri 13,23 % artıb, qeyri-rezidentlərin əmanətləri isə 1,53 % azalıb. İlin əvvəli ilə müqayisədə azalma müvafiq olaraq 1,92 % və 6,21 % təşkil edib.

Azərbaycan banklarında əmanətlərin və depozitlərin ümumi həcmi 2025-ci il martın 1-nə 40,42 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,79 %, cari ilin əvvəli ilə müqayisədə isə 0,37 % çoxdur. Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması təxminən 5 % artıb.

Maraqlıdır, əhalinin dollara marağı niyə artıb?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, dollara olan marağın iki səbəbi var:

“Birincisi, insanlarda manatla bağlı narahatlıq var. Bunun əsaslı olub-olmamasına hazırda qiymət vermirəm. Ancaq müxtəlif gözlənti, söz-söhbət, şayiələr var. Bu da təbii ki, dünya iqtisadiyyatında olan problemlər, Azərbaycanda neft hasilatının azalması kimi amillər insanlarda belə düşünməyə əsas verir. Ona görə də manatda əmanət qoymağa çəkinirlər. Halbuki manat əmanətləri üzrə faizlər xarici valyutada əmanət faizindən yüksəkdir.

İkincisi, dollar əmanətləri üzrə faizlər də artıb. Əgər əvvəlki illərdə 1 faiz idisə, indi 2,5-3 faizdir. Ona görə də insanlar xarici valyutada qoymağa daha maraqlıdır ki, manatdan az olsa da, həm faiz gəliri artıb, həm də manatla bağlı hər hansı təhlükədən qorumuş olurlar”.
 
Ardını oxu...
Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel qlobal ticarətdə parçalanmanın inflyasiyanı artıracağını və iqtisadi artımı azaldacağını və bu vəziyyətin struktur riski yaratdığını vurğuladı.
Avropa Mərkəzi Bankının (AMB) İcraiyyə Şurasının alman üzvü İzabel Şnabelin Parisdəki SciencesPo Universitetində “Avro məkanında artımın canlanması” adlı təqdimatı AMB-nin saytında dərc olunub.

Şnabel təqdimatında qlobal ticarətdə ciddi pozuntuların dünya miqyasında inflyasiyanın bir neçə faiz bəndi yüksəlməsinə səbəb ola biləcəyini, lakin təsirlərin aradan qaldırılması üçün illər lazım olacağını bildirib.

Qlobal ticarətdəki parçalanmanın iqtisadi artımı da əhəmiyyətli dərəcədə azaldacağını vurğulayan Schnabel, "Ticarətin parçalanması iqtisadi böyümə və inflyasiya üçün struktur olaraq zərərlidir" ifadəsini işlədib.

Geosiyasi qeyri-müəyyənlik, proteksionizm və iqtisadi siyasətlə bağlı artan qeyri-müəyyənliyə diqqət çəkən Şnabel ABŞ-ın qlobal iqtisadiyyatdakı roluna diqqət çəkib.

İzabel Şnabel qeyd edib ki, ABŞ-ın ticarət və iqtisadi siyasətləri Avropada iqtisadi qərarlara təsir edə bilər.
 
Ardını oxu...
Dünya yeni iqtisadi xaosa sürüklənir, Azərbaycanı nələr gözləyir...

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp dünyanın əksər ölkələrinə gömrük tarifləri tətbiq edib. Bundan sonra ABŞ-yə məhsul ixrac edən şirkətlər tətbiq olunan tariflərə uyğun rüsum ödəyəcəklər. Tramp digər postsovet ölkələri ilə yanaşı Azərbaycana da “ilişib”, amma nisbətən “insfalı” yanaşıb – biz 10 faiz ödəyəcəyik.

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkənin bu qərarı müttəfiqlərdə və başqa dövlətlərdə narahatlıq doğurub. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Trampın qərarının bütün dünya üzrə biznes və istehlakçılara zərbə olacağını bəyan edib. Azərbaycanın ABŞ-nin qərarından narahatlığı yoxdur, çünki bu ölkəyə vur-tut 135 milyon dollarlıq mal satmışıq, amma ABŞ-dən ötən il aldığımız məhsulların dəyəri 1 milyard 617 milyon dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.

Trampın elan etdiyi ticarət müharibəsinin Azərbaycana dolayı təsirləri isə mütləq olacaq. İqtisadçı Rövşən Ağayev hesab edir ki, qlobal iqtisadi resessiyanın başlaması riski xeyli yüksəkdir. Onun sözlərinə görə, hazırkı şərtlərdə qlobal iqtisadi böhranın ən böyük zərbəsini iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələr alacaq. “Dünya iqtisadiyyatında mümkün daralma enerji daşıyıcılarının qiymətlərinin aşağı çəkəcək. Orta və uzun müddətli dövrdə maliyyə bazarlarındakı çalxantılar aktivlərin də dəyərsizləşməsi riski yaradır. Hər kəs ən pis ssenariləri masasının üzərində, gözünün qabağında tutmalıdır”, - iqtisadçı vurğulayıb.


R.Ağayevin dediyi “iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələrdən” biri də Azərbaycandır. Ölkə iqtisadiyyatı əsasən neft-qaz sektorunun üzərində dayanıb, ixracın 92 faizindən çoxunu bu məhsullar təşkil edir. Ticarət müharibəsnini enerji qiymətlərinə mənfi təsir edəcəyi barədə proqnozlar da Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Çünki neft hasilatının ilbəil kəskin azaldığı mərhələdə qiymətlərin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi problemlər, o cümlədən milli valyutanın dəyərsizləşməsini qaçılmaz edir.

Yeri gəlmişkən, ölkədə devalvasiya gözləntiləri var. Bu günlərdə Mərkəzi Bankın bundan sonra hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamamaq qərarı verməməsi narahatlığın əsassız olmadığını ortaya qoyur. “Hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur”, - MB-dan verilən açıqlamada deyilir.

Bu gün baş bank elan edib ki, aprel ayının 1-nə valyuta ehtiyatları son bir ayda 0.32% və ya 34.7 milyon dollar artaraq 11 milyard 26.5 milyon dollara çatıb. Amma bu artım cüzidir, son 1 ildə ehtiyatların 5.4% və ya 627.9 milyon dollar azalmasının yanında kiçik rəqəmdir. MB ötən 1 ildə ehtiyatların hansı səbəbdən bu qədər əriməsinə aydınlıq gətirməyib. Amma ötən il və 2025-ci ilin əvvəlində valyuta bazarında baş verənlərə nəzər saldıqda ehtiyat valyutanın hara xərclədiyi barədə təsəvvür yaranır.

Qeyd edək ki, 2024-cü il ərzində banklara ümumilikdə 7.7 milyard dollardan çox valyuta satılıb. Bu göstərici 2023-cü illə müqayisədə 84.8% çoxdur. Həmin il ərzində keçirilən valyuta hərraclarında cəmi 3 milyard 878.53 milyon dollar satılmışdı.

2025-ci ilin yanvar ayı ərzində isə Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında 500 milyon dollara yaxın valyuta satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında banklara 417.1 milyon ABŞ dolları satılmışdı.

Baş bank artıq bu tip məlumatları açıqlamayacaq. İqtisadçı Rövşən Ağayev Pressklub.az-a deyib ki, əvvəla, bu qərar Mərkəzi Bank kimi son dərəcə əhəmiyyətli bir qurumun tərəfindən şəffaflıq prinsipinin pozulmasıdır: “Bizimkilər Türkiyə Mərkəzi Bankının təcrübəsinə baxsın, onlar ehtiyatların həcmi ilə həftəlik məlumatlar açıqlayırlar. Həmçinin banklara satdıqları valyuta həcmini ictimaiyyətə təqdim edirlər”.

Digər səbəbə gəlincə, R.Ağayev qeyd edir ki, məlumat qapalılığı yaratmaqla ekspert cameəsini və medianı informasiyasız saxlamağa, mümkün olduğu qədər valyuta bazarında gedən proseslərlə bağlı müstəqil analizlərin az olmasına çalışırlar. “Guya bununla müəyyən dövrlərdə valyuta bazarında panik əhval-ruhiyyə yaranmasının qarşısını almağa nail ola biləcəklərini düşünürlər”, - iqtisadçı bildirib.

İqtisadçı İlham Şaban isə düşünür ki, Mərkəzi Bank bu məlumatları açıqladıqca nə qədər neqativ fikirlər səsələndirildiyini görür: “İctimaiyyət də hay-küyə düşüb dollar alır, kimi bankdakı manat depozitini dollara çevirir, kimi də ümumiyyətlə pulu “yastıq altına” saxlamağa yönəldir”.


İqtisadçı vurğulayır ki, burada bir günah da hökumətin üzərindədir: “Məmurlar özləri bilavasitə cəmiyyətə mütəmadi mesajlar vermir, hökumətin özünün sevib-seçdiyi “ictimai fəal mütəxəssislər” isə lazımi qədər ictimaiyyəti inandıra bilmirlər və sair...”

Xatırladaq ki, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyanın acı təcrübəsini görüb. Həmin dövrdə Mərkəzi Bank manatın məzənnəsini qorumağa milyardlarla dollar xərclədikdən sonra qəflətən devalvasiya qərarı verdi. Nəticədə iqtisadiyyata ağır zərbə dəydi, bankların, şirkətlərin, iş adamlarının, sadə vətəndaşların borcu dəfələrlə artdı, onların bir çoxu müflisləşdi. Azərbaycan iqtisadiyyatı bəzi parametrlər üzrə hələ də devalvasiyaya qədərki göstəricilərini bərpa edə bilməyib. Neft hasilatının sürətlə azalması, dünyada gedən proseslər – müharibələr, ABŞ prezidentinin elan etdiyi tariflər də Azərbaycan kimi resursdan asılı ölkələr üçün yaxşı perspektiv vəd etmir. Hökumət növbəti böhrana hazırlaşmalıdır. Mərkəzi Bankın dollar satışı haqda məlumatları qapalı saxlamaq qərarı kimi addımlar dərdə çarə deyil...
pressklub
 
Ardını oxu...
Azərbaycanda bank sektoru 2025-ci ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə daha az mənfəət əldə edib.

Belə ki, bankların xalis mənfəəti 14,3%, əməliyyat mənfəəti isə 7,7% azalıb. Bu, sektorda müəyyən iqtisadi amillərin təsirini göstərir və gələcəkdə bank bazarının necə dəyişə biləcəyi ilə bağlı suallar yaradır.

Bank mənfəətinin azalmasına səbəb nədir? İnsanların banka qoymaga pulu, ya banklara etimadı yoxdur?

Bunun arxasında faiz dərəcələrinin dəyişməsi, kredit portfelindəki risklər, depozitlərə marağın azalması və inflyasiya kimi faktorlar dayana bilər.

Ekspertlər bildirirlər ki, bu tendensiya davam edərsə, bankların strategiyasında dəyişikliklər qaçılmaz olacaq. Mövzu ilə əlaqədar "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, burada söhbət bankların əmanət portfelindən, verdiyi kreditlərdən, aktivlərindən və ya kapitalından getmir:

“Məsələ mənfəətlə bağlıdır, yəni qazancın azalması gəlirlə xərclər arasındakı fərqin daralmasıdır. Son illərdə bankların əmanətləri artıb, insanlar daha çox vəsait yatırır, banklar isə daha çox kredit verir. Lakin bütün bunlara baxmayaraq, mənfəət azalır. Bu, nə ilə əlaqəli ola bilər? Birincisi, problemli kreditlərin sayının artması mümkündür. Yəni banklar verdikləri kreditlərin bir hissəsini geri ala bilmirlər, nəticədə həmin kreditlər "ölür" və banklar üçün itkiyə çevrilir.

Digər bir səbəb isə kredit faizlərinin aşağı salınması ola bilər. Bəzi banklar kredit faizlərini endirib, bu da onların gəlirlərinin azalmasına səbəb olur. Bununla yanaşı, bəzi banklar əmanət faizlərini artırıblar. Müştərilərə daha çox faiz ödəmək isə xərclərin artmasına gətirib çıxarır və nəticədə mənfəət azalır. Yəni az gəlir, çox xərc yaranır”.

Bundan başqa, bankların əməliyyat gəlirlərinin azalması da prosesə təsir edə bilər:

“Məsələn, pul köçürmələri və digər bank xidmətləri üzrə gəlirlər azalıbsa, bu da ümumi mənfəətə təsir edir".

Ekspert hesab edir ki, bankların öz xərcləri də artmış ola bilər:

"Məsələn, maaş fondunun böyüməsi, informasiya texnologiyalarına və təhlükəsizliyə yatırılan investisiyaların artması mənfəətin azalmasına səbəb ola bilər. Son dövrlərdə bank kartları ilə bağlı fırıldaqçılıq hallarının artması bu sahəyə daha çox maliyyə resursu ayırmağa məcbur edir. Təhlükəsizlik sistemlərinin gücləndirilməsi isə əlavə xərc yaradır və nəticədə mənfəət azalır. Hər bir bankın vəziyyəti fərqli ola bilər, lakin ümumilikdə bu amillərin hər biri mənfəətin azalmasına təsir edən əsas səbəblər kimi qiymətləndirilə bilər”.
 
 
 
Ardını oxu...
“Forbes” jurnalı 2025-ci il üçün dünya milyarderlərinin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycan əsilli şəxslər də yer alıb.
Yeniavaz.com xəbər verir ki, “Forbes”in siyahısına daxil edilən 3 028 milyarder arasında 4 nəfər azərbaycanlı var.
Qeyd edək ki, bu milyarderlərin hamısı Rusiyada yaşayır və onların əsas gəlir mənbələri də həmin ölkə ilə bağlıdır.
Azərbaycan əsilli milyarderlərin ən varlısı dünya milyarderləri siyahısında 62-ci sırada yer alan Vahid Ələkbərovdur. O, eyni zamanda Rusiyanın ən varlı şəxsi hesab olunur.
74 yaşlı Vahid Ələkbərovun ümumi sərvəti 28,7 milyard dollardır və son bir ildə bu məbləğ təxminən 100 milyon dollar artıb.
Vahid Ələkbərovdan sonra ən varlı azərbaycanlılar Zarax İliyev və Qod Nisanov hesab olunurlar. Zarax İliyev dünya milyarderlərinin siyahısında 1072-ci, Qod Nisanov isə 1074-cü sırada qərarlaşıb.
Onların hər birinin 3,4 milyard dollar sərvətə sahib olduğu bildirilir. Son bir ildə hər ikisinin sərvəti təxminən yarım milyard dollar artıb.
Dünya milyarderlərinin siyahısında yer alan sonuncu azərbaycanlı isə Fərhad Əhmədovdur. O, 2 110-cu sırada yer alıb və 1,6 milyard dollar sərvəti var. Son bir ildə onun sərvətində heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, 4 il əvvəl – 2021-ci ildə dünya milyarderləri siyahısında 5 azərbaycanlı olub. 2021-ci ildə Araz Ağalarov 1,2 milyard dollarlıq sərvəti ilə “Forbes”in siyahısında yer alıb. Lakin son 4 ildir ki, Araz Ağalarov milyarderlər siyahısına daxil ola bilmir.
Ardını oxu...

 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqələrinin qalibləri “Azərbaycan Beynəlxalq Bankı” ASC (VÖEN - 9900001881) və “Kapital Bank” ASC (VÖEN - 9900003611) olub.
Yeniavaz.com xəbər verir ki, DSMF-nin Aparatında əmək haqlarının, eləcədə DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə ABB-yə 22 milyon 981 min 530 manat 5 qəpik ödəniləcək.
Bundan başqa, DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinə görə “Kapital Bank”a 24 milyon 560 min 167 manat 80 qəpik veriləcək.
Qeyd edək ki, göstəriləcək xidmətlər bir illik dövrü əhatə edəcək.
Ardını oxu...
"Azercell Telekom" MMC abunəçilərindən mobil nömrələrdən istifadəyə görə aylıq xidmət haqqı tutur.

Valyuta.az xəbər verir ki, “Azercell” bu rüsumu 2 manat müəyyənləşdirib.

Qeyd edək ki, bu xidmət haqqı hər ay telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcminin 2 manatdan az olduğu təqdirdə tətbiq edilir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır.
 
Ardını oxu...
"Su İdmanı Sarayı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən inşaat materialları və alətlərin satın alınması üçün keçirilən tenderin qalibi müəyyən edilib.

32gun.az-ın məlumatına görə, "GÜVƏN LUX" MMC tenderdə qalib gəlin. Tərəflər arasında 194.508,56 AZN-lik müqavilə bağlaması gözlənilir.

Lakin tenderin nəticələri mübahisələrə səbəb olub. Belə ki, qalib şirkət "GÜVƏN LUX" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Bu, belə böyük məbləğdə müqavilənin bu qədər kiçik kapitalı olan şirkətə verilməsi ilə bağlı suallar doğurur.

"GÜVƏN LUX" MMC-nin qanuni təmsilçisi Elmar Həmidov Ramiz oğludur. "Su İdmanı Sarayı" MMC-nin direktoru isə Tələt Məmmədov Balakişi oğludur.

"Su İdman Sarayı"nın nizamnamə kapitalı 420.736.722,60 AZN-dir.
 

Dünyapress TV

Xəbər lenti