Mərkəzi Bankın dollar qadağası: Yeni böhranın ayaq səsləri?
Dünya yeni iqtisadi xaosa sürüklənir, Azərbaycanı nələr gözləyir...

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp dünyanın əksər ölkələrinə gömrük tarifləri tətbiq edib. Bundan sonra ABŞ-yə məhsul ixrac edən şirkətlər tətbiq olunan tariflərə uyğun rüsum ödəyəcəklər. Tramp digər postsovet ölkələri ilə yanaşı Azərbaycana da “ilişib”, amma nisbətən “insfalı” yanaşıb – biz 10 faiz ödəyəcəyik.

Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkənin bu qərarı müttəfiqlərdə və başqa dövlətlərdə narahatlıq doğurub. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Trampın qərarının bütün dünya üzrə biznes və istehlakçılara zərbə olacağını bəyan edib. Azərbaycanın ABŞ-nin qərarından narahatlığı yoxdur, çünki bu ölkəyə vur-tut 135 milyon dollarlıq mal satmışıq, amma ABŞ-dən ötən il aldığımız məhsulların dəyəri 1 milyard 617 milyon dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.

Trampın elan etdiyi ticarət müharibəsinin Azərbaycana dolayı təsirləri isə mütləq olacaq. İqtisadçı Rövşən Ağayev hesab edir ki, qlobal iqtisadi resessiyanın başlaması riski xeyli yüksəkdir. Onun sözlərinə görə, hazırkı şərtlərdə qlobal iqtisadi böhranın ən böyük zərbəsini iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələr alacaq. “Dünya iqtisadiyyatında mümkün daralma enerji daşıyıcılarının qiymətlərinin aşağı çəkəcək. Orta və uzun müddətli dövrdə maliyyə bazarlarındakı çalxantılar aktivlərin də dəyərsizləşməsi riski yaradır. Hər kəs ən pis ssenariləri masasının üzərində, gözünün qabağında tutmalıdır”, - iqtisadçı vurğulayıb.


R.Ağayevin dediyi “iqtisadiyyatı şaxələnməmiş, resurs gəlirlərindən yüksək asılılığı olan, primitiv istehsal strukturuna malik ölkələrdən” biri də Azərbaycandır. Ölkə iqtisadiyyatı əsasən neft-qaz sektorunun üzərində dayanıb, ixracın 92 faizindən çoxunu bu məhsullar təşkil edir. Ticarət müharibəsnini enerji qiymətlərinə mənfi təsir edəcəyi barədə proqnozlar da Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Çünki neft hasilatının ilbəil kəskin azaldığı mərhələdə qiymətlərin ucuzlaşması ölkə iqtisadiyyatına ciddi problemlər, o cümlədən milli valyutanın dəyərsizləşməsini qaçılmaz edir.

Yeri gəlmişkən, ölkədə devalvasiya gözləntiləri var. Bu günlərdə Mərkəzi Bankın bundan sonra hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamamaq qərarı verməməsi narahatlığın əsassız olmadığını ortaya qoyur. “Hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur”, - MB-dan verilən açıqlamada deyilir.

Bu gün baş bank elan edib ki, aprel ayının 1-nə valyuta ehtiyatları son bir ayda 0.32% və ya 34.7 milyon dollar artaraq 11 milyard 26.5 milyon dollara çatıb. Amma bu artım cüzidir, son 1 ildə ehtiyatların 5.4% və ya 627.9 milyon dollar azalmasının yanında kiçik rəqəmdir. MB ötən 1 ildə ehtiyatların hansı səbəbdən bu qədər əriməsinə aydınlıq gətirməyib. Amma ötən il və 2025-ci ilin əvvəlində valyuta bazarında baş verənlərə nəzər saldıqda ehtiyat valyutanın hara xərclədiyi barədə təsəvvür yaranır.

Qeyd edək ki, 2024-cü il ərzində banklara ümumilikdə 7.7 milyard dollardan çox valyuta satılıb. Bu göstərici 2023-cü illə müqayisədə 84.8% çoxdur. Həmin il ərzində keçirilən valyuta hərraclarında cəmi 3 milyard 878.53 milyon dollar satılmışdı.

2025-ci ilin yanvar ayı ərzində isə Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında 500 milyon dollara yaxın valyuta satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında banklara 417.1 milyon ABŞ dolları satılmışdı.

Baş bank artıq bu tip məlumatları açıqlamayacaq. İqtisadçı Rövşən Ağayev Pressklub.az-a deyib ki, əvvəla, bu qərar Mərkəzi Bank kimi son dərəcə əhəmiyyətli bir qurumun tərəfindən şəffaflıq prinsipinin pozulmasıdır: “Bizimkilər Türkiyə Mərkəzi Bankının təcrübəsinə baxsın, onlar ehtiyatların həcmi ilə həftəlik məlumatlar açıqlayırlar. Həmçinin banklara satdıqları valyuta həcmini ictimaiyyətə təqdim edirlər”.

Digər səbəbə gəlincə, R.Ağayev qeyd edir ki, məlumat qapalılığı yaratmaqla ekspert cameəsini və medianı informasiyasız saxlamağa, mümkün olduğu qədər valyuta bazarında gedən proseslərlə bağlı müstəqil analizlərin az olmasına çalışırlar. “Guya bununla müəyyən dövrlərdə valyuta bazarında panik əhval-ruhiyyə yaranmasının qarşısını almağa nail ola biləcəklərini düşünürlər”, - iqtisadçı bildirib.

İqtisadçı İlham Şaban isə düşünür ki, Mərkəzi Bank bu məlumatları açıqladıqca nə qədər neqativ fikirlər səsələndirildiyini görür: “İctimaiyyət də hay-küyə düşüb dollar alır, kimi bankdakı manat depozitini dollara çevirir, kimi də ümumiyyətlə pulu “yastıq altına” saxlamağa yönəldir”.


İqtisadçı vurğulayır ki, burada bir günah da hökumətin üzərindədir: “Məmurlar özləri bilavasitə cəmiyyətə mütəmadi mesajlar vermir, hökumətin özünün sevib-seçdiyi “ictimai fəal mütəxəssislər” isə lazımi qədər ictimaiyyəti inandıra bilmirlər və sair...”

Xatırladaq ki, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyanın acı təcrübəsini görüb. Həmin dövrdə Mərkəzi Bank manatın məzənnəsini qorumağa milyardlarla dollar xərclədikdən sonra qəflətən devalvasiya qərarı verdi. Nəticədə iqtisadiyyata ağır zərbə dəydi, bankların, şirkətlərin, iş adamlarının, sadə vətəndaşların borcu dəfələrlə artdı, onların bir çoxu müflisləşdi. Azərbaycan iqtisadiyyatı bəzi parametrlər üzrə hələ də devalvasiyaya qədərki göstəricilərini bərpa edə bilməyib. Neft hasilatının sürətlə azalması, dünyada gedən proseslər – müharibələr, ABŞ prezidentinin elan etdiyi tariflər də Azərbaycan kimi resursdan asılı ölkələr üçün yaxşı perspektiv vəd etmir. Hökumət növbəti böhrana hazırlaşmalıdır. Mərkəzi Bankın dollar satışı haqda məlumatları qapalı saxlamaq qərarı kimi addımlar dərdə çarə deyil...
pressklub
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti