Ardını oxu...
Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..
Mövsümü, əsasən, yay ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur..
Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Xəzər TV bildirir ki, alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.
Ardını oxu...
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan bazarı azad bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir:

“İstənilən malı istənilən qiymətə satmaq olar. Heç bir dövlət orqanının icazəsi yoxdur ki, buna müdaxilə etsin. Bazar tələb və təklif ilə formalaşır, qiymətlər də buna görə müəyyən edilir. Qida məhsullarının keyfiyyətinə isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, nəzarət olunur. Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan supermarketlər şəbəkəsinə mallar girə bilməz. Çünki onların kağızı əsasında şəbəkələrə mallar daxil olur. Lakin məhəllə dükanlarında, bazarlarda AQTA-nın nəzarətindən qaçmış bu cür mallar ola bilər. Həmçinin keyfiyyəti barədə də əgər Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparmayıbsa, onun təhlükəsizliyi barədə məlumat əldə etmək çox çətindir. Bu təbiidir bazarda tələbat var və bəzi adamlar bunu almaq istəyir. Ona görə də bu cür qiymətlər formalaşır. Əgər onların yetişdirilməsində süni gübrələrdən və nitritlərdən həddindən artıq istifadə olunmayıbsa, bu təhlükəsizdir. Bu cür mal alan zaman şübhələr olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verərək yoxlatdıra və yaxud da satıcıdan AQTA-nın icazəsi olan kağızı tələb edə bilərlər”.
 
Ardını oxu...
2025-ci ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borc portfelinin təşkilatlar üzrə həcmi açıqlanıb.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ardını oxu...
Borcun 35,1%-i Asiya İnkişaf Bankının, 27,0%-i avrobondların, 15,8%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

2025-ci ilin 01 yanvar tarixinə dövlət büdcəsi hesabına (borca xidmət xərcləri və daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən cəlb edilən vəsait hesabına) xarici borclar üzrə 1.324,0 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900,0 milyon ABŞ dolları məbləğində avrobondlar), 161,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq xarici dövlət borcu üzrə 308,8 milyon manat (126,4 milyon manat əsas borc ödənişləri, 182,4 milyon manat faiz 86,1% 5,8% 3,4% 3,1% 1,6% ABŞ dolları Avro XDR Yapon yeni Digər ödənişləri) borc ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilmişdir.
 
 

 


Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özü ilə özü ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, bir mənbədən satınalma metodu üzrə bağlanan müqavilədə AQTA-nın xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin və "əlaqədar xidmətlər"in satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 10 750 manatdır.
AQTA-nın sədri Qoşqar Təhməzlidir. O, 2017-ci ildən bu vəzifədədir.
 
 
 
Ardını oxu...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) Müstəqil Dövlətlər Birliyinin (MDB) 2025-2026-cı illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə yeni proqnozunu açıqlayıb.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə EİA-nın fevral ayı üzrə hesabatına istinadən xəbər verilir. Qurumun MDB ölkələrində 2025 və 2026-cı illər üçün neft hasilatı proqnozları göstərilib. Belə ki, Azərbaycanda 2025-ci ildə 630 min barel, 2026-cı ildə isə 610 min barel hasil edəcəyi gözlənilir, yəni azalma tendensiyasını göstərir. Rusiyada 2025-ci ildə 10,45 milyon barel, 2026-cı ildə 10,58 milyon barel hasil edəcəyi proqnozlaşdırılır ki, bu cüzi artım deməkdir. Qazaxıstanda isə 2025-ci ildə 1,93 milyon barel, 2026-cı ildə isə 2,03 milyon barel hasilat edəcəyi gözlənilir. Bu da artım deməkdir.

Azərbaycanın neft hasilatında azalma proqnozu maraqlıdır. Bu, ehtiyatların tükənməsi, yeni layihələrin yetərincə inkişaf etməməsi, yaxud OPEC+ qərarları ilə bağlıdırmı? Ümumiyyətlə, bu proqnoz nə dərəcədə reallığı əks etdirir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Ümumiyyətlə, ehtiyatlarla bağlı 10 ildir eyni rəqəmlər verilir. Yəni 7 milyard barel 2015-2016-cı illərdə də eyni idi, elə indi də eynidir. Nədənsə heç nəzərə almırlar ki, bəs bu müddətdə nə qədər neft çıxarılır, o qədər sabit neft nəyin hesabına qalıb?! Yeni neft yataqları və yaxud kondensat yataqları açılmayıb axı. Yəni bu baxımdan o ehtiyatlarla bağlı olan məlumatlar inandırıcı deyil, ümumiyyətlə, köhnə məlumatdır. Hasilatla bağlı onu deyə bilərəm ki, bunlar da reallıqdan uzaqdır. Azərbaycan ötən il 29,1 milyon ton neft hasil edib, yəni ortalama 590 min barel. Düzdür, Azərbaycanda cari ildə neft hasilatının artımı gözlənilmir, ancaq 630 min barel hasilat olacağı göstərilir. 630 min barel 31,5 milyon ton deməkdir. Yəni fərq görürsünüz nə qədərdir?!”

Qeyd edək ki, Azərbaycanda neft ehtiyatlarının tükənəcəyi ilə bağlı tezislər çox vaxt qərəzli və məqsədli şəkildə yayılır. Bu cür yanaşmalar adətən ya Azərbaycanın enerji sektorundakı rolunu kiçiltmək, ya da xarici dairələrin maraqlarına xidmət etmək üçün ortaya atılır. Neft ehtiyatlarının tükənməsi məsələsi yalnız mövcud hasilatla məhdudlaşmır. Yeni yataqların kəşfi və müasir texnologiyaların tətbiqi hasilatı uzada bilər. Azərbaycanda “Abşeron”, “Şəfəq-Asiman”, “Ümid-Babək” kimi perspektivli yataqlar var və onların işlənməsi ehtiyatların uzunmüddətli olacağını göstərir. Ənənəvi neft yataqlarında hasilatın tədricən azalması normal prosesdir. Lakin bu, neftin tamamilə tükəndiyi anlamına gəlmir. SOCAR və tərəfdaş şirkətlər neft hasilatını stabil saxlamaq üçün müxtəlif tədbirlər görürlər. Qlobal enerji şirkətləri və Azərbaycanın rəsmi qurumları ehtiyatları beynəlxalq metodologiya əsasında hesablayır. Əgər Azərbaycanın neft ehtiyatları ciddi şəkildə tükənmə riski ilə üzləşsəydi, bu, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində və neft bazarına təsirlərdə açıq şəkildə görünərdi. Azərbaycanın enerji siyasətini və bazardakı yerini zəiflətmək istəyən qüvvələr bilərəkdən “neft tükənir” narrativini təbliğ edə bilərlər. Bu, həm Azərbaycanın enerji sahəsinə qoyulan investisiyalara təsir etmək, həm də ölkənin enerji müstəqilliyini şübhə altına almaq üçün istifadə edilə bilər.
 
Ardını oxu...
“Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Ardını oxu...

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
Ardını oxu...
Gədəbəy Mineral Suları MMC-nin baş direktoru Adil Haqverdiyevdir.

Qeyd edək ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.
 
 
 
Ardını oxu...
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ölkələrdən 33 min 800 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı) idxal edib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 754 dollar olub.
Məlumat üçün bildirək ki, dizel Azərbaycana əsasən iki ölkədən – Türkmənistan və Rusiyadan idxal edilib. Türkmənistandan 23 min 112 ton, Rusiyadan isə 9 min 969 ton dizel gətirilib. Türkmənistandan idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 686 dollar, Rusiyadan idxal olunan dizelin 1 tonunun orta gömrük dəyəri 777 dollar olub.
Onu da qeyd edək ki, Azərbaycandan eyni dövrdə xarici ölkələrə 374 min 898 ton dizel yanacağı (ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar) ixrac edilib. İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri 502 dollar olub.
Azərbaycan ağır distilyatlar və ya digər məqsədlər üçün qazoylları aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 103 021 ton (1 tonu 707 dollar);
Türkiyə – 85 618 ton (419 dollar);
İtaliya – 83 911 ton (273 dollar);
Ukrayna – 68 493 ton (696 dollar);
Malta – 29 481 ton (264 dollar);
Rumıniya – 3 067 ton (200 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 1 307 ton (316 dollar).
 
Ardını oxu...
Ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığı iddia edilir..

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu da göstərilib.

Bəs belən olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?

Fermerlər bildirirlər ki, heyvanın bəslənməsi və ət istehsalı ilə əlaqədar xərclər artdıqca, satış qiymətlərinin də yüksəlməsi qaçılmaz olur. Onların sözlərinə görə, qeyd edilən statistik rəqəmlər real deyil.

İqtisadçı-ekspert Xalid Kərimli bu fərqin əsas səbəblərini satış xərcləri, daşınma, emal ilə əlaqələndirir. Ekspertin sözlərinə görə, sözügedən bu qiymət məhsulun maya dəyəridir. Ümumi xərclər isə daha çoxdur.

Dövlət Statistika Komitəsi eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Məlumata görə, mal ətinin topdansatışı 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüzün isə 16 manat 30 qəpik təşkil edib.

 
 
 
Ardını oxu...
“Birdən-birə bütün müəllimlərin maaşını qaldırmaq, hamıya yüksək maaş vermək çətin və mürəkkəbdir”

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.

“Sertifikasiya prosesindən keçən müəllimlərin maaşı imtahan göstəricisinə müvafiq faizlərlə artır. Ancaq digər müəllimlərə gəldikdə, onların maaşı davamlı olaraq az faizlərlə olsa belə, artır.

Dövlətimiz müəllimlərin həyat fəaliyyətinin yaxşılaşdırılması istiqamətində səylər göstərir. Əvvəlki illərlə müqayisədə müəllimlərin maaşında xeyli artımlar var. Bu gün, hətta bəzi müəllimlər 1500 manata qədər maaş alırlar. Bu rəqəm yaxşı göstəricidir. Zaman-zaman maaşların artırılması məsələsinə baxılacaq və artımlar ediləcək.

Birdən-birə bütün müəllimlərin maaşını qaldırmaq, hamıya yüksək maaş vermək çətin və mürəkkəbdir. Çünki dövlətin də üzərində müəyyən qədər yüklər, məsuliyyətlər var. Ona görə də bu prosesdə tələsmək olmaz. Maaş artımı zamanla düzələcək. Əlbəttə, müəllim də digərlər şəxslər kimi daha çox maaş almaq istəyirlər. Amma buna zaman lazımdır. Mərhələli addımlar atılacaq”.
 
Ardını oxu...
Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov kriptovalyuta işinə 945 min dollar pul yatırıb və aldadılıb.

Gununsesi.info xəbər verir ki, bunu özü fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində etiraf edib. O, zərərçəkmiş qismində ifadə verib.

Zeynal Usubov ötən il prokuror müavini vəzifəsindən azad edilib. Lakin özü də ifadəsində təsdiqləyib ki, 945 min dolları kriptovalyuta biznesinə yatırmaq üçün prokuror müavini işlədiyi dövrdə verib.

Zeynal Usubov keçmiş Daxili İşlər Naziri, hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşı oğludur. Onu aldadıb pulunu ələ keçirməkdə ittiham olunan Nizami Alışan isə AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun qardaşı oğludur.

Nizami Alışan hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. O, Zeynal Usubovla yanaşı, daha iki nəfəri – Babək Məmmədzadə və Yadigar İsrafilovu da investisiya fəaliyyətilə məşğul olan platformada kriptovalyuta alqı-satqısı adı ilə aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə milyonlarla büdcə vəsaitinin yeyintisi ittihamı ilə həbs olunmuş, bir müddət sonra azadlığa buraxılmışdı.
 
Ardını oxu...
Bir müddət əvvəl tiktoker “Baboş”a son model “Range Rover” hədiyyə etməsi ilə gündəmə gələn
“Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun vergi borcu yaranıb.

Tribunainfo.az xəbər verir ki, “Quseynoff” MMC-nin dövlətə olan borcunun daha da artdığı məlum olub. Belə ki, şirkətin hazırda dövlətə 173 594 AZN vergi borcu var.

Bir müddət əvvəl isə bu məbləğ 166 105 AZN idi.

Xatırladaq ki, vergi borcu olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin tiktoker kimi məşhurlaşan “Baboş”a avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.

Bir müddət öncə AQTA apardığı yoxlama zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal etdildiyini müəyyən etmişdi.
Laborator müayinələr nəticəsində “Quseynoff” əmtəə nişanlı viski məhsulunda sivuş yağlarının və mürəkkəb efirlərin kütlə qatılığı üzrə uyğunsuzluq aşkarlanmış, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarında isə tündlülük göstəricisi üzrə etiket məlumatlarında uyğunsuzluq müəyyən olunmuşdu.

Buna əsasən, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılmış, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilmiş və dövriyyədən çıxarılmışdı.

MMC rəhbəri saxta işçi istehsalı ilə məşğul olmaq və “Baboş”a avtomobil hədiyyə etməklə məşhurlaşsa da, bəzən müğənniliklə də məşğul olub. O, ötən ilin martında Canan adlı müğənni ilə mahnı oxumuş və hətta klip də çəkdirmişdi.

Dünyapress TV

Xəbər lenti