Banklar daha qazana bilmir: Pul yoxdur, yoxsa etimad? - AKTUAL
Azərbaycanda bank sektoru 2025-ci ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə daha az mənfəət əldə edib.

Belə ki, bankların xalis mənfəəti 14,3%, əməliyyat mənfəəti isə 7,7% azalıb. Bu, sektorda müəyyən iqtisadi amillərin təsirini göstərir və gələcəkdə bank bazarının necə dəyişə biləcəyi ilə bağlı suallar yaradır.

Bank mənfəətinin azalmasına səbəb nədir? İnsanların banka qoymaga pulu, ya banklara etimadı yoxdur?

Bunun arxasında faiz dərəcələrinin dəyişməsi, kredit portfelindəki risklər, depozitlərə marağın azalması və inflyasiya kimi faktorlar dayana bilər.

Ekspertlər bildirirlər ki, bu tendensiya davam edərsə, bankların strategiyasında dəyişikliklər qaçılmaz olacaq. Mövzu ilə əlaqədar "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, burada söhbət bankların əmanət portfelindən, verdiyi kreditlərdən, aktivlərindən və ya kapitalından getmir:

“Məsələ mənfəətlə bağlıdır, yəni qazancın azalması gəlirlə xərclər arasındakı fərqin daralmasıdır. Son illərdə bankların əmanətləri artıb, insanlar daha çox vəsait yatırır, banklar isə daha çox kredit verir. Lakin bütün bunlara baxmayaraq, mənfəət azalır. Bu, nə ilə əlaqəli ola bilər? Birincisi, problemli kreditlərin sayının artması mümkündür. Yəni banklar verdikləri kreditlərin bir hissəsini geri ala bilmirlər, nəticədə həmin kreditlər "ölür" və banklar üçün itkiyə çevrilir.

Digər bir səbəb isə kredit faizlərinin aşağı salınması ola bilər. Bəzi banklar kredit faizlərini endirib, bu da onların gəlirlərinin azalmasına səbəb olur. Bununla yanaşı, bəzi banklar əmanət faizlərini artırıblar. Müştərilərə daha çox faiz ödəmək isə xərclərin artmasına gətirib çıxarır və nəticədə mənfəət azalır. Yəni az gəlir, çox xərc yaranır”.

Bundan başqa, bankların əməliyyat gəlirlərinin azalması da prosesə təsir edə bilər:

“Məsələn, pul köçürmələri və digər bank xidmətləri üzrə gəlirlər azalıbsa, bu da ümumi mənfəətə təsir edir".

Ekspert hesab edir ki, bankların öz xərcləri də artmış ola bilər:

"Məsələn, maaş fondunun böyüməsi, informasiya texnologiyalarına və təhlükəsizliyə yatırılan investisiyaların artması mənfəətin azalmasına səbəb ola bilər. Son dövrlərdə bank kartları ilə bağlı fırıldaqçılıq hallarının artması bu sahəyə daha çox maliyyə resursu ayırmağa məcbur edir. Təhlükəsizlik sistemlərinin gücləndirilməsi isə əlavə xərc yaradır və nəticədə mənfəət azalır. Hər bir bankın vəziyyəti fərqli ola bilər, lakin ümumilikdə bu amillərin hər biri mənfəətin azalmasına təsir edən əsas səbəblər kimi qiymətləndirilə bilər”.
 
 
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti