Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
“Bank Avrasiya” ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata düşüb.

Teleqraf xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata düşüb. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. “Bank Avrasiya” ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə çatıb

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63%(18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın maliyyə hesabatından belə aydın olur ki, vaxtı keçmiş kreditlərin 5,16%-i, yəni 6 miylon 789 min manatı sənaye (hesabat dövründə bu sahəyə 17,771.60 min manat kredit verilib), 5,19%-i - 6 milyon 837 min manatı kənd təsərrüfatı (hesabat dövründə bu sahəyə 10,561.44 min manat kredit verilib) sektorundadır. İlin birinci rübündə bankın fiziki şəxslər üzrə kredit portfeli 72 milyon 430 min olub. Bunun 2,19%-i yəni, 2 milyon 881 min manatının vaxtı keçib. Bank əsasən ipoteka kreditləri üzrə götürülən vəsaitlərin vaxtında ödənilməsində çətinliklərlə üzləşib. Portfeldəki 2 milyon 881min manat vaxtı keçmiş kreditin 2 milyon 289 min manatı yaşayış sahəsinin alınmasına ayrılan vəsaitlər üzrədir.

Yeri gəlmişkən, bank əsasən kreditləşməni paytaxtda apardığı üçün vaxtı keçmiş kreditlərin də regionlar üzrə bölgüsündə Bakı birinci sırada yer alır. Paytaxtda verilən 109 milyon 142 min manat kreditin 10 milyon 698 min manatının vaxtı keçib.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb. Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.

Əhalinin bankdakı pulları azalıb

Bu ilin yanvar-mart aylarında “Bank Avrasiya”nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata düşüb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Bankın əhalidən vəsaitlərin cəlbində yaşadığı problem müştərilərə ayrılan borc vəsaitlərinin azalmasını şərtləndirib. Digər tərəfdən bank kreditləri ilə yanaşı, bankın qiymətli kağızlara yatırdığı vəsait eləcə də maliyyə sektoru üzrə tələbləri məhdudlaşıb.

Bankın subordinasiya borc öhdəlikləri ötən ilin sonundakı 903.71 min manatdan bu ilin birinci rübündə 1,473.6 min manata yüksəlib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə “Top Properties” MMC, 49,5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.

Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildən fəaliyyət göstərir.

Bölmənin digər xəbərləri

07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
29 May 2025 Ayı ətinin satışına icazə veriləcək

Dünyapress TV

Xəbər lenti