Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) ənənəvi məlumatların açıqlanmasını əhəmiyyətsiz hesab edərək, həftəlik valyuta ticarəti ilə bağlı məlumatların dərcini dayandırıb. Valyuta hərracının nəticələrinə dair son məlumat fevralın sonunda ictimaiyyətə açıqlanıb.

Tənzimləyicinin mətbuat xidmətindən verilən məlumata görə, əsas bankı bu təcrübədən əl çəkməyə vadar edən səbəbləri AMB sədri yerli media dairələrinin nümayəndələri ilə bu yaxınlarda keçirdiyi görüşdə səsləndirib.

“Hazırda Mərkəzi Bank həftədə iki dəfə valyuta hərraclarının keçirilməsini davam etdirir. Valyuta hərraclarında formalaşmış məzənnənin sabitliyi və banklar tərəfindən təqdim olunan tələbin tam ödənilməsi nəzərə alınaraq, valyuta hərraclarının nəticələrinə dair məlumatların Mərkəzi Bank tərəfindən təqdim edilməsi aktual hesab edilmir. Eyni zamanda qeyd etmək istərdik ki, hər ayın sonunda bankın valyuta ehtiyatlarının səviyyəsi barədə məlumat AMB-nin internet saytında hər ay dərc olunur. Bu məlumatların yayılması əvvəlki kimi davam edəcək”, - deyə AMB-dən bildirilib.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzuya dair AYNA.AZ-a şərhində xatırladıb ki, Mərkəzi Bankdan verilən məlumata görə, məzənnə sabit qalır, valyutaya tələbat tam ödənilir: “Nəticədə, maliyyə tənzimləyicisi yuxarıda qeyd olunan məlumatları dərc etməkdə heç bir məna görmür. Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması və ya artması ilə bağlı məlumatlar artıq hər ay ictimaiyyətə açıqlanır”.
“Bununla belə, heç bir məlumatın olmaması səbəbindən ölkənin əsas bankının valyuta ehtiyatlarının artmasına və ya azalmasına təsir edən səbəblər aydın deyil. Məlumat çatışmazlığı valyuta bazarının şəffaflığına təsir göstərir. Eyni zamanda, bütün bunlar bazar iştirakçıları arasında qeyri-müəyyənlik yaradır və vəziyyətin ətraflı təhlilinə mane olur”, - deyə analitik bildirib.

Qlobal praktikada mərkəzi bankların valyuta hərracları haqqında məlumat verməməsinin bir neçə səbəbi var. Digər şeylər arasında, davranış iqtisadiyyatı ilə bu və ya digər şəkildə əlaqəli bir məqam önə çıxır. Dollara tələbat artarsa, bu, əhali arasında əsassız narahatlıq və gərginlik yaradır. Nəticədə süni tələb stimullaşdırılır və milli valyutaya təzyiq kəskin şəkildə artır. Bunun qarşısını almaq üçün mərkəzi banklar valyuta ticarəti ilə bağlı məlumatları açıqlamır.

Əmirovun sözlərinə görə, bu, mərkəzi bankların valyuta ehtiyatlarından dövlətin digər mühüm ehtiyaclarını ödəmək üçün istifadə edildikdə də baş verir: “Belə ki, mərkəzi banklar müəyyən dövlət məqsədləri üçün ayrılan valyuta ehtiyatlarının müəyyən hissəsinin məxfi saxlanmasını zəruri hesab etdikdə, müəyyən məlumatların dərcinə məhdudiyyətlər qoyurlar. Bir sıra başqa səbəblər də var ki, onları sadalamaq olar, lakin bir qayda olaraq, bu cür qərarlar dövlət maraqlarını qorumaq məqsədilə verilir”.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov da mövzuya münasibət bildirib. Qeyd edib ki, AMB-nin valyuta hərraclarının nəticələri ilə bağlı məlumat verməyə davam etməsi vacibdir: “Çünki bu, ümumilikdə valyuta bazarında tələbin müəyyən edilməsi, eləcə də təklifin qiymətləndirilməsi üçün lazımdır. Təklifimiz ondan ibarətdir ki, AMB-nin əvvəlki dövrlərdə olduğu kimi mütəmadi olaraq, yəni gündəlik olaraq valyuta hərracları ilə bağlı məlumat paylaşması məqsədəuyğun olardı. Biz bu istiqamətdə əvvəlki təcrübəni davam etdirməyi təklif edirik”.

Yada salaq ki, ötən il dollar satışının artması cəmiyyətdə müəyyən gərginliklə müşayiət olunmuşdu. Bank sektorunda nağd dolların alqı-satqısının həcmi əvvəlki ilin səviyyəsi ilə müqayisədə 44 faiz artıb.

Deputat diqqətə çatdırıb ki, xarici valyutaya əlavə tələb əsasən valyuta bazarında volatillik ətrafında pisləşən informasiya vəziyyətinin yaratdığı psixoloji amil hesabına formalaşıb. Eyni zamanda, ekspert maliyyə tənzimləyicisinin təsir-kommunikasiya kanallarını gücləndirməyə çağırıb.
 
Ardını oxu...
ABŞ Çin mallarına rüsumları artırıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda CNBC məlumat yayıb.

Bildirilib ki, Ağ Ev Çin mallarına rüsumları 145%-ə qaldırıb.

Qeyd edək ki, D. Tramp ötən gün Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını, bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını isə 90 gün müddətə dayandırdığını açıqlamışdı.
Ardını oxu...
Kartofun qiymətində artım davam edir. Baxmayaraq ki, bazara təzə kartof çıxarılıb, qiymət nəinki enir, əksinə, qalxır. Məlumatlara görə, bazarda kartof alıcılara 1,70-2,2 manata təqdim olunur. Təzə kartofun qiyməti isə 4-5 manat arasındadır. Ucuz qiymətə satışa qoyulanlarsa keyfiyyətsiz, yararsız məhsullardır. Qiymət artımına bir çox səbəblər göstərilir. Yerli istehsalın azlığı və daxili tələbatı ödəməməsi, ölkəyə idxal olunan kartofun qiymətində artım, təzə məhsulun hələ tam yetişməməsi, az partiyalarla bazara çıxarılması əsas səbəb kimi vurğulanır.
Bakupost.az-ın məlumatına görə, ekspertlər son bir neçə ildə kartofun əkin sahəsinin 75 mindən 25 min hektara düşdüyünü, əkin sahələrinin azalmasının məhsuldarlığa mənfi təsir etdiyini, nəticə etibarilə qiymətlərin bahalaşmasına gətirib çıxardığını bildirirlər. Ekspertlər bildirir ki, hazırda bazarda satılanlar anbarlarda saxlanılan depolanmış kartoflardır. Bu kartofun müəyyən saxlanma, daşınma və s. xərcləri var. Yəni məhsulun əkini, yığımı ilə yanaşı saxlanması da son qiymətin formalaşmasında müəyyən fərqlər yaradır. Anbarda və yaxud tarlada işləyən işçi keçən il 345 manat minimum əməkhaqqı alırdısa, bu gün minimum əməkhaqqı 400 manatdır. Bu da qiymətin qalxmasına təsir edir. Digər tərəfdən, istehsal olunan məhsul daxili tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur. İdxal məhsulunun qiymətinin üzərinə isə daşınma – logistika qiymətləri də əlavə olunduqda, bu da bahalaşmaya səbəb olur. Çünki daşınma xərcləri də müxtəlif səbəblərdən zaman-zaman artır.

İqtisadçı Rauf Qarayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, qiymət artımının qarşısını almaq və daxili tələbatı ödəmək üçün ən vacib məsələ yerli istehsalı artırmaqdır. Bunu hamı bilir, anlayır, lakin təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır:

- Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müəyyən etdiyi istehlak normasına əsasən adambaşına illik 107 kiloqram kartof düşür. Bu hesabla ölkədə illik 1 milyon 500 min ton kartof istehsal edilməlidir. Amma bizim ölkədə kartof istehsalı 1 milyona çatmır. Təxminən 900 min ton kartof istehsal edilir. Fermerlərə lazımi səviyyədə subsidiya ayrılmadığından kartof istehsalı getdikcə azalır. Kəndliyə min bir əziyyətlə kartof əkilib becərmək sərf etmir. Sahədən ucuz alınan kartof şəhərə çatanda bahalaşır. Kəndli də görür ki, onun becərdiyi məhsula dəyər verən yoxdur, əkib becərmək istəmir. Fermerlərə toxum, dərmanlar, əkin,becərmə mərhələsində lazımi dəstək verilməlidir. Ancaq dəstək yoxdur. Kartof toxumu xaricdən alınır, yerli toxum istehsalı yoxdur. Toxumçuluq inkişaf etdirilmir. Kartof suya tələbatı olan məhsuldur. Suvarma problemi bütün bölgələrdə kəskin şəkildə özünü göstərir. Fermerlər əkdikləri məhsulu vaxtlı-vaxtında suvara bilmədiklərindən şikayətlənirlər. Məhsuldarlıq aşağı düşür. Yığım zamanı da problemlər yaranır. Məhsulun xeyli hissəsi sahədə toplanmamış qalır, ya da yığılan məhsul standartlara uyğun olmayan soyuducu anbarlara toplanır, orada qeyri-adekvat şəraitdə xarab olur, çürüyür, beləliklə, böyük ölçüdə məhsul itkisi baş verir. Yəni göründüyü kimi problem bir deyil, iki deyil, çoxdur. Bütün bunlar bazarda məhsul qıtlığına və bahalaşmaya səbəb olur.
İqtisadçı qeyd etdi ki, ən çox kartof idxal etdiyimiz ölkə Rusiyadır. Amma son zamanlar digər ölkələrdən idxal da azalıb. Ümumiyyətlə, yazın ilk aylarında tərəvəzə ehtiyac artır. Müəyyən çətinliklər baş verir. Çünki tədarük olunan məhsul bitmək üzrədir, tələbat isə yüksəkdir. Bu da bazarda qiymətlərin qalxmasına səbəb olur. Yerli istehsal az olduğuna görə məcburuq kartofu digər ölkələrdən idxal edək. O cümlədən Rusiyadan. Məsələn, Belarusiyadan alınan kartofun həcmi də azalıb. Bazarların çox olması yaxşı haldır, amma yerli məhsulun az olması idxaldan asılılıq yaradır. Ölkəyə kartof yalnız idxal olunmur, həm də daşınır, ixrac olunur. Sahibkarlara sərf edir ki, məhsulu xarici ölkəyə satsın. Çünki daxildə müxtəlif ölkələrdən idxal olunan kartofun qiyməti ucuzdur, yerli fermerlərə yetişdirdikləri məhsulu ucuz qiymətə daxili bazara çıxarmaq sərf etmir. Sahibkarların daxili bazara girişində də çətinlik var. Təəssüf ki, bu sahədə inhisarçılıq davam edir. Qıtlıq yaranmasın deyə, digər ölkələrdən idxal olunan məhsul hesabına bazar doldurulur. İdxal isə həmişə qiymət artımına səbəb olur.

R.Qarayev qeyd etdi ki, məhsulun tədarükündə ortaya çıxan problemlər də fermerlərin xarici bazarlara üz tutmasına səbəb olur:

- Soyuducu anbarların sayı çox azdır. Soyuducu anbarlara əlçatanlıq aşağıdır. Bölgələrin heç də hamısında soyuducu anbarlar tikilməyib. Çox yerdə yoxdur. Anbarda məhsulun saxlanma qiyməti də bahadır. Bu səbəblərdən fermerlər payızlıq kartofu elə payızda da xaricə satırlar ki, əldə qalıb xarab olmasın, ziyana düşməsinlər. Anbarlarda ehtiyat toplanmadığına görə qıtlıq yaranır. Fermerlərə münasib güzəştlər edilməlidir ki, məhsulu soyuducu anbarlarda saxlaya bilsinlər, tələbat artdıqca, bazara çıxarsınlar, məhsulu yerli bazarda satmağa meyilli olsunlar. Bütün bu problemlərin həlli yolları əlbəttə vardır, lakin nədənsə, müəyyən qurumlar, bazarı monopoliyada saxlayanlar özlərinə sərf edən variantı seçir, idxala üstünlük verirlər. İdxal olunan məhsulsa heç də həmişə keyfiyyətli olmur. Ölkəmizdə daha keyfiyyətli kartof sortları yetişdirilə bilər. Lazımi tədbirlər görülsə, məhsuldarlıq da artar. İdxaldan asılılıq azalar, əhali də keyfiyyətli ərzaq məhsulu ilə təmin olunar.
Ardını oxu...
Bu suları istehsal edən zavodlar yerli yüksək vəzifəli məmurların nəzarətindədir. Yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, əvvəllər 40 qəpiyə satılan bir litrlik sular indi 70-80 qəpik arasında qiymətə təklif olunur.
Bu bahalaşma xüsusilə Naxçıvan şəhərində yaşayan ailələrin büdcəsinə ciddi təsir edir, çünki şəhərdə içməli su çox çirkli olduğundan sakinlər qablaşdırılmış su almağa məcbur olurlar.
Şəhər sakini Mərdan Məmmədov deyir ki, əvvəlki illərdə həftədə 9-10 manat verib 20 litr su alırdı. Lakin qiymətlər bahalaşdıqdan sonra hər həftə 17 manat ödəməli olur:
"Şəhərə verilən sudan nə içmək, nə də mətbəxdə istifadə etmək olar. Ona görə də hər kəs ya "Badamlı", ya da "Sirab" suyu alır. Minlərlə insana hər ay ziyan dəyəcək və nəticədə Naxçıvan rəhbərliyinin cibinə daha çox pul axacaq. Mən özüm məcburam ki, içməli suya hər ay 30 manat artıq ödəyəm. Yeni hakimiyyət su zavodlarını yaxın iş adamlarına verib.
Bu su, Allahın bizə verdiyi nemətdir. Naxçıvan əhalisinin də bu sərvətdə payı olmalıdır. Suyun öz axarı ilə çıxması üçün heç bir xərc tələb olunmur. Sadəcə qablaşdırıb gətirib satıb pul qazanırlar. Daşınma xərci ilə Naxçıvandan kənara başa düşmək olar, amma bizdə nə üçün qiymət qalxır, bunu başa düşmədik."
Digər sakin Ceyhun Vəliyev də təbii qaynaq sularının qiymətinin əsasız olaraq artırılmasından şikayətlənib:
"Benzinin, qazın qiymətini qaldırdıqları kimi indi də suyun qiymətini artırıblar. Əhali heç düşünülmür. Bir litr suyun qiyməti az qala benzinin qiyməti ilə eynidir. Halbuki, bu sular Naxçıvanın özündə çıxan sudur və çıxması üçün heç bir xərc tələb olunmur. Amma gözləri doymur, az xərc çəkib, çox qazanmaq istəyirlər. Ən azı Naxçıvanda qiymətə güzəşt edilməlidir. Əvvəl Talıbovlar boğazımıza keçmişdi, indi də yeni hakimiyyət. Dəyişiklik olduğunda sevindik, amma vəziyyət daha da ağırlaşdı. Gör hansı vəziyyət yaranıb ki, camaat Talıbovu arzulayır"
 
Ardını oxu...
Azərbaycanın tanınmış və qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir.

K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşiən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Tribunainfo.az
 
Ardını oxu...
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC nizamnamə kapitalını 3,7 milyon manat və yaxud 16,1% azaldaraq, 23 milyon manatdan 19,3 milyon manata endirdiyini elan edib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 49/C ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "K Group" 2014-cü ildə yaradılıb.
Ardını oxu...
ABŞ ilə rəsmi olaraq ticarət müharibəsinə girən Çində investorlar qızıla kəskin maraq göstərirlər.
Bu barədə "Bloomberg" verir.

Çinli investorlar keçən həftə qızıl fondlarına 1 milyard dollar sərmayə qoyublar. İnvestisiyaların əksəriyyəti fərdi əmanətçilər tərəfindən olub.

Məlumata görə, ABŞ və Çin arasındakı ticarət müharibəsi Çinli investorları qızıl fondlarına sövq edib.

Çində qızıl ümumiyyətlə zərgərlik və ənənəvi səbəblər üçün alınsa da, fərdi investorların da qızıla tələbatı yüksəkdir. Sonuncu qızıl investisiyalarının çoxu bu investorlar tərəfindən olub. İlin əvvəlindən qoyulan investisiya ötən ilin ümumi həcminin 80 faizini təşkil edir.

Qızıl bütün dünyada böhran dövründə investorlar üçün etibarlı sığınacaq olaraq görülür və qızılın önümüzdəki günlərdə də yüksəlişinin davam edəcəyi gözlənilir.
 
          
Ardını oxu...
Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın sabiq hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” və “Rusel Park” şirkətləri ötən il üçün maliyyə hesabatlarını açıqlayıblar.
Yeniavaz.com şirkətlərin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Rusel” şirkəti 2024-cü ili 526 min rubl (6,1 min dollar) xalis mənfəətlə, “Rusel Park” şirkəti isə 342 min rubl (4 min dollar) xalis zərərlə başa vurub.
Ardını oxu...
Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin yeganə təsisçisi Şahmar Vəliyevdir. Direktor isə Olqa Kərimovadır.
Ardını oxu...
Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.
Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkət var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN-1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən “Azneftemaş” ASC-nin də prezidentidir.
Onu da qeyd edək ki, dünən Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb. Bu gün isə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı təqdimat Milli Məclisə daxil olub.
Ardını oxu...
Yaxın illərdə neft bazarı qiymətlərin kəskin azalması ilə üzləşəcək.

TEREF xəbər verir ki, Goldman Sachs (GS) investisiya bankının analitikləri bu fikirdədirlər. Bankın açıqladığı hesabata görə, 2026-cı ilin sonuna kimi Brent markalı neftin qiyməti bir barel üçün 55 dollara, WTI isə 51 dollara düşə bilər.

Bank analitiklərinin proqnozuna görə, qiymətlərin enməsi artıq bu ildən başlayacaq: dekabra kimi Brent neftinin bir barelinin qiyməti 62 dollara, WTI isə 58 dollara qədər düşəcək. Lakin hadisələrin belə inkişafı mümkün olan ən optimist ssenaridir və bir sıra şərtlər yerinə yetirildikdə mümkündür. Əks halda, vəziyyət daha da əlverişsiz ola bilər.
Qeyd olunan ssenari o halda mümkün olacaq ki, aprelin 9-da qüvvəyə minməsi planlaşdırılan idxal rüsumlarının azaldılması sayəsində ABŞ iqtisadiyyatı tənəzzüldən qaça bilsin. Bundan əlavə, OPEC+ ölkələri hasilatı kəskin artırmayacaqlar, artımla bağlı may qərarı təkrarlanmayacaq.

Əgər ABŞ-da tənəzzül başlasa – məsələn, prezident Donald Tramp iqtisadi siyasətinə yenidən baxmasa, Brent markalı neft bu ilin sonuna kimi 58 dollara, gələn il isə 50 dollara düşə bilər. Qlobal ÜDM-in yavaşlamasını və OPEC+-un “qara qızıl” hasilatını məhdudlaşdırmaqdan tamamilə imtina etməsini nəzərdə tutan ən mənfi ssenaridə Brent markalı neftin qiyməti 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan aşağı düşə bilər.

Musavat.com
Ardını oxu...
Son günlər Amerikanın tətbiq etdiyi tariflərlə bağlı dünya iqtisadiyyatında dalğalanmalar müşahidə olunur.

Bununla yanaşı, ABŞ-də yumurta böhranı davam edir. “Quş qripi” səbəbilə yumurta tədarükü qıtlığı yaşayan ölkənin rəsmiləri Türkiyə, Danimarka və başqa Avropa ölkələrindən kömək istəyib. Amerikada yaşanan yumurta qıtlığı onun bahalaşmasına səbəb olub.

Qeyd edək ki, ölkəmizdən də bir neçə aydır Amerikaya yumurta ixrac olunur. Ancaq bəzi məlumatlara görə, tariflərlə bağlı ölkəmizdən Amerikaya yumurta ixracı dayanıb.

Amerikanın mövcud tariflə bağlı qərarı Azərbaycandan yumurta ixracına necə təsir göstərib?

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli "Cebheinfo.az"-a bildirib ki, ötən ildən ABŞ-də “quş qripi”nin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır:

"ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib. Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan "Giləzi Quşçuluq" ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Hazırda ixracla bağlı problem yoxdur və ixracımız davam edir. Hətta yaxın müddətdə nəinki Amerika, Polşa, İsrail və digər ölkələrə də yumurta ixracı nəzərdə tutulub".
 

Dünyapress TV

Xəbər lenti