Ardını oxu...
Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı özünün yüksək keyfiyyəti ilə seçilir və istehsalın 8-10%-ni ixrac edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 251 550 ton soğan istehsal edilib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Azərbaycanda istehsal olunan məhsulun 8,4%-i yəni 21 min 132 ton (6 milyon 162 min ABŞ dolları) soğan ixrac edilib. Bu isə ötən ilin 8 ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Azərbaycan soğanı əsasən Gürcüstana (8 403 ton), Ukraynaya (6 758 ton) və Rusiyaya (5 505 ton) tədarük edib. Avropa ölkələrindən - Polşaya, bu ilin yanvar-avqust aylarında 24 ton soğan ixrac edilib. Bununla yanaşı, Moldovaya, Türkmənistana, Belarusa, Pakistana, Səudiyyə Ərəbistana, BƏƏ-yə, Qətərə az həcmdə soğan ixrac edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə bəzi ərzaq məhsullarının, o cümlədən soğanın ixracına qoyulmuş qadağa hazırda qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə müzakirə əsasında ay ərzində hər ixracatçı üçün min ton kvota olmaqla soğanın ixracına icazə verilib. Araşdırılmalara əsasən, hər sahibkar tərəfindən orta hesabla 800-900 tondan artıq ixrac həyata keçirilmir. Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır. Bu isə dünyada soğanın qiymətinin kəskin artması ilə bağlıdır.

Hazırda Azərbaycan bu tərəvəzlə özünü 100%-dən çox təmin edir.

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev "Report"a bildirib ki, soğan ildə iki dəfə əkilir:

“Ölkəmizdə soğan əkini daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2023-cü ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1 240 hektarda payızlıq, 870 hektarda isə yazlıq soğan əkilib”.

Onun sözlərinə görə, Qarabağ-Aran zonasının bir hissəsində soğan yığılır, bir hissəsində payızlıq səpinlər aparılır:

“Bu il yığım prosesində hava şəraiti ilə əlaqədar olaraq ləngimə var. Buna baxmayaraq, bu il istehsal ötən ildən çox olacaq”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 11 036 hektar əkin sahədə soğan əkilib, bu isə illik müqayisədə 13,8% çoxdur. Bu il soğanda məhsuldarlıq ötən illə müqayisədə 6,2% artaraq 255 sentner təşkil edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, Qarabağ-Aran zonasında 50-60 min tondan çox soğan istehsal edilir:

“Soğana çəkilən xərcləri, həmçinin mineral gübrələrin, pestisidlərin dünya bazarlarında kəskin bahalaşmasını, soğan istehsalı zamanı sərf edilən insan əməyini nəzərə alsaq soğan ölkədə ucuzdur (1 kq-nın qiyməti 60-70 qəpik civarındadır). Ölkədə digər məhsullarda qiymət artımı müşahidə olunanda, soğanın maya dəyəri artır. Çünki soğan istehsalında, yığımında insan əməyi istifadə edilir.

Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr torpağa verilməsi aparılır. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür”.

O qeyd edib ki, ölkədə soğan bitkisinin tezyetişən - Peşpazak, ortayetişən - yerli yaxşılaşdırılmış Hövsan, Dusti, Sabir, gecyetişən - yerli Masallı, yerli Xaçmaz, Bərəkət sortları rayonlaşdırılıb:

“Tezyetişən və ortayetişən sortlar suvarılan ovalıq və dağətəyi düzən zonalarda, gecyetişən nümunələr dağlıq zonalarda əkilməsi məqsədəuyğundur.

V.Babayev vurğulayıb ki, yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü var:

“Hektardan orta məhsuldarlıq 196-200 sentner təşkil edir”.
 

       
Ardını oxu...
Bazarlarda soğanın baha olması sakinlərin narazılığına səbəb olub.

Belə ki, fermerlər mövsümdə məshulun bol olacağını düşünsələrdə, gözlədiklərinin əksi ilə qarşılaşıblar.

Hazırda rayon bazarlarında soğanın satış qiyməti 50-70 qəpik arasında dəyişir.

“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Son günlərdə mağazalarda və bazarlarda digər məhsullarla müqayisədə pomidorun qiymətində kəskin artım müşahidə olunur. Maraq doğuran məqamlardan biri isə odur ki, öz ixracımız olan pomidor xaricdən idxal etdiyimiz banan və s. məhsullara nisbətən xeyli bahadır.

Maraqlıdır, görəsən, pomidorun bu qədər baha olmasının səbəbi nədir?

AzToday.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Lent.az-a açıqlamasında bildirib ki, pomidorun qiymətinin artmasının müxtəlif səbəbləri ola bilər.

Onun sözlərinə görə, ötən ilin sentyabr-oktyabr ayına nisbətən bu il pomidorun qiyməti daha bahadır:

“Hazırda pomidorun qiyməti dekabr-yanvar aylarında olan qiymətlə bərabərdir. Bildiyiniz kimi Azərbaycana xaricdən pomidor idxal olunmur. Pomidorun qiymətinin artmasının səbəblərindən biri də yay mövsümünün məhsul yığımının bitməsi və parnik məhsullarının kütləvi şəkildə bazara çıxmaması ilə əlaqədardır. Bundan əlavə, statistikalara baxdıqda keçən ilin pomidor ixracı ilə bu ilki arasında kəskin bir fərq görünmür. Məhz bu baxımdan düşünürəm ki, qiymət artımının əsas səbəblərindən biri də bazarlarda, mağazalarda satılan məhsulun az, tələbin isə çox olmasıdır”.
 
Ardını oxu...
Niderland Ukraynaya 100 milyon avro ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Niderland hökumətinin saytında bildirilib.

"Niderland 2023-cü ildə Ukraynaya üçüncü yardım paketi çərçivəsində 102 milyon avro ayırır", - bəyanatda deyilib.

Qeyd edək ki, yardım ölkənin bərpasına töhfə vermək istəyən Niderland şirkətləri, qaz alınması, elektrik şəbəkəsi üçün ehtiyat hissələrinin tədarükü və s. üçün nəzərdə tutulur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında ötən ilin fevral ayından başlayan müharibə davam edir. Ukrayna ordusu bu ilin iyun ayından əks-hücum əməliyyatlarına start verib.
 
 
 
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qeyri-neft sektoru haqqında danışılıb. Fəxrlə qeyd edilib ki, bu istiqamətə indiyə qədər 200 milyard dollar yatırılıb. İnvestisiyanın səmərəliyindən danışılıb.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, son 30 ildə ölkə iqtisadiyyatına yatırılan vəsaitin nəzərəçarpan hissəsi qeyri-neft sektorunun payına düşüb. Milli Məclisdə də bundan söz açılıb. Deyilib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, xarici ticarət dövriyyəsi 10 dəfə artıb.

İndi ölkə iqtisadiyyatının yaxşı günlər yaşamadığı sirr deyil. Necə deyərlər, eyibi neft ört-basdır edir. Dövlət büdcəsindəki vəsaitin təxminən 90 faizini neft gəlirləri təşkil edir. Qalan hissənin də böyük qismi dolayısıyla neftə bağlıdır. Yəni bu sərvət olmasa, ölkə iqtisadiyyatı addım ata bilməz. Bu illər ərzində qeyri-neft sektoru inkişaf etdirilməliydi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında danışılanlardan belə anlaşılır ki, sektorun inkişafına böyük investisiya qoyulub. Hanı nəticəsi? İstehsal potensialı olmayan iqtisadiyyat hara qədər gedə bilər?

Ortada Norveç nümunəsi var. Skandinaviya ölkəsi neft gəlirlərindən yetərincə səmərəli istifadə edir. Neft gəlirləri məhz qeyri-neft sektorunun inkişafına təkan verir. Bunun nəticəsidir ki, dövlət büdcəsi yeraltı sərvətdən asılı qalmayıb. Neft gəlirləri büdcənini uzağı 30 faizini təşkil edir. Norveçdə ümumdaxili məhsul dayanmadan artır. Ölkədə çox uğurlu iqtisadi siyasət aparılır. Neftlə elə davranılır ki, ölkənin gələcəyi sarsılmasın.

Bəs bizdə? Neft pulları bahalı layihələrə xərclənir. Xüsusilə, qeyri-istehsal istiqamətlərinə. Hökumət özünə hesabat vermir ki, birdən qiymətlər uzun müddət aşağı olsa, ölkə necə ayaqda qalacaq? Neftin barelinin 15 dollara təklif olunduğu günləri də görmüşük. İndiki qiymətlər hökuməti aldadır. Xərclənən pulları fəxrlə səsləndirmək bizə heç nə vermir. Desinlər görək, ortaya hansı iqtisadi konsepsiya qoyulub. Hələ də boş söz yığını eşidirik. Ölkədə iqtisadiyyat əvvəl-axır üzərinə böyük məsuliyyət götürəcək qədər dəqiq mexanizmlə işləməlidir. Başqa bütün yollar uğursuzluğa aparır.
Ardını oxu...
“Siqaret, spirtli içkilərin qiymət artımını mərhələli şəkildə həyata keçirtmək lazımdır. Çünki hər ikisi insan orqanizmi üçün ziyanlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, sözügedən məhsulların bahalaşması qanunvericiliklə tənzimlənir:

“Bahalaşma iki istiqamətdə ola bilər, ya məhsulun biznesi ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən, ya da qanunvericiliyin tələbi ilə. Qanunvericilikdə bu gün hər hansı bir dəyişiklik olunacağı ilə bağlı elan verilməyib. Hökumət qərarları deyəndə xüsusi ilə verginin, idxal rüsumunun, ya da aksis markasının artırılması nəzərdə tutulur”.

Ekspert qeyd edib ki, siqaretin qiymətinin bahalaşması biznesi idarəedənlər tərəfindən həyata keçirilir.
 
Ardını oxu...
ABŞ-nin dövlət borcu bir gecədə 275 milyard dollar artıb.

Oktyabrın 4-də ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən hazırda ABŞ-nin ümumi dövlət borcu 33,442 trilyon dollar təşkil edir. Bununla da daha bir rekord yenilənib.

ABŞ borcunun kəskin artması ölkədə oktyabrın 1-də yeni maliyyə ilinin başlanması ilə əlaqələndirilir.

Artım əsasən ABŞ hökumətinin dövlət qurumları qarşısında öhdəlikləri ilə bağlıdır ki, bu da 266 milyard dollar təşkil edir. Qalan 9 milyard dollar isə biznes, fiziki şəxslər və digər ölkələr qarşısında öhdəliklərə aiddir.
 
Ardını oxu...
Ölkədə payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar olaraq əkin sahələrinin sığortalanmasına start verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, sentyabrın 1-dən etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər və bu proses ilin sonunadək davam edəcək. Bugünlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyətə başladığı 3 il ərzində Fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əhatə dairəsinin genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda Aqrar Sığorta Fondu tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25%-i deməkdir. 2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən 2,4 milyon manat ödəniş edildiyini xatırladan Fond sədri, 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin də bir neçə dəfə yüksələcəyini bildirib.

Fond rəhbəri qarşıdakı dövrdə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilkin müzakirələrin və hesablamaların aparıldığını qeyd edib. Qeyd edək ki, əkin sahələrinin sığortalanması ilə bağlı ümumi nəticəyə nəzər saldıqda hazırkı 25 faizlik rəqəm o qədər də böyük rəqəm deyil. Bunun hansı problemlərdən qaynaqlandığına gəldikdə isə müxtəlif səbəblər var.

Məsələ ilə bağlı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirmişdi ki, bəzi hallarda fermerlərin əkinlərini vaxtında bəyan etməməsi onların zərərə düşməsi ilə nəticələnir:

“Bəzən fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, əkinlərin bəyanını dekabrın ayına, hətta ayın sonuna saxlayırlar. Buna uyğun olaraq həmin vaxt əkinlərin sığorta olunması da ləngiyir. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerləri zərərə düşməsi deməkdir.

Noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verəndə fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi də bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur”.

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, əkinə yararlı sahələrin 20-25 faizi Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb və Azərbaycanda torpaq sahələri təxminən 2 milyon hektardır:

“Sığortalanmanın lənğ getməsinin, fermerlərin sığortalanmaya marağının zəif olmasının bir sıra səbəbləri var. Səbəb o deyil ki, qiymətlər bahadır. Təxminən 1 hektara 20 manatlıq sığorta zərəri hesablanır. Onun da yarısını fermerlərin əvəzinə hökumət ödəyir. Fermer sığorta faizinin yarısını, 10 manat ödəyir. Bu, fermer üçün münasib bir qiymətdir. Ancaq problem ondadır ki, fermerlər arasında təbliğat çox zəif gedir. Bu sahədə təbliğat aparılmalı, əhaliyə məlumat verilməlidir.

Fermer hələ bilmir ki, sığorta nə deməkdir. Bu gün fermerlərin böyük əksəriyyəti sığortanı vergi kimi qəbul edir. Fikirləşirlər ki, yeni bir vergi, “sığorta vergisi” meydana çıxıb. Ümumiyyətlə, təqdimatdan çox şey asılıdır. Əhali arasında təbliğat aparmaqla yanaşı Aqrar Sığorta Fondu və aqrar sahədə sığorta bazarına girmək istəyən şirkətlər sığorta hadisələrinə həssas yanaşmalıdırlar. Sığorta hadisəsi baş verən kmi zərərçəkən fermerin zərəri ödənilməlidir, onun qohumları, qonşusu, kənd sakinləri, qonşu kənddə yaşayan fermer görməlidir ki, filankəsin taxıl sahəsini sel apardı, bu qədər ziyana düşdü və Aqrar Sığorta Fondu, yaxud digər sığorta şirkəti həmin zərəri tam şəkildə ödədi. Baş verən hadisənin kompensasiyası olmalı və bunu əhali görməlidir.

Bu istiqamətdə əhali arasında həm təbliğat aparılmalı, həm də insanları əmin etməli, inandırmalıdırlar ki, onlar doğurdan da əhaliin zərərini ödəmək üçün çalışırlar. Bu zaman fermer başa düşəcək ki, onun başına sığorta hadisəsi gəlməyibsə, şükür etməlidir, həm də qonşusuna kömək edib. Hər hektara 10 manat ödəməklə qonşusunun zərərini ödəyib. Bunları hər bir fermerə izah etməlidirlər. Bu sahədə çalışmaq istəyən, maraqlı olan sığorta şirkətləri işləməlidilər”.

O bildirib ki, sığorta bazarı çox həssasdır:

“Torpağa fidan əkmək kimidir. Bu, ildən-ilə bəslənməlidir, həm təbliğatla, həm də etibarla. Hazırda ilkin mərhələdir, ancaq bu iş davam etdirilməlidir. Təbliğatla yanaşı, işin fəlsəfəsi əhaliyə izah olunmalı, digər tərəfdən əhalini inandırmaq lazımdır ki, sığorta sizin çətirinizdir. Yağışı dayandıra bilməyəcəyik, ancaq çətir olaraq yağışın üzərinidə düşməsinə imkan verməyəcəyik. Bu qədər sadə fəlsəfə ilə əhalini inandırmaq lazımdır”.
 
 
 
Ardını oxu...
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən lisenziyaların satın alınması” tenderinin nəticələrini elan edib .

DİA.AZ xəbər verir ki, tenderin qalibi “B2B Group” MMC olub.
Şirkətlə 4 440 164 manat məbləğində müqavilə imzalanıb .
Ardını oxu...
Yatağın fəaliyyətinin tam dayandırılması üçün parlamentin qərarı lazımdır.
Oktyabrın 1-də Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.
Bu barədə "Report" məlumat yayıb.
Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin zəlzələlər səbəbindən hasilatın 2018-ci ildə tədricən azaldılması və yatağın bağlanması barədə qərar qəbul edilib.
İyun ayında Niderland hakimiyyəti 2023-cü il oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq qərarına gəlib. Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.
Eyi zamanda yatağın fəaliyyətinin tam dayandırılması üçün parlamentin qərarı lazımdır.

Dünyapress TV

Xəbər lenti