Dünyada spirtli içkilərimizin dadına Türkiyə vasitəsilə baxacaqlar - FOTO
Azərbaycan Türkiyəyə hər il sıfır faiz gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək. Türkiyə mətbuatında qeyd olunub ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb. Qərara əsasən, Azərbaycandan Türkiyəyə spirtli içkilərin idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib.

Maraqlıdır, qərar spirtli içki ixracatında Azərbaycan üçün hansı imkanları açacaq? Ümumiyyətlə, Türkiyədə spirtli içkilərimizə tələbat necədir və əsasən, hansı spirtli içkilərin ixrac potensialı yüksəkdir?

“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

15 milyard dollarlıq hədəf...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Kaspi” qəzetinə verilən məlumata görə, Azərbaycan ilə qardaş Türkiyə arasında xarici ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəfinə nail olmaq üçün göstərilən səylər müsbət nəticə verir: “İki ölkə arasında bağlanan preferensial ticarət müqaviləsi bu sahədə önəmli rol oynayır. Müqavilə əsasında hər iki ölkə tərəfindən idxal ediləcək məhsullar fiskal rüsumlardan azad ediləcək və nəticədə hər iki ölkəyə məxsus məhsullar daxili bazarlarda daha rəqabətqabiliyyətli olacaq”.

Məhsullarımızın rəqabət qabiliyyəti artacaq

Qurumdan bildirilir ki, bu müqavilə ilə Azərbaycan Türkiyənin spirtli içkilər bazarında öz yerini tuta bilər: “Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft/qaz sektorunda yer alan spirtli və spirtsiz içkilərin ixracında əhəmiyyətli canlanma müşahidə edilib. Belə ki, 2023-cü ilin yekunlarına görə, spirtli və spirtsiz içkilərin ixracı 29,2 milyon ABŞ dolları və ya 94,1% artaraq 60,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən məhsulların əsas ixrac coğrafiyası avrozona ölkələri arasında İspaniya və Avstriya, MDB ölkələri arasında isə Rusiya və Qazaxıstan olub. Türkiyə Cümhuriyyətinə gəldikdə isə, bu ölkəyə ixrac edilən spirtli və spirtsiz içkilərin həcmində ötən illərlə müqayisədə artım müşahidə olunub. Qarşıdakı müddətdə Azərbaycanın spirtli içki məhsulları sıfır gömrük rüsumu ilə Türkiyəyə ixrac edilərsə, bu, onun qardaş ölkənin bazarında rəqabət gücünü artıracaq. Nəticədə Azərbaycanın spirtli içki məhsulları Avropa və MDB ölkələri ilə yanaşı, Türkiyə bazarında da rəğbət qazana bilər”.

Yerli üzüm sortları ön planda

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyir ki, dünyada artıq şərabçılıq sahəsində yeni ağız dadına, yeni brendlərə ehtiyac duyulur. Azərbaycanda yerli sortdan hazırlanan şərablar bu tələbatı qarşılamaq iqtidarındadır: “SSRİ dağıldıqdan sonra ölkəmiz yerli sortlarla bağlı tam potensialını ortaya qoymamışdı. Ölkədə istehsal olunan şərabların əksəriyyəti xarici sortlardan alınırdı. İndi müəyyən şərab zavodları var ki, yerli sortların istehsalına başlayıblar. Həmçinin, dünya bazarında da artıq xarici sortlarda rəqabət qabiliyyəti aşağı düşüb, yerli sortlara tələbat yüksəlib. Məsələn, Fransanın, İtaliyanın müxtəlif növ şərablarına tələbat əvvəlki kimi deyil”.

Yeni dad, yeni keyfiyyət

Mütəxəssis vurğulayır ki, hazırda Azərbaycanın yerli texniki üzüm sortlarından alınan şərablara maraq çoxdur: “Azərbaycanın iqlim tipi aqromüxtəliflik yaradır. Bu aqromüxtəliflik şərabçılıq sahəsinə də müsbət təsir göstərir, üzümlərimizin biokimyəvi tərkibini zənginləşdirir. Bu səbəbdən də Azərbaycan şərabları kimyəvi göstəricilərinə görə çox zəngindir. Bu gün Azərbaycan şərabları bazara yeni dad, yeni keyfiyyət gətirir və xaricdə qırmızı şərablarımıza tələbat çoxdur. Ölkədə yetişdirilən Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xındoqnı kimi texniki üzüm sortlarından yüksək keyfiyyətli, harmonik dada malik şərablar istehsal olunur. Gələcəkdə də yerli sortlarla xaricdə rəqabətqabiliyyətli məhsullarla təmsil oluna bilərik”.

O inkişafın qarşısı alınmasa idi...

İqtisadçı Fuad İbrahimov isə bildirir ki, Azərbaycanın spirtli içki istehsalı sahəsində kifayət qədər təcrübəsi var: “Azərbaycanda sovet dönəmində içki istehsal edən qabaqcıl müəssisələr var idi. Şərabçılıq, üzümçülük o dövrdə də kifayət qədər inkişaf etmişdi. Lakin o dövrdə SSRİ-nin yarıtmaz idarəetmə üslubu ölkədə üzümçülük və şərabçılığı məhv etdi. Halbuki o inkişafın qarşısı alınmasa idi, bu gün qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı sahəsində şərabçılıq mühüm yerə sahib olardı. Bu gün ölkəmizdə üzümçülük və şərabçılıq sahəsində kifayət qədər irəliləyiş var”.

İxracın coğrafiyası şaxələnməlidir

İqtisadçı vurğulayır ki, spirtli içki ixracımızda ənənəvi istiqamətlərimiz həmişə Rusiya, Ukrayna, Belarus olub: “Bu ixracın coğrafiyası şaxələnməlidir. Bu gün ölkəmizdə bu sahədə Şərq və Qərb istiqamətində də kifayət qədər işlər görülür. Qardaş Türkiyəyə ixracın isə bizə əhəmiyyətli dərəcədə geridönüşləri olacaq. Çünki Türkiyə turizm sənayesində kifayət qədər dayanıqlı mövqedədir. Bu baxımdan, bizim məhsullarımız bu ərazilərə güzəştli şəkildə daxil olarsa və dövriyyəyə cəlb edilərsə, ilk növbədə turizm dünyasında bunun tanınması prosesi sürətli gedəcək. Bu da öz növbəsində Azərbaycan brendlərinin digər ölkələrdə reklamını gücləndirəcək. Nəzərə almaq lazımdır ki, dünyada spirtli içkilər və tütün məmulatları ilə bağlı kifayət qədər yüksək rüsumlar, aksizlər tələb olunur. Belə bir vəziyyətdə qardaş Türkiyəyə spirtli içkilərin gömrük rüsumu olmadan ixracı, bu məhsulun iqtisadi dövriyyəyə cəlb olunmasında, şaxələnməsində və təbliğ olunmasında kifayət qədər müsbət rol oynayacaq”.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Möhtəkirlərdən daha bir SÜNİ BAHALAŞMA - RƏSMİ İFŞA
20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı

Dünyapress TV

Xəbər lenti