Varlılar varlanır, kasıblar… - Dünya sərvətinin yarısından çoxu milyarderlərin əlindədir
Varlılar varlanır, kasıblar… - Dünya sərvətinin yarısından çoxu milyarderlərin əlindədir
Dünyanın ən zəngin bir faizi səhmlər və istiqrazlar, eləcə də özəl şirkətlərin səhmləri daxil olmaqla bütün qlobal maliyyə aktivlərinin 59 faizinə sahibdir.

Böyük Britaniyada ən zəngin bir faiz insan 1,8 trilyon funt-sterlinq (2,2 trilyon dollar) dəyərində bütün maliyyə aktivlərinin 36,5 faizinə sahibdir. Ən zəngin beş adam 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artıraraq 681,5 milyard funt-sterlinqə (867,9 milyard dollar) çatdırıb. Ən yoxsul 60 faizi (təxminən beş milyard insan) isə daha çox pul itirib. Dünyanın ən zəngin adamlarının dünən bazar ertəsi İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun siyasi liderlər, korporativ rəhbərlər və super zənginlərin illik toplantısında iştirak etmək üçün bir araya gəlməsi planlaşdırıldığı halda, bu təfərrüatlar “Oxfam” tərəfindən dərc edilən hesabatda yer alıb.

Hesabatda varlılar və kasıblar arasında genişlənən uçurumun daha da artacağı və 10 il ərzində dünyanın ilk trilyonçusunun ortaya çıxmasına səbəb olacağı bildirilib. Eyni zamanda xəbərdarlıq edilib ki, mövcud tendensiyalar davam edərsə, qlobal yoxsulluq daha 229 il ərzində aradan qaldırılmayacaq.

Covid-19 epidemiyasından sonra bərabərsizliyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən “Oxfam”, dünya milyarderlərinin 2020-ci ilə nisbətən 2,6 trilyon funt-sterlinq (3,3 trilyon dollar) zəngin olduğunu və sərvətlərinin inflyasiya səviyyəsindən üç dəfə daha sürətlə artdığını ifadə etdi. “Şirkətlər Arasında Bərabərsizlik” adlı hesabatda dünyanın milyonlarla işçisinin həyat səviyyəsinin aşağı düşməsinə baxmayaraq, dünyanın 10 ən böyük şirkətindən yeddisinin icraçı direktoru və ya əsas səhmdarı kimi milyarder olduğu müəyyənləşib.

Hesabatın rəqəmləri “WealthX” tədqiqat şirkətinin məlumatlarından istifadə etməklə tərtib olunub. “Tesla”nın CEO-su Elon Mask, “Luis Vuitton”un qurucusu, sədri və icraçı direktoru Bernard Arnault, keçmiş sədr, CEO və “Amazon.com”un sədri Ceff Bezos, “Oracle”ın qurucusu və icraçı direktoru Larri Ellison, o cümlədən “Meta”nın baş direktoru Mark Zukerberq ümumilikdə sərvətini 464 milyard dollar və ya 114 faiz artırıb. Dünya əhalisinin 60 faizini təşkil edən ən yoxsul 4,77 milyard insanın ümumi sərvəti isə 0,2 faiz azalıb.

“Oxam”ın hesabatında, “Bütün dünyada insanlar daha çox və daha uzun saatlar işləyir, çox vaxt etibarsız və az maaşlı işlərdə çalışırlar. 52 ölkədə 800 milyona yaxın işçinin maaşları azalıb. Ümumilikdə, bu işçilər son iki il ərzində 1,5 trilyon dollar itiriblər ki, bu da adambaşına düşən 25 günlük əmək haqqına bərabərdir” - sözləri yer alıb.

Həmçinin qeyd olunub ki, yaşayış böhranı fonunda ailələrə edilən təzyiqlərə baxmayaraq, biznes gəlirləri kəskin artıb. Bundan əlavə, dünyanın ən böyük 148 şirkətinin 2023-cü ilin iyun ayına qədər cəmi 1,8 trilyon dollar xalis mənfəət əldə etdiyi vurğulanıb ki, bu da 2018-2021-ci illərdə orta xalis mənfəətlə müqayisədə 52 faiz artım deməkdir. Hesabatda işçilər, korporativ rəhbərlər və supervarlılar arasındakı tarazlığı düzəltmək üçün sərvət vergisi tətbiq edilməsi təklif olunub. Bildirilib ki, milyarderlər üçün belə bir vergi 10 milyon funt-sterlinqdən (12,7 milyon dollar) keçən xalis sərvət üçün bir-iki faiz nisbətində tətbiq olunarsa, hər il xəzinədarlığa 22 milyard funt-sterlinq (28 milyard dollar) verə bilər. İnvestor və sərvət vergisi üçün kampaniya aparan Britaniya milyonerlərindən ibarət qeyri-partiyalı qrup olan Böyük Britaniya Milli Milyonerlər Qrupunun qurucu üzvü Culiya Deyvis “The Guardian”a deyib ki, sərvətdən alınan vergilər biznesdən əldə edilən vergilərlə müqayisədə minimum səviyyədədir. O, hər kəsin həyatını yaxşılaşdırmağa, yaşlılara, gənclərə və həssas qruplara ehtiyac duyan, layiq olduqları qayğını, dəstəyi təmin etməyə çağırıb.

“Oxfam” bildirib ki, “Gini” indeksinə görə dünyadakı qlobal gəlir bərabərsizliyi indi ən kasıb yerlərdən olan Cənubi Afrikanın durumu ilə oxşardır. \\Valyuta.az
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti