Ardını oxu...
Cəmiyyətdə yeni münasibətlər modelini formalaşdırmaq, vətəndaş təşəbbüsünü artırmaq, milli maraqların qorunmasını təmin etmək, Azərbaycan həqiqətlərini və haqlı mövqeyini dünyaya çatdırmaq üçün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə böyük ehtiyac var. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən III sektor təmsilçilərinin ən müxtəlif layihələri maliyyələşdirilir. İnsafən, bu maddi dəstək müqabilində bir çox QHT-lər tərəfindən ortaya sanballı iş qoyulur.

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb. Həmin yazını təqdim edirik:

Bu çərçivədə atılan addımlardan biri də müxtəlif sahələri əhatə edən, cəmiyyətin maariflənməsinə töhfə verən onlayn media resurslarının – saytların yaradılmasıdır. Bu, müsbət haldır və birmənalı olaraq təqdir edilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, vaxtilə yaradılan belə saytların bir qismi hazırda işlək vəziyyətdə deyil. Halbuki əhalinin maariflənməsində, informasiya müharibəsinin aktuallığını itirmədiyi indiki dövrdə həmin saytların fəaliyyət göstərməsi zəruridir. Amma di gəl ki, bir-iki il mövcudluğunu qoruyan bu saytlar indi fəaliyyətsizdir. Əgər bir-iki ildən sonra bu saytlar mövcud olmayacaqsa, nə üçün dövlət səviyyəsində onların yaradılmasına dəstək göstərilməli, bu işə maliyyə vəsaiti xərclənməlidir? Buna bir nəzarət mexanizmi varmı?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələr departamentinin müdiri Elnur Bağırlı mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum III sektor təmsilçilərinin müxtəlif istiqamətlərdə təqdim etdikləri saytların yaradılması və saxlanması istiqamətində layihələrə dəstək olur. Onun sözlərinə görə, saytların yaradılması və onların saxlanılması Agentlik və QHT arasında bağlanmış qrant müqaviləsi ilə tənzimlənir: “İnternet saytı yaradılması nəzərdə tutulan layihələr üzrə hazırlanmış saytlar müqavilə öhdəliyinə görə 3 il müddətində aktiv fəaliyyət göstərməlidir. Bu öhdəlik qrant müqaviləsinin müvafiq bəndində QHT-nin vəzifəsi kimi qeyd olunub. QHT-lər Agentliyin qrant müsabiqəsi çərçivəsində hazırlanmış saytların həm işləkliyini, həm də akvitliyini 3 il müddətində təmin etməlidirlər. Agentlik olaraq biz də ildə bir dəfə hazırlanmış saytların monitorinqini aparırıq. Burada əsas meyar saytın aktivliyi və yenilənməsi götürülür. Əgər sayt qeyd olunan kimi aktiv deyilsə və ya yenilənmirsə, bu haqda qeyri-hökumət təşkilatı rəsmi olaraq xəbərdar edilir. Bildiyimiz kimi Agentlik 2021-ci ildən fəaliyyət göstərir. 2021-ci il kiçik qrant müsabiqəsi çərçivəsində 20-dən çox saytın yaradılması və saxlanılması üçün vəsait ayrılıb. Layihələrin hesabatları qəbul edilib və hazırlanmış saytlar aktiv fəaliyyət göstərir”.



“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, istər Şura, istərsə də Agentlik dövründə bir çox QHT-lərin təqdim etdikləri layihələr əsasında müxtəlif saytlar yaradılıb. O, Agentlik dövründə yaradılan saytların funksional olaraq hazırda işlək vəziyyətdə olduğunu diqqətə çatdırıb. Şura dövründə QHT layihələri əsasında yaradılan və hazırda fəaliyyət göstərməyən saytlara gəlincə, A.Allahverənov deyib ki, maliyyələşdirilən layihələrin davamlılığı arzu olunandır: “Müxtəlif layihələr əsasında yaradılan saytlar davamlılıq baxımdan daha geniş imkanlara və əsaslara malikdirlər. Təəssüflər olsun ki, 4-5 il, hətta daha əvvəl yaradılmış bəzi saytlar bu reallıqlara baxmayaraq hazırda fəaliyyətsizdirlər. Halbuki yeni yaradılan sayt normal fəaliyyət göstərdiyi təqdirdə qısa müddətdə populyarlaşır, oxucu auditoriyası toplayır, layihə sahibinə reklam gəlirləri gətirməklə özü-öz maliyyələşməsini təmin edə bilir. Bəzi QHT-lərin bu imkanlardan yararlanmaması məyusluq doğurur. Bu, ya saytların idarə edilməsini bilməməkdən, ya da uzunmüddətli konseptual baxışın olmamasından qaynaqlanır. Nəticə etibarilə görülən iş yarımçıq qalır. Bu, həm də dövlət vəsaitinin qeyri-rasional xərclənməsidir. Ortaya elə bir yanaşma qoyulmalıdır ki, auditoriya, hədəf qrupları düzgün müəyyənləşdirilsin, davamlılıq və faydalılıq təmin olunsun. Bu çərçivədə yaradılan hər hansı saytın uzunömürlü olması üçün kommunikasiyanın yüksək səviyyədə qurulması da vacib şərtlərdən biridir”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov da təəssüflə vurğulayıb ki, Şura dövründə bəzi QHT layihələri əsasında yaradılan önəmli saytların böyük əksəriyyəti hazırda işləmir. O bildirib ki, belə hallara indiki dönəmdə də rast gəlinir: “Bir çox QHT-lər layihə təkliflərilə çıxış edərkən müəyyən saytların yaradılması ideyasını irəli sürürlər. Biz buna çox həssas yanaşırıq. Belə layihələrin böyük əksəriyyəti maliyyələşdirilməyib. Səbəb budur ki, aparılan monitorinqlər vaxtilə hazırlanmış saytların ümumiyyətlə işlək olmadığını ortaya çıxarıb. Yaxud sayt yaradılarkən yerləşdirilən məlumatlar ötən vaxt ərzində yenilənməyib. Bu o deməkdir ki, həmin sayt heç bir əhəmiyyət daşımır, ayrılan vəsait düzgün idarə olunmur. Əgər bu sayt yenilənməyəcəksə, davamlılığı təmin olunmayacaqsa, onun yaradılmasına dövlət vəsaitinin xərclənməsi əbəsdir. Belə layihələr birmənalı olaraq maliyyələşməməlidir”.
 
Ardını oxu...
Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub.

Donan şəlalə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşən Suatan şəlaləsidir.

Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib.
Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir.
 
Ardını oxu...
Gəncə Regional Mədəniyyət İdarəsində kadr islahatı dalğası davam edir.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, rəis müavini Asəf Səyyah oğlu Məmmədov da bu gün işdən çıxarılıb.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunub.
 
Ardını oxu...
Qabonun xarici işlər naziri Mikael Musa Adamo Nazirlər Şurasının iclası zamanı infarkt keçirib.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki,iclasda huşunu itirən nazir hərbi hospitala çatdırılıb,

Həkimlərin səylərinə baxmayaraq, nazirin həyatını xilas etmək mümkün olmayıb.
Ardını oxu...
İŞİD terror təşkilatının rəhbər şəxslərindən olan, əvvəllər Rakkanın təhlükəsizlik əmiri və Ninova valisi vəzifələrini icra etmiş terrorçu tutulub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, H. A. adlı terrorçu Türkiyə Baş Prokurorluğunun nəzdində Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bunun mümkün olduğunu deyib.

O, S.Talıbov haqda dəqiq bir söz deyə bilməyəcəyini qeyd edib:

“Ümumiyyətlə, 15 yaşında tələbə adı qazanmaq mümkündür. Çünki elə adam var, məktəbə 5 yaşında gedib. Amma konkret S.Talıbovun neçə yaşında məktəbə getdiyini bilmirəm. Onu da deyim ki, bəzi hallarda mən də 15 yaşlı tələbəyə rast gəlmişəm”.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, bu, nazirliyə aid olan məsələ deyil:

“Bununla bağlı bir söz deyə bilmərəm, çünki universitetə aid olan məsələdir. Amma bircə onu deyə bilərəm ki, 15 yaşında universitetə qəbul olmaq mümkündür”.
Ardını oxu...
1990-cı ilin 20 Yanvar gecəsi dostu gildən evlərinə dönərkən "XƏZƏR" kinoteatrının yanında faşist Sovet əsşərlər tərəfindən saysız güllələrlə amansızcasına qətl edilmiş
NAMİQ KAMİL OĞLU ƏLİYEV.
Əslən Azərbaycanın İsmayıllı rayonundan olan və Bakıda doğulan Namiq, bir neçə bacının tək qardaşı idi.
Demək olar ki, Onun uşaq və yeniyetmə illəri mənim gözümün qabağında keçib. Atası Kamil dayı, anası Şərqiyyə xala çox mədəni və xeyirxah insanlar idilər. Görəsən onlar indi sağdılarmı?....
Azərbaycan qəribə ölkədir... İstər yaradıcı insanlar olsun, istər şəhidlər və ya qazilər olsun, əgər adamın yoxdursa unudulursan...
ŞƏHİDLƏR XİYABANINDA əbədi uyuyan NAMİQ KAMİL OĞLU ƏLİYEV haqda heç bir yerdə biri yazıya rast gəlçəmişəm.
Ümid edirəm (www.xudaferin.eu) XUDAFERIN jurnalinin Bakıda təmsilçisi Qəvami Sadıqbəyli, sağlığında Patris Lumumba küçəsində universitet binasinda yaşayan Namiqin doğmaların axtatıb tapacaq və onunla bağlı sənədli biri oçerk yazacaq...
Biımirəm nədən həmişə şəhidlərə geniş yer verən 525-in, Təzadlar və Yeni Musavat qəzetlərinin diqqətindən kənarda qalıb NAMİQ...
Ruhun önündə baş əyirəm əziz dostum.
Elman Mustafazade
Avropa "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudaferin (www.xudaferin.eu) jurnalının baş redaktoru.
Teref.az
 
Ardını oxu...
Bəzi binaların, metro stansiyalarının qarşısında və bazarlarda üçü 10-11 manata kənd çolpası adı ilə toyuq əti satılır. Qiyməti digərlərinə nisbətən ucuz olduğundan alıcılarının da sayı az deyil.

Satıcılar yerli istehsal olduğunu qeyd etsələr də, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyir ki, əslində, bu cür toyuqlar ölkəmizə Belarusdan gətirilir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, broyler fabrikində yetişdirilən toyuqlar kökəlməsi üçün intensiv qıdalandırılır. Çəkisi bir kiloqramı ötdükdə kəsimə gedir və bazara çıxarılır. Yumurtalıq toyuqlarla bağlı vəziyyət isə başqadır.

“Bu toyuqlar bir neçə ildən sonra yumurtlamır və onların əti həddən çox bərk olur. Kənd toyuğuna bənzəyir və gec bişir”, – deyə o əlavə edib.

Eyyub Hüseynov onu da qeyd edib ki, bu cür aşağı qiymətə satılan kəsilmiş toyuqlar təkcə yumurtadan kəsilənlər deyil. Bəzən broyler fabriklərində bir gecədə satış həddinə çatmamış minlərlə toyuq ölür. Bəzi istehsalçılar isə onları təmizləyib bazarlara çıxarırlar.

 
Ardını oxu...
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
 
Ardını oxu...
İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazarda azyaşlı uşaqla dialoqu ölkə mediasında maraqla qarşılanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Bahadır bir uşağa yaxınlaşaraq onunla salamlaşıb və söhbət etmək istəyib. O isə gözlənilmədən bələdiyyə sədrinə “Suyumuzu sən kəsmisən?” sualını ünvanlayıb. Azyaşlının iradını təbəssümlə qarşılayan sədr isə “Suyu mən kəsməmişəm vallah. Su məsələsinə mən baxmıram, başqası baxır” cavabını verib.
Daha sonra anası uşağın əsəbiləşməsinə aydınlıq gətirərək bildirib ki, övladı su ilə oynamağı çox sevir. O, bu səbəbdən hər dəfə suyu bağlayıb, oğluna suyu bələdiyyənin kəsdiyini deyib.

H. Bahadır uşaqla dialoqunun videosunu öz sosial şəbəkə hesablarında paylaşaraq “Az qalsın danlanacaqdıq” şərhini verib.

 

Dünyapress TV

Xəbər lenti