Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişi çərçivəsində Ukrayna ərazisini tələb etməyə davam edir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb.
Bununla belə, Putin əvvəllər bəyan etdiyi mövqeyinə sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir.
Nəşr əlavə edir ki, bu tələb ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibənin sonlandırılması səylərinə zərbə olub.
Bildirilir ki, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür.