Kənan Yıldıza belə cəza verildi
“Montsa” ilə oyunda qırmızı vərəqə alan “Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Kənan Yıldızın cəzası bəlli olub.

Publika.az xəbər verir ki, türk futbolçu A Seriyasının iki matçını buraxacaq.

Bu barədə jurnalist Nikolo Şira məlumat verib.

Buna görə də futbolçu “Boloniya” (4 may) və “Latsio” (10 may) ilə oyunlarda meydanda olmayacaq.
 

Dünyapress TV

Xəbər lenti