Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü -
Estoniyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə (MİT rəhbəri İbrahim Kalın) və İngiltərə (Mİ6 rəhbəri Riçard Mur) kəşfiyyat şefləri ilə gizli görüş keçirdiyinə dair məlumatlar yayılıb. Adətən Ermənistanda belə informasiyalar ictimai rəyi Paşinyanın əleyhinə yönləndirmək məqsədilə tirajlanır və bu məlumatın da eyni məqsədə xidmət etdiyi istisna edilməməlidir.

Lakin Kalın-Mur-Paşinyan görüşü baş tutubsa, burada bir-birinə bağlı iki əsas gündəm ola bilər.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması;
- Cənubi Qafqazda kommunikasiyanın açılması;

Hər iki məsələ Bakı-İrəvan xəttində razılaşmadan, xüsusilə Zəngəzur dəhlizinin açılmasından asılıdır. İngiltərə açıq şəkildə dilə gətirməsə də, Pekin-London marşrutunda güc balansını idarə etmək və təsir imkanlarını genişləndirmək baxımından Zəngəzur dəhlizi layihəsində maraqlı görünür: bu dəhlizin açılması ilə türk dünyasında coğrafi bölünmənin aradan qalxması, Türkiyədən Mərkəzi Asiyaya uzanan bölgədə tarazlıq yaradacaq gücün ortaya çıxması London-Ankara-Bakı gündəliyinə uyğundur. Ehtimal olunan Tallin görüşü Paşinyanı Zəngəzur dəhlizinin açılmasına inandırmaq məqsədi daşıya bilər. Bu informasiya son günlər Orta dəhlizdə mübarizənin kəskinləşməsi fonunda da diqqət çəkir: Avropa İttifaqının Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə “Ermənistan tranziti planına” qarşı Əliyev Çin səfəri ilə əks-həmlə etdi və Zəngəzur dəhlizinə dəstəyi genişləndirdi; Pekinin “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi” mühüm şifrələri əks etdirir; Bakı Orta dəhlizdə üzərinə düşəni, Ankara və London öz üzərlərinə düşəni etməyə çalışır.

Hərçənd, Tallin görüşü haqqında tirajlanan iddianın reallığı yenə də sual altındadır.

Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskvaya səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıyır. Çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək, Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb. Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, “aprelin 13-də Qərbi Baıkan ölkələrinin nümayəndələri ilə işgüzar şam yeməyi zamanı Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib”. Görünür, Aİ-yə üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir və Paşinyan Estoniyaya - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır.

Erməni baş nazirin Tallində MİT və Mi6 şefi ilə görüşüb-görüşmədiyinə dair detallar isə informasiya axınında məlum olacaq.(publika.az)

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama
28 Aprel 2025 ABŞ indiyədək Ukraynaya etdiyi yardımları borc hesablamayacaq – Baş nazir
28 Aprel 2025 İranın Şəhid Rəcai limanında partlayış zamanı ölənlərin sayı 40-a çatıb

Dünyapress TV

Xəbər lenti