Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, il ərzində Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 2 395 nəfər olub. Yeniavaz.com xəbər verir ki, ölən uşaqların 1 329-u oğlan, 1 066-sı isə qız olub. Qeyd edək ki, hər 1 000 diri doğulan uşağa düşən ölüm göstəricisi 21,3 olub. Bu göstərici oğlanlarda 22,2, qızlarda isə 20,2 təşkil edib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə (sonuncu məlumat) 5 yaşadək ölən uşaqlarla bağlı göstərici son 20 ildə qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün onu da bildirək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb. Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa): Azərbaycan – 19; Moldova – 15; Türkiyə – 13; Ermənistan – 10; Gürcüstan – 9; Albaniya – 9; Ukrayna – 8; Rumıniya – 7; Bolqarıstan – 6; Bosniya və Herseqovina – 6; Slovakiya – 6; Rusiya – 5; Xorvatiya – 5; Serbiya – 5; Böyük Britaniya – 5; Polşa – 4; Belçika – 4; Macarıstan – 4; Yunanıstan – 4; İsveçrə – 4; Fransa – 4; İrlandiya – 4; Almaniya – 4; Niderland – 4; Çexiya – 3; Şimali Makedoniya – 3; İtaliya – 3; Monteneqro – 3; İsveç – 3; Litva – 3; Latviya – 3; İspaniya – 3; Portuqaliya – 3; Avstriya – 3; Danimarka – 3; Kipr – 3; İslandiya – 3; Lüksemburq – 2; Belarus – 2; Sloveniya – 2; Estoniya – 2; Norveç – 2; Finlandiya – 2.