Ardını oxu...
Ötən gün “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Yığıncaqda səsvermə ilə ictimai Birlik “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilib. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqdır. Həmçinin, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınmasıdır. Eyni zamanda həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması da İcmanın məqsədləri arasındadır. Yığıncaqda İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri də seçilib. Dia.az-ın məlumatına görə, millət vəkili, “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli "Sherg.az"a bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız zəfər hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Deputatın sözlərinə görə, bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu: “Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdu. Bu gün qarşımızda daha böyük hədəflər, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bu günə qədərki adı bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik. Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik. Həqiqətləri beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Qərbi Azərbaycan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur. Xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik”.
Parlament üzvü bildirib ki, biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq: “Bu bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur. İnsanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı İcmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, İcma bu yolda mümkün olan hər şeyi edəcək”.
 

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Bununla bağlı istefa verən 4 redaktor sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.(azpolitika.in

Ardını oxu...
İranlı siyasi şərhçi Azərbaycanı “yaşıl ləkə” adlandırıb.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu təhqir İranın kəskin anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan Qafqaz üzrə “eksperti” Salar Seyfəddini tərəfindən edilib. O, şəxsi “Twitter” səhifəsində Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.

Azərbaycana qarşı hörmətsizlik edərək onu xəritədə “yaşıl ləkə” adlandıran “siyasi şərhçi” yazıb:

“O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - 24 gündür susuz qaldıqlarını deyən Binəqədi rayon sakinləri etiraz aksiyası keçiriblər.

DİA.AZ xəbər verir ki, sakinlər etiraz olaraq yolları bağlayıblar.

Onlar aidiyyəti qurumlara müraciət etsələr də, problemin aradan qaldırılması üçün heç bir tədbirin görülmədiyini söyləyirlər.

Daha ətraflı aşağıdakı videoda:

0
 
 



Ardını oxu...
Millət vəkili deyəndə həmişə yadımıza Parlamentdə danışan, xalqın içində olan, xalqın səsini yüksək tribunadan yuxarılara çatdıran şəxslər yada düşür. Son zamanlar Parlamentdə ən çox danışanlar yox, kommersantlar ön planda görünür. Biri un satır, biri dərman satır, biri siqaret satır, biri bina tikir. Kim nə edirsə xeyirli olsun, bizim heç kimin qazancında gözümüz yoxdur. Amma həkimin kommersiya ilə məşğul olması biraz qəbul olunmur. Böyük pulların olması o demək deyil ki, sən kommersanta çevrilməlisən. Elmin inkişafı istər həkim olsun, istər injiner, istər müəllim, hər zaman vacibdir.
Bu günlərdə eşitdiyim bir xəbər məni çox düşündürdü. Millət vəkili "Limon" adı ilə açılan bir mağazanın bağlanmasını xahiş edib. Onun kimliyi haqqında geniş yazını sizlərə təqdim edəcəyik. //gundelik-baku.com//
Ardını oxu...
Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

 
 
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər vəzifəli şəxslər hadisə yerinə gəlib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
***

Xırdalanda yaşayış binasında partlayış olub.

“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Əlavə məlumat veriləcək.

 
Ardını oxu...
ABŞ-da qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında ilan saxlayan kişinin qonşuları ondan xəbər ala bilmədikdə polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər təəccüblü hadisə ilə qarşılaşıblar. Belə ki, qapının yanında uzanan kişinin bədəninə 4.57 metrlik ilan dolanmışdı.

Polislər dərhal ilanın başından vuraraq onu zərərsizləşdiriblər.

Huşsuz olan kişi isə xəstəxanaya yerləşdirilib və onun ilan tərəfindən sancıldığı məlum olub.

Qonşular isə bunun gözlənilməz olduğunu bildiriblər. Çünki kişi həmin ilanla uzun müddətdir ki, bir yerdə yaşayırdı.

Polislər isə ilanın böyüklüyündən heyrətə düşdüklərini bildiriblər və ilk dəfə belə hadisə ilə qarşılaşdıqlarını vurğulayıblar.
 
 
 

Ardını oxu...
“Ən yaxşı ekspertiza ictimai rəydir. Əgər ictimai rəydə OBA marketlər şəbəkəsi ilə bağlı hər hansı bir neqativ rəy varsa, deməli, biganə qalmaq olmaz, deməli, həqiqət var”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov son vaxtlar sosial şəbəkələrdə “OBA” marketlər şəbəkəsi haqda yayılan iddialara münasibət bildirərkən deyib. Sosial mediada yazılanlara görə, “Veysəloğlu” şirkəti məhz “OBA” marketlərdə keyfiyyətsiz məhsulları satışa çıxarır.
Bəzi hallarda isə “Araz” marketdə vaxtı bitməkdə olan mallar “OBA”ya daşınır. Amma deyilir ki, “OBA”da daha çox ucuz, keyfiyyətcə aşağı qidalar tapmaq olar. Misal üçün keyfiyyətsiz kolbasa-sosis malları, ucuz yağlar və s.
Ardını oxu...
E.Hüseynovun da sözlərinə görə, insanlar əsasən “OBA” marketlər şəbəkəsində qiymətin ucuz olmasından şübhələnirlər:
“Biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsınlar. Lakin ümumilikdə ola bilər ki, malın yararlılıq müddəti heç qurtarmasın, o anbarda artıq sıradan çıxsın. Bu kimi malların da son taleyi çox təəssüflər olsun, biz istehlakçılar oluruq. Biz dəfələrlə məsələ qaldırmışıq ki, istifadə müddəti keçən mal dükandan birbaşa zibilxanaya getməlidir. Hökümətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitdən onlar sui-istifadə edir. Mən höküməti cəld reaksiya mexanizmi yaratmağa çağırıram. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin zəng vuran kimi həmin yerə müdaxilə imkanı olsun. Təəssüflər olsun ki, belə müdaxilə imkanları da yoxdur. Biznes qurumları da bundan sui-istifadə edir. İstisna olunmur ki, OBA marketdə də neqativ hallar yoxdur. Sadəcə bizə bu barədə konkret şikayət daxil olmayıb”.
 
 

Dünyapress TV

Xəbər lenti