İrana casusluq edənlərin tutulduğu deyilir, amma…
Yanvarın 31-də Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirildiyi bildirilir. Yerli saytlarda yayılan məlumatlara görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs tutulub.

Fevralın 1-də isə saytlar həmin ittihamla saxlananların sayının 40-a yaxınlaşdığını vurğulayıblar. İddialara görə, həmin şəxslər Azərbaycanda din pərdəsi altında təxribatlara cəhd ediblər, sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparıblar…

Amma belə məlumatları, hələlik, hüquq-mühafizə orqanları nə rəsmi təsdiq, nə də təkzib edir. Üstəlik, müdafiə tərəfinin də mövqelərini öyrənmək mümkün olmayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov “Turan”a bildirib ki, İran uzun illər bu sahədə kifayət qədər ciddi fəaliyyət göstərib. Onun fikrincə, Azərbaycanda İran və onun dini lideri Xamneyinin siyasətini bəyənən, müdafiə edən adamlar var: “Şəbəkə olub-olmamasını deyə bilmərəm, ancaq belə adamlar var. Hətta müəyyən media təşkilatlarında, sosial şəbəkələrdə da belə adamlar var ki, vaxtaşırı İranın xeyrinə və bizim əleyhimizə fikirlər bildirirlər”.

Deputat hesab edir ki, həmin şəxslər 90-cı illərdə İran Azərbaycanın bir çox gənclərini öz dini mərkəzlərinə təhsil almaq adı ilə dəvət edəndə gücləniblər: “Sonradan məlum oldu ki, bunların bəziləri dini təhsillə paralel başqa hazırlıqlar da keçiblər. Bu, sonra özünü büruzə verdi”.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, istənilən ölkənin casus şəbəkəsi var: “Hesab edirəm ki, ən böyük casus şəbəkəsi İrana yox, Rusiyaya məxsusdur”.

Politoloqun sözlərinə görə, belə şəbəkələrin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu dəqiq müəyyən etmək üçün dövlət orqanlarının içində olmalısan: “Çünki dəqiq bilmək lazımdır ki, onun miqyası nə qədərdir, dövlət, hökumət içinə nə qədər giriblər. Amma dəqiq demək olar ki, İran bir dövlət olaraq fərqli-fərqli ölkələrdə terrordan istifadə edib və çox aqressiv hərəkətlərlə seçilir. Bu baxımından təhlükəli ola bilər”.

Hüquq müdafiəçisi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən xarici dairələr var: “Hesab edirəm ki, İran terroru dəstəkləyən dövlətdir. Bu dövlətin də Azərbaycanda casus şəbəkəsinin olduğunu inkar etmək olmaz”.

Son həbslərlə bağlı isə o, qeyd edib ki, istintaq və məhkəmə araşdırmasından sonra bir fikir yürütmək olar: “Bəri başdan hazırkı təqibi şübhə altına almaqdan uzağam. Lakin əvvəlki dövrlərdə siyasi yüklü, ya da saxta dövlətə xəyanət ittihamı üzrə mühakimələr də olub. Ümumiyyətlə, təəssüf ki, ölkəmizdə ədalət mühakiməsinin, müstəqil istintaq və məhkəmə sisteminin olmadığını deyə bilərik”.

Hələlik, bu fikirlərə İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma həmin səfirlikdən, bir qayda olaraq, Azərbaycana dost və qardaş münasibəti bəslənildiyi bildirilib. İran rəsmiləri hesab edirlər ki, bu iki ölkənin münasibətlərini korlamağa çalışan xarici qüvvələr var.

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti