Ardını oxu...
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən dərhal sonra polisin ratsiya vasitəsilə verdiyi anonsların səs yazısı paylaşılıb.

Zəlzələ zamanı Kahramanmaraşın Onikişubat və Dulkadiroğlu məhəllərində xidmət aparan polislərin ratsiya danışıqları dəhşətin miqyasını ortaya qoyub.

Səs yazısında şəhərdəki dağıntılar barədə polis bölməsinə məlumat verən qrupların anonslarında axtarış-xilasetmə və sağlamlıq qruplarının dağıntı bölgələrinə göndərmək üçün göstərdiyi səylər və yaşanan çaxnaşma qeydə alınıb.

 
Ardını oxu...
Rusiyanın ən qalmaqallı siyasətçilərindən sayılan mərhum LDPR sədri Vladimir Jirinovskinin nikahdan kənar oğlu həbs edilib.

jirinovskinin adı Oleq, soyadı Eydelşteyn olan oğlu Moskvadakı gürcü restoranlarının birində dava saldığı üçün saxlanılıb. Polis bölməsinə gətirilən Eydelşteyn burada polis işçisinə əl qaldırıb. Ardınca, məhkəməyə aparılan Jirinovskinin törəməsinə 15 sutka həbs cəzası kəsiblər.

Qeyd edək ki, Rusiya XİN Akademiyasında təhsil almış 36 yaşlı Eydelşteyn də siyasətlə məşğuldur və atasının partiyasında təmsil olunur. Onun anası Osetiyadandır. Eydelşteyn soyadı isə Jirinovskinin atasının soyadıdır.

Vladimir Jirinovskinin digər nikahdan kənar övladı da var. Bu, Anastasiya Petrovadır. Jirinovskinin “qanuni” oğlununsa adı İqordur.
 
Ardını oxu...
Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalın dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifətçilərdən yalnız Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə əl-ələ görüşməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, M.İncə bu məsələyə münasibət bildirərək onu tənqid edənlərə cavab verib.

“Həmin an cənab Ərdoğanın başqaları ilə salamlaşıb-salamlaşmadığını belə görmədim. Bunu xəbərlərdən öyrəndim. Mənim şou ilə işim yoxdur, məmləkətim qan ağlayır. Buradan siyasi nəticə çıxarıb məni tənqid edənlər var. Bunlar əxlaqsız insanlardır. Dağıntılar altında insanlarımız var, salamlaşsa nə olacaq, salamlaşmasa, nə olacaq. Mən atayam, babayam, müəlliməm, övladlarım dağıntılar altındadır”- M.İncə bildirib.

 
Ardını oxu...
Hatayın mərkəzi Antakya rayonunda, Oymak küçəsində yerləşən "Uğur Apartman"ın dağıntıları altlndan 228 sonra ana və iki uşağı (Ana Ela, uşaqları Meysam və Əli Bağdəti) xilas edilib.

Teref.Az xəbər verir ki, ana onu xilas edən heyətinə "hansı gündəyik?" deyə sual verib.

Həmin anın videogörüntülərini təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
gundem.az
 
 
 
Ardını oxu...
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə Adıyamandan olan gənc dağıntılar altında qalan zaman öz videosunu çəkib.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, Taha Erdem zəlzələ anında yuxudan oyanıb və qaçmaq istəyərkən qapıya çırpılıb. Huşunu itirən 17 yaşlı gənc daha sonra binadakı insanların qışqırıq səslərinə oyanıb. Ayılanda üzərində dağıntıların olduğunu anlayıb. Onun ayağı dağıntılar arasında ilişib qalıb və hərəkət edə bilməyib.

11-ci sinif şagirdi olan Taha Erdem xilas ola bilməyəcəyini düşünüb və buna görə özünün dediyinə görə, “son videosu”nu çəkib.

Onun özünü lentə aldığı anlarda şiddətli afterşoklar da videoya düşüb.

“Öləcəyəm, hazırda üzərimdə tavan var. Çox peşman olduğum şeylər var. Allahım, bütün günahlarımı bağışla”, – deyə Erdem kədərini dilə gətirib.

O, həmçinin davamlı silkələnmələrin də olduğunu qeyd edib. Taha Erdem növbəti və son dəfə çıxmağa cəhd edəcəyini dedikdən sonra video sona çatıb.

Taha Erdem zəlzələdən iki saat sonra qohumlarının köməkliyi ilə dağıntılar altından çıxarılıb. Yüngül yaralanan gəncin valideynləri də xilas ediliblər.

“Zəlzələ olanda qapıya doğru getdim və başımı vurdum, yerə yıxıldım. Gözümü açanda özümü tabutun içində hiss etdim. Kürəyimdə tavan var idi. Ayaqlarım dağıntılar altında qalmışdı. İlk oyananda bunun yuxu olduğunu düşündüm. Sonra özümü xilas etmək istəyərkən dağıntılar altında olduğumun fərqinə vardım. Telefonum əlimdə idi. Özümü qısa bir videoya çəkdim. Video çəkilişi zamanı davamlı olaraq zəlzələlər olurdu. Afterşoklar çox şiddətli idi. Aşağı mərtəbələrdən səslər gəlirdi. Qonşularımızın qışqırıqlarını eşitdim”, – deyə Taha Erdem yaşadıqlarını nəql edib.

 
Ardını oxu...
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır”.

Teref.Az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli "Xəzər Xəbər”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv zonadır və zəlzələ ocaqlarının sayı çoxdur.

Seysmoloq deyib ki, Bakıya yaxın olan ən güclü zəlzələ ocaqları Xəzər dənizində - Abşerondan cənubda 50-60 km aralıda yerləşir.

Bakıda zəlzələ baş verməsə də, Xəzər dənizində baş verən yeraltı təkanlar paytaxtda hiss edilə bilər.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrdən daha ikisinin meyiti tapılıb.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Millət vəkili deyib ki, dağıntılar altında qalan digər tələbənin axtarışı davam edir. Ahmet Çakırın sözlərinə görə, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Bununla da dağıntılar altında meyiti tapılan tələbələrin sayı 3-ə çatıb. Qeyd edək ki, daha əvvəl 2001-ci il təvəllüdlü Verdiyev Şahin Nail oğlunun meyiti tapılıb.
 
 
 
Ardını oxu...
“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 33 min 143 binada 153 min 506 mənzilin təcili sökülməsinə ehtiyac var”.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi yayıb.

Bildirilib ki, zəlzələdən təsirlənən 13 vilayətdə 236 min 410 binada zərərin qiymətləndirməsi aparılıb:

“Nəticələrə əsasən, Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkmiş Kayseri, Niğde və Kilis də daxil olmaqla, 13 vilayətdə zərər qiymətləndirmə işləri davam etdirilir. Bu işə 6 mindən çox mütəxəssis cəlb edilib”.
Ardını oxu...
Professor Okan Tüksüz: "İndiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb"

Yaponiyalı professor Toda Şinjin: "Bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur"

Kahramanmaraşda baş verən və 10 vilayətdə hiss edilən zəlzələ nəticəsində böyük insan tələfatı və dağıntılar baş verib. Hazırda zəlzələ nəticəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri dağıntıların bu qədər böyük olmasını tikintilərdəki səhlənkarlıqla bağlasa da, əksər mütəxəsislər bunu fəlakətin miqyasının böyük olmasıyla əlaqələndirir.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələ mütəxəssisi, professor Okan Tüksüz təbii fəlakət nətcəsində baş verən dağıntıların miqyasının bu dərəcədə böyük olmasıyla bağlı bir sıra açıqlamalar verib.

Mütəxəssis baş verən təbii fəlakətin dünyada nadir zəlzələlərdən biri olduğunu bildirib: “Belə bir təbii fəlakət indiyə qədər dünyada cəmi 8-10 dəfə baş verib. Bu zəlzələlərin də əksəriyyəti yaşayış olmayan ərazilərdə olub. Ona görə də indiyə qədər bu səviyyədə bir zərər qeydə alınmayıb. Bu zəlzələnin ən mühüm cəhətlərindən biri odur ki, 10 vilayətdə və yaşayış məntəqələrinin sıx olduğu bölgədə baş verib”.

O. Tüksüz qeyd edib ki, bölgədə iki dəfə, ardıcıl zəlzələnin olması təbii fəlakətin miqyasına böyük ölçüdə təsir edib: “Geologiya tarixində bu böyüklükdə zəlzələlər nadir hallarda baş verir. Bu, son dərəcə gözlənilməz bir zəlzələ idi. Birinci zəlzələnin vurduğu ziyan, ikinci dəfə daha da artıb. Daha dəqiq desək, birinci zəlzələdə binaya ziyan dəydi, ikinci zəlzələdə isə dağıntı baş verdi. Həmçinin zəlzələnin yer səthində yaratdığı sarsıntı da güclü idi. Bu 3 amili yan-yana qoysaq, doğrudan da bu zəlzələni 20-21-ci əsrlərin ən mühüm zəlzələləri sırasına daxil edə bilərik”.

“Bu fəlakət iki zəlzələnin gücünə mütənasib idi. İkincisi, yer səthiylə əlaqəlidir. Dağılmış şəhərlərə baxdığımızda onların çox əhəmiyyətli bir hissəsinin çox zəif bir yerdə inşa edildiyini görərik. Zəif torpaq zəlzələ dalğalarını gücləndirir və onları binalara ötürür.

Həm də uzun müddətdir bu bölgədə zəlzələ baş vermirdi. Bu fayda sonuncu zəlzələ 1513-cü ildə baş verib. Yəni, 510 ildir ki, burada enerji toplanılırdı. Nəticədə də sonda belə bir miqyasda təbii fəlakət baş verdi”,-deyə o, bildirib.

Yaponiyalı professor Toda Şinjin bildirib ki, Türkiyədə baş verən zəlzələ dünyanın quruda baş verən ən böyük zəlzələlərindən biridir.

Onun sözlərinə görə, bu böyüklükdə zəlzələlər min ildə bir dəfə müşahidə olunur: "Türkiyədə baş verən zəlzələ dünya tarixində böyük iz buraxdı. Dünyada belə bir zəlzələ, dəyişiklik və qırılma yalnız min ildə bir dəfə olur. Türkiyədəki zəlzələnin buraxdığı enerji Yaponiyada baş verən Kobe zəlzələsindən 15 dəfə çoxdur".

Daha əvvəl Türkiyədə araşdırmalar aparan Şinjin bu zəlzələnin Çində Siçuan, Alyaska, Yeni Zelandiya və Tibetdəki zəlzələlərdən daha böyük və daha şiddətli olduğunu deyib. Şinjin fevralın 6-da Kahramanmaraşda ard-arda baş verən iki zəlzələnin birbaşa yaşayış məntəqələrində baş verməsinə xüsusi diqqət çəkib.

Dünyapress TV

Xəbər lenti