Ardını oxu...
Azərbaycanda yeni şəhərin salınması təklif edilib. Bu təkliflə Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edib.

Deputat bildirib ki, yeni şəhər Heydərabad adlandırılmalıdır:

“Şəhərdə “göydələnlərin” olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır. Allah etməsin hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Yeni şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər, əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.

Qeyd edək ki, son illər paytaxtda əhali sayının artması, çox sayda yeni binaların tikilməsi, yollarda tıxacların yaranması kimi problemlərlə əlaqədar paytaxtın köçürülməsi ilə bağlı təkliflər səslənir.

Paytaxtın köçürülməsi mümkündürmü və bu, mövcud problemi aradan qaldıracaqmı?

TEREF.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Sovet dövründə Yaşma ərazisində dəniz kənarında Gənclər şəhərciyinin yaradılması ilə bağlı layihə var idi:

“Sonra bu layihə gündəmdən çıxdı. Həmin ərazisi hazırda da boşdur. Hesab edirəm ki, indi artıq həmin ərazinin gündəmə gətirilməsi vacibdir. Çünki ölkə əhalisinin əksər hissəsi paytaxt Bakıda məskunlaşıb. Bütün universitetlər, dövlət müəssisələri Bakıdadır. Şəhərin mərkəzində göydələnlər tikilir. Bu, həm tıxac probleminin yaranmasına gətirib çıxarır, digər tərəfdən binaların bir-birinə çox yaxın məsafədə tikilməsi hər hansı fövqəladə hal baş verərsə, həmin vəziyyətin aradan qaldırılmasına çətinliklər yaradacaq.

Ona görə də hesab edirəm ki, Bakıya yaxın ərazidə, məsələn, Yaşmanın dənizkənarı hissəsində, boş bir sahədə müasir plana uyğun yeni bir şəhər inşa oluna bilər. Şəhərdə yerləşən ali təhsil müəssisələri, dövlət idarələri həmin əraziyə köçürülə bilər. Əgər ali təhsil ocaqları və dövlət qurumları həmin əraziyə köçürülərsə, şəhərin yükü azalacaq. Bu gün paytaxtda mövcud olan tıxac problemi də aradan qalxacaq”.

Paytaxtın həmin əraziyə köçürülməsinə gəldikdə isə deputat Cənubi Afrikadan misal gətirib:

“Orada Yohannesburq şəhərinin yanında Pretori şəhəri salınıb və paytaxt, bütün dövlət idarələri oraya köçürülüb. Yaxud Astana da paytaxt elan edilib və dövlət idarələri, səfirliklər hamısı Astanada yerləşir. Yəni Bakıya yaxın bir ərazidə də bu layihəni reallaşdırmaq olar. Bakıdan da həmin əraziyə gediş-gəliş çətin olmayacaq. Gələcəkdə həmin istiqamətdə sürət qatarı işə düşərsə, bu, vətəndaşlar üçün daha yaxşı şərait yaradacaq. Bu, həm şəhərin genişlənməsinə, həm də rahatlığın təmin olunmasına şərait yaradar”.

Memar Cahid Həsənovun fikrincə, Bakıda memarlıq və şəhərsalma baxımından sıxlıq müşahidə edilir:

“Söhbət burada iki amildən gedir. Bu, həm regionlardan Bakıya gələn əhalinin sayının artması, həm də infrastrukturun, inzibati binaların, nazirliklər, yeni yaranan qurumların sayının artması ilə bağlıdıır. Beləliklə, iki paralel istiqamətdə Bakı dolub. Bakının paytaxt şəhəri olması əsas deyil, əsas odur ki, ya Bakı inzibati şəhər statusunu saxlamalı idi, ya da böyük sənaye şəhəri Bakıdan kənarda olmalıydı. Sənaye şəhəri olduğuna görə də yaşayış binaları, məhəllələr, qəsəbələr orada olmalı idi.

Fakt odur ki, Bakı həm inzibati, həm sıx binalar, göydələnlər şəhəri olub. Bakı yükü daşıya bilməyəcək qədər dolub. Bunun da bir-birinə tam ciddi ziyanı var. Belə ki, Xəzər sahilində yerləşən gözəl Bakı bu sıxlığın ucbatından artıq ab-havası itirilir. Şəhər turizm statusunda olmalıdır. Burada olan memarlıq abidələri, tarixi tikililər, Xəzərin sahili, şəhərin amfiteatr panoraması, klassik memarlıq abidələri ilə müasir Bakının vəhdətini saxlamaq lazımdır.

Problem inzibati binaların paytaxtda yerləşməsi, digər tərəfdən yaşayış massivlərinin çoxalmasıdır. Binalar bir-birinə sıx şəkildə yerləşir. Şəhərin viziual görünüşü, amfiteatrı, panoraması pozulur. Minilliklərlə bizə miras qalmış, dünya turistlərini cəlb edən həmin tarixi abidələr çoxmərtəbəli binaların gölgəsində qalmış kimi öz vizualizmini itirir. Mənim memar kimi təklifim odur ki, tədris ocaqları, yataqxanalar Bakının mərkəzi rayonlarından hər hansı kənar rayonlarına çıxarılmalıdır. Həmçinin Enegetika Nazirliyi və bununla əlaqəli qurumlar hamısı Mingəçevir ərazisində olmalıdır. Eləcə də Gəncə-Bərdə bölgəsində kənd təsərrüfatı ilə bağlı institutlar, nazirliklər də bu qaydada yerləşməlidir.

Ümumiyyətlə, bu gün paytaxtla bağlı müxtəlif fikirlər səslənir. Fikrimcə, tədris ocaqları, diplomatik mərkəzlərini şəhərdən kənara çıxarmaq, paytaxtın yükünü azaltmaq lazımdır. Ölkəmizi dünya turistlərinə göstərmək yalnız Bakıdan ibarət deyil. Regionların özünün də gözəlliyi var. Eyni zamanda, Bakını yüngülləşdirməklə bağlı təklifim odur ki, sahə üzrə mikropaytaxtlara, ya da sırf digər bir əraziyə köçürülsün. Bakı Xəzər sahilində, amfiteatr qoynunda olan, klassik memarlıq abidələri ilə zəngin, dünya turistlərinin gəlməsi, alış-veriş üçün ticarət mərkəzləri ilə dolduldurulmuş modern şəhər ola bilər. Yəni Xəzər dənizi sahilində ticari, turistik baxımından boşaldılmış bir Bakı ola bilər”.
 
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar olan ərazidə oğurluq edən şəxslər “Bayraktar” PUA-sı ilə müəyyən edilib.

Teref.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Bayraktar TB-2” PUA-ları Qaziantepdə müşahidə funksiyasını yerinə yetirərkən iki şəxsin dağıntı olan ərazidən nə isə daşıdıqları müəyyən edilib.

 
Ardını oxu...
Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfəngdən açdığı atəş nəticəsində yaralanıb.

Teref.az Report-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Bədəlov Emil Radik oğlu özündən yaşca balaca qardaşının tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəş nəticəsində sağ göz nahiyəsindən xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.

“İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, - o vurğulayıb.

Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
 
Ardını oxu...
“Harada zəlzələ baş verirsə, süni zəlzələ ehtimalını dilə gətirənlər olur. İnsanları çaşdırmaq, öz siyasi məqsədləri üçün bunları edənlər olur”.

Teref.az xəbər verir ki, bunu “Kaspi”yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

“Süni zəlzələ ilə təbii zəlzələ seysmoqramda fərqlənir. Məsələn, tədqiqatlarımızda təbii zəlzələlər öz yerində, eləcə də sənaye partlayışları olanda, onları da qeydə alırıq, onların gücünü də veririk. Bilirik ki, bu partlayışdan dolayı olan silkələnmədir, bu isə təbii zəlzələ. Zəlzələni bilməyən adamlar ortaya elə ehtimal atırlar”, deyə Qurban Yetirmişli bildirib.

“Sovetlər dövründə Qazaxıstanda SSRİ-nin poliqonu var idi. Yer altında nüvə silahlarının sınağını həyata keçirirdilər. Silahlardan asılı olaraq fərqli gücdə təkanlar hiss edilirdi. Çox dərində olmadığına görə 5-6 bal gücündə zəlzələ əmələ gəlirdi. Ağacı yıxmaq, maşını çevirmək gücünə malik olurdu. Bu həmin ərazidə olurdu, orda da hiss edilirdi. Müasir dövrə gəlincə, tektonik silahlar var, zəlzələ ocaqlarına enerji buraxıb həmin zəlzələni tezləşdirməyin mümkün olduğunu deyirlər. Amma bir məsələ var, sən neçə kilometrlərdən hansısa əraziyə bu enerjini necə buraxa bilərsən? Metro xətti deyil ki, gəlib o silah bu əraziyə dəysin, burda zəlzələ yaratsın”, deyə baş direktor əlavə edib.
 
 

Ardını oxu...
Türkiyədə baş verən zəlzələdən sonra, öz köhnə maşını ilə apardığı yardım mənzərəsilə məşhurlaşan Sərvər Bəşirlinin həmin vaxt etdiyi hərəkət təqdirəlayiqiydi.
Əslində həmin vaxt Sərvərin etdiyini bütün Azərbaycan edirdi. Yardım kampaniyasının aparıldığı ərazilərdə canlı müşahidə aparan şəxs kimi bundan da təsirli mərdlik mənzərlərinin şahidi oldum.
Sadəcə, Sərvərin mövzusu vaxtında ictimailəşdiyi üçün geniş rezonans doğurdu. Ondan sonra baş verənlər bir qədər təəccüblü görünür. Hansısa şirkət Sərvərə iş təklif edir, bir iş adamı ona maşın hədiyyə edir. Bir sözlə, Sərvərin üzərindən əməlli başlı piar gedir.
Bir şirkət deyib ki, Sərvərin evinin bütün elektrik avadanlıqları ilə pulsuz təmin etməyi öz üzrərinə götürür. Maraqlıdır ki, həmin şirkət Sərvər kimi 100-lərlə kasıbı divara dirəyib kredit borclarını tələb edir.
Heç bir sosial güzəşt kampaniyası həyata keçirmir. Məhkəmələrdə müşahidə aparsanız həmin şirkətlərin kasıb insanlara qarşı qaldırdıqları iddia tələblərindəki qəddarlığın dərəcəsi ilə yaxından tanış ola bilərsiniz.
Hətta Sərvərə hədiyyə edilən maşına nömrənin verilməsi hadisəsinindən belə, DYP özünü piar etdi. Nədi-nədi Sərvər köhnə maşınındakı nömrəsini ona veriblər, dövlət rüsumunu da DYP-nin özləri ödəyib. Bah, nə böyük iş görüblər…
Görəsən, Sərvər yox, başqa bir vətəndaş DYP-dən köhnə avtomobilinin nömrəsini özündə saxlamağı istəsə, ondan hansı məbləğdə rüşvət alarlar? Hamı bilir ki, DYP-nin nömrə verən idarəsində açıq bazardı. Hətta 50 min manata belə maşın nömrəsi satırlar. Yəni görünən budur ki, kimin əlinə fürsət düşürsə, Sərvəri özü üçün piar alətinə çevirib. Bikin ki, bütün bu “xeyriyyəçiliklər” Sərvərin kasıb orazına deyil, onun populyarlığına görə edilir.
Sərvərlə bağlı yaşananlar mənə vaxtı ilə cüdo üzrə olimpiya çempionu olmuş Elnur Məmmədlinin taleyini xatırlatdı. Elnur karyerasının ən parlaq vaxtında , 20 yaşında olimpiya çempionu oldu. Onun ən azı 3 dəfə də olimia çempionu olmaq kimi şansı varıydı. Çünki belə nümunələr çoxdu. Məsələn, rus güləşçisi Karelin 4, ağırlıq qaldıran Xəlil Mutlu isə 3 qat olimpiya çempionu olmağı bacardılar.
Ardını oxu...
Ancaq biz nəyi müşahidə etdik? Kim özünü reklam etmək istədisə Elnura bahalı avtomobil və mənzil hədiyyə etdi. Vəziyyət o yerə çatdı ki, Elnur həmin maşınları satmaq üçün özünə avtisalon açdı. Hansı nazir ölkə rəhbərliyinin gözünə girmək istədisə, onun çiyninə rütbə yapışdırdı. Nəticədə, 20 yaşlı idmançı kökəldi və döşəkdə əvvəlki Elnura yaraşmayan biabırçı nəticələr göstərməyə başladı.
Sonra da zədəsini bəhanə edib, ən cavan yaşında peşəkar idmandan qaçmalı oldu. Təbiidir ki, burada Elnurun özünün də günahı az deyil. İmkan verməməliydi ki, kimlərsə onun şöhrətinin hesabına özlərini reklam etməsin. Bir az da karyerasını puldan çox istəməliydi.
Əslində, kasıb Sərvər, əvvəllər məşqə getməyə pulu olmayan Elnurun bu taleyindən özü üçün lazımi nəticəni çıxarmalıdır. Bir də , bizdə xalq olaraq poulyarlığa meyl çoxdu. Çünki bu, həm də dolanışıq deməkdi. Əksər hallarda isə həmin popularlığı qazananlar onu xalqın xeyrinə deyil, şəxsi faydaları üçün istifadə edir.
Buna aid də bir misal çəkim. Mərhum Heydər Əliyevlə görüş şansını əldə edən şairlərimizdən biri evi ola-ola ondan mənzil istəmişdi. İstəyi təmin olunmuşdu. Həmin ziyalı ikinci dəfə də Heydər Əliyevlə görüşmək xoşbəxtçiliyini əldə edir. Bilirsiniz nə xahiş edir? Prezidentin ona hədiyyə etdiyi mənzilin təmirini. Halbuki həmin ziyalı heç olmasa ikinci görüşdə xalqın xeyrinə olan bir xahişi ilə böyük bir problemin həllinə nail ola bilərdi.
Sözüm Sərvər Bəşirliyədir. Qardaş, nə verirlərsə görür, ancaq imkan vermə ki, sənin üzərindən şoular qursunlar. Onda səni də Elnur Məmmədlinin uğursuzluğu gözləyə bilər. O, nəticə verə bilmədi, sənlə bağlı nə olacaqsa, onu indidən deyə bilmərəm…
Məhəmmədəli Qəribli
Teref.az
 
Ardını oxu...
“Vətəndaşlar 20 il yaşadıqları, əsgər yola saldıqları ev üçün bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb: “İndi vətəndaşlar 20 il əvvəlin sənədləri ilə evlərinə çıxarış ala bilmirlər. Müvafiq qurumlardan bildirilir ki, həmin sənədlər saxtadır. Belə məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.
 
Ardını oxu...
“Azərpoçt” MMC-nin yeni istifadəyə verdiyi “PostCargo” xidməti vasitəsilə bazarda dempinq fəaliyyəti ilə məşğul olması barədə mediada səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Teref.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Əvvəlcə onu qeyd edək ki, qurum 2022-ci ildə dövlətdən universal poçt xidmətləri üçün kiçik bir məbləğ, təxminən yüz min manat subsidiya almışdır. Bu isə onu deməyə əsas verir ki, “Azərpoçt” öz gəlirlilik siyasətini artıq uğurlu şəkildə qurub. Hətta son beş ildə ilk dəfə olaraq 2022-ci ili 4.2 milyon manat xalis mənfəətlə başa vurub.

Karqo bazarında dempinq siyasəti iddiasına gəldikdə isə bildiririk ki, “Azərpoçt” a məxsus karqo xidmətinin tarifləri orta bazar qiymətinə uyğundur və tariflər aydın şəkildə www.postcargo.az saytında təqdim olunub. Materialda bəhs olunan konkret nümunə – yəni 1 kq ağırlığında yükün daşınma qiymətinin 2 ABŞ dolları olması haqqındakı məlumat endirim kampaniyasına aiddir. Endirim kampaniyası isə qanunazidd deyil və normal marketinq siyasətidir. Belə ki, istənilən məhsul və ya xidmət bazara yeni daxil olduqda müştəri bazasını formalaşdırmaq üçün müxtəlif endirim kampaniyaları təşkil edilir və bütün kommunikasiya vasitələrində bu barədə məlumatlar dərc olunur. Bu kampaniya haqqında da “PostCargo” xidmətinin veb-səhifəsində ətraflı və açıq şəkildə məlumat verilib, martın 1-dək davam edəcəyi qeyd olunub”, - məlumatda qeyd olunub.
 
Ardını oxu...
Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində ən azı 10 azərbaycanlı həlak olub. Amma bu, son rəqəm olmaya bilər.
Belə ki, Türkiyədə zəlzələ bölgəsində olan daha 9 azərbaycanlıdan hələ də xəbər yoxdur. Onların axtarışı davam edir.

Pressklub.az xəbər verir ki, bunu Xaici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi eyni zamanda, müraciətlər daxil olduqca təxliyə prosesinin davam etdiriləciyini vurğulayıb: “Ümumilikdə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilən vətəndaşların sayı 513 nəfərdir”.
 
Ardını oxu...
Türkiyədə 6 fevral zəlzələlərindən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

Növbəti möcüzə xəbəri Hataydan gəlib.

Belə ki, axtarış-xilasetmə qruplarının işi nəticəsində 10 yaşlı Osman 260 saatdan sonra dağıntılar altından sağ çıxarılıb.

Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.
 Mənbə: Haber Global

Dünyapress TV

Xəbər lenti