Ardını oxu...
“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
 
Ardını oxu...
İllərdir heç bir fəaliyyəti olmayan “JEK”lərin əhalidən qanunsuz ödənişlər yığması insanların narazılığına səbəb olur. Bu ildən etibarən ödənişlərin artırılması, üstəlik bunun əvvəlki iki ilə də şamil edilməsi narazılığı pik həddə çatdırıb.

İqtisadçılar vətəndaşları “JEK”lərə ödəniş etməməyə çağırır. Vətəndaşlar isə ödəniş edib-etməməklə bağlı sual qarşısındadır.

Bəs “JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “JEK”lərin xidmət haqlarını artırması qanunsuzdur.

Deputatın sözlərinə görə, xidmət haqlarının artırılmasının heç bir əsası yoxdur: “Çünki xidmət haqqı o zaman artırılır ki, daha yüksək xidmət və nümunəvi işlər görülsün. Ancaq biz bunun şahidi olmuruq. Bu gün “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Buna səbəb qurumun maddi-texniki baza və işçi potensialının yetərli olmamasıdır. Eyni zamanda qurum verilən tapşırıqları yerinə yetirməyə qadir deyil. Doğrudur, Sovetlər dönəmində bu qurumun yaxşı fəaliyyəti olub. Ancaq son dövrlər bu fəaliyyət gözə görünmür”.

Üstəlik, “JEK”lər heç bir fəaliyyət göstərmədən pul yığırlar. Bələdiyyələr isə öz nəzarətində olan ərazilərdə tullantıların daşınması, təmizlik işləri həyata keçirirlər. Ona görə də, heç bir iş görməyən “JEK” lər bələdiyyələrə birləşdirilməlidir”.

T.Rzayev birləşmənin bələdiyyələrin işinə müsbət təsir göstərəcəyi qənaətindədir:

“JEK”lərin özündə də vaxtilə çox yaxşı işləmiş, işini bilən kadrlar olub. Onların bələdiyələrə keçməsi qurumun fəaliyətinin müsbət inkişafına töhfə ola bilər”.
 
Ardını oxu...
Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə Teref.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Araşdırma aparılır. ("Report")
 
Ardını oxu...
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1980-ci ildə anadan olmuş Elmar Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Deyirlər, həbsdə ağlı gedib. Ağır psixoloji durumdadır.
***
Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin rəhbəri, MTN-nin törətdiyi əksər cinayətlərin təşkilatçısı, icraçısı Elçin Quliyev.
Ardını oxu...
Həbs olunduğum günü bunun kabinetinə apardılar. İçəriyə daxil olanda ilk sözü “gördün, torbanı necə tikdim” oldu.
Dedim, vaxt gələr qanun qarşısında cavab verərsiniz.
Oturduğu kresledon durub, yanima yaxınlaşaraq, əlini çiynimə qoydu və “ bu ölkədə hebs eden de azad edən də bizik” dedi.
Doğrudan da dəhşətli mənzərə idi.
Ölkənin əsas güc nazirliyinin ali zabit heyətinin generalı səni şərlədiyini üzünə deyir.
Mütəfəkkirlərdən biri deyir ki, ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilənlərdi…
“MTN Gündəliyi” 17 sentyabr 2013-cü il
Pərviz Həşimli
Teref.az
 
 
 
Ardını oxu...
DogruXeber.az: - Dünəndən etibarən Medianın İnkişafı Agentliyi (MEDİA) uyğun bildiyi KİV-lərdə yeni kampaniya başladıb. Əslində yeni heç nə yoxdur, sadəcə olaraq köhnədən yarımçıq qalmış və birbaşa olaraq müstəqil mətbuatı hədəfə alan, hədəfə çevirən işləklərin davamı müşahidə olunmaqdadır.

Bununla bağlı açıqlama verən DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoy bildirdi ki, MEDİA-nın son təbliğatı olduqca təhlükəli məqamlardan xəbər verməkdədir:

"Əhməd İsmayılov aşkar şəkildə Əli Həsənovun ağzı ilə danışır, onun üsulu ilə təbliğat qurmaqdadır. Başqa cür ola da bilməzdi. Dənizçilikdən mətbuata atlananda fəsadlar olmalı idi. Mətbuat elə bir sahədir ki, burada xüsusi daxili münasibət dili mövcuddur. Hətta 40 il mətbuat yolçusu olan Əflatun Amaşov belə özünü mətbuatda rahat, anlaşılan hesab edə bilmədi.

Ona görə də illərdir, mətbuatla bağlı dövlətin siyasətində bir mücərrədlik mövcud idi. İndi MEDİA gəldi və bu mücərrədlik daha da dərinləşdi. Dövlət adına çıxış edən bəzi dairələr bəyənmədikləri mətbu orqanların üstündən xətt çəkməyə qalxdılar ki, bunun imkansız olduğunu ya bilmirlər, ya da ümumiyyətlə naşı olduqlarından bu yolu tutublar.

Hər halda Əhməd İsmayılovun yanında mətbuata aid simalar var və onlar Əhməd müəllimə msələhət verə bilərlər ki, pulla əldə saxladıqları mediaya güvənib bu gün özlərini mühüm mövqedə hiss edirlərsə, təəssüratları yanlışdır. Mühüm olanı mətbuatın həqiqi simasıdır. Əhməd müəllim isə bu simanı korlamaqla məşğuldur, mətbuatın müsətqilliyini boğmağı qəsd edir, müstəqil mətbuatı hədəfə alır. Özündən planlar cızır, kimin jurnalist olduğunu, kimin olmadığını müəyyən edir, xəyallar qurur, neçə saytın qalacağınıŞ neçəsinin qadağan ediləcəyini planlayır...

Belə də idarəçilik olarmı? BELƏ MƏTBUAT-DÖVLƏT münasibəti olarmı?

Hər halda, bu hökumətdəki ağıllı adamlar Əhməd İsmayılovu durdurmalıdırlar... Əks halda, yaxşı nəsə görünmür".
Ardını oxu...
Üç min ton qarğıdalı ilə Ukraynadan İtaliyaya üzən “Lady Zehma” yük gəmisi cümə axşamı İstanbulun Bosfor boğazında saya oturub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.


Məlumata görə, insident gəmi İstanbulun Bebek səmti yaxınlığından keçərkən baş verib.

Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə 4 yedək gəmisi göndərilib.

Mənbə: TASS
 
Ardını oxu...
Xırdalanda partlayış olub. “Report”un məlumatına görə, hadisə AAAF Park Yaşayış Kompleksində qeydə alınıb.

Məlumata görə, kompleksdə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə, sonra partlayışla müşahidə edilən yanğın olub.

Qeyd edilir ki, yanğının genişlənməsinin qarşısı alınıb. Yaşayış binalarına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
 
Ardını oxu...
Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.

Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında Modern.az-a danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi:

“İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi.

Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.

İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə, həmin şahidlərin dedikləri səsyazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”.

Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmir, heç kimin torpaqlarına göz dikməyib:

“Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da nə zamansa, o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir”.

Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülübsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır:

“34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırması, öldürməsi haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir.

Mən 10 il yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir.

Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir”.
 

Dünyapress TV

Xəbər lenti