Ardını oxu...
 
 

 
"İstər ətrafımdakı insanlar, istərsə də seçicilərim çox gözəl bilirlər ki, vətəndaşı dinləmək, onlara həssaslıq nümayiş etdirmək və problemlərinin həllinə çalışmaq mənim fəaliyyətimdə prioritetdir. Bu mənim iş prinsipimdir!" Bu Milli Məclisin deputatı Jalə Əhmədovanın DİA.AZ-a göndərdiyi müraciətdə yer alıb.

 
Xanım millət vəkili daha sonra yazır: "Lakin bəzən elə şikayətlərlə üzləşirəm ki, həllində çarəsiz qalıram.

Ədalət mühakiməsinin hakimindən ədalət gözləyən vətəndaşların çarəsizliyi kimi...

Hər birimiz bilirik ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir. Yəni, məhkəmənin işinə müdaxilə etmək yolverilməzdir. Amma bu o demək deyil ki, bəzi məhkəmə sədrləri vəzifələrindən sui-istifadə etməli, məhkəmə prosesləri zamanı vətəndaşa aşağılayıcı münasibət sərgiləməli, yüksək tonla danışmalı və ya işi araşdırmadan birtərəfli mövqedən çıxış edərək qərar qəbul etməlidir!

Məhkəmələrin müstəqil olması onlara bu hüququ verirmi ki, vətəndaşa bu cür davranış nümayiş etdirsin, ən əsası da qeyri-obyektiv qərarlar qəbul etsin və vətəndaşın konstitusion hüquqlarını pozsun?!

Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib!

Deyəsən M.Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub. Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?!

Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir!

Mənim isə millətin vəkili olaraq iş prinsipim dəyişməz olaraq qalacaqdır".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Avstraliyada başına pul qoyulduğu üçün Türkiyəyə qaçan məşhur cinayətkar burada ölüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, söhbət Avstraliyanın ən məşhur cinayətkar qruplaşmalarından “Alameddine”nin rəhbərlərindən biri olan Murat Qalasidən gedir.
Avstraliya və İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qalasi ölkədə polis tərəfindən ən çox axtarılan adlardan biri olub. İş o yerə çatıb ki, Avstraliya polisi Qalasinin başına mükafat qoyub.
33 yaşlı Qalasinin İstanbulda idman zalında dünyasını dəyişdiyi açıqlanıb. Qalasının məşq zamanı infarkt keçirdiyi bildirilib.
Dəstə başçısının 2021-ci ilin dekabrında Sidneydəki sui-qəsddən sağ çıxdığı da bildirilib.
Qalasinin ölümünü dəstə üzvlərindən Əli Yunis sosial media hesabından elan edib.
Onun təxminən 2 həftə əvvəl başına mükafat qoyulandan dərhal sonra ölkədən qaçdığı bildirilib. Britaniyanın Teleqraf qəzeti Qalasinin Livandan Türkiyəyə
Ardını oxu...
 
 
 
Şəhid ailələri, qazilərə, xəstə adamlara yardım adı ilə müxtəlif şəxslərin pul toplama kampaniyasına son qoyilmalıdır. Mən bir neçə adam tanıyıram ki, bu adla qısa müddət fəaliyyət göstərəndən sonra dəhşətli dərəcədə varlanıblar.
Bu yöndə olan ən böyük biabırçılıq son döyüşlərdə şəhid olan, SOS uşaq evində böyüyən Səbuhinin yas mərasimində yaşanıb.
Teref.az yazır ki, bunu AZİNFORUM.AZ saytının baş redaktoru Məhəmmədəli Qəribli deyir. Daha sonra Məhəmmədəli bəy deyir:
Bir qrup bloger mövzunun həssaslığını yaxşı dərk etdikləri üçün, Səbuhinin yas mərasimində dəftər qoyub pul yığıblar. Yasa gələnlər yığılan pulun Səbuhinin qardaşına çatacağını zənn etdikləri üçün gücləri çatanı yazdırıblar. Nəticədə pulu yığan blogerlər Səbuhinin qardaşına bir qəpik də verməyiblər.
Addımlarının səbəbini belə izah ediblər ki, bu pulu yas yiyəsi üçün yox, kimsəsiz uşaqlara yardım məqsədilə yığıblar. Adama deyərlər, ay əclaf, canın çıxsın get belə kampaniyanı öz səhifəndə keçir da. Camaatın yası sənin dələduzluğun üçün münbit məkandırmı?
Bir daha deyirəm, xeyriyyəçi adı ilə bu işlə məşğul olanların çoxunun məqsədi öz mənffətini güdməkdir. Belə fəaliyyətlə məşğul olmaq həm fərdi şəxslərə, həm də televiziyalara qadağan edilməlidir.
Məhəmmədəli Qəribli
Teref.az
 
 
 
Ardını oxu...
Klassik avtomobillərin böyük kolleksiyası “RM Sotheby's” hərrac evində satışa çıxarılacaq.

Tədbir sentyabrın 22-24-də baş tutacaq.

İş adamına məxsus kolleksiyaya 120 unikal avtomobil daxildir.

Kolleksiyanın 20 milyon dollara satılacağı gözlənilir.

Satışa çıxarılan eksponatlar arasında “Maserati 3500 GT Spyder” (1960), “Porsche 356 A 1600 Speedster” (1956), 60 yaşlı “Mercedes-Benz 300 SL Roadster”, “Ferrari 330 GTC” (1967) və “GTSno Roadster” (1974) var.

Mənbə: motor.ru
 

 

 

Bu gün, 08:17           
Ardını oxu...
Türkiyədə zəlzələ baş verib.

AFAD-ın verdiyi məlumata görə, yeraltı təkanların episentri Ərzurumun Çat rayonu olub.

Zəlzələnin 4,9 bal gücündə olduğu bildirilib.

Təbiət hadisəsi ətraf əyalətlərdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
 
 
 
Ardını oxu...
Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Redaktor.az xəbər verir ki, , bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

 
Ardını oxu...
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri etiraz edib.

Onlar vəkil Elçin Sadıqovun həbsdə olmasına görə məhkəmə iclasının təxirə salınmasını istəyiblər. Ancaq hakimlər bildiriblər ki, digər vəkillərin iştirakı ilə proses davam edə bilər.

Rasim Məmmədov ifadəsində deyib ki, əvvəllər "Azəri-Çıraq-Günəşli" neft yatağında idarə rəisi olub: "Orda idarə rəisi olan yeganə azərbaycanlı idim. Gəlirim "Baku Steel Company"ni almağa imkan verirdi. O vaxt BP-ninn nəqliyyat, yemək, insan və yük daşımalarını şirkətlərim həyata keçirirdi. Ona görə də kifayət qədər pulum var idi. 500 min qazancım olurdu. İlk milyonumu 26 yaşımda qazanmışam. "Baku Steel Company" şirkətini aldım. Digər şirkətdən isə əldə olunan 53 milyon manatlıq gəlirin 25 faizi mənə qalmışdı. 2011-ci ildə həmin şirkəti ("Baku Steel Company" nəzərdə tutulur) tam aldım. 12,5 milyon manatı aeroportda həmin şirkətin nümayəndələrinə verdim”.

Daha sonra vəkillər Rasim Məmmədova iş adamları Əşrəf Kamilov və Əli Kərimli ilə hansı əlaqələri olduğunu soruşublar. R.Məmmədov vurğulayıb ki, onlarla yaxın tanışlığı yoxdur: “Əşrəfi bir dəfə Fazil Məmmədovun yanında görmüşəm. Əli Kərimlini isə ümumiyyətlə tanımıram. Mən onlardan hər hansı tapşırıq almamışam. Onlar “Baku Steel Company”nin fəaliyyətinə hər hansı maddi yardım etməyiblər. Mən Abdulbari Gözəlin bankı olan Azərbaycan Sənayə Bankından kredit götürüb iş görmüşəm".

R.Məmmədov şirkət rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiyini diqqətə çatdırıb: “Şirkət on ildə 220 milyon manat qazanc əldə edib. Mənimsəmə varsa, qazanc necə ola bilər? “Baku Steel Company”də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçir. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi”.

Təqsirləndirilən şəxs deyib ki, onun dəftərdə qeyd etdiyi 60 milyon manat özünə məxsusdur: “O pul öz pulumdur. Çünki şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada pul silmək mümkün deyil. İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. Əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pulu mənə ödətdiriblər. 2015-ci ildə Şahin Mustafayevlə bir italyan şirkəti ilə 1,2 milyard manatlıq müqavilə bağladıq. Amma sonradan iş alınmadı".

Məhkəmənin növbəti iclası sentyabrın 19-da davam etdiriləcək.

İttihamda göstərilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.

Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.

İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Ardını oxu...
Britaniya əsilli avstraliyalı Saymon Çarlz Dorani-Dey özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandırır və monarxdan DNT testi tələb edir.

O, həmçinin Uilyama Uels şahzadəsi titulunun verilməsinə görə özünü təhqir olunmuş hiss etdiyini bildirib. 56 yaşlı kvinslendlinin sözlərinə görə, şahzadəyə yeni titulun verilməsi “onun üzünə dəyən qəfil zərbə” kimi olub.

“O, Uilyama belə bir titul verir və bəs mənim cavabım haradadır? DNT testi haradadır? Əgər mənim atam deyilsənsə, sübut et”, - deyə Dorany-Dey bildirir.

Avstraliyalı kral sarayına qohum olan bir ailə tərəfindən övladlığa götürüldüyünü və uşaq ikən Portsmutda yaşadığını iddia edir. Onun sözlərinə görə, sarayda işləyən nənəsi şahzadə Çarlz və Kamillanın onun “gizli bioloji valideynləri” olduğuna inandırıb.

Dorani-Dey həmçinin kral III Çarlz və həyat yoldaşına çox bənzədiyini iddia edir. O, monarxdan DNT testi tələb edir lakin hələlik heç bir cavab almayıb.

III Çarlzın “gizli oğlu” onu da bildirb ki, “valideynlərini” məhkəməyə verməyə hazırdır. O, iddiaları ilə bağlı sübut təqdim etməyə hazır olduğunu da deyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Daily Mail
 
Ardını oxu...
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov rüşvət istənilməsi iddiaları ilə bağlı açıqlama verib. Baku TV-yə açıqlama verən Səbuhi Əhmədov bildirib ki, müdafiə nazirliyindən, sözügedən pulu alan şəxlərin tapılacağı deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəhidin qardaşını “Komando” bölüyünə götürmək üçün 6 000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb. Bu gün Müdafiə Nazirliyində şəhidin qarşı ilə görüş keçirilib.

Daha ətraflı süjetdə:

***

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.
 

Ardını oxu...
“İkinci Qarabağ savaşından sonra regionda geopolitik, geostrateji, eləcə də hərbi-siyasi durum əhəmiyyətli şəkildə dəyişib. Bu dəyişikliyin lokal hissəsi Azərbaycanın işğal altında olan torpaqları üzərində öz suverenliyini bərpa etməsi ilə bağlıdır. Regional hissəsi isə Türkiyənin Cənubi Qafqazda iştirakının legitimləşməsi və bunun Rusiya başda olmaqla, beynəlxalq birlik tərəfindən zorən qəbul edilməsidir”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, II Qarabağ savaşı və Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə regionda legitim iştirakçıdır: “Bura Rusiya ilə Türkiyənin birlikdə Monitorinq Mərkəzinin yaradılmasını da əlavə etsək aydın olar ki, regionda yeni geopolitik, geostrateji və hərbi-siyasi durum yaranıb. Düzdür, hələlik köklü dəyişiklik baş verməyib. Amma Rusiya öz inhisarçı mövqeyini qismən Türkiyə ilə bölüşməli olub. Yəni Rusiya və Türkiyənin birlikdə fəaliyyəti yaranıb. Bir daha qeyd edirəm ki, burada iştirakçılıq qeyri-mütənasibdir. Üstünlük Rusiya tərəfdədir, amma inkişaf vektoru Türkiyənin çəkisinin artacağını göstərir”.

S. Əkbər qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən son təxribatlar təsadüfi deyil:

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, qarşıdurma bu gün də davam edib. Hesab edirəm ki, yaranan hər bir böhrandan fürsət kimi istifadə etmək lazımdır. Səmərəli böhran idarəçiliyinə ehtiyac var, yaranmış vəziyyətdən Azərbaycan öz milli maraqları - hərbi strateji və siyasi strateji yönündə bacarıqla istifadə etməlidir. Bu böhran risk və təhdidlər gətirdiyi kimi, imkanlar və fürsətlər də gətirir. Biz risk və təhdidləri önləməli, fürsətlərdən maksimum yararlanmalıyıq”.

Partiya sədri əlavə edib ki, belə fürsətlərdən biri də Türkiyə ilə imzalanan strateji müttəfiqlik sazişinin əməldə doldurulmasıdır: “Bu, Azərbaycanda Türkiyə hərbi hissələrinin yaradılması, birgə hərbi hissələrin qurulmasıdır. Rusiya Ermənistanda strateji müttəfiqliyə nail olub, bizim də Türkiyə ilə bərabərhüquqlu qardaşlıq münasibətlərinə dayanan əməkdaşlıq olmalıdır. Burada Türkiyənin hərbi bazaları qurulmalı, birgə hərbi bazalar yaradılmalıdır. Onsuz da Azərbaycan qərar verib ki, Türkiyənin ordu modelinə keçsin. Bu addım proseslərə yeni implus verər, çəkindirici faktor rolunu oynayar. Bu, həm də Ukrayna müharibəsindən sonra gözlənilən boşluğu doldurmağa hazırlaşan qüvvələr üçün də çəkindiri rol oynaya bilər”.

S. Əkbər üçüncü gündür ki, Azərbaycan-Ermənistan sərhəddində davam edən qarşıdurmaların geniş müharibəyə çevrilmə riskindən də bəhs edib: “Əlbəttə, belə risk var. Amma mən bunun hazırda zaman baxımından Azərbaycanın maraqlarına uyğun olduğunu düşünmürəm. Çünki Ukraynadakı vəziyyəti və inkişafı gözləməliyik. Oradakı proseslərin inkişaf vektoru bizim xeyrimizə yönəlib və biz lazımı anı düzgün seçməliyik. Bizi tələsdirirlər. Odur ki, zaman məsələsinə diqqət etməliyik. Strategiyada qızıl üçlük var: güc, zaman və məkan. Strateji qələbə bu üç ünsürdən səmərəli və effektiv şəkildə istifadə edəndə əldə olunur. Mən belə bir zaman və imkanın yaxınlaşdığını düşünürəm. Bunu düşmən də gördüyündən bizi vaxtından əvvəl oyuna çəkirlər. Odur ki, ayıq-sayıq olmalıyıq”.
 

Dünyapress TV

Xəbər lenti