![]() |
![]() ![]() ![]() |
|
ABŞ-da Demokrat Partiyasının nümayəndəsi, Miçiqan ştatından seçilmiş konqresmen Şri Tanedar prezident Donald Trampa qarşı impiçment sənədlərini Konqresə təqdim edib.
Musavat.com xəbər verir ki, Tanedar sosial şəbəkədə yaydığı açıqlamada Trampı ABŞ Konstitusiyasını, Konqresi və məhkəmələri görməzdən gəlməkdə ittiham edib:
“Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri pozduqda, o, Amerika uğrunda mübarizə aparmır. O, ölkəni dağıdır və demokratiyamızı təhlükə altına atır.”
Konqresmenin təqdim etdiyi impiçment maddələrində Trampın aşağıdakı hallarda günahlandırıldığı qeyd olunur:
• Ədalətə mane olmaq,
• Hakimiyyətdən sui-istifadə,
• Hakimiyyəti qəsb etmək,
• Rüşvət almaq və korrupsiya faktları.
Sənədlərdə əsas diqqət Trampın prezidentlik müddətində hakimiyyəti öz ətrafında cəmləməsi və şəxsi maliyyə maraqlarını önə çıxarmasına yönəldilib.
Lakin “Axios” nəşrinin məlumatına görə, bu təşəbbüsün uğur qazanacağı ehtimalı azdır. Çünki hazırda ABŞ Nümayəndələr Palatasında çoxluq Respublikaçılar Partiyasının əlindədir və onlar bu cür prosedurun irəliləməsinə imkan verməyə bilər.
Musavat.com