Ardını oxu...
Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: "Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".

Mövzu ilə bağlı Ağ partiyanın sədri Tural Abbaslı Demokrat.az-la fikirlərini bölüşüb:

“Maraqlıdır ki, vahid taksi sistemi deyiləndə nə nəzərdə tutulur? Mahiyyət nədir? Bu nə olacaq? Vahid qiymət tarifimi deyilir, yoxsa bir taksi xidməti olacaq və hər şey oradamı cəmləşdiriləcək? Elə olarsa, rəqabət prinsipi nə olacaq, yaxud da ki, bu vahid taksi xidməti deyilən anlayışdan sonra taksi xidmətinin qiyməti artacaqmı, azalacaqmı? Bu hansı kriteriyalardan ölçüləcək? Bilirisiniz, bu ümumi bir sözdür və sənəd var. Nə sənədi var? Nə istiqamətində iş görüləcək? Bu gün heç kəsə sirr deyil ki, əsasən taksi fəaliyyəti Bakı şəhərindədir. Bakı şəhərində əsasən Bolt, Uber kimi beynəlxalq şirkətlərin tətbiqləri üzərindən taksi fəaliyyəti görülür. Burada biraz sərbəstlik var, sənədləşmə rahatdır, insanlar istədiyi vaxt qoşula bilir, istədiyi vaxt ayrıla bilir. Vətəndaşlar da müştəri kimi bundan rahat şəkildə istifadə edirlər.

Əgər bu yeni qanun, nə bilim yeni təklif bu vəziyyəti daha ağırlaşdıracaqsa, elə qalıb da. Nə ehtiyac var ki? O qədər qanun qəbul olunmalı sahələr var ki, indi taksi fəaliyyəti özü-özünü tənzibləyib zatən. Uber, Boltun rəqabəti var və qiymətlər də çox uyğundur, müştəri baxımından real uyğun qiymətlərdir. Bilmirəm bunlar nə etmək istəyir? Burada da monopoliya yaratmaq istəyirlər? O baxımdan mən daha geniş məlumata ehtiyac olduğunu düşünürəm. Hələ bir məlumat verilsin görək bunlar nəyi nəzərdə tuturlar? Mən nə vahid taksi və ya vahid nəyə ehtiyac olduğunu hesab etmirəm. Zatən bazar özü-özünü tənzimləyir, kifayət qədər də taksi xidməti göstərən şirkətlər də var, insanlar da var, hamıda razıdırlar. Bu sahə ən son müdaxilə olunmalı olan sahələrdən biridir. Elə məşğul olmaq istəyirlərsə, avtobusların intervalını düzəltsinlər, avtobusların sayını artırsınlar. Bakının kəndlərindəki, daxilindəki avtobus marşrutların fəaliyyətini yaxşılaşdırsınlar. Metroların, qatarların sayını artırsınlar. İnsanların sıxlığını tənzimləməyə çalışsınlar. Yəni, bu sahədə boşluqlar daha çoxdur, nəinki taksi sahəsində. Ola bilsin ki, taksi sahəsində biraz pul var deyə, ora meyilləniblər. Amma, mən ehtiyac görmürəm”.

Aynurə
Demokrat.az
 
 


Ardını oxu...
"Azərbaycan cəmiyyəti hələ də özəl təhsil sektoruna alışmayıb".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, nazirliyə təhsil sistemində özəl sektorun payının çox olması vacibdir:

“Bu, həm də rəqabətlilik deməkdir. Bu gün hələ də Azərbaycanda özəl təhsil cəmi 1 %-in altındadır".

Qeyd edək ki, ölkədə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuz olsa da, ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə illik təhsil haqqı müəssisəsinin reytiqinə görə dəyişir. Özəl məktəblərdə ibtidai siniflərdə illik təhsil haqqı 3500-16 min manat, yuxarı siniflərdə isə bu məbləğ 5000-16 min manat arasındadır. Hətta bu gün paytaxtda fəaliyyət göstərən elə məktəb var ki, illik təhsil haqqı 50 min manatdan yuxarıdır ki, burada təhsil ingilis dilində aparılır. Bu gün övladlarının məhz yaxşı təhsil alması məqsədilə deyil, “Uşağı ödənişli məktəbdə oxuyur” düşüncəsi ilə bu məktəbə üz tutanlar da var. Nəticədə isə ödənişli məktəblərə də minlərlə manat vəsait ödənilməsinə baxmayaraq, bir çoxlarında elə təhsil səviyyəsi dövlət təhsil müəssisələrindən heç də fərqlənmir.

Doğrudanmı, bu gün özəl ümumtəhsil məktəbləri keyfiyyətlidir və daha da genişlənməlidir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ölkədə 61 özəl ümumtəhsil məktəbi var və burada qiymətlər 5 min manatdan başlayaraq 40 manat arasında dəyişir:

“İstər dövlət, istərsə də özəl ümumtəhsil məktəblərində keyfiyyət bərbad vəziyyətdədir. Özəl ümumtəhsil müəssisələrinə bu qədər pulu nəyə qoyurlar? Burada iki səbəb var. Bunlardan biri odur ki, özəl təhsil müəssisələrinin bir hissəsi beynəxalq kuriklumlarla təhsil verir. O beynəlxalq kuriklumlarda xarici ali təhsil müəssisələrinə qəbul olunmaq şansı böyük olur. İkincisi isə sadəcə bunun biliyi var, bir qədər fərqlənmək adı ilə o məktəbə üstünlük verilir.

Çox təəssüflər olsun ki, dünyanın əksər ölkələri təhsili ödənişsiz etməyi qarşılarına məqsəd qoyublar. Bizdə isə bu müəssisələrlə bağlı axının əksinə hərəkət edirik. Mən xatırlamıram, nazirlik özü açıqlama versin ki, sonuncu dəfə nə vaxt özəl təhsil müəssisələrində akkreditasiya aparılıb və bunun nəticələri nə olub. Halbuki özəl təhsil müəssisələri hər 5 ildən bir akkreditasiya olunmalıdır. Mən arzu edərdim ki, ölkədə ümumiyyətlə, özəl təhsil olmasın”.

Eksert bildirib ki, bu sahədə ali təhsildə müəyyən addımlar atılır:

“Əgər 3 il bundan öncə ali təhsil alanlarda ödənişli təhsil sayı hər 100 nəfərdən 70-75 nəfəri təşkil edirdisə, indi bu rəqəm 45-ə düşüb. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində keyfiyyət problemi var. Arzulayardım ki, nazirlik ölkənin özəl, istərsə də dövlət təhsil müəssisələrində təhsilin yükəldilməsi ilə bağlı işlər görsün”.
Ardını oxu...
Bakıda Dünya Göz Klinikasının həkimi Mehmet Şeref Öğretmenoğlu sürücüsü tərəfindən soyulub. TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb.

Belə ki, təqsirləndirilən Elşən Süleymanov (soyad-şərtidir) 2021-ci ilin may ayının əvvəllərindən başlayaraq iş vaxtı qurtarandan sonra, Türkiyə vətəndaşı Mehmet Şeref Öğretmenoğlunun Badamdarda yerləşən evinə hasardan tullanaraq qanunsuz daxil olub.

O, bu üsulla evə daxil olan zaman həkimin əl çantasının içərisindəki pulun bir hissəsini yəni, 420 manat, 15 gün sonra 700 manat, bir ay sonra 1000 manat, 16 iyul tarixində 900 dollar, ümumilikdə isə zərərçəkmiş şəxsə 5350 manat maddi ziyan vurmaqla oğurluq edib.

Lakin Elşən bu əməli ilə kifayətlənməyib. O, növbəti dəfə Tural adlı tanışı ilə həkimin evinə gələrək oğurluq edib. Belə ki, Elşən Turala həkimin çantasından 1000 manatdan artıq pul götürməməyi, əks halda Mehmet Şerefin şübhələnəcəyini bildirib. Tural isə evə girib oğurluq etdikdən sonra Elşənə 1100 manat götürdüyünü bildirib. Sonradan məlum olub ki, Tural evdən 1100 yox, 6 min manat oğurlayıb və o, Elşəni də aldadıb. Sonradan Turala zəng çatmayıb.

Oğurluqlara rəğmən, həkim ilk baxışda Elşəndən şübhələnməyib. Belə ki, bir müddət sonra Şeref Öğremenoğlu Azərbaycana gələn həyət yoldaşı ilə birlikdə dincəlmək üçün Qubaya yollanıb. Səhəri günü Bakıya qayıtdıqdan sonra o, Elşənə zəng edərək gəlib onu işə aparmasını deyib. Elşən isə həkimin dediyin yerinə yetirməyib, daha sonra isə telefonu söndürüb.

Elşənin davranışlarından şübhələn M.Şeref polisə evindən oğurluq edilməsi ilə bağlı şikayət edib. O, ümumilikdə ona 11350 manat maddi ziyan dəydiyini bildirib. Bundan sonra Elşən barəsində polis tərəfindən axtarış elan edilib. O, bu ilin martında tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 3 il əvvəl taksi fəaliyyəti ilə məşğul olarkən Badamdar qəsəbəsində yaşayan və Dünya Göz Klinikasında həkim işləyən Mehmet Şerefi işə aparıb gətirərkən tanış olub. Mehmet Şeref bir müddət sonra yaşadığı evin həyətinə qulluq etmək lazım olduğunu bildirərək evinin giriş darvazasının və evin açarlarını bir nüsxəsini ona verib. Bir müddət evin həyətinə baxdıqdan sonra, 2021-ci ilin may ayından başlayaraq hərdən Mehmet Şeref evə sərxoş vəziyyətdə gəlməsindən istifadə edib onun yatmasını gözləyib və o, yatandan sonra qeyd olunan cinayət əməllərini törədib.

Prosesin yekununda hökm oxunub. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsə 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudulaşdırılması cəzası təyin edilib. Məhkəmə, Elşənin törətdiyi əməlindən peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, vurulmuş ziyanın bir qisminin (5000 manat) ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Qeyd edək ki, M.Şeref Öğremenoğlu 3 ildir Bakıda fəaliyyət göstərir. O, bu müddət ərzində öz sahəsi üzrə yetərincə tanınan mütəxəssislərdən birinə çevrilib.
Ardını oxu...
Bolqarıstanın Kazanlik şəhərində hərbi zavodda partlayış baş verib və nəticədə 3 nəfər həlak olub.

Teref.az Lent.az-a istinadən xəbər verir ki, “Arsenal” zavodunda baş vermiş insidentlə bağlı siqnal səhər saat 11-dən sonra regional yanğın təhlükəsizliyi və ictimai mühafizə idarəsinə daxil olub. Hadisə yerinə Kazanlıqdan iki yanğınsöndürən maşın, o cümlədən idarənin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları göndərilib.

Şahidlər son dərəcə güclü partlayışın və ərazinin üzərində qara buludun olduğunu bildiriblər. Bundan əlavə, partlayış nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı barədə məlumat var.

Kazanlık şəhərindəki “Arsenal” zavodu atıcı silahlar, patronlar, həmçinin onlar üçün kiçik artilleriya sistemləri və mərmi istehsalı ilə məşğuldur.
 
 
 
Ardını oxu...
İranlı şagirdlər Xomeyninin şəklini tapdalayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

İranın Xorasan-e Rəzəvi əyalətində məktəb şagirdləri dərsliklərindən qoparıb atdıqları Xomeyninin şəklini ayaqlar altında əzərək “Təcavüz, cinayət, ölüm olsun bu vilayətə (dini lider)” şüarı səsləndirirlər.
Ardını oxu...
“Məktəbdə zorakılıq səhnəsini ürək ağrısı ilə seyr edirsən. Kimi suçlayasan? Ev, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən, hətta döyülən- hamısının bu şəraitin yaranmasında günah payını tapa bilərsiniz”.

DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, bildirib ki, ən əsas olan boşluq- müəllim avtoritetinin olmamasıdır:

“Müəllimi elə sındırıblar ki, uşağa söz deməyə risk etmir. Əsas işi də səhərdən-axşamacan yazı yazmaq, yaxud da sertifikasiyaya hazırlaşmaqdır.

Praktik olaraq hər şagirdə diqqət yetirmək imkanı olmur. Bu cür köntöy şagirdlər, eləcə də məzlum şagirdlər hər məktəbdə var. Ancaq səviyyəli idarəetmə olan məktəblərdə məktəbin təlim-tərbiyə standartlarına hamısı tabe olur.

Videonu çəkən, eləcə də aralaşdırmağa cəhd etməyənlərin də biganəlikləri düşündürücüdür. Bu cür videoları uşaqların üzlərini qapadaraq paylaşmaq zəruri idi. Ancaq mütləq paylaşılmalıdır ki, gerçək vəziyyətin cüzi bir qismi ilə cəmiyyət tanış olsun.

Bəs digər zorakılıqlar barədə aşkarlıq varmı? Cinsi və ya maddi zorakılıqlar, hamiləlik, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincə qulağımıza çatır. Tədbir-filan görülməsi boş şeydir, müstəqillik dövrümüzdə sanki məqsədyönlü şəkildə təhsilə ancaq pul qazanma yeri kimi baxılmasının yekun tablosudur bu.

Burada vəziyyətin daha faciəli yön almaması üçün müəllimin səlahiyyətləri, sinfə müdaxilə imkanları artırılmadıdır. Çünki, güclü direktorun olması da, hər bir detala nəzarət etməyə yetərli sayılmaz. Müəllim güclü, xarakterli və səlahiyyətli olmalıdır. Başlıcası da sinfə hakim olmalıdır. Ancaq bu səlahiyyət valideynlərdən hədiyyə, pul qoparmaq fürsəti kimi anlaşılmamalıdır.

Bunları sözgəlişi yazıram. Çünki son vaxtlar hansısa quruma, vəzifəli şəxsə təklif verməyi dayandırmışam. Səbəb sadədir: Azərbaycan dilində dediklərim anlaşılmır. Başqa dildə də yazmağıma və ya söyləməyimə Konstitusiyamız izin vermir.

Harada qalmışıq? Köhnə dərsdə. Səhifələri geriyə çevirməyə davam edək”.
Ardını oxu...
Avtomobilimi, bağ evimi, yarım milyon manatımı qaytarın… – Vüqar Səfərlinin oğlundan kassasiya ŞİKAYƏTİ
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin oğlu Samir Səfərli bir həftə əvvəl – 23 sentyabr 2022-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Bakı Apelyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verib.

Heftelik.az-ın məlumatına görə, Samir Səfərli kassasiya şikayətində qeyd edib ki, Vüqar Səfərli barəsində aparılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixi hökmü ilə ona məxsus olan olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili və ona məxsus “Rabitəbank” ASC-də olan 550 min manat məbləğində pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilib.

Bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin 29 mar tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Samir Səfərli Bakı Apelyasiya Məhkəməsinin hökmünün çıxarılmasından onun xəbəri olmadığını, məhkəmə hökmünün ona göndərilmədiyini nəzərə çatdırıb. Yalnız rəsmi müraciətindən sonra məhkəmə hökmünün rəsmən ona verildiyi qeyd olunub.

Samir Səfərli şikayətində qeyd edib ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili onun xüsusi mülkiyyətindədir, atası barəsində gedən cinayət işi üzrə işlə heç bir əlaqəsi olmayan ona məxsus xüsusi mülkiyyətindəki əmlakların xüsusi müsadirəsi yolverilməzdir, qanunvericilikdə övladın xüsusi mülkiyyətində olan əmlakların dövlət nəfinə alınması kimi norma mövcud deyil.

Bütün bunların nəzərə alaraq Samir Səfərli kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xüsusi mülkiyyətində olan əmlaklara - akı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,10055 ha torpaq sahəsində 291,4 kv.m bağ evi “Kia Optima” markalı minik avtomobili və ona məxsus “Rabitəbank” ASC-də olan 550 min manat məbləğində pul vəsaitinə dair xüsusi müsadirə cinayət-hüquqi tədbirinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.
 
 
 
Ardını oxu...
"Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəbimizə gələn zaman biz kəndimizin şəhidi Hüseynov Nəcəf İlqar oğlunun anım mərasimində idik. Mən, müəllimlər və yuxarı sinif şagirdləri şəhidin ildönümünə getmişdik".
DİA.AZ xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Gədəbəy rayon Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Hüseynov deyib. O bildirib ki, icra başçısının gəldiyini bilən zaman hər kəs yenidən məktəbə qayıdıb:

"İcra başçısı gələndə anım mərasimində idik deyə o, gəlib bizi tapmayıb. Xəbər tutanda gəldik, amma artıq gec idi. İcra başçısından sonra gəldiyi üçün heç kəs içəri buraxılmadı. Mən isə başçının yanına gəlib, izahat verdim. Orxan müəllim mənə iradlarını bildirdi. Ona dedim ki, bir də belə şey etməyəcəyik".

Məktəbin direktoruna Qazax-Tovuz Regional Təhsil idarəsindən də irad bildirilib:
"Biz anım mərasiminə Gədəbəy Rayon İcra Hakimiyyətinə və regional təhsil idarəsinə məlumat vermədən getmişdik. Şəhidin nənəsi uzun illər məktəbdə xidmətçi işlədiyi üçün gəlmişdi. O, bizi dəvət etdi. Biz də müəllimlər və yuxarı siniflərlə ora getdik.

Səhvlik etmişdik, buna görə də bizə xəbərdarlıq edilib, töhmət almışıq. Çalışacayıq ki, bir də belə səhv etməyək. Hazırda bütün şagirdlər və müəllim heyəti məktəbdədir və normal dərs prosesi gedir", deyə direktor əlavə edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzVision.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Direktor sektora dəvət olunub. Onun izahatı alınacaq.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub. Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub.
 
Ardını oxu...
Peyk məlumatları Qrenlandiyanın buzlaqlarının əriməsi ilə dəniz səviyyəsinin yüksələcəyini proqnozlaşdıran iqlim modellərini təsdiqləyib.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə Los Alamos Milli Laboratoriyasının alimlərinin bəyanatında yer alıb.

Laboratoriyanın aparıcı mütəxəssisi Sofi Koulsonun fikrincə, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qeyri-bərabər yüksəlir.

Belə ki, hər bir buzlaq və buz təbəqəsi barmaq izləri adlanan dəniz səviyyəsinin dəyişməsinin unikal modelinin bir hissəsidir. Yarım əsrdən çox araşdırmaya baxmayaraq, bu izlər heç vaxt dəqiqliklə müəyyən edilməyib.

Yeni tədqiqat dəniz səviyyəsinin dəyişməsi ilə bağlı geofiziki proqnozların düzgünlüyünü təsdiq edir və növbəti onilliklər və əsrlər ərzində dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlara inamı artırır.
 
 
 
Ardını oxu...
Marneuli rayonunun kəndlərindən birində gürcü dili müəllimi Rəhman Musayev məktəbdə dərs keçdiyi şagirdləri cəzalandırmaq üçün alçaldıcı metod seçib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, o, şagirdləri lövhənin qarşısında dizi üstə çökdürərək dərs keçib və şagirdlərin bu vəziyyətdə fotolarını paylaşıb.

Onun bu hərəkəti yerli ictimai fəalların etirazına səbəb olub.

Yaranmış narazılıq fonunda müəllim işdən çıxarılıb.

Bu barədə sözügedən məktəbin direktoru açıqlama verib.

O, R.Musayevin istefasının qəbul edildiyini açıqlayıb: “Rəhman müəllim bu gün gəldi, istefa ərizəsini təqdim etdi. O, bir neçə müddət əvvəl əməliyyat olunmuşdu, indi də gəldi istefa ərizəsini verdi və səhhətində problemlər olduğuna görə, artıq məktəbdə işləmək istəmədiyini söylədi”.

Qeyd edək ki, Rəhman Musayev eyni zamanda “Gürcü Arzusu” partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

Mənbə: aktual.ge
 

Dünyapress TV

Xəbər lenti