Ardını oxu...
“Əsl “vətənpərvər” belə olar, adam özünə pasport istəmir, bu məsələni Əliyevə demir, amma vətən-millət məsələlərində önə çıxıb prezidentdən sərhəd-keçid məntəqəsi tələb edir, Əliyev də bunun sözünə “yox” deyə bilmir, dediyini edir, yoxsa biz bu problemin həllini görməzdik. Bəlkə elə Xankəndini də əsl “vətənpərvər”in tələbi ilə aldıq, başqa yol görünmür”.

AzFakt.com-un xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

“Məncə, bundan sonra əfv yazmaq istəyənlər ilk “vətənpərvər”ə müraciət etsinlər ki, o da Əliyevdən tələb etməklə məsələləri həll etsin, hətta su, işiq, qaz, kanalizasiya, boşanma, sosial məsələlər və s. problemi olanlar da “vətənpərvər”ə müraciət edə bilərlər, hamısını həll edəcək, mən onda o “potensialı” görürüəm…” – N.Cəfərli qeyd edib.

Xatırlatma: Bu iddia ilə AXCP sədri Əli Kərimli çıxış edib.
 
Ardını oxu...
Bakıda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Bilgəh qəsəbəsində qeydə alınıb. 92 yaşlı Rzayev Mürvət Ağa oğlu özünü yaşadığı evin həyətindəki su quyusuna atıb.

Məlumata görə, xəstəlikdən əziyyət çəkirmiş. O, dəfələrlə özünü quyuya atıb öldürəcəyini deyib.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
İsrailin Yerusəlim şəhərinin mərkəzində sürücü idarə etdiyi avtomobili kütlənin üzərinə sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, nəticədə beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Polis hadisə yerində sürücüyə atəş açıb. Sonradan onun vəfat etdiyi deyilir. Hücum terror aktı kimi qiymətləndirilib.

 
Ardını oxu...
Sepsis tutmasından sonra komadan xilas olan 50 yaşlı Devid Hanzel 'səyahət' zamanı cənnəti gördüyünü və özünü gözlənilməz bir yerdə olduğunu iddia edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2015-ci ilin sentyabrında ABŞ-ın Şimali Karolina ştatının sakini ağciyər infeksiyası və sepsis ilə xəstəxanaya aparılıb. Zamanla o, komaya düşüb. Onun sözlərinə görə, bu vəziyyətdə olduğundan şübhələnməyib.

“Sadəcə xəstə olduğum üçün gözlərimi yumduğumu xatırlayıram. Və sonra yenidən gözlərimi açanda bu gecə səmasında idim. Ən gözəl, məxmər kimi, ipək kimi gecə səması idi. Buludlar, ulduzlar, heç nə yoxdur. Və bunun başlanğıcı və sonu yox idi”, - Hanzel fikirlərini paylaşıb.

Amerikalı deyir ki, “səyahəti” zamanı o, iki məxluqla rastlaşıb. Yeni məkanda naviqasiya etməyə çalışarkən onlar onun bələdçiləri olub.

“Birdən bir canlı sol yanımda, digəri isə sağımda oldu. Sadəcə özlərini rahat hiss etdilər. Sanki mən onları tanıyırdım. Mənə ən gözəl qızılı ağ işığı göstərdilər. O, çox gözəl idi və bütün bu mələklər və içində hər şey var idi”, - o deyib.
Bundan sonra o, yoldaşları ilə birlikdə gözəl rəngli, lakin spirtsiz butulkaların olduğu bara gedib. Daha sonra kişi rahatlıqla ağ mərmərdən tikilmiş nəhəng binanın divarına dırmaşdığını hiss edib.

2 aydan sonra Devid komadan oyanıb və epifaniya 9epifaniya əhəmiyyətli bir məsələnin ortaya çıxdığı görünüş, təzahür və ya fenomen deməkdir-red.) yaşayıb. O, indiyədək ona pislik etmiş bütün insanları bağışladığını etiraf edib. Amerikalı həmçinin bağışlamağın və başqa şeylərin əhəmiyyətini dərk etmək üçün “ölməli” olduğunu da əlavə edib.
Ardını oxu...
Aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

Nəqliyyatın hərəkəti mayın 2-də səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında təmin olunur.

F1 trektini əhatə edən küçələrdə isə tam məhdudiyyət tətbiq olunduğu müddət ərzində köməkçi yollarla hərəkət DYP əməkdaşları tərəfindən 24 saat ərzində tam gücləndirilmiş qaydada təmin olunacaq.

Paytaxtın cənubundan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar üçün isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

"Belə ki, sürücülərdən və paytaxt sakinlərindən mərkəz istiqamətində şəxsi avtomobillərdən maksimum az istifadə etməyi, əsasən ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik!", - DYP rəsmisi əlavə edib.
 
Ardını oxu...
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon prokurorluğundan 7Times.az -a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
 
Ardını oxu...
İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Pariaman şəhərindən 191 kilometr cənub-qərbdə, ocağı isə 42 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.
Ardını oxu...
Bərdədə silahlı insident olub, yaralanan var.
Hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Ardını oxu...
Naxçıvanda usta iş vaxtı qəza nəticəsində xəsarət alıb.

Hadisə şəhər ərazisində fəaliyyət göstərən şirkətdə qeydə alınıb. Orada çalışan 1977-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı, Trabzon şəhər sakini Murat Bülbül Ekremin sol ayağı dəzgaha düşüb.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Gəncədə su boruları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 21-də Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən yaşayış binalarının zirzəmilərindən su borularının oğurlanması barədə polisə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar A.Məmmədov və R.Lepexov saxlanılıb.

Dünyapress TV

Xəbər lenti