Ardını oxu...
Azərbaycanda hakim adına daha bir rəzalət baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik etdiyi açıq məhkəmə iclasında proses keçirilən zalın qapısını arxadan bağlatdırıb. Nəticədə vəkil Elçin Sadıqov iştirakçısı olduğu prosesə qatıla bilməyib.

Vəkil deyir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov digər vəkilin olmasını bəhanə edərək gecikmiş vəkili, məhkəmə iclas zalına buraxmır. Qapını cəftəylə bağlayıb”.

Gununsesi.info xatırladır ki, Novruz Kərimov sabiq MTN rəhbəri Eldar Mahmudovun məhkəmə sisteminə yerləşdirdiyi hakim kimi tanınır. O, MTN tərəfindən şərlənən yüzlərlə vətəndaş barəsində sifarişli hökmlərin müəllifidir.
Ardını oxu...
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Putinə məruzə etdi, amma suallar daha da artdı…

Biz təkcə işğaldan deyil, həm də terrordan əziyyət çəkən xalqıq. Erməni terroru hələ də davam edir, işğaldan azad edilmiş torpaqlarda az qala hər gün can alan minalar buna sübutdur. Erməniyə qarşı isə biz heç vaxt terror etmədik, bunu sübut edə biləcək bir fakt belə yoxdur. O səbəbdən davam edən Rusiya-Ukrayna müharibəsində tərəflərin dinc əhaliyə qarşı yönəlmiş terror aktları pislənməlidir.

Razılaşaq ki, Krım körpüsü ilə bağlı məsələ bir az qəlizdir. 2014-cü ildə Rusiya yarımadanı bir güllə atmadan anneksiya etdi, Ukraynanın bununla barışması çətindir. İndi isə daha 4 vilayətinin Rusiyanın tərkibinə qatılması “rəsmiləşdi”. Ukrayna buna müqavimət göstərir, göstərməlidir də. Sonu necə olacaq, Allah bilir, amma bu müharibə artıq bütün yazılı-yazılmamış qanunları aşıb, nüvə təhdidinədək gəlib çatıb.
Ardını oxu...
Bir neçə saat əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə(Bastrıkinlə qrup yoldaşı olublar) Krım körpüsündəki hadisənin terror aktı olduğu barədə məruzə edib. Bastrikinin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı. Halbuki o saatadək furanın ölkə xaricində olması barədə heç nə deyilmirdi.
Ardını oxu...
Krım körpüsündə baş verənin adı mənə görə də terror aktıdır, amma məsələn, latviyalı nazir üçün təbrik üçün bayramdır, o cümlədən digər müharibə qırğıları və qarğaları üçün də. Amma bizim üçün üzücü olduğu qədər müəmmalı olan bu olayda azərbaycanlılnın adının hallanmasıdır.

Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü ehtiyat hissələr adı altında Mahir Yusubovun furasına yükləyiblər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə(köməyi ilə və sairə) də əsas müzakirə mövzusu olacaq. Niyə o regionda ən müxtəlif millətlər içərisindən azərbaycanlı seçilib? Bizim millət olaraq terrorla nə bağlılığımız ola bilər, üstəlik iki başqa dövlətin savaşında? Bu, düşündürücü və müəmmalıdır.
Ardını oxu...
Bu cür planlaşdırılmış terror aktlarında hər şey bütün xırdalıqlarınadək hazırlanır. Mahir Yusufov həmin şirkətdən sifarişi hadisədən bir gün əvvəl(oktyabrın 6-da) alıb(bundan əvvəl o şirkətlə işləməyib), sənədləşmə aparılıb. 7-21 ton ağırlığında yük Armavirdən Simferopla çatdırılmalı, bunun müqabilində isə sürücüyə 48 min rubl ödənilməli idi. Üzə çıxan sənədlər belə deyir. Həmin şirkətdən mediaya açıqlamada isə bildirilib ki, onların terrorla heç bir əlaqəsi yoxdur, istintaqla əməkdaşlıq edirlər. Yəni bomba onlarda yüklənməyib. Bastrıkinin dedikləri də bu cinayətin gedişatını dəyişir, ipin ucunun lap dolaşdırır. Məlum olmur ki, furanı Mahir Yusubov xaricdən sürüb gəlib, yoxsa burada kimdənsə təhvil alıb?

Gürcüstan azərbaycanlısı olduğu deyilən, son illər Kazandan yaşamış Yusubovun haqqında Rusiya mediasında son iki gündə onlarla yazı dərc olunub, amma onun terrorçu ola biləcəyi haqda ən xəfif belə ehtimal yox idi. Dostları, tanıyanlar deyiblər ki, Mahirin məsələn, radikal dindarlarla heç bir əlaqəsi olmayıb, Azərbaycanın yerli diasporası ilə əlaqə saxlayıb, anası ilə ayrılan atası ilə müəyyən problemləri olsa da, öz halında yaşayıb.

Mahir Yusubovun furası oktyabrın 7-də axşam(Putinin 70 yaşı tamam olan gün) keçəcəyini düşünüblər. Amma sürücü Krım körpüsündən bir neçə kilometr qalmış maşını özünün dincəlməsi üçün saxlayıb. Bu barədə o, sonuncu dəfə ailəsi ilə telefon danışığında deyib. 8 oktyabr səhər hava işıqlaşmamış o yola çıxıb və dizel yüklü yük qatarının yanında keçdiyi vaxt avtomobil patlayıb, ya da uzaqdan idarəetmə ilə partladılıb. Furanın önündə başqa bir minik avtomobili də olub, bəzi versiyalara görə fura yox, əvvəl o partlayıb…
Krım körpüsündə partlayış Rusiya hüquq-mühafizə sistemində ciddi boşluqlar olduğunu göstərdi. Qərb analitiklərinin bu hadisə ilə bağlı bir versiyası da diqqət çəkir. Onlar bildiriblər ki, bu akt Rusiya FSB-si ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında çəkişmənin nəticəsi də ola bilər. Ağlabatan versiyadır. Çünki bu parlayışdan sonra Krım körpüsünün mühafizəsi də daxil olmaqla FSB-nin səlahiyyətlərinə verildi.

Bir sözlə, hadisə ilə bağlı müəmma çoxdur, eləcə də “niyə azərbaycanlı” sualı açıq qalır…

Nazim SABİROĞLU (musavat.com)
 
 
 
Ardını oxu...
Azərbaycanda fəaliyyətdə olan oliqarx-deputatlara qarşı qanunun sərt üzü namyiş oluna bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, gələn ilə qədər bizneslə məşğul olan deputatların məsələsi həll olunmalıdır. Mənbə dia.az-a bildirir:

"Burada məsələ, deputatların biznesindən gedir. Bu faktdır ki, Azərbaycanda deputatlar bizneslə məşğul olsalar da, qanunlarımız bunu qadağan edir. Amma bu vaxta qədər kimlərəsə göz yumuıub. Yanvar ayına qədər isə bu məsələ köklü həll olunacaq.

Oliqarx-deputatlar ya bizneslərini, ya da mandatlarını seçməli olacaqlar".

Onu da qeyd edək ki, normal ölkələrdə oliqarxların parlamentdə öz maraqlarını qoruma cəhdləri başqa formada təşəkkül tapır. Bizdən fəqrli olaraq, həmin ölkələrdə oliqarxiya müəyyən siyasiləri pul qarşılığında öz maraqlarına xidmət etdirir. Bizdə isə belə bir ənənə yoxdur və əksi olaraq oliqarxiyanın parlaq nümyəndələri ciblərində mandat gəzidrməyə həvəslidirlər.

Onların sırasında Cavanşir Feyziyev, Ülvi Quliyev, Elnur Allahverdiyev, Məşhur Məmmədov, Ağalar Vəliyev və digərlərinin adlarını çəkə bilərik.

İndi isə son açıqlanan məqamdan aydın olur ki, gələn seçkilərdə oliqarx deputatların parlament təmsilçiliklərində ciddi seyrəlmələr müşahidə oluna bilər. Hər halda inandırıcı deyil ki, məsələn, Ülvi Quliyev kimi birisi pullarını qoyub, millətə xidmət mandatını seçsin...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
 
Ardını oxu...
Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonunda restoranın səkini öz ərazisinə qatmasını əks etdirən fotolar yayılıb.

Yeniavaz.com xəbər verir ki, söhbət rayonun Zahid Xəlilov küçəsində yerləşən “The Lodge” adlı restorandan gedir.
Bu hal istifadəçilərin tənqidinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu hala Yasamal Rayon İcra Hakimiyyətinin “şərait yaratdığını” iddia ediblər.

Bəzi istifadəçilər isə qurumun rəsmi sosial şəbəkə hesabını işarələyərək məsələyə münasibət bildirmələrini tələb ediblər.

Sözügedən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Hacıyev Əfqan Xanlar oğlu ailədaxili münaqişə zamanı həyat yoldaşı evdən çıxaraq anasının yaşadığı Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən evə gəlib. Ə.Hacıyev barışmaq məqsədilə qaynanasının yaşadığı ünvana gəlib. Lakin qaynana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.

Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra öz üzərinə tökərək yandırıb. Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqova iki bıçaq zərbəsi vurub.

Bundan sonra R.Hacıyev X.Xalıqovun qardaşı 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
 
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.
Masallı rayon sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.
Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O həm də Prezident təqaüdçüsü idi.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Xəzər dənizində Həştərxan şəhəri yaxınlığında iki kiçik gəmi toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var.

TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, ikinci gəminin şturmanı xəsarət almayıb.
Ardını oxu...
DİA.AZ: - Bir müddət əvvəl yerli KİV tərəfindən belə bir informasiya tirajlandı ki, İnam Kərimov Kənd Təsərrüfatı Naziri postundan çıxarılır və yenidən nazir təyin olunur... Amma bu dəfə başqa bir sahəyə... Qedy edək ki, kifayət qədər inandırıcı görünən bu informaasiyalar sonradan yayıldığı kimi də yerli mətbuatın internet səhifələrindən yoxa çıxmağa başladı... Bu isə əlavə olaraq məsələyə diqqətlərin yönəlməsi ilə nəticələnmişdi...

DİA.AZ-a bununla bağlı yeni informasiyalar daxil olub. Redaksiyamıza danışan KTN-dəki mötəbər mənbə iddia edir ki, həqiqətən də İnam Kərimovun görəvdən alınması qüvvədədir və həiqiqətən də onun hansısa başqa bir nazirliyə transferi planlaşdırılırdı:

"Amma indi həmin planlardan vaz keçilib. Qüvvəsində tək qalanı isə İnam Kərimovun vəzifədən alınmasıdır... Yaxın günlərdə bu qərar rəsmiləşəcək. Ola bilsin bu həftə buna şahidlik edək..."

Əlavə bilgilərimiz olacaq....
Ardını oxu...
DİA.AZ: - Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə
növbəti Aparat müşavirəsi keçirilib.
DİA.AZ xəbər verir ki, aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin
və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə  əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqla
yanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi,
Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahının
yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilə
təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə
işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərinin
aparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsi
qaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərinin
aparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaş
müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanı
vətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərlə
bağlı müzakirələr olub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə,
inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr
verilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Naxçıvan şəhərində iaşə obyektlərinin, mağaza və marketlərin, poçtların və s. qarşısında avtomobil saxlamaq qadağan olunub. Baxmayaraq ki, həmin ərazilərdə saxlamağı qadağan edən yol işarəsi qoyulmayıb. Sakinlər bildirir ki, bu işləri nizama salmaq üçün hər obyektin qarşısına iki əli dəyənəkli pols əməkdaşı cəlb olunub. Alış-veriş üçün Naxçıvan şəhərinə tez-tez yolu düşən Şərur rayon sakini Murad Hacıyev deyir ki, xüsusi park yeri olmadığından, avtomobilini harada saxlayacağını bilmir:
“Sanki gestapo rejimidir. Hər obyektin qarşısına polislər təhkim edilib. Dükandan alış-veriş üçün avtomobili saxlayan kimi fit səsi gəlir. Dərhal obyektə təhkim olunmuş plislər əlində dəyənək üstünə yüyürür ki,”saxlama, sür get!” Saxlamağı qadağan edən yol işarəsi də yoxdur. Ətrafda avtomobil saxlamaq üçün xüsusi yerlər də ayırılmayıb. Haradasa məhəllə içərisində yer tapıb saxlamalısan. Tapa bilməyəndə bəzən alış-veriş etdiyin əşyaları əlində uzaq məsafəyə, təxminən 1 kilometr daşımalısan”.
Başqa bir şikayətçi Şəfayət Məhərrəmov deyir ki, şəhərdə hansısa yeməkxanaya, çayxanaya girmək istəyərkən də avtomobilə yer tapmaq müşkül olur:
“Əvvəllər belə qayda yox idi. Rəşad İsmayılov nazır təyin olunandan bu qayda qoyulub. Etiraz da etmək olmur. Çünki, başağrısına çevrilir. Ya cərimələyəcəklər, ya da polisə müqavimət adı qoyub, tutacaqlar. Deyirlər ki, gərək yol kənarında heç bir maşın görsənməyə. Görsənməməsi üçün xüsusi yerlər olmalıdır ki, camaat avtomobilini saxlasın. Buna da şərait yaratmayıblar. Binaların həyətində də hər zaman avtomobil saxlamağa yer tapmaq çətin olur".
 

“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

Dünyapress TV

Xəbər lenti