Ardını oxu...
Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılması ilə bağlı məhkəmə araşdırmaları davam edir. Bu cinayət işinə 2 ilə yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanovun hərəkətlərindən narazı qalıb.

Son məhkəmə iclasında bildiriblər ki, onun bu iş üzrə obyektiv və ədalətli hökm çıxaracağına şübhə ilə yanaşırlar. Bu səbəbdən ona yazılı şəkildə etiraz vermək niyyətindədirlər. Hakimdən də etirazlarını hazırlamaq üçün vaxt istəyiblər. Buna səbəb isə məhkəmədə qaldırdıqları 20-yə yaxın vəsatətin əksəriyyətinin təmin edilməməsi olub.

Qaldırılan vəsatətlər əsasən müxtəlif şəxslərin dindirilməsi haqda idi. Onların arasında bir sıra yüksək vəzifəli şəxslər də var. İlkin Süleymanovun vəkilləri hesab edir ki, həmin şəxslərin məhkəmədə dindirilməsi çox vacibdir. Çünki bu cinayət işinin istintaqında onların müxtəlif formada iştirakı olub.

Vəkillər Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun İstintaq İdarəsində İlkin Süleymanovun işi üzrə istintaqı aparmış müstəntiq Nadir Mirzəyevin, Tovuz rayon Polis İdarəsinin o dövrdə rəisi olmuş Şirzad Əsgərovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar.

“Cinayət işinin materiallarında müstəntiqin məktubu var ki, telefon tədqiq olunması üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirova təqdim olunur. Hansı hüquqi əsasla? O, hansı tədqiqatı aparıb və nəticəsi nə olub? Arzu Daşdəmirov bu sahə üzrə mütəxəssisdirmi? O telefon ona niyə verilməliydi? Məhkəmədə ekspert dindirildi, məlum oldu ki, İlkin Süleymanovun telefonuna müdaxilə olunub. Hərçənd, ondan əvvəl də məlum idi. Çünki yanvarın 8-də İlkin Süleymanov müstəntiqin yanında şahid qismində dindirildiyi dəqiqələrdə onun telefonundan hansısa görüntülərə baxılmasına dair rəy var. Kim baxıb o görüntülərə? Deməli, telefona kimlər müdaxilə edibsə, o adamlar.

Kamal Qılıcova gəlincə, Nərmin Quliyevanın valideynlərindən tutmuş, kənd sakinlərinə qədər bir çoxlarının ifadələrində onun adı çəkildi. Məlum oldu ki, İlkin Süleymanovun əleyhinə insanları yönləndirirmiş və s. Bundan başqa, məhkəmədə İlkin Süleymanovun hadisə yerinə gətirilib, ifadə alınarkən çəkilən görüntülərində də Kamal Qılıcov görünür. Orada yaxınlaşıb müstəntiqə nəsə deyir, sonra müstəntiq hansısa addım atır. Kamal Qılıcov istintaq qrupunun üzvü deyil, hansı statusla bunu eləyir, təzyiq göstərir?”, - vəkillər adları çəkilən şəxslərin çağırılmasıyla bağlı tələblərini belə əsaslandırırlar.

Müstəntiq Nadir Mirzəyevə gəlincə, vəkillər deyir ki, istintaq cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var. Müdafiə tərəfi hadisə yerindən tapılmayan paltarların ekspertin əlinə necə gedib çıxmasıyla bağlı sualların açıq qaldığını deyir. Onlar bildirir ki, meyitin üstündə olmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan cins şalvarla bağlı ekspert rəy verib. Həmin ekspert gəlib məhkəmədə də deyib ki, müstəntiqin ona təqdim etdiyi torbadan o şalvar parçası çıxıb: “O kisənin fotosu iş materiallarında var, içində heç nə yoxdur. Hadisə yerinin protokolunda da o şalvar haqda heç nə yazılmayıb. Müstəntiq gəlməlidir, görək ki, o parçanı ekspertə həqiqətənmi o verib? Yaxud da cavab versin görək ki, telefonu Daşdəmirova niyə göndərib?”

Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmədə dindiriləndə bildirmişdi ki, yanmış meyit tapılmamışdan bir gün əvvəl Şirzad Əsgərov onlara gəlib. Onun sözlərinə görə, soruşub ki, əgər övladları tanınmaz halda tapılarsa, hansı əlamətlərindən tanıya bilərlər?

Vəkillər Şirzad Əsgərovun dindirilməsini həm də ona görə istəyir ki, yandırılmış meyit haqda İlkin Süleymanovun əmisi oğlu polisə məlumat verən kimi hadisə yerinə qısa müddət sonra o gəlib. Kənd sakinlərinin, hətta Nərmin Quliyevanın valideynlərinin də dediyinə görə, dərhal oradan İlkin Süleymanovu götürüb aparıblar və bir daha buraxmayıblar. Lakin cinayət işinin materiallarında yazılıb ki, İlkin Süleymanov 4 gün sonra – yanvarın 10-da tutulub. İlkin Süleymanov ifadəsində həmçinin polis rəisi tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını bildirib. Bundan başqa, yanvarın 8-dən 9-na keçən gecə saat 5 radələrində polis rəisi və bir neçə başqa polisin Süleymanovların həyətinə gizli şəkildə girdiyi, ertəsi gün həyətdən qan ləkəsi tapıldığı iddia olunur. Bütün bu hallarla əlaqədar sabiq polis rəisinin dindirilməsi haqda vəsatət qaldırılıb.

Lakin Dadaş İmanovun sədrlik etdiyi, Nural Əliyev və Faiq Mahmudovdan ibarət hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Məhkəmədə vəkillərlə hakim Dadaş İmanov arasında telefon anten məlumatlarının mobil operatorlardan alınması məsələsilə əlaqədar mübahisə yaranıb. Vəkillər bildirib ki, bu məlumatların alınması haqda vəsatət qaldırıblar, hakim də onu təmin edib. Lakin indi məhkəmə özü öz qərarına hörmət edib, onu icra etmək istəmir.

Hakim isə vəkillərə belə cavab verib:

- Siz həmin məlumatları almaqla nəyi sübut etmək istəyirsiz? İlkin Süleymanovun yanvarın 10-da yox, 6-da saxlanmasını? Onu təkzib edən nə var?

Vəkillər bildirib ki, əgər məhkəmə də İlkin Süleymanovun yanvarın 10-da yox, 6-da tutulduğunu, faktiki 4 gün qanunsuz şəkildə saxlandığını qəbul edirsə, o halda həmin günlərdə onun mobil telefonu ilə bağlı araşdırmaya ehtiyac qalmaz.

“Xeyr, məhkəmə belə fikir bildirmir”, - hakim vəkillərə cavab verir.

“O zaman məhkəmə öz qərarına hörmət etsin, qəbul etdiyi vəsatəti icra etsin. Özünüz demisiniz ki, təmin olunub”, - vəkillər belə deyib.

Lakin Dadaş İmanov deyib ki, anten məlumatları ilə bağlı məsələ araşdırılmayacaq.

Vəkillər Tovuz rayon Polis Şöbəsinin Post-Patrul Bölüyünün rəisi Vüqar Hüseynovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar. Çünki yandırılmış meyiti görəndən sonra İlkin Süleymanovun əmisi oğlu öz rəhbəri olaraq, dərhal ona zəng edib. Lakin o, Bakıya getdiyini bildirib və hadisə yerinə gəlməyib: “Bizdə o şəxsin yalan danışması haqda məlumat var. Xahiş edirik, o şəxs çağırılıb dindirilsin, anten məlumatları da araşdırılsın ki, həqiqətən Bakıya gedib həmin vaxt, yoxsa yox”.

Bu vəsatət də təmin olunmayıb.

Müdafiə tərəfinin məhkəmədə dindirmək istədiyi daha bir nəfər isə Nərmin Quliyevanın əmisi oğlu Ruslan Quliyev idi. R.Quliyev istintaqda dindirilsə də, prokurorluq onun adını məhkəməyə çağırılacaq şahidlər siyahısına daxil etməyib.

Hakimlər bu vəsatəti də təmin etməyib.

İlkin Süleymanov həbs olunduğu ilk günlərdə ona dövlət hesabına vəkil təyin olunmuş Araz Əhmədovun da məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırılıb. İlkin Süleymanovun sözlərinə görə, Araz Əhmədov faktiki ona vəkillik etməyib. Əksinə, Araz Əhmədovun hərəkətləri ona zərbə vurub.

Məhkəmədə Araz Əhmədovun dindirilməsi haqda vəsatəti də rədd edib. Vəkillərin sözlərinə görə, onlar İlkin Süleymanovun müdafiəsinə qoşulanda onun haqqında artıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar İlkin Süleymanovu ilk dəfə Apellyasiya Məhkəməsində görüblər. Həmin vaxt onun üzərində çoxsaylı xəsarət izləri aşkar görünürdü. İlkin Süleymanov özü də Apellyasiya Məhkəməsində çıxışında bildirib ki, Tovuz rayon Polis Şöbəsində dözülməz işgəncələrə məruz qalıb, bu üzdən cinayəti üzərinə götürməyə məcbur olub.

Vəkillər deyir ki, bundan sonra onlar İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasına sorğu göndəriblər. O, təcridxanaya daxil olarkən müayinənin nəticəsi haqda cavab istəyiblər. Lakin təcridxananın rəisi sorğuya konkret cavab verməkdən imtina edib.

Hakim bildirib ki, özü təcridxanaya sorğu göndərəcək.

Rusiyalı ekspert Ponov sənədlər əsasında bu işlə bağlı rəy verib. Məsələn, istintaq belə nəticəyə gəlib ki, meyit 5 dəqiqə 40 saniyə yanıb. Lakin Ponovun gəldiyi qənaətə görə, o müddətdə meyit o cür kömürləşmə həddində yana bilməzdi və s. Həmin rəyi istintaq qəbul edib və iş materiallarına əlavə olunub.

Vəkillər sözügedən rəyin məhkəmədə elan olunmasını və tədqiq edilməsini istəyib. Lakin hakim bundan imtina edib: “Mən hər yoldan keçənin fikrini burada araşdıra bilmərəm ki...”

Müdafiə tərəfi buna etiraz edib. Onlar bildirib ki, Ponov yoldan keçən deyil, nüfuzlu ekspertdir. Digər tərəfdən də istintaq onu qəbul edib, cinayət işinin materiallarına əlavə edibsə, deməli, məhkəmə də tədqiq etməlidir. Etirazlara baxmayaraq, hakimlər onu tədqiq etmək istəməyib.

Vəkillər bildirib ki, ümumiyyətlə, məhkəmə çoxsaylı vacib sənədləri tədqiq etməyib. Məsələn, Nərmin Quliyevanın gündəliyi (azyaşlı orada atasının onu istəməməsindən yazıb - red.), telefon zəngləri və s.

Müdafiə tərəfinin qaldırdığı vəsatətlərdən yalnız Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi təmin olunub.

Məhkəmə prosesi aprelin 26-na qədər təxirə salınıb.
Ardını oxu...
Ramazan bayramının bu gün qeyd olunması ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Hətta guya rəsədxanadan Ayın görünməməsi ilə bağlı məlumatın yayıldığı da iddia edilir.

Axar.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxlayıb.

Rəsədxanadan bildirilib ki, Ayın görünməməsi ilə bağlı yayılan xəbər həqiqətləri əks etdirmir:

“Dünən Ay astronomik kalendara görə 3 faiz olmalı imiş. Həmin vaxt Şamaxıda hava yağışlı və buludlu olduğu üçün Ay rəsədxanadan aydın şəkildə görünməyib. Çünki bulud olan zaman Ayı görmək olmur. Lakin başqa rayonlardan Ay açıq şəkildə görünüb.

Ay axı bir tək rəsədxanadan görünmür. Azərbaycanın istənilən dağlıq yerlərindən şəffaf havada görünə bilər. Bir sözlə, aprelin 21-i bayramın qeyd edilməsi doğru addımdır”.
Ardını oxu...
Cəlilabadda güclü külək bir neçə ağacı aşırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi bir sıra fəsadlar törədib.

Güclü külək nəticəsində ağaclar köhnə Ələt-Astara magistralına aşıb və yol bağlanıb.

Hazırda hər iki istiqamətdə yol bağlanıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda fırtına davam edir.

Bizim.Media xəbər verir ki, bölgədə baş vermiş zəlzələ nəticəsində evləri dağılan sakinlər üçün yaradılan çadır şəhərciyi dağılıb.

Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 3-ü ağır olmaqla, 10 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.

"Report"un "TRT Haber"ə istinadən xəbərinə görə, gənc kişi ümumilikdə 14 dəfə atəş açıb.

Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.

AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: "Bütün təşkilatımıza keçmiş olsun".

Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.
Ardını oxu...
Suyun alqı-satqı müqaviləsinin imzalanmasına dair yeni təkliflər hazırlanacaq.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanmasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) layihənin icrası ilə əlaqədar aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrasına nəzarət Baş nazirinin müavini Şahin Mustafayevə tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ardını oxu...
“Övladım 4 ildir ki, Bakı Atatürk Liseyində təhsil alır. İllik təhsilhaqqı birinci sinfə qəbul zamanı 1200 AZN idi. Hazırda ödəniş məbləği artırılaraq 3500 manata çatdırılıb. Əslində köhnə məbləğlə təhsilə başlasa da, yeni qiymət bu ildən övladıma da şamil olunacaq”.

Belə bir şikayətlə övladı həmin təhsil müəssisəsində oxuyan valideyn müraciət edib. Rəhbərliyə müraciət etsə də, problemin həll olunmadığını deyən şikayətçi təhsilhaqqının yüksək olmasından gileylənir.

Son vaxtlar özəl məktəblərdə təhsilhaqlarının yüksək olması ilə bağlı sosial şəbəkədə də xeyli şikayətə rast gəlinir. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Onların sözlərinə görə, özəl məktəblər artıq təhsil qiymətlərini 20-40 faiz artırıb.

Qeyd olunur ki, yeni özəl məktəblərin açılmasına maneə olduğu üçün bu seqment üzrə rəqabət demək olar ki, yoxdur və bazar payı kiçik qruplar arasında bölüşdürülür. Onlar isə istədikləri məbləğdə ödəniş tələb edə bilirlər.

Bakı şəhərində əsas özəl təhsil müəssisələrində illik qiymətlərlə maraqlanıb. Məlum olub ki, hazırda özəl məktəblərdə təhsilhaqları 5-6 min manatdan başlayır. Ödəniş məbləği şagirdin oxuduğu bölmə, ibtidai və ya orta təhsil səviyyəsindən asılı olaraq dəyişir.

Müasir İnnovasiyalar Liseyində Azərbaycan bölməsində təhsilhaqqı ibtidai siniflər üçün 6500 AZN, yuxarı siniflər üçün isə 7000 AZN-dir.
Liseyin ingilis dili bölməsində də müvafiq olaraq 7500-8500 AZN nəzərdə tutulub.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilin ibtidai və ya orta səviyyəsindən asılı olmayaraq ödəniş dəyişmir. Burada illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 8800 AZN, ingilis dili bölməsi üçün isə 12800 AZN-dir.

“Landau School”da ibtidai siniflərdə illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 5800-8000 AZN-dir. İngilis dili bölməsi üçün isə ibtidai siniflər üçün qiymət 6800 AZN-dən başlayır. 5-7-ci siniflərdə 9300, daha yuxarı siniflərdə isə 9900 və 12500-15000 aralığında dəyişir.

“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq ibtidai siniflərdə 7300-7800 AZN, 5-11-ci siniflərdə isə 8300 AZN-dir.
Liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üçün 9700, 5-6-cı siniflər üçün 10500 AZN nəzərdə tutulub. Hələ ki təhsil müəssisəsində bu bölmə üçün ən yuxarı sinif 5-6-cı siniflərdir.

“Sabis Sun” Beyəlxalq Məktəbində təhsil yalnız ingilis dilində aparılır. Burada ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000 AZN, yuxarı siniflər üçün isə 17 000 AZN-dir. Təhsil müəssisəsindən qiymətlərin yüksək olmasını məktəbdə dərs keçən müəllimlərin 90 faizdən çoxunun əcnəbi olması ilə əlaqələndirirlər.

“Baku Oxford School”da da təhsil dili ingilis dilidir. Burada ibtidai siniflər üçün qəbul qiymətləri 16500 AZN-dir. VI-VIII siniflərdə illik təhsilhaqqı 16800 AZN, IX-XII siniflərdə isə 17000 AZN müəyyənləşdirilib. Təhsil müəssisəsindən bildirilib ki, bu məbləğə kitablar, uniforma, qəlyanaltı, nahar və dərsdən sonra məşğələ daxildir. Nəqliyyat xərcini qarşılamaq üçün isə əlavə ödəniş tələb olunur. Məktəbdən, həmçinin bildirdilər ki, ödənişi bütöv deyil, rüblərə bölərək etmək olar.

Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 AZN-dir. V-XI siniflər üçün isə bu məbləğ 9500 AZN-dir.

Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 AZN təşkil edir.

Avropa Azərbaycan Məktəbində də təhsil dili yalnız ingilis dilidir. İbtidai siniflər üçün təhsilhaqqı 10400 AZN, V-IX siniflər üçün 12500 AZN, X-XI siniflər üçün isə 15500 AZN təşkil edir.

Bakıda Britaniya Məktəbində isə yerli müəllim qrupu və ya əcnəbi müəllim qrupunun seçilməsindən asılı olaraq ibtidai siniflər üçün təhsilhaqqı fərqlidir. Məsələn, yerli müəllimlərlə I-V siniflər üçün illik ödəniş 12 min manat, əcnəbi müəllimlərlə isə 14 min manatdır. Məktəbin V-XI siniflərində isə təhsilhaqqı 14 min AZN-dir.

“Hədəf” Liseyində də illik təhsilhaqları orta göstəriciyə uyğundur. Bu təhsil müəssisəsində Azərbaycan bölməsində ödəniş 6500 AZN, ingilis bölməsində isə 7500 AZN-dir.

Bakı Atatürk Liseyində isə təhsilhaqqı 3500 AZN təşkil edir. Tədris Azərbaycan və türk dillərində aparılır.

Liseydən ibtidai sinifdən sonra təhsilhaqqının artımla hesablanmasına cavab olaraq bildirilib ki, mətbuata telefonla cavab verilmir. Şikayəti olan valideyn təhsil müəssisəsinə yaxınlaşıb, aydınlaşdıra bilər.

Bəs özəl təhsil müəssisələrinin qiymətləri necə müəyyənləşdirilir? Bu məktəblərdə illik təhsilhaqları əhalinin büdcəsinə uyğundurmu?

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qiymətlər əslində tələb və təklif əsasında müəyyənləşdirilməlidir. Ekspert deyir ki, hazırda Azərbaycanda 4432 dövlət orta ümumi təhsil məktəbi var. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda özəl orta ümumi təhsil məktəblərinin sayı 31-dir, ümumi şagird sayı isə 3 min nəfərdən artıq deyil.

Ekspertin sözlərinə görə, dövlət məktəbləri üçün büdcədən ayrılan maliyyəyə baxsaq, o, heç də aşağı rəqəm deyil: “Dövlət məktəblərində biz sanki təhsil pulsuzdur kimi qəbul etmişik. Amma əslində dövlət bunun üçün kifayət qədər pul xərcləyir. Ölkədə təhsilin saxlanması üçün dövlət büdcəsindən bu il 4,4 milyard manat vəsait ayrılıb. Özəllər isə bu vəsaiti almırlar. Özəl təhsil xidməti göstərən müəssisələrdə bütün xərclər şagird sayına bölünür və xidməthaqqı müəyyənləşdirilir. Bu gün Azərbaycanda ən ucuz özəl orta ümumi təhsil məktəbinin xidməthaqqı 5 min manatdır, ən baha isə 42 min dollardır. Dövlət müəssisələri dövlət tərəfindən təsdiq olunmuş xidmətləri göstərir. Amma özəl müəssisələrdə əlavə xidmətlər göstərilir. Məsələn, günorta yeməyi, ev tapşırıqlarının məktəbdə edilməsi və s. Əgər bina özünündürsə, qiymətlər nisbətən ucuz olur. Yox bina icarədirsə, o da xidməthaqlarına təsir göstərir”.

K. Əsədov bildirib ki, ölkədə özəl məktəblərin təhsil haqları kifayət qədər yüksəkdir: “Misal üçün, İstanbulda 7 min məktəb var, onlardan 3500-ü özəldir. Azərbaycanda say aşağı olsa da, qiymət yuxarıdır. Ölkədə ən bahalı universitet ADA hesab olunur, amma bakalavr pilləsi üçün 6500 manat illik təhsilhaqqı var. Bu, artıq ali təhsil diplomu verir. Hər hansı diplom verməyən orta məktəbin illik təhsilhaqqı kifayət qədər yüksəkdir – orta hesabla 7-9 min manat arasında dəyişir.

Bu məktəblərin qəbul imtahanlarının nəticələrini müqayisə edəndə, Neftçala rayonu Xıllı qəsəbə 1 saylı kənd orta məktəbinin ali məktəbə qəbul və olimpiada nəticələri 7 min manat təhsilhaqqı olan bir çox özəl təhsil məkəblərindən daha yaxşıdır. Və ya hər hansı xidmət haqqı almayan “Dəyanət” liseyi, Biləsuvarda Mübariz İbrahimov adına lisey və ya Z.Əliyeva adına liseyin nəticələri kifayət qədər yuxarı xidməthaqqı alan məlktəblərdən daha yaxşıdır. Fərq isə odur ki, özəl məktəblər IB, SAT, TOEFL, İELTS və digər imtahanlardan keçə biləcək mütəxəssis hazırlayırlar. Onlarda digər bacarıqlar olmur”.

Ekspert deyir ki, əslində ölkədə özəl məktəblərin illik təhsilhaqları 4 min manatı keçməməlidir: “Bizə daxil olan məlumatlara görə, 2023-cü ilin sentyabrından özəl məktəblər 20 faizdən 60 faizədək xidmət haqqını artıracaqlar. Bunu ölkədəki ümumi inflyasiya ilə əlaqələndirirlər.

Özəl məktəblər xidmətlərinə görə xidməthaqqı müəyyən edirlər, lakin bu da reallığı əks etdirmir. Bina özündən olmaqla, müəlimlərin alacaqları əməkhaqları da nəzərə alınmaq şərti ilə, hesab edirəm ki, heç bir halda Azərbaycanda özəl məktəbin illik təhsilhaqqısı 4 min manatdan çox ola bilməz”.
Qafqazinfo
 
Ardını oxu...
Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən binanın sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər. Buna səbəb binanin zirzəmisində kifayət qədər park yerinin olmamasıdır.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər avtomobillərini binanın qarşısındakı yolun kənarında park edirlər. Bu zaman müvafiq yol nişanının tələblərini pozduqları üçün kütləvi şəkildə cərimə olunurlar.

Sakinlərin sözlərinə görə, küçədə yerləşdirilən "dayanmaq qadağandır" nişanı onları təngə gətirib.

Onlar deyirlər ki, bina inşa olunan zaman təhlükəsizlik məqsədilə avtomobillərin saxlanmaması üçün nişan quraşdırılıb və bina hazır olduqdan sonra sökülüb.

İndi isə həmin yol nişanı yenidən quraşdırılıb. Bu səbəbdən də bina sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən küçədə hazırda həm parklanma, həm də ümumi nəqliyyat şəraiti baxımından problemlər mövcuddur. Bu səbəbdən də Agentliyin mütəxəssisləri tərəfindən həmin küçədə təhlillər aparılıb və nəticələrinə əsasən müvafiq layihə hazırlanır.

Layihə müvafiq qurumlarla razılaşdırılandan sonra icrasına başlanacaq.
Ardını oxu...
Xəbər verdyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.

Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib ki, nərə cinsli balıqlar da var. Prezident İlham Əliyev isə bildirib ki, göstərilən balıq nərə cinsli deyil. İcra başçısı isə cavab verə bilməyib.

Sosial şəbəkələrdə icra başçısı sərt tənqid edilib, bildirilib ki, balıq məhsullarından anlayışı olmadığından dövlət başçısına səhv məlumat verir.

Pravda.az
 
Ardını oxu...
Naxçıvanda nazirlə hüquqşünas arasında qalmaqal yaşanıb.

Teref.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.

Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.

Adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Dünyapress TV

Xəbər lenti