Ardını oxu...
Türkiyədə müzakirələrə səbəb olan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında səs çoxluğu ilə qəbul edilib.

Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, sosial medianın tənzimləməsi ilə bağlı qanun layihəsinin 29-cu maddəsinə görə yalan məlumatlar yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası veriləcək.
Qalmaqallı 29-cu maddəyə əsasən, Türkiyə Cəza Məcəlləsinin 217-ci maddəsinə ediləcək əlavədə deyilir:
1) İctimaiyyətdə narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə daxili və xarici təhlükəsizlik, ictimai asayiş, eləcə də ümumi olaraq dövlətlə bağlı reallığa əsaslanmayan məlumatı yayan şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2) Şəxs cinayəti öz şəxsiyyətini gizlətməklə və ya hərhansı təşkilatın fəaliyyəti çərçivəsində törətdikdə, yuxarıda göstərilən bəndə uyğun olaraq verilən cəza yarıbayarı artırılır.
Qeyd edək ki, bəhs edilən maddə ilə bağlı müxalifətlə iqtidar uzun müddətdir razılığa gələ bilmirdi.
 

Ardını oxu...
Tovuzun ucqar dağ kəndlərində bir neçə inzibati ərazi dairəsini və onlarla kəndi birləşdirən yollar keçilməz vəziyyətdədir.

Bu yol Tovuzun Çeşməli və Həsənli inzibati ərazi dairələrini ətraf kəndlər və Gədəbəy rayonu ilə birləşdirir.

DİA.AZ-ın Belediyye.net-ə istinadən məlumatına görə burada mənzil başına çatmaq üçün piyada getsən sağlamlığından olacaq, avtomobillə getsən büdcənə əməlli-başlı ziyan vuracaqsan. Yolun bu vəziyyətdə olması kəndliləri təngə gətirib.

Bu kəndlərə yolların bərbad halına görə nə təcili yardım, nə yanğın söndürən nə də digər operativ xidmət avtomobilləri gələ bilmir. İllərdir çəkilən yol cəmi bir dəfə təmir edilib. Ona da təmir demək olarsa. Sakinlərin şəxsi imkanları hesabına dəfələrlə çuxurlar doldurulsa da yenə də dağlardan gələn sel yolu bərbat hala salır. Sakinlər bildirir ki, burada yolun dağılmaması üçün sel sularının keçidlərində drenajların quraşdırılması vacibdir. Ondan sonra yola asfalt örtüyünün çəkilməsi haqda düşünmək olar.

Sakinlər deyirlər ki, istismar müddətini illər əvvəl başa vuran körpünün qəzalı vəziyyətdə olması nə vaxtsa bədbəxt hadisəyə gətirib çıxaracaq. Həsənli, Sarıdamlı və Məşədivəlilər kəndinin sakinlərinin isə ümumiyyətlə yolu yoxdur. Onlar mənzil başına çatmaq üçün çaydan keçirlər. Çayda suyun səviyyəsi artan zaman kəndlərin ətraf ərazilərlə əlaqəsi kəsilir. Belə olan halda kəndə gediş-gəliş tamamilə iflic olur. Hər gün yüzlərlə sakini istifadə etdiyi bu yoldan hər kəs əziyyət çəkir. Daha çox əziyyət çəkənlər isə rayon mərkəzindən və uzaq kəndlərdən uzun yol qət edib işə gələn müəllimlərdir Məcburiyyət qarşısında qalan müəllimlər vaxtlarını yollarda keçirirlər. Bu səbəbdən işə gecikirlər.

Bəs aidiyyatı qrumlar mövcud vəziyyətdən çıxış yolunu nədə görür? Sualımıza Cavab olaraq Tovuz rayon İcra Hakimiyyətindən bildirildi ki, yolların bərpası ilə bağlı Nazirlər Kabinetinə investisiya layihəsi təqdim edilib və yararsız kənd yolları bu layihədə göstərilib. İndi Nazirlər Kabinetinin qərarı gözlənilir.

Bu xöşbəxt hadisənin nə zaman baş verəcəyini isə heç kim bilmir.


 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sosial şəbəkələrdə müzakirə olunan qol sevincindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la matçda futbolçusu Ramil Şeydayevin vurduğu mükəmməl qola maraqlı reaksiyasından söz açıb: “Sırf Ramilin qolunun sevinci idi. Onun qol vurmasını istəyirdim və buna görə qoldan sonra elə reaksiya verdim. Heç vaxt 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm”.

 
 
 

Ardını oxu...
Azərbaycanda vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.

Sürücülərin əksəriyyəti yeni qərarı dəstəkləsələr də, sərnişinlər bir az tərəddüdlüdürlər.

Bəs taksi xidmətlərinin fəaliyyətlərinin dövlət tərəfindən tənzimlənməsi necə, azad bazar və rəqabət mühitinə təsir edəcəkmi?

Daha ətraflı aşağıdakı videosüjetdə:

Ardını oxu...
Ölkənin ən geniş mağazalar şəbəkəsinə sahib “Araz” supermarketinin şöbələrində alıcılar üçün yeni kampaniyalar nədənsə çox vaxt “tələyə” çevrilir.

DİA.AZ Yenipress.az-a istinadən xəbər verir ki, bu marketdə “endirim kampaniyası” adı ilə yalnız zay məhsullar və yaxud satışdan çıxarılmalı olanlar təklif edilir.

Məsələn, çay paketi (reklam olmaması üçün adını yazmırıq – red.) vaxtaşırı olaraq 5,29 qəpikdən 3,80-ə endirilir. Çaylara diqqət etdikdə isə həmin çayların əhəmiyyətli hissəsinin artıq toz olduğu aşkarca görünür. Bu məhsullar satışdan çıxarılmalı olduğu halda niyə endirimlə alıcıya təklif edilməlidir?

Eyni zamanda, vaxtaşırı olaraq piştaxtada yazılan qiymətlərlə kassadakı qiymətlər arasında ciddi uyğunsuzluq müşahidə edilir. Xüsusilə bu, “endirim kampaniyası” zamanı baş verir.

Piştaxtada 8,9 manata təklif edilən “endirimli” 3 kq-lıq yuyucu tozun kassada 18 manat olduğu “üzə çıxır”. Səbəbini soruşduqda isə 18 manatlıq 3 kq-lıq yuyucu tozun endirimli qiymətinin yalnız 30 manatdan çox, həm də “Araz” bonus kartı ilə alver edənlərə şamil olunduğu bildirilir.

Kassada, arxada növbə düzülmüş halda necə aldığın məhsulları 30 manata çatdırmaq mümkündür? Ən yaxşı halda kassadan siqaret istəyə bilərsən. Bu zaman isə bəlli olur ki, siqaret 30 manatlıq “alverə” daxil deyil, yəni sayılmır. Səbəb isə odur ki, siqaret üçün ƏDV qaytarılması ləğv edilib.

ƏDV – müştərinin özünə qaytarılır, bu ƏDV-nin qaytarılıb-qaytarılmamasının mağazaya nə aidiyyəti var? Mağaza ümumiyyətlə, bu cür kampaniyalarda niyə əvvəlcədən elan yerləşdirmir və yalnız kassada bunlar üzə çıxır?

Yeri gəlmişkən, “Araz” marketlə son aylar əməlli-başlı rəqabətə girməyə çalışan “Bravo”da endirim “adam kimidir”. Burda məhsulun üzərinə endirim yazılıbsa, birmənalı olaraq endirim edilir və bunu fəxrlə elan da edirlər: “30 manatlıq alverin buna nə dəxli? Biz “Araz”-zadıq? Endirim varsa, demək, birbaşa tətbiq edilir”.

Daha bir müqayisə: piştaxtada ikiqat endirim edilən tualet kağızı alıb, “Bravo” kassasına yaxınlaşanda bəlli oldu ki, kampaniya bitib. “Ancaq siz orda endirim olduğunu yazmısınız” iradımıza administrator dərhal reaksiya verdi, sözügedən piştaxtaya yaxınlaşıb, endirimli qiyməti görən kimi kassadan məhz endirimli qiymətlə satılmasına göstəriş verdi və anlaşılmazlığa görə üzr istədi.

“Araz” şəbəkəsində bu münasibəti görməzsən!

P.S. Bu mövzuda bundan öncəki yazımıza “Bravo”nun sifarişi” deyə cəfəng şərhlər gəlmişdi. Əmin olun ki, sifariş deyil! Biz yalnız rəqabətin tərəfindəyik və “Araz”ın da daha yaxşı xidmət etməsini arzulayırıq, rəhbərliyin bu cür çatışmazlığı aradan qaldırmasını istəyirik – bu marketə hər gün müraciət etdiyimiz üçün...

Dünyapress TV

Xəbər lenti