Ardını oxu...
Bir neçə ay əvvəl Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin bir gözü görmür və bir əlini işlədə bilmir.

Axar.az xəbər verir ki, bu barədə S.Rüşdinin ədəbi agenti Endryu Uayli deyib.

“Yaraları dərin idi, bir gözünün görmə qabiliyyəti itib. Boynunda üç ciddi yara var idi. Bir əli işləmir. Onun hələ döş qəfəsində və bədənində 15 yara var”, - deyə Uayli bildirib.

Qeyd edək ki, Rüşdinin “Şeytan ayələri” (1988) romanı İslama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu.
 
 
 
Ardını oxu...
Şirvanın Çılpağlı qəsəbəsində yerləşən zibil poliqonunda hər gün məişət tullantılarının yandırılması sakinləri narahat edir.

Onlar bildiriblər ki, problem ərazidə zavodun olmaması və zibillərin təkrar emal edilməyərək yandırılmasıdır:

“Ərazinin təhlükəsizlik hasarına alınmaması, hər gün yandırılmasına səbəb olur. İstərdik ki, məişət tullantılarının yenidən emalı zavodu tikilsin. Şəhərin üstünü çirkab dolu tüstü bürüyür”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağazalar şəbəkəsi "Optimal Elektronika” MMC-nin müştəriləri tez-tez incitməsi barədə məlumatlar yayılır.

Sosial şəbəkədə mağazalar şəbəkəsi ilə bağlı dəfələrlə iradlara rast gəlinib.

Bu dəfə isə şikayət "Optimal Elektronika” MMC şirkətinin servis xidməti ilə bağlıdır.

"Arqument.az"a danışan şikayətçi deyir ki, iyulun 30-da mağazalar şəbəkəsinin Hövsan qəsəbəsində yerləşən ofisindən götürdüyü avadanlığın - kondisionerin quraşdırılması ilə bağlı avqust ayında şirkətin "Çağrı mərkəzi"nə müraciət etsə də, mənzilə yaxınlaşan olmayıb. Daha sonra sentyabrın 15-də müştəri təkrar xidmətə müraciət edib.

Şirkətdən bildirilib ki, "Optimal Elektronika”nın servis xidmətinin "vatsap" nömrəsinə yazın.

Sentyabrın 17-də xidmətin "vatsap" nömrəsinə müraciət edib, amma ondan "Zəmanət talonu"nu "vatsap"a göndərməyi tələb ediblər. Yalnız bundan sonra xidmət mənzilə yaxınlaşa biləcəyini deyib.

Müştəri sentyabrın 17-də "Zəmanət talonu"nu təqdim etsə də, şəbəkədən heç bir cavab gəlməyib.

Oktyabrın 8-də müştəri "Optimal Elektronika”ya təkrar müraciət etsə də, ümumiyyətlə, cavab verilməyib.

Müştəri yaxın günlərdə şəbəkəni məhkəməyə verəcəyini deyir.

"Optimal Elektronika” isə müştərinin iddiası ilə bağlı suallara hələ də cavab verməyib.
 
Ardını oxu...
2906-cı ildən gəldiyini iddia edən şəxs üzə çıxdı - 2 ildən sonra dünyanı sarsıdacaq hadisəni açıqladı

Sosial mediada yayılmış gələcəkdən gəldiyini iddia edən şəxslə bağlı görüntülər müzakirələrə yol açıb.

Hurriyyet.Az xarici KİV-lərə istinadən xəbər verir ki, kimliyini açıqlamayan şəxs 2906-cı ildən gəldiyini irəli sürüb. O iddia edib ki, iki ildən sonra dünya dəhşəti epidemiya ilə üzləşəcək. Gələcəkdən gəldiyini irəli sürən şəxsin iddiasına görə, dünyada donuz epidemiyası yayılacaq.

O iddia edib ki, donuz vəbası koronavirus epidemiyası kimi vəziyyət yaradacaq. O, həmçinin 2243-cü ildən sonra dünyada xaosun hökm sürəcəyini iddia edib. \\Metbuat
 
 
 
Ardını oxu...
Yol təmir olunub, ancaq piyada keçidi rənglənməyib. Nəticədə yeni təmirdən çıxan asvalt yolda piyadalar həyati təhlükəylə üz-üzə qalırlar.

Teref.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hərəkət işaqforla tənzimlənsə də, yerdə piyada zolağının olmaması sürücüləri də çaşdırır. Söhbət Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsindəki 4 yol ayrıcından gedir.

Fətəli Xan Xoyski və Ağa Nemətulla küçəsinin kəsişməsində 4 yol ayrıcında piyada keçidi rənglənməyib. baxmayaraq ki, küçə 15 gündən artıqdır ki, təmir olunub.

Həmin yerdə təmirdən əvvəl piyada keçidi olsa da, indi zolaqlar yenilənməyib. Ərazidə hərəkət işıqforla tənzimlənir. Ancaq piyada zolağının olmaması sürücüləri çaşbaş salır.

Sakinlərin bəziləri hesab edir ki, həmin yerdə piyada keçidi ləğv olunub. Lakin əgər zolaq yenidən rənglənsə belə, fiziki məhdudiyyətli şəxslər nəzərə alınmayıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin piyada keçidi ləğv olunmayıb. Ərazidəki bütün piyada zolaqlarının rənglənməsinin yenilənməsi bu həftənin sonunadək yekunlaşacaq.

 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana proqramı çərçivəsində Qarabağda olan Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırımın avtomobili Cəbrayılda qəzaya uğrayıb.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Belə ki, Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində qəza baş verdiyi bildirilir.

Maşında olan Binəli Yıldırım və müavini Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıblar.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “tvitter” hesabından məlumat paylaşıb.

“Azərbaycana səfər edən cənab Binəli Yıldırım, mühafizəsi və millət vəkilimiz Şamil Ayrımla birlikdə avtomobil qəzasına uğrayıblar. Onunla danışdım. Hər üçünün səhhətinin yaxşı olduğunu, yüngül xəsarətlər aldıqlarını öyrəndim. Təkrar keçmiş olsun diləklərimi çatdırıram”,– nazir bildirib.
Ardını oxu...
 
Ardını oxu...
Bakı sakini küçədə külli miqdarda pulunu itirib.

TEREF.AZ xəbər verir ki, hadisə Nəsimi rayonunda, “Xütor” adlanan ərazidə baş verib. Paytaxt sakini olan bir nəfər 5 ədəd 100 və 1 ədəd 500 manatlıq olmaqla ümumilikdə 1000 manatını cibindən salıb.

Pulunu itirdiyini başa düşüb geri qayıdanda isə yüzlüklərini tapmayıb.

Ehtimal olunur ki, havanın küləkli olması səbəbilə yerə tökülən pullar yoxa çıxıb.

Lent.az
 
Ardını oxu...
2022-ci ilin 9 ayında Azərbaycana 55 199 ədəd avtomobil gətirilib. "AzPolitika.info" "İnterfax Azərbaycan"a istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.

Avtomobillərin ixracına toplam 744 mln dollar vəsait xərlənib, bir maşının orta idxal dəyəri isə 13 478 dollar olub.

Məlumatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycan 91 min 194 avtomobilin idxalına 935,2 mln. dollar vəsait xərclənib. 2020-ci ildə ölkəyə gətirilən avtomobillərin sayı isə 53 min 729 ədə olub.

Bu müddətdə Azərbaycana 301 elektrik və 8 999 ədəd hibrid avtomobil gətirilib, onlara toplam 105,4 mln. dollar vəsait xərclənib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, cari ilin sonunda 3 il ərizndə Azərbaycana 215 mindən çox avtomobil gətirilməsini proqnoz etmək olar. Onun sözlərinə görə, bu qədər idxal varsa, gələn maşınlar yanacaq da işlətməlidir.

Ekspert xatırladır ki, artıq Ai-92 markalı benzin Azərbaycan mütəmadi idxal olunmağa başlayıb, çünki artan daxili tələbatı özünün imkanları hesabına qarşılaya bilmir: "Neftayırma zavodunun modernizasiyası isə uzanır, ölkəyə daha çox köhnə dizel maşınlarının axını sürətlənib, bu isə paytaxtın ekologiyasını daha da ağırlaşdırır. Yollarda tıxac, insanlarda əsəb xəstəlikləri artacaq, qəzalarda xəsarət alanların sayı da çoxalacaq".

Mərkəzin rəhbəri deyir ki, ölkəyə benzin idxalına ildə 1.5 milyard, maşın gətirilməsinə isə ortalama 1 milyard dollar xərclənir.

İ.Şaban əlavə edir ki, hökumət dilemma qarşısında qalıb: "Bir tərəfdən ölkəyə avtomobil idxalı dövlət büdcəsinə külli miqdarda gəlir gətirən maddəyə çevrilib və qeyri-neft sektorundan yığımların artımı kimi hökuməti fərəhləndirir. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim problemlər, üstəlik ictimai nəqliyyatın iflic duruma düşməsini, insanların bundan narazılığını ehtiva edir. Sonra nə olacaq? İnkişaf etmiş ölkələrdə daxili yanma mühərrikli avtomobillər ucuzlaşdıqca Azərbaycana onların idxalı artacaq. Mövcud yol infrastrukturu bu artan saya çoxdan hesablanmadığından avtomobillərin idxalı və istismarı ilə bağlı vergilər də artırılacaq, parkinqlər indiki ortalama 1 manatdan bəlkə 4-5 dəfə çox bahalaşacaq və s. Hökumət digər qabaqlayıcı addımlar atmayanda maşın bazarının tənzimlənməsinin administrativ-maliyyə həllindən başqa özünı yol qoymur".
 
Ardını oxu...
"AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: bazarertəsi oktyabrın 24-də Milli Məclisdə "Partiyalar haqqında” qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən Sizə kim ötürüb? Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış!”.

AzToday.az xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. O, Əli Kərimlini 24 oktyabrda Milli Məclisdə "Partiyalar haqqında” qanun layihəsinə dair ictimai dinləmənin keçiriləcəyi günə bilərəkdən mitinq planlaşdırmaqda ittiham edib:

"Təcili olaraq o bazarertəsinə mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı Sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür? Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL-ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür”, – deyə İ.Məmmədov qeyd edib.
Ardını oxu...
DİA.AZ: - "Şikayətim var, 8 noyabr prospektində yerləşən Bravo marketdən..." DİA.AZ bildirir ki, bu barədə Əziz Səmədov adlı istifadəçi "Mənim Şikayətim Var" sosial qrupunda giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Camaatı aldadılar. Tabloda qiymət bir curdü, tərəzidə isə qiymət başqa curdü. Və iradımı bildirəndə mənə deyildiki: sistemda problem var, zəng edin *2266 qoy araşdirsınlar. İndiyə kimi araşdırırlar..."

Ardını oxu...
Ardını oxu...

Onu da qeyd edək ki, şikayətçinin iddialarına sözügedən marketlər şəbəkəsindən dərhal reaksiya verilib. Reaksiyada bildirilir:

"Hörmətli Əziz Səmədov, ilk öncə qarşılaşdığınız xoşagəlməz hal üçün sizdən üzr istəyirik! Sizin müraciətiniz biz tərəfdən dərhal qeydə alınaraq market rəhbərliyinə yönləndirilib. Bildirmək istərdik ki, qeyd olunan hal insan faktorundan yaranıb. Müraciətiniz araşdırılıb, nəticədə market əməkdaşları tərəfindən sizinlə əlaqə saxlanılıb və üzürxaqlıq olaraq yaranmış qiymət fərqini ödənilməsi təklif olunub. Bunun üçün marketə yaxınlaşmağınızı sizdən xahiş edirik. Anlayışınıza görə təşəkkür edirik".

Hər halda, şikayətə səbəb olunan ünvanın narazı vətəndaşa bu cür adekvat reaksiya verməsi alqışlanmalıdır...
 

Dünyapress TV

Xəbər lenti