Malatyada 6 fevralda baş verən zəlzələdən zərər görən bina çöküb.Türkiyə mediası xəbər verir ki, hadisə Malatyanın Kiçik Mustafa Paşa məhəlləsinin Zapçıoğlu küçəsindəki binada olub.Hadisə nəticəsində 4 nəfər yaralanıb və onlar xəstəxanaya aparılıb.Uçan binanın bəzi hissələri bitişik binanın divarına da ziyan vurub.