Ardını oxu...
Moskva yaxınlığındakı Palıd meşəsi (Dubovaya roşa) qəsəbəsində yeniyetmə tövlədə diri-diri yandırılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 14 yaşlı oğlan dostları tərəfindən tövlədə kilidlənib. Beləliklə, uşaqlar dostu ilə zarafat etmək istəyiblər. Qapını mismarla mıxlayıb gediblər. Bu zaman naməlum səbəbdən tövlədə yanğın başlayıb.

Bağlı qapı arxasında qalan məktəbli oradan çıxa bilməyib və ölüb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
 

May ayı soyuq keçməyə davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gündən etibarən havanın temperaturu yenə kəskin şəkildə düşəcək.

AzToday.az Xəzər TV-yə istinadən xəbər verir ki, soyuq hava daha çox bölgələrdə hiss olunacaq.

Paytaxt Bakıda da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Bəzi yerlərdə lokal xarakterli yağış yağacaq.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib ki, bu, son 24 ilin ən soyuq may ayıdır. Onun sözlərinə görə, havanın temperaturu mayın 22-dən sonra yüksələcək.

Ardını oxu...
Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yetirib və gölə atıb.

Belə ki, Yasər (adlar şərtidir) həyat yoldaşını itirdikdən sonra qızı Sənəm və kürəkəni Rəşadla birlikdə yaşayırdı. Bir müddət sonra o Kifayət adlı qadınla ailə qurur.

Kifayətin hər hərəkətindən qıcıqlanan Sənəmlə ögey anası arasında tez-tez söz-söhbət olurdu. Kifayət evin qadını olduğunu qəbul etdirməyə çalışır, Sənəm isə buna öyrəşə bilmirdi.

Sənəm Kifayət barədə həyat yoldaşı Rəşada şikayətlənir, onunla eyni evdə yaşamaq istəmədiyini deyir. Rəşad onu sakitləşdirməyə çalışsa da, Sənəm hər keçən gün daha da əsəbiləşirdi.

Bir gün Kifayətin öz yataq otağından Sənəmin anasının paltarlarını çölə atması onlar arasında əlbəyaxa davaya səbəb olur. Kifayət səs-küyə gələn Rəşadı da təhqir edir.
Yaşadıqları evin atası tərəfindən Kifayətə veriləcəyindən, özünün isə vərəsəlikdən məhrum olunacağından qorxan Sənəm Rəşadla birgə analığını öldürməyə qərar verir. Onlar Kifayətin yatdığı otağa girərək əvvəlcədən planladıqları şəkildə balta ilə onu qətlə yetirirlər.

Sənəmlə Rəşad daha sonra Kifayətin meyitini və onun əşyalarını şəxsi maşınlarının baqajına qoyaraq evdən uzaqlaşırlar. Gölün kənarına gələrək yük yerindən qətlə yetirdikləri Kifayətin cəsədini çıxarıb, onu suya atırlar.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala başlamışıq”.

Bu barədə Bizim.Media-ya Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Bu il isə köhnə məktəbli geyimlərindən istifadəyə imkan verilməyəcək:

“Növbəti tədris ilindən bütün şagirdlər, hətta 11-cilər yeni geyimlərlə təhsilə başlayacaqlar. Bakı şəhər Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu işlə məşğuldurlar. Onlar istehsalçılarla iş aparıblar və hər kəsə konkret bölgənin, eləcə də məktəbin tapşırığı verilib. Köhnə məktəbli formaları istehsal etmirik və heç o geyimlərdən anbarda da qalmayıb. Yeni məktəbli geyimlərinin istehsalı ilə bağlı sifarişləri nazirlik indidən verib. Keçən il rüsvayçılıq oldu. Bizə heç kim, heç nə deməmişdi deyə problem yaranmışdı. Hesab edirəm ki, bu il belə bir çətinliyimiz olmayacaq”.

Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.

Onu da bildirək ki, artıq bəzi məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, növbəti ildən dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir.
 
Ardını oxu...
"Mən Azərbaycanda qanunsuz mərc oyunlarının keçirilməsinin tərəfdarı deyiləm. Çünki əgər bunlar müəyyən qaydada insanların həyatına, onların psixologiyası, maddiyyatına ziyan gətirirsə, kimisə kədərləndirirsə, bunu keçirmək düzgün deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Azərbaycanda "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunlarının yayılmasının zərərindən danışan deputat bildirib ki, bu cür fəaliyyətlər insanlarımızda ciddi problemlər yaradır:

"Təəssüf edirəm ki, belə oyunlarının keçirilməsi bir çox hallarda ailələrin dağılmasına, insanların müflis olmasına, digər neqativ hallara səbəb olur. Qanunsuz oyunların keçirilməsi tamamilə dövlətin qoyduğu qayda-qanunlara, qanunvericiliyə ziddir. Çünki Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən nəzarətdədir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar tənzimlənir. Amma xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan bəzi qumar növləri ilə ciddi mübarizə aparılmalıdır. Əgər qanunsuz oyunlar varsa və bu oyunlardan əldə olunan vəsait xarici ölkələrə çıxarılırsa, bu, yolverilməzdir. Müvafiq orqanlarımız bununla bağlı lazımi tədbirlər həyata keçirilməlidir".
 
Ardını oxu...
“Dövlət xərcləmələri Azərbaycanın ağrılı sahəsidir. Çox təəssüf ki, təkcə yol tikintisində deyil, bütün istqamətlərdə dövlət xərcləmələrinin yarıdan çoxu korrupsiyaya uğrayır. Məsələn, bir layihə üzrə iş 100 milyon manata görülməlidirsə, bunun 50-60 milyonunu korrupsiya yolu ilə mənimsəyirlər. Sözsüz ki, o layihənin icra olunduğu istiqamətdə işlər də keyfiyyətsiz gedir. Dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət etsək, görərik ki, həmin vəsait bir neçə mərhələdən keçərək icraçıya gəlir. Məsələn, bir şirkət onu alır, 10-20%-ni götürüb verir subicarəyə. İkinci şirkət də 10-15% götürüb yenidən subicarəyə verir… Yəni dövlət büdcəsindən ayrılan vəsait icraçıya çatana qədər bir neçə əldən keçir, müəyyən məbləğ həmin şirkətlərdə saxlanılır. Bunu da hökumət səviyyəsində çox yaxşı bilirlər. Mən bilirəmsə, onlar məndən də yaxşı bilirlər. Müvafiq dövlət məmurları saxlanılan vəsaitlərdən hesab alır. Korrupsiyanın çiçəklənməsinin barı-bəhrəsi, meyvəsi hazırda ölkədə fəaliyyət göstərən oliqarxlardır, yəni məmur sahibkarlar. Onlar vəsaiti hardan alıblar? Bu gün sahibkarlıqla məşğul olan dövlət məmurları, deputatlar, hökumətin digər strukturlarında çalışan məmurlar bu gün açıq şəkildə bizneslə məşğul olurlar. Biznesə qoyduqları kapitalı haradan qazanıblar? Kapital dövlət büdcəsindən oğurlanıb, başqa heç bir yerdən oğurlanmayıb. Yol və digər layihələrə dövlət büdcəsindən ayrılan vəsaitlər korrupsiyaya uğrayır. Buna görə də yollarımız keyfiyyətsiz çəkilir, hökumət adından görülən bütün işlər, sifarişlər keyfiyyətsiz həyata keçirilir…”

Bu sözləri Pravda.az-a müsahibəsində Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

A.Nəsirli bildirib ki, problemin aradan qaldırılması üçün dövlət səviyyəsində, siyasi hakimiyyətin iradəsi daxilində dövlət büdcəsinin xərclənməsində şəffaflıq, dürüstlük, hesabatlılıq öz əksini tapmalıdır: “Bu, olmayana qədər hazırda yaşadığımız yol çökmələrinin, yolların tez-tez sıradan çıxması kimi hadisələrin şahidi olacağıq. Yadınıza gəlirsə, Ziya Məmmədovun çəkdiyi Şimala uzanan beton yolu tort kimi doğradılar, əhalinin gözü qabağında daşıdılar. Həmin yola tökülən betonun içində bir zərrə armatur yox idi. Sementin də keyfiyyəti göz qabağında idi. İndi o yolu sürətlə yenidən çəkirlər. Yenidən çəkilən yolun keyfiyyəti necə olacaq, hələ bilinmir. Ziya Məmmədov o vaxt həm sementi “yemişdi”, həm də armaturu. Qumu qarışdırıb tökmüşdü yolun altına, guya beton yol çəkib. Beton yolun ömrü ən azı bir əsr olur. Yadımdadır, Sovet dövründə ilk beton yol Pskov-Moskva 40 kilometrlik magistralı idi. SSRİ dağılana qədər həmin magistral ölkənin bir nömrəli yolu sayıldı. O yolu müharibədən sonra alman əsirləri çəkmişdi. İndi də həmin yol fəaliyyət göstərir, heç bir problemi yoxdur. Sadəcə, mütəmadi 10-15 ildən bir üstündə asfaltı təzələyilər. Beton yol elə olar. Yoxsa Ziya Məmmədovun çəkdiyi “beton” yol heç üç il getmədi…”

İqtisadçı vurğulayıb ki, rayonlara gedən yollar, Ələt-Astara magistralı cəmi bir neçə il dözüm gətirir: “İndi həmin yollar yamaq-yamaqdır. Çala-çuxurlu yollardır. Keyfiyyətin yüksəldilməsi üçün birinci növbədə şəffaflıq, dürüstlük və hesabatlılıq təmin edilməlidir. Gələcək inkişaf göstərəcək. Bələdiyyələrin layihələri böyüməlidir, inkişaf etməlidir. Seçkili bələdiyyələrin şəhərin daxili yollarının qayğısına qalması məsələsi gündəmə gəlməlidir. Dünyada böyük şəhərlərin hamısında belə problemləri xalq tərəfindən seçilmiş yerli bələdiyyələr həyata keçirir, dövlətin təyin etdiyi məmurlar yox. Bələdiyyələr də seçkili orqan olduqları üçün növbəti dəfə sandıq başına gələndə əhalidən səs almağa üzləri olsun deyə problemləri uğurla həll edirlər. Rayonlararası yollar pullu yollar kimi fəaliyyət göstərə bilər. Amma hələ ki Azərbaycan buna hazır deyil. Yolların bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar tərəfindən özəlləşdirilməsi yolların keyfiyyətinin yüksəlməsinə gətirib çıxara bilər. Bu, o demək deyil ki, yolla gedənlərin hamısı yoldan istifadəyə görə pul versinlər. Xeyr. Özəl sektor bu işlə məşğul olur, amma vəsaiti hökumət verir. “Ödənişli yollar” sözündən oxucular qorxmasınlar ki, yoldan istifadəyə görə onlardan mütləq pul alacaqlar. Yox. Hökumət, sadəcə, özəl şirkətlərə vəsaitini versin, şirkətdən tələb etsin ki, mənim vətəndaşımın yollarını normal şəkildə düzəlt, mənim vəsaitim hesabına işləri gör, sonda mənə hesabat ver”.
 
Ardını oxu...
İtaliyanın şimalında uzun müddətdir davam edən intensiv yağışlar nəticəsində yaranan daşqın qurbanlarının sayı 11 nəfərə çatıb. Xilasedicilər daha iki nəfərin cəsədini Ravenna bölgəsində aşkar ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi. Nəşrin məlumatına görə, təbii fəlakətdən 40-dan çox yaşayış məntəqəsi zərər çəkib, 250 yol bağlanıb. Bir neçə nəfər itkin düşmüş sayılır, 30 minə yaxın insan təxliyə edilib. Yerli yollarda avtomobillərin hərəkəti dayanıb, eləcə də regional dəmir yolu əlaqəsi kəsilib. Vilayətin 30 minə yaxın sakini işıqsız qalıb.

Emiliya-Romanyada hava təhlükəsinin sonuncu (qırmızı) səviyyəsi davam edir. Vilayətin geniş ərazisində çayların daşması, sellərin yaranması və onlarla şəhərin su altında qalmasına səbəb olan yağışlar bazar ertəsindən etibarən səngimir.
Ardını oxu...
Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev çıxılmaz vəziyyətdə qalıb.

O, üzləşdiyi problemlə bağlı “Qafqazinfo”ya müraciət edib.

Ceyhun Rzayev bildirib ki, sabah onu yaşadığı evdən çıxaracaqlar. Bunun səbəbini isə o, belə izah edib:

“İki ildir psixoji-emosional olaraq çökmüşəm. Məsələ nədir? 8 ildir ailəm – həyat yoldaşım və iki qızımla bərabər anama məxsus 30 kv-lıq evdə yaşayıram. Dördümüz də bu evdə qeydiyyatdayıq. Anam isə atamla bərabər illərdir Masazırda 6 sotluq ərazidə yerləşən geniş evdə yaşayır.

Valideynlərim həmişə məni əmin ediblər ki, indi yaşadığım bu ev mənim olacaq. Buna görə hətta Prezident jurnalistlərə mənzil verəndə heç vaxt müraciət də etməmişəm. Çünki fikirləşmişəm ki, evim var və evsiz həmkarlarımın haqqına girmiş olaram.

2021-ci ilin martında atam Ağasadıq Rzayev gözlənilmədən evi boşaltmağımızı tələb etdi. Şoka düşdüm. Sanki arxadan xəncərlə vuruldum. Fikrini belə əsaslandırdı ki, jurnalistlər yaxşı qazanır, qaz vurub-qazan doldururlar, özümə ev və maşın almışam, bankda hesabımda külli miqdarda pul var. Özümü bir anda məkrli planın içində gördüm. Bu çirkin planın müəllifi 35 saylı tam orta məktəbin müəllimi, bacım Xəyalə və onun həyat yoldaşı Zamiq Hacıyevdir. Valideynlərimi inandırıblar ki, mənim maddi durumum idealdır”.

Ceyhun Rzayev əlavə edib ki, anası Gülcahan Rzayevin iddiası əsasında, Nəsimi Rayon Məhkəməsində mülki iş başladılıb:

“Hakim Ceyhun Tağıyev absurd qərar qəbul edərək, yalnız məni evdə qeydiyyatda saxladı, həyat yoldaşımla azyaşlı qızlarımı isə qeydiyyatdan çıxarıb yaşayış hüququndan məhrum etdi. Qərardan apellyasiya verdim. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadiqov övladlarımın qeydiyyat və yaşayış hüququnuz bərpa etdi, həyat yoldaşım isə yenə havada qaldı. Ən son instansiya olan Ali Məhkəməyə müraciət etdim. O ümidlə ki, həyat yoldaşıma ən azı qeydiyyat olmasa da, ailəsiylə bərabər yaşamaq hüququ tanınar. Əfsuslar olsun ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni faktiki bizim iradəmiz xaricində bizi boşayır, ailəmizi dağıdırlar”.

Telejurnalistin sözlərinə görə, artıq ona evdən könüllü şəkildə çıxması ilə bağlı bildiriş də gəlib:

“Ötən şənbə Nəsimi rayon icra şöbəsinin məmuru Ramin Quliyevdən bildiriş gəldi ki, qərarı könüllü şəkildə icra edək. Əks halda mayın 18-i, yəni sabah özü gəlib məhkəmə qətnaməsini icra edəcək. Həqiqətən, çökmüş vəziyyətdəyəm. Ananı övladlarından necə ayırmaq olar? Ana dünyasını dəyişməyib və ya həbsxanaya düşməyib ki, övladlarından ayrı düşsün. Mən cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, mənə yardım edin. Bilirəm ki, siz bu məsələdən xəbərdar olsanız, gənc bir ailənin belə çətin durumda qalmasına əsla icazə verməyəcəksiniz. Sizin şəfqətinizə sığınıram. Çünki mənim başqa yolum yoxdur. İcra məmuru zorla həyat yoldaşımı övladlarından ayırarkən, o an nə edəcəyimi bilmirəm. Həmin an utanc hissiylə həyatıma qəsd də edə bilərəm”.
Ardını oxu...
Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə maraqlı anlar yaşanıb.

Hurriyyet.Az xəbər verir ki, bu, jurnalist Zülfiyyə Mustafayevanın mikrofon arxasına keçməsindən sonra baş verib.

Belə ki, jurnalist nazirə suallara verdiyi cavabların onun üçün qanedici olmadığını bildirib. O, Emin Əmrullayevə üz tutaraq qeyd edib ki, verilən açıqlamalar problemlərin həllinə işarə deyil.

Nazir isə öz növbəsində bu iradların onun üçün faydalı olduğunu bildirib və jurnalistin fikirlərinə davam etməsinə şərait yaradıb.

Həmin dialoqun videosunu təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti