Ardını oxu...
İstismar müddəti bitən və qəzalı vəziyyətdə olan binalar, o cümlədən yataqxanalar söküləcək. Bununla bağlı artıq xüsusi dövlət proqramı hazırlanıb. Yaxın vaxtlarda prosesə start veriləcək.

AzFakt.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib.
“ARB Xəbər”in məlumatına görə, hazırda Bakıda istismar müddəti başa çatmış tikililərin sayı 3 mindən çoxdur. Söhbət 5 və 9 mərtəbəli yaşayış binalarından gedir.
Qeyd edilib ki, maksimum 5-6 il ərzində prosesin 80 faizinin başa çatması gözlənilir.

Daha ətraflı:

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi yeni nazirlərin bu gün təhvil-təslim mərasimi baş tutub.

Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək bu postda Nurəddin Nəbatini əvəzləyib.

Təhvil-təslim mərasimində yeni nazirlə Nəbati arasında maraqlı anlar yaşanıb.

Belə ki, sabiq nazirin postunu təhvil verərkən “oh” çəkməsi müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:
 
 

Ardını oxu...
Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edilib.

DİA.AZ xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova "Amerikanın Səsi"nə deyib.

Səfərli bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra "yoxa çıxmışdı".

Dilarə Əsgərova bildirib ki, İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavabdan sonra Azərbaycan XİN ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verib.

"Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur", - deyə o qeyd edib.

Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Dilarə Əsgərova "Amerikanın Səsi"nə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub:

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib".

Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsi "Amerikanın Səsi"nin Fərid Səfərli ilə bağlı İranın cavabı barədə sorğusuna yaxın müddətdə cavab verəcəyini bildirib.
 
Ardını oxu...
Robert və Con sevimli uşaq kimi görünsələr də, bir vaxtlar manşetlərə çıxan qətlin günahkarları idilər. Bu gün də 10 yaşlı iki uşağın hərəkətləri insanlar tərəfindən təqib edilir.

Lent.az xəbər verir ki, 12 fevral 1993-cü ildə Robert Tompson və Con Venables İngiltərənin Bootle şəhərindəki New Strand Ticarət Mərkəzindən 2 yaşlı Ceyms Bulqer adlı uşağı qaçırıblar.

Sonra onu Liverpulda Ualton adlı əraziyə apardıblar. Burada ona işgəncə veriblər, döyüb öldürüblər və qətli bədbəxt hadisə kimi göstərmək üçün cəsədini dəmir yoluna qoyublar.

Bəs, işlər necə başlayıb? Əvvəldən danışaq...

Robert və Con kənardan normal görünən 10 yaşlı uşaqlardı. Robert yeddi uşaqlı ailənin beşincisi idi. Atası evi tərk etmiş, depressiyaya düşən anası alkoqoldan əziyyət çəkib və hətta intihara cəhd etmişdi.

Conun həyatı da çox yaxşı deyildi. Valideynləri ayrılmışdı və anası Cona qarşı olduqca sərt idi. Eyni zamanda, anası qarşı cins partnyorlarını tez-tez dəyişməsi ilə tanınırdı.

Con və Robert eyni məktəbə gedirdilər. Onlar dəhşətli cinayəti törətməzdən əvvəl ticarət mərkəzlərində oğurluq kimi xırda əməllərlə məşğul olurdular. 1993-cü il fevralın 12-də dərsdən yayınan dostlar əvvəlcə üç yaşlı qızı və onun iki yaşlı qardaşını qaçırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Təəssüf ki, bundan sonra da cinayətləri davam edib.

İki dost anası ilə birlikdə qəssab dükanında olan iki yaşlı Ceyms Bulqerə diqqət edib. Anası ödəniş etmək üçün Ceymsin əlini qısa müddətə buraxdıqdan sonra, oğlundan əsər-əlamət olamyıb. Çünki iki dost uşağı artıq qaçırmışdı.

Saat 15:42-də üç uşaq çöldə gəzərkən təhlükəsizlik kameralarına düşüb. Nə qədər axtarılsa daş, uşaq tapılmayıb. Ana Denise Ferqus uşağının itkin düşdüyünü dərhal polisə bildirdi.

Ardını oxu...
Fotoda uşaqların iki yaşlı Ceymslə ticarət mərkəzindən çıxması əks olunub.

Bu vaxt Robert və Con körpəni ticarət mərkəzindən xeyli uzaqda yerləşən şəhərə aparıblar. Küçədə bir çox insan üç uşağın qardaş olduğuna inansa da, Robert və Conun kiçik oğlana qarşı aqressiv davranışı da diqqət çəkib. Oğlanlar Ceymsi yumruqlayıblar.

Bəzi böyüklər uşaqlara bir neçə sual vermək üçün dayansalar da, hamısı Bulqerin ya evə, ya da polis bölməsinə aparıldığına və uşaqları buraxdığına inanıb.

Robert və Con nəhayət kiçik uşağı dəmir yoluna gətiriblər. Əvvəlcə oğurlanmış mavi boya ilə oğlanın gözünü kor etməyə çalışıblar, sonra onu kərpic və daşla döyüblər. Döyülmüş bədənini təpikləyib, ağzına batareya doldurublar. Nəhayət, Bulqerin başına 22 kiloluq dəmir çubuqla vurublar. Təkcə bu zərbə onun kəlləsinin on yerindən qırılmasına səbəb olub.

Ceyms öləndə ümumilikdə 42 yerdən yaralanmışdı. İki oğlan Ceymsin cəsədini qatar yoluna qoyublar ki, qətl hadisəsi qəza kimi görünsün. Qatar cəsədi parçalasa da, bunun qəza olmadığı aydın olub. Dəhşətli vəziyyətdə olan meyiti sonradan bir qrup kişi tapıb.
Ardını oxu...
Foto: Ceyms Bulqer, iki yaşında ikən öldürülüb.

Polis Ceymsi qaçıran uşaqların ən azı 13-14 yaşlarında olduğunu təxmin edib. Həmin gün üçün yerli məktəblər yoxlanılıb və məktəbə getməyən uşaqlar siyahıya alınıb. Polis tezliklə hər iki uşağın evinə baxış keçirib. Onlar Conun pencəyində nəinki mavi boya, hətta Robertin ayaqqabılarında da qan tapıblar.

Robert Tompson və Con Venables 18 fevral 1993-cü ildə qətldən qısa müddət sonra həbs olunublar. Robert əvvəlcə qətli inkar etsə də, Con hər şeyi etiraf edib. Uşaqlar sorğu-sual edildikdən sonra detektiv Fil Roberts "Mən o gün pisliyin üzünə baxdım", deyib.

Hər iki uşaq qətlə görə məsuliyyət daşısa da, detektiv Robertin "cinayətkar" olduğuna və tək olmadığına inanırdı. 1993-cü ilin noyabrında baş verən qətl mühakiməsi zamanı Robert lider, Con isə davamçı kimi təsvir edilib. Bunun səbəbi Con daha emosional, Robert isə qorxulu şəkildə təsirlənməmiş görünməsi olub.

Bu arada məhkəmənin təyin etdiyi psixiatrlar hər iki uşağın doğru ilə yanlış arasındakı fərqi bildiyini və sosiopat olmadığını bildiriblər. Amma psixiatrlar bu dəhşətli cinayətə səbəb tapa bilməyiblər. Səbəbi hələ də bəlli deyil.

1993-cü ilin noyabr 24-də Robert Tompson və Con Venables Ceyms Bulqerin oğurlanması və öldürülməsində günahkar bilinərək müasir Britaniya tarixinin ən gənc qatillərinə çevriliblər. Oğlanların 18 yaşı tamam olanda sərbəst buraxılması ölkədə müzakirələrə səbəb olub. Səs-küylü məhkəmə işi olduğundan hər ikisinə təhlükəsizlik məqsədilə yeni şəxsiyyət vəsiqələri verilib.

Azadlığa çıxandan sonra Robert bir daha heç vaxt cinayət törətməyib və onun haqqında çox şey məlum deyil. Digər tərəfdən Con xüsusən də uşaq pornoqrafiyasına görə dəfələrlə həbs olunub. Con hələ də həbsdədir və 2020-ci ilin sentyabrında verdiyi son şərti azadlığa buraxılması ərizəsi də rədd edilib.
Ardını oxu...
Fotoda “Bulqerin qatilləri sərbəst buraxıldı” xəbəri əks olunub. Həmin vaxt iki uşağın azadlığa buraxılması böyük müzakirələrə səbəb olub.
Ardını oxu...
Qatil Robert Thomson
Ardını oxu...
 
 

 


Ardını oxu...
DİA.AZ: - Bakı Slavyan Universitetində imtahanlara tədarük prosesində tələbələr üçün sürpriz hal yaşanıb. Bu barədə DİA.AZ-a göndərilən videofaktda və iddiada qeyd olunur.

DİA.AZ-a göndərilən məlumatda deyilir:

"BSU-nun idarə heyətinin qızmar yay günündə tələbələrə yeni bir hədiyyəsi. Nəzarətçilərə pul verməmək üçün, tələbələri 500-600 nəfər birdən BSU-nun idman zalına imtahana salacaqlar.

Ayrı-ayrı kondisioneri olan otaqlar ola-ola, görün bu dəfə nəyə əl atırlar..."

Xəbəri yollayan qaynaq videofaktı da təqdim edib:

https://www.instagram.com/reel/Cs1Pm_QI6zy/?igshid=MzRlODBiNWFlZA%3D%3D
Ardını oxu...
Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda da fəsadlar törədib.
Teref.az "AzərTac"a istinadən xəbər verir ki, sel suları nəticəsində, dağlardan qopan qaya parçaları və lil qatı İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb.
Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazırda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib.
Hazır rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.
Ardını oxu...
 
Ardını oxu...
İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 21-35 mm).
Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 74-130 mm).
Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 46-63 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 18-179 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarınd havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxınolacağı ehtimalı var (norma 12-49 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm).
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.

FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.

Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.

08:10

Biləsuvar rayonunda sel təhlükəsi artıb, iki kəndin əhalisi təxliyə olunub


Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, İranla sərhəddə yerləşən Bolqarçayda suyun səviyyəsi artıb.

Təhlükəsizlik məqsədilə rayonun Yuxarı Ağalı və Köhnə Əmənkənd kəndlərinin əhalisi təxliyə olunub.

Artıq gecədən aidiyyəti qurumlar müvafiq tədbirlər görürlər.

İlkin məlumata görə, köçürülmə ancaq təhlükəsizlik məqsədi daşıyır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti