Ardını oxu...
Naxçıvanda yoxlamaları davam etdirən DTX əməkdaşlarının Ali Məclis sədri Vasif Talıbovun qızı Baharxanımı da dindirdiyi bildirilir. Yoxlamalar zamanı onun nəzarətində olan Diaqnostika Mərkəzində yeyintilərin aşkarlandığı bildirilir. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə işləyən əməkdaşlar məlumat verib.
Məlumata görə, mərkəzə dövlət büdcəsi hesabına xaricdən alınan avadanlıqlar ikiqat hesablanıb. Bundan əlavə, həmin avadanlıqlar Naxçıvana qaçaqmalçılıq yolu ilə, risum ödənmədən keçirilibmiş. Bu işi isə, Naxçıvanda tibbi avadanlıqlar və dərman monopoliyasına nəzarət edən Nəqşicahan Med MMC həyata keçirib. Bu MMC-nin də Baharxanım Talıbovanın nəzarətində olduğu bildirilir. MMC dərman məhsullarını da Naxçıvana qaçaqmalçılıq yoluyla gətirirmiş. Mənbənin verdiyi məlumata görə, bu səbəblərdən dolayı dindirilib:
"Diaqnostika mərkəzində də yoxlamalar aparılır. Yoxlamalar başlayanda, bizi bir neçə gün evə buraxmadılar. Dünəndın sərbəstlik. DTX hamımızı dindirildi. Çoxlu yeyinti üzə çıxıb. Büdcə hesabına aldıqları avadanlıqlar da qaçaqmalçılıq yoluyla gətirilirmiş. Mərkəz rəsmən Baharxanımln adına olmasa da, hamı bilir ki, yaranan gündən onun nəzarətindədir. Ona görə də, DTX əməkdaşları onu da gətirib dindirdilər. Deyilənə görə, uzun illərdi gömrükdən dərmanları rüsumsuz keçirməklə də büdcəyə xeyli ziyan vurub. Həmin dərmanlar Naxçıvanda camaata od qiymətinə satıllrdı".
Ötən həftənin əvvəlindən etibarən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var. Səbuhi Novruzov Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA prezidenti, akademik İsa Həbibbəylinin oğludur. Onlara qarşı qaçaqmalçılıq, rüşvət və s. ittihamların irəli sürüldüyü bildirilir.
Bundan əvvəl Vasif Talıbovun oğlanları Seymur və Rzanın da qaçaqmalçılığa görə dindirdiyi bildirilirdi.
Teref.az
 
Ardını oxu...
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) də ləğv edilərək DİN Naxçıvan Baş İdarəsinin yaradılacağı ehtimal edilir. Hətta bəzi ekspertlər irəli gedərək Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunmasını məsələsini gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.

“Qafqazinfo” Naxçıvanda baş verənlər, aparılan islahatlar, dəyişikliklər barədə Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovun fikilərini öyrənib.

DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatların nəticələri barədə danışan deputat qeyd edib ki, baş verənlər bəzi dövlət qurumlarında şəffaflığın olmamasını, korrupsiyanın tüğyan etməsini, rüşvət hallarının olmasını, o cümlədən gömrük sistemində olan problemləri və s. qabarıq şəkildə göstərir: “Kifayət qədər yoxlamalar olur, Hesablama Palatası, Maliyyə Nazirliyinin, DTX-nin müvafiq qurumları işləyir, yoxlamalar aparır, nöqsanları üzə çıxarılar. Həbslər olur, amma bu, rüşvət, korrupsiya hallarının qarşısını almır. Mən əvvəllər düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra vəziyyət müəyyən qədər yaxşılaşar, amma bunun əksini gördüm, daha çox rüşvətə meylli insanlar peyda olmağa başladı. Bu, bizim üçün çox utancverici haldır. Mən deyərdim ki, Azərbaycanın müstəqilliyinə vurulan zərbədir. Baxmayaraq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, dövlət başçısı bu məsələlərlə bağlı xəbərdarlıq edir, lakin bu kimi hallar hələ də davam edir. Ona görə də korrupsiya, rüşvətlə əlaqədar çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Deputat Naxçıvandakı qurumların ləğv edilib mərkəzdəki orqanlara birləşdirilməsini, hansısa xidmət növü, idarə kimi orada olmasını müsbət addım kimi dəyərləndirib:

“Çünki faktiki olaraq Naxçıvan son vaxtlar özünü müstəqil bir qurum kimi aparırdı və oradan müəyyən informasiyaları, hətta DTX belə ala bilmirdi. Ona görə də orada belə hadisələr (korrupsiya, rüşvətxorluq- red.) baş verirdi. Yəqin ki, Naxçıvandakı digər qurumlar da ləğv olunacaq. Bu qurumlar Mərkəzi İcra Hakimiyyəti orqanında olacaq, orada müvafiq qurumların bir şöbəsi fəaliyyət göstərəcək. Belə də olmalıdır. Çünki yoxlamalarla əlaqədar kifayət qədər ciddi məsələlər üzə çıxıb”.

Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinə gəldikdə, Vahid Əhmədov buna ehtiyacın olmadığını bildirib: “Naxçıvanın statusu ilə bağlı konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Bu, çox ciddi məsələdir. Lakin mən hələlik bu məsələnin gündəmdə olduğunu düşünmürəm. Hesab edirəm ki, hələlik bu məsələyə ehtiyac da yoxdur. Orada təmizləmə işləri gedir. Əsas odur ki, ora təmizlənsin və normal fəaliyyət göstərsin”.
 
Ardını oxu...
DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.

"Qafqazinfo" xəbər verir ki, Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.

Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.


“Maliyyə Nazirliyinin və tabeliyindəki təşkilatların yeni inzibati binalarda yerləşməsi, daha operativ idarəetməni təmin etməyə imkan verir, əməkdaşların iş əmsalını və məsuliyyətini artırır. Hazırda Maliyyə Nazirliyinin sistemində təkmilləşdirilmiş və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması üçün elektron xidmətlər geniş tətbiq olunur. İnfrastruktur təminatı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün maliyyə institutlarının qarşılıqlı əlaqəsinə nail olunmuş, dövlət maliyyə nəzarət tədbirlərinin əhatə dairəsi genişləndilmiş, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsinə diqqət artırılıb. Yaradılan şəraitə uyğun olaraq nazirliyin kollektivi də işini müasir tələblərə uyğun qurur, qarşılıqlı olaraq vəzifələrinin icrası üçün səylə çalışır”, - deyə maliyyə naziri bildirib.
 
Ardını oxu...
Və ya insan hüquqlarının zorlanmasının “müvəkkil haqqı” nə qədərdir?
Son illərin başlıca qonusunun “Tərtər cinayəti” olması şübhə doğurmur. Özəlliklə, son üç ildə Müdafiə Nazirliyinin, hərbi prokurorluğun, hərbi məhkəmələrin hərbi qurumlarda insan (hüquqlarını) zorlamaları toplumun diqqətinə verilib. Xaricdən yayımlanan internet kanallarında “Azerifreedom” TV -nin başladığı və başa çatdırdığı cinayətin açılması yayımlarında elə faktlar, ağlagəlməz işgəncələr, zorlanmalar açıqlanıb ki, insan susa bilməz. Amma Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və aparatı susub. Niyə, nəyin qarşılığında? Əlbəttə, rüşvətin, korrupsiyanın! Başqa nə ola bilər ki, insanı işgəncə ilə öldürəsən, hələ bir insan kimi basdırmağa da qoymayasan? Düzdür, indiki Ombudsman elə 3 il qabaq -29 noyabr 2019-cu ildə müvəkkil təyin olunub, amma bu Ombudsman Aparatının baş vermiş hüquq zorlantısına susqun qalmasına haqq vermir. Necə deyərlər, başçı dəyişib, aparat həminkidir. Bəs beş il yarım qabaq baş verən “Tərtər cinayəti”nə Ombudsman institutunun ilgisi nə olub? Bu barədə Ombudsman Aparatı məlumat verməsə də, Müdafiə Nazirliyi 5 il qabaq məlumat yayıb . “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin 02.12.2017 tarixli xəbərində Müdafiə Nazirliyinin həmin tarixli məlumatına əsasən, “Ombudsman Aparatının nümayəndələrinin ( Fəzail Həsənov və Vüqar Heydərov) cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyinin və insan hüquqları üzrə müvəkkilin birgə planına uyğun olaraq səfərdə olduqları , hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, şəxsi heyətin suallarını cavablandırdıqları, əsgər yataqxanalarına, tibb məntəqələrinə, inzibati otaqlara , yeməkxanalara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti ilə maraqlanmaları” vurğulanıb. Bu səfərin və xəbərin düşmənlə üzbəüz Tərtərdə baş verən hərbi cinayətlərdən 7 ay sonra gerçəkləşməsi, özü də Müdafiə Nazirliyinin məlumatından bəlli olması diqqət çəkir. Görəsən, Ombudsman və Aparatının nümayəndələri niyə may ayında - işgəncənin , insan ( hüquqlarının) zorlanmasının “qızğın” çağında insan hüquqlarının durumunu yoxlamağa getməyib(lər) ? Ombudsmana görəvini icra etməyə kim imkan verməyib? Müdafiə Nazirliyi, hərbi prokurorluq, yoxsa? Bəlkə, həkimləri işgəncədən qabaq səfərbər etdikləri kimi, Ombudsman Aparatının nümayəndələrini də “Müdafiə Nazirliyi ilə Ombudsmanın birgə planına” uyğun olaraq səfərbər ediblər, xəbər vermirlər? Yəqin yeni istintaq buna aydınlıq gətirər. Ombudsman Aparatının nümayəndələrini sorğu – sual etsə. .
Bəs indi Ombudsman və Aparatının hərbi işgəncə faktlarına, insan hüquqlarının zorlanmasına ilgisi niyə yoxdur? Deyilənə görə, Ombudsman işgəncəgörənlərin yox, işgəncəverənlərin əfv edilməsi ilə bağlı dövlət başçısına müraciət edib və əfvə nail olub. Yəqin işgəncəverənlərin siyahısını da Müdafiə Nazirliyi verib. Yoxsa insan hüquqları üzrə müvəkkil çaşıb işgəncəgörənlərin adlarını əfv sərəncamına saldıra bilərdi.
Tərtər cinayətini açan jurnalist, hüquq müdafiəçilərinin – İlham Aslanoğlu, Abid Qafarovun, eləcə də Əli Əliyevin, Əvəz Zeynallinın, Elnur Məmmədovun qanunsuz həbslərinə Ombudsmanın susması da Ombudsmanın hüquq pozucularını qorumasını sübut edir .
Ombudsman Aparatının işgəncələrdən “müvəkkil haqqı” qarşısında “xəbərsiz” olması bir yana, xəbərdar olanda da “susmaq haqqı”ndan yararlanması, çox hallarda gizlətməsi ölkədə insan hüquqlarının qorunmasının yox, zorlanmasının qüvvədə olmasını ortaya qoyur. Belə hüquq müdafiəçiliyi, insan hüquqları müvəkkilliyi ilə yalnız hərbi hissələrdə , polis bölmələrində, penitensiar müəssisələrdə, məhkəmələrdə insan hüquqlarının zorlanmasının müdafiəsi gerçəkləşə bilər.
Məğrur Bədəlsoy
 
Ardını oxu...
Naxçıvan hakimiyyəti yerli sakinlər arasında qəsdən dezinformasiya yayaraq, Vasif “xan”ın guya Azərbaycan siyasi iradəsi ilə razılığa gəldiyi, bundan sonra da öz zülmünü istədiyi kimi davam etdirəcəyi barədə fikir formalaşdırmağa çalışır. Təəssüf ki, xaricdə məskunlaşan bəzi bloggerlər də bu yanlış təsəvvürlərin yaradılmasında “xan” rejiminə yardım edir. Bakıda isə Vasif “xan” rejimini sonlandıracaq araşdırmaların getdikcə geniş vüsət aldığını təsdiqləyən addımlar atılır.

Ovqat.com-un məlumatına görə, ötən şənbə günü Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Faktı yarı-rəsmi informasiya agentlikləri də təsdiqləyir. APA xəbər verir ki, Rafael Əliyev barəsində qaldırılan iddiaya hakim Səbail Məhkəməsinin hakimi Ülviyyə Şükürova baxıb:

“Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır”.

Ovqat.com-da olan məlumata görə, Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli barəsində də bənzər hökm verilə bilər. Onların işinin obyektiv araşdırılmasının xanzadə Seymur Talıbova qədər uzanması istisna edilmir.

 
Ardını oxu...
Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik.
Teref.az yazır ki, bunu jurnalist Heydər Oğuz yazır. Daha sonra fikirlərini şərh edərək Heydər bəy yazır:
Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın.
Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir.
Teref.az
 
 

Ardını oxu...


“Kontakt.az Black Friday adı ilə guya endirim edir vətəndaşları aldadır.

Tribuninfo.az xəbər verir ki, bu barədə vətəndaş Könül Əli sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Kontakt.az “Qara cümə” endirimi adıyla saxta kampaniya başladıb:

“Mağazanın saytında 599 manatlıq televizoru 299 manata qoyublar. Elandan o qənaətə gəlinir ki, televizor yarı qiymətinə və 18 aylıq faizsiz kreditlə verilir. Ancaq bu biur tələdir. Bu gün endirimlə bağlı “Kontakt Home” mağazasına yaxınlaşıblar. Aydın olub ki, əslində Sədərəkdə 260 manata olan televizor bu mağazalarda nəğd alışda 299 manatadır. Kreditlə götürəcəyiniz təqdirdə isə 599 manatdır. Bəs, hanı sizin 18 aylıq faizsiz kreditini?.

Mağazanın cavabı isə belədir ki, “endirimə” düşən televizor 18 aylıq faizsiz kreditlə 599 manatadır”.

Ardını oxu...
PAYLAŞ:
Ardını oxu...
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Basqal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, keçmiş məhkum 37 yaşlı Elvin Mehrab oğlu Mirzəyev həkim məntəqəsinin istifadəsiz otağında özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Qeyd edək ki, faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Türkiyənin Amasya bölgəsində yaşayan 'Ənson' adlı vətəndaşın adını eşidənlər heyrətlərini gizlədə bilmir.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyədə yalnız bu ada sahib olduğunu deyən Ənson Çoban adını bəyəndiyini, lakin bəzən adından dolayı çətinlik çəkdiyini bildirib. O, adını sübut etmək üçün tez-tez kimliyini göstərməli olur.

Rəsmi qurumlarda və banklarda rastlaşdığı məmurların Türkiyədə bənzəri olmayan adını eşidəndə təəccübləndiyini bildirən Enson Çoban onu razı salmaq üçün şəxsiyyətini, hətta nikah şəhadətnaməsini belə göstərməli olduğunu bildirib.


İllərlə yol tikintisində fəhlə işlədikdən sonra məmləkəti Amasya, Suluovada məskunlaşan evli və 3 uşaq atası Enson Çoban, “Məndən əvvəl 6 qardaşım vardı. Mən doğulanda qonşularımız deyirdilər ki, uşaq bəsdir, bu sonuncu olsun. Anam və atam da mənə “Ənson” adını qoyublar. Amma sonra mənim başqa qardaşım oldu” deyir.

Adını ilk dəfə eşidən hər kəsin təəccübləndiyini açıqlayan 67 yaşlı Ənson Çoban “Türkiyədə mənim bir adaşığım yoxdur. Bəlkə də dünyada yoxdur. Qaziantepdə əməliyyat etmək üçün girdiyim bankda şəxsiyyət vəsiqəmə yazılan ada inana bilmədilər. Biz onu nikah şəhadətnaməsinə gətirib çıxardıq. Hətta sürücülük vəsiqəmi, işlədiyim tikinti sahəsindən aldığım vəsiqəni göstərdim. " deyir.

 
 
 
Ardını oxu...
XXV respublika elmi konfransının (NASCO XXV) açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev ingilis dilini bilməyin əhəmiyyətini vurğulayıb. O, nitqi zamanı qeyd edib ki, ingilis dilini bilməyən gəncin yaxşı alim olacağı şübhə doğrurur. Nazirin bu fikri birmənalı qarşılanmayıb. Bu istiqamətdə gedən müzakirələrdə öz dilimizdə elmi ədəbiyyat qıtlığını gündəmə gətirənlər olub.

Onlar hesab edirlər ki, hər bir azərbaycanlı öz dilini yaxşı bilməlidir, ingilis dilini mükəmməl bilməyə isə dövlət səviyyəsində bu qədər təşviqin olması yersizdir.

Bəs elm, təhsil adamları necə düşünürlər: ölkəmizdə yaxşı alimlərin yetişməsi üçün hər kəs fərdi şəkildə ingilis dili biliklərini mükəmməlləşdirməlidir, yoxsa dövlət səviyyəsində kütləvi tərcümələrə, Azərbaycan dilində elmi ədəbiyyatın zənginləşməsinə çalışılmalıdır?

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-nın suallarını cavablandıran təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində magistraturaya, xüsusilə də doktoranturaya başlamaq üçün ingilis dilini bilməklə bağlı tələb qoyulur:

Magistartura və doktorantura elm adamı olmaq yolunda atılan ilkin addımlardır. O qapıdan keçmək üçün hər kəsin öz sahəsini bilməsi onsuz da vacibdir. Bununla yanaşı informatika, məntiq, xarici dil biliyi tələbi də qoyulur ki, bu, normaldır. Lakin biz ingilis dili baryerini keçməliyik və ilkin seçim üçün bu imtahanlar önəmli olsa da, sonrakı mərhələdə universitetin öz tələbəsini özünün seçmək imkanı olmalıdır”.

Qoşqar Məhərrəmovun fikrincə, dil öyrənməklə bağlı ciddi problem yaşayan insanlarla elmi tədqiqat aparmaq çətindir:

“Sözsüz ki, Azərbaycan dilində elmi məqalələr yazılmalı, tərcümələr edilməlidir. Bu, elmi ədəbiyyatın inkişafına töhfələr verəcək. Lakin bu, o demək deyil ki, ingilis dilini bilməməliyik. Ola bilsin, bəzi spesifik sahələr üçün ingilis dilini yüksək səviyyədə bilmək lazım gəlməsin, amma beynəlxalq səviyyədə elmi iş yazmaq, nəşr etdirmək üçün ingilis dilini bilmək gərəklidir. İngilis dilini bilməmək olar, amma bir ildə bunu öyrənmək problem olmamalıdır. Bir dili belə öyrənə bilməyən insanı magistratura, doktoranturaya qəbul edib onlardan necə elm gözləyə bilər, elmi tədqiqat tələb edə bilərik?!”

“Çin dilinin bir milyarddan çox daşıyıcısı var. Onlar öz dilləri ilə yanaşı ingilis dilində də elmi məqalələr yazır, nəşr etdirirlər. Ona görə ki, elmi öz mənbəsindən öyrənir, daha sonra elmə öz töhfələrini verirlər. Bu səbəbdən biz də qəbul etməliyik ki, ingilis dili bir çox resursa çıxışdır. Bu məsələsini orta məktəbdən həll etməliyik”, - deyə ekspert fikrini davam etdirib.

Həmsöhbətimiz qeyd edib ki, ingilis dili bir çox resursa çıxışdır:

“Nazir çıxışı zamanı xüsusilə qeyd etdi ki, ingilis dilini yaxşı bilmək elm adamı üçün lazımi şərtdir, amma kafi şərt deyil. Yəni bir elm adamının ingilis dilini bilməyi önəmlidir, amma yetərli deyil”.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun elmi işçisi Leyla Babazadə deyib ki, ingilis dilini bilməyən elm adamı çox məhdud çərçivədə fəaliyyət göstərə bilər:

“İngilis dilini bilməyən alimin tədqiqatları Azərbaycan çərçivəsində məhdudlaşacaq. Bu gün dünyada ingilis dili akademik dil olaraq qəbul edilib. Biz ingilis dilini bilməliyik ki, elmdə baş verən yeniliklərdən xəbərdar olaq”.

Həmsöhbətimiz bildirib ki, ingilis dilində mənbələrə əlçatımlılıq bir çox insan üçün maddi baxımdan çətinlik yaratdığı və bir çox hallarda mümkünsüz olduğu üçün Azərbaycan dilinə tərcümələrin olması əhəmiyyətlidir:

“Elmi-kütləvi ədəbiyyatların alınması bir çox insan üçün maddi baxımdan əlçatımlı deyil. Bir çox müəlliflərin elmi əsərlərinin PDF variantı yoxdur. Bizim müəssisələrin elmi-kütləvi platformaların çoxu ilə müqaviləsi olmadığına görə, həmin platformalara da çıxışımız yoxdur. Buna görə Azərbaycan dilinə tərcümə çox əhəmiyyətlidir”.

Leyla Babazadə qeyd edib ki, hazırda ingilis dilini çox yaxşı səviyyədə bilən gənclər də var, lakin onlar az əməkhaqqına görə elmə üz tutmaqdansa, daha qazanclı sahələrə yönəlirlər:

“İngilis dilini bilən gəncləri elmə gəlməyə təşviq etmək üçün elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti