Ardını oxu...
Bir neçə gün öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xarici ölkələrdəki mülkləri haqqında yerli mediada məlumatlar yayıldı. Xüsusilə də Vasif Talıbovun oğlu Seymur Talıbov Dubayda özünə dəyəri milyonlarla ölçülən mülklər alıb. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə ilginc faktlar açıqlayıb. Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu ilə bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənovun oğlu Şamxal Həsənli yaxın dostdurlar. Onlar təkcə dost deyillər, eyni zamanda Dubayda milyonluq biznesləri və ortaq əyləncə proqramları var.

Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu bir neçə gün əvvəl işlədiyi Naxçıvan Dövlət Universitetindən prorektor vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Və Seymur Talıbovun ölkəni tərk edərək Dubaya yolladığı xəbərləri dolaşmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yazılan xəbərlərə əsasən Əli Həsənov da Dubaya köçərək ailə biznesini idarə etməyə başlayıb.

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddis edir ki, Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.
Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

Vasif Talıbovun oğlunun da Dubayda mülk sahibi olmağa başladığı il 2017-ci ilə təsadüf edir. Belə ki, Seymur Talıbov Dubayda ilk biznesini 2017-ci ildə qurmağa başlayıb. Məhz Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr alıb. Bundan sonra isə Seymur Talıbov dostu Şamxal Həsənli ilə birlikdə biznes qurmaq qərarına gəlib. Düzdür Həsənovla Talıbovun oğlunun şərikliyini sübut edən faktlar ortada deyil. Buna baxçayaraq ƏIli Həsənovun oğlu Şamxal Həsənli qızıl biznesinə, Vasif Talıbovun oğlu prorektor-alim Seymur Həsənli isə otelçilik fəaliyyətinə başlayıb.
Mətbuatda oğul Talıbovun mülkləri barədə yayılan siyahıya diqqət edək:

- Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

- “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

- “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

- 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

- Seymur Talıbovun “Marina Gate"də 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

- Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

- Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.

Bütün bu faktlarla yanaşı Vasif Talıbovun Əli Həsənovla yaxınlıq əlaqələrinə dair ilginc məlumatlar əldə etmişik. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə iddia edir ki, Əli Həsənov 90-cı illərin əvvələrində Naxçıvan Dövlət Universitetində müəllim işləyib. Həmin ali təhsil ocağında geniş ətrafı olan Ə.Həsənov son illərə qədər Vasif Talıbovla yaxın dostluq əlaqələri qurub. Bu minvalla da hələ 90-lardan başlayan Həsənov-Talıbov dostluğu bir qədər də irəli gedərək ailə dostluğu səviyyəsinə qədər yüksəlib. Mənbəmiz iddia edir ki, son illərdə "Xan"ın Bakıdan verilən tapşırıqlara əməl etməməsi, dikbaşlığı onun sonunu tezləşdirib. Bundan sonra Prezident köməkçisi də baş verənlərə səssiz qalıb. Hansı ki, uzun illər Naxçıvana rahat gedib-gələ bilməyən ən yüksək vəzifəli dövlət adamlarını Əli Həsənov əvəz edirmiş. Vəzifədə olduğu dövrdə çox rahat və sərbəst şəkildə Əli Həsənov və qohumları Naxçıvanla əlaqələr qura biliblər.

Məbməmiz iddia edir ki, əslində Əli Həsənovun yola salınması Vasif Talıbov üçün sonun başlanğıcı idi.

Mövzu ilə bağlı əlavə faktları yaxın zamanlarda yayımlayacağıq. Bizi izləyin. //GUNDEMİNFO.AZ//
 
Ardını oxu...
Bir neçə gündür ki, yerli KİV-lərdə Naxçıvandakı bəzi qadağaların ləğv edildiyinə dair xəbərlər tirajlanır. Qeyd olunur ki, artıq Muxtar Respublikada avtomobillərə pərdə və plyonka vurulmasına qoyulan qadağa aradan qaldırılıb. Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib. Həmçinin, bu yaxınlarda Naxçıvan ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. Gömrüklərdə yumşalma, həmçinin Azərbaycanın digər bölgələrindən Naxçıvana mal daşınmasına maneələrin aradan qaldırılması da DTX-nın MR-də əməliyyatlara başlamasından sonra qeydə alınan yeniliklərdir.

Əlbəttə, Muxtar Respublikanın yavaş-yavaş Azərbaycana inteqrasiyası, absurd qadağa və məhdudiyyətlərin aradan qaldırılması sevindirici haldır. Ancaq nəzərə almalıyıq ki, Naxçıvanda Vasif Talıbovun müəyyən etdiyi və hələ də ləğv olunmayan onlarla belə absurd qadağalar mövcuddur. Artıq 26 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası dövlət qanunlarıyla deyil, Talıbovun müəyyən etdiyi qaydalarla idarə olunur. Uzun illərdir Naxçıvanda tətbiq olunan qadağalar yerli sakinlərin böyük bir qisminin Muxtar Respublikanı tərk etməsinə səbəb olub. Naxçıvanda yaşamaq istəyən vətəndaşlar isə Talıbovun “yazılmayan qanunları”na uyğunlaşmaq üçün böyük əzab-əziyyətlərə qatlaşmağa məcbur olublar. Talıbovun hələ ki, davam edən hakimiyyəti dövründə bu qayda-qanunlara əməl etməyən şəxslər təzyiqə, həbsə, müxtəlif işgəncələrə məruz qalıblar.

Heç bir məntiqə uyğun olmayan bu “qanunlar” Naxçıvana bir sıra “təxəllüslər” qazandırıb. Müxalifətçi fəallar Naxçıvanı "Azərbaycanın Şimali Koreyası” adlandırarkən, beynəlxalq hesabatlarda Muxtar Respublika "Azərbaycanın qara adası” kimi təsvir edilib.

Talıbovun 26 illik hakimiyyəti dövründə Naxçıvanda tətbiq edilən və hazırda mövcud olan qadağa və məhdudiyyətlərin bir qismini təqdim edirik:

“Təkcə eyvanda yox, mənzildə də paltar asmaq olmaz!”


Bu qadağanın maraqlı bir tarixçəsi var. Deməli, bir neçə il bundan öncə müəyyən məmurlar tərəfindən hər il Naxçıvana xeyli sayda elektrikli paltarqurudan maşınlar idxal edilirdi. Ancaq bu cihazlar çox baha olduğundan, əhali onları almağa xüsusi maraq göstərmirdi. Yerli sakinlər əvvəlki qaydada paltarlarını öz eyvanlarında, həyətlərində ipdən asmaqla qurudurdular. Daha sonra yaşayış binalarından paltar qurutmaq üçün asılmış ipləri polislər qırıb atmağa, doğramağa başladılar. Hətta bir müddət sonra evin içərisində belə paltar sərib, qurutmaq qadağan olundu. Əgər çöldən baxarkən, evin içərisində paltar asıldığı görünərdisə, mənzil sahibləri polis bölməsinə aparılar və “paltar asmaq qadağası”nı pozduqlarıyla bağlı tənbeh edilərdilər. Bu qadağanın harda və kim tərəfindən rəsmən elan edidiyi hələ də heç kimə məlum deyil. Ancaq sözügedən qadağanın şəhər mərkəzlərində hələ də qüvvədə olduğuna dair məlumatlar var...

“Naxçıvan qeydiyyatından çıxmaq olmaz!”

Muxtar Respublikada ən çox narazılıq doğuran məqamlardan biri də kişilərin Naxçıvanda daimi qeydiyyatdan çıxarılmasına qoyulan qeyri-rəsmi qadağadır. Xatırladaq ki, əvvəllər bu, Naxçıvanda qeydiyyatda olan hər kəsə şamil edilirdi. Lakin Azərbaycanda “ASAN xidmət” yaranandan sonra qadınların və 50 yaş üzərində olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarıyla bağlı süni əngəllər törətmək mümkün olmadı. Lakin hələ də 50 yaşa qədər olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarına icazə verilmir. Həmin şəxslərdən öncə Naxçıvanda qeydiyyatda olduqaları hərbi uçotdan çıxmaları tələb edilir. Bu səbəbdən də faktiki olaraq Azərbaycanın digər bölgələrində yaşayan 100 minə yaxın insanın Naxçıvan qeydiyyatından çıxması əsl müşkülə çevrilib. Naxçıvandan fərqli olaraq, digər bölgələrdə yaşayan sakinlərin qarşısında qeydiyyat yerini dəyişmək üçün hərbi uçotdan çıxmaqla bağlı belə bir tələb qoyulmur.

Bəs, Azərbaycanın müxtəlif bölgələrində yaşayanların Muxtar Respublika qeydiyyatından çıxarılmasına imkan verməyən Vasif Talıbovun məqsədi nədir?

Əvvəla, onu qeyd edək ki, son illər əhalinin sürətlə Muxtar Respublikadan köçməsi, Naxçıvanın boşalması barədə ən müxtəlif səviyyələrdə müzakirələr gedir. Təəssüf ki, faktiki olaraq bu gün Naxçıvanda yaşayanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən iki dəfə azdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Muxtar Respublika əhalisinin 463 min nəfər olduğunu açıqlasa da, bir çox mütəxəssislər bu gün Naxçıvanda 200 min nəfərə yaxın insan yaşadığını bildirir. Muxtar Respublikanı tərk edən əhalinin əksəriyyəti əsasən Bakı şəhərində və İstanbulda məskunlaşıb. Bunun da təbii ki, birinci səbəbi V.Talıbovun Naxçıvanda yaratdığı dözülməz rejimdir. Bu rejimin fəsadlarını gizlətməyin bir yolu da əhali sayını rəsmi statistikada hələ də yüksək göstərməkdir...

“Şənbə və bazar günləri evdə qalmaq olmaz!”

Naxçıvan Muxtar Respublikasında hər həftənin şənbə və bazar günləri dövlət idarələrində və müəssisələrdə çalışan işçilər məcburi iməcliyə çıxarılırlar. Yerli sakinlər bildirirlər ki, iməcliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da işdən çıxarılmaqla hədələnirlər. İməcilik günləri onlara əsasən yol kənarlarını süpürtdürür, ting əkdirir, alaq yoldururlar. İddia edilir ki, işçilər və hərbçilər mövsümə uyğun olaraq, məmurların əkin sahələrində də məcburi əməyə cəlb olunurlar.

Naxçıvan Ali Məclisinin rəsmi səhifəsində verilən məlumata görə, hər həftə 50 minə yaxın “könüllü” bu iməcliklərdə iştirak edir. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunur. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyır. Həmçinin qeyd olunur ki, həftə sonları iməcliyə çıxarılanlar arasında təhsil və tibb işçiləri də var.

Qeyd edək ki, sovet ənənəsi olan iməclik Naxçıvanda 1990-cı illərin sonlarından - Vasif Talıbov hakimiyyətə gələndən sonra yenidən “məcburi ənənə” halına salınıb. Həmin vaxtdan fasiləsiz olaraq hər həftənin istirahət günləri iməcliklər keçirilir. Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2010-cu illər ərzində Naxçıvanda əkilən kol və ağacların sayı 2 mini keçməyib. 2011-ci ildən bəri isə məcbur iməcliklərə kütləvi cəlb olunanların sayı artdığına görə, hər il Naxçıvanda 300-400 min ağac, kol əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir. Həmçinin, Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdırlar.

“Rəngli corablar geyinmək olmaz!”

Bu barədə yerli KİV-lərdə gedən xəbərlərə görə, Naxçıvanda dövlət idarələrində çalışan işçilərə fərqli rəngdə corablardan istifadəylə bağlı qadağa qoyulub.

“Çayxana olmaz!”
Artıq bir neçə ildir ki, Naxçıvanda bəzi qəsəbə, şəhər və rayon mərkəzləri isitisna olmaqla, digər yerlərdə çayxanaların fəaliyyətinə icazə verilmir. Kəndlərdəki fərdi çayxanaların hamısı ağır texnika ilə yerlə-yeksan olunub və ya qapadılıb. Hazırda qəsəbələr, rayon və şəhər mərkəzlərində ümumilikdə təxminən 15-20 çayxana fəaliyyət göstərir. Yəni, rəsmi statistikada 462 min insanın yaşadığı Muxtar Respublikada hər 25-30 min nəfərə cəmi bir çayxana düşür. Deyilənə görə, bu qadağanın tətbiqi siyasi məqsəd daşıyır. Belə ki, yerli hakimiyyətin qərarı müəyyən qədər də olsa, insanların çayxanalarda bir araya gələrək siyasi və ictimai mövzuda söhbətlər aparmalarının qarşısını alır.

“Təndir olmaz!”

Talıbovun “olmaz!”ları arasında bəlkə də ən gülməlisi təndir yasağıdır. Artıq uzun müddətdir ki, Muxtar Respublikada insanların həyət evlərində təndirdən istifadə etmələrinə icazə verilmir. Dövlət nümayəndələri ekoloji mühitin qorunmasıyla bağlı belə bir addımın atıldığını bildirsələr də, əslində, söhbətin məğzi tamam başqadır. Deyilənə görə, qadağanın tətbiqi Naxçıvanda açılan çoxlu sayda çörək sexləri ilə bağlıdır. İddia olunur ki, inhisarçı məmurların sexlərində bişirilən çörəklər yaxşı satılmadığından belə bir qadağaya baş vurublar. Nəticədə Naxçıvanda dədə-baba qaydasıyla bişirilən çörəkləri elektrik sobalarında bişən çörəklər əvəz edib. Bu gün Naxçıvan əhalisinin böyük bir qismi məcburən bu sexlərdə bişən çörəkləri istehlak edirlər.

“Kafe və restoranlarda musiqi dinləmək olmaz!”

Naxçıvanda rayon mərkəzlərində kafe və restoranlara demək olar ki, rast gəlmək mümkün deyil. Yol kənarındakı kiçik sahəli tikililəri nəzər almasaq, Naxçıvan MR-də cəmi 10-15 restoran tipli obyekt fəaliyyət göstərir. Əsasən, Naxçıvan şəhərində yerləşən bu obyektlərdə isə adi günlərdə və hətta bayram günlərində musiqi səsləndirmək qadağan edilib.

Onu da qeyd edək ki, Talıbovun və onun yaxın çevrəsinin uzun illərdir Muxtar Respublikada yaratdığı monopoliya səbəbindən vətəndaşların kiçik sahibkarlılqla məşğul olmalarının qarşısı böyük ölçüdə alınıb. Naxçıvandakı istənilən sahibkarlıq fəaliyyəti gömrüyü və yerli istehsalatı inhisarda saxlayan Talıbovların maraqlarına uyğun olmadığından, belə bir qeyri-qanuni qadağanın tətbiq olunduğu bildirilir. Artıq 10 ilə yaxındır ki, rayon və şəhər mərkəzlərindən kənardakı kiçik ərzaq dükanları ləğv edilib. Son illərdə isə dövlət hər kənddə bir mağaza tikərək, yalnız onun fəaliyyətinə icazə verib. Bu mağazalar isə dövlət büdcəsi hesabına tikilsə də, yerli sakinə maya dəyərindən də baha qiymətə satılıb.

“Fərqli qəbir daşı olmaz!”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarına əsasən, Naxçıvanda bütün qəbirüstü daşlar eyni formada olmalıdır. Fərqli qəbir daşlarının qadağan edildiyi qanunda müəyyən edilib ki, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20 sm, eni 1.20 sm, başdaşının isə hündürlüyü 60 sm, eni 80 sm olacaq.

“Menyudan kənara çıxmaq olmaz!”

Muxtar Respublikadakı “bütün problemləri həll edən” V. Talıbov yas mərasimlərindəki menyunu da özü müəyyənləşdirmək qərarına gəlib. Qeyd edək ki, hazırda Naxçıvanda keçirilən yas mərasimlərində xurma və halvadan başqa, hər hansı şirniyyatdan istifadə etmək olmaz. Həmçinin, Naxçıvan televiziyasında dini mövzuda olan verilişlərə də qadağa qoyulub. Hətta efirdə “maşallah”, “inşallah”, “Allah qoysa” sözlərini işlətmək də olmaz.

Söszüz ki, Naxçıvandakı “olmaz!”ların siyahısını bir qədər də genişləndirə bilərdik. Ancaq “Azərbaycanın Şimali Koreyası”ndakı qayda-qanunlarla oxucuları yormaq istəmirik. Sadəcə, sözügedən qadağaların bir qismini təqdim etməklə, bölgənin bir ailənin diqtə etdiyi istəklərlə necə idarə olunduğunu, Naxçıvandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu, insanların 30 ilə yaxın bir müddətdə nə cür əzab-əziyyət çəkdiklərini xatırlatmaq istədik. Bəli, təəssüf ki, 462(!) min nəfər əhalisi, 5502,75 kvadrat kilometr ərazisi, saysız-hesabsız təbii sərvətləri olan tarixi Naxçıvan torpağı artıq 26 ildir ki, Talıbovun və onun yaxın ətrafının müəyyən etdiyi ağlasığımaz qayda-qanunlarla idarə olunur. Bu gün Naxçıvandakı idarəetmə XVIII əsrdəki xanlıqlar dövrünü xatırladır. Hər halda təsadüfi deyil ki, bir neçə il bundan öncə Naxçıvana səfər edən ABŞ diplomatı Vaşinqtona məktubunda regionu “Talıbovun xanlığı” adlandırmışdı və “Naxçıvan baş-ayaq bir dünyadır”, - deyə bildirmişdi...

Elvin Bəyməmmədli

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Bir qrup İkinci Qarabağ Müharibəsi veteranı 2020-ci il döyüşlərinin iştirakçısı Misir Qasımlı və onun dostu Sübhan Quliyevin bu ölkədə 8 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq Ukraynanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib.

Polis etirazçıların səfirliyin binasına yaxınlaşmasına imkan verməyib, ona görə də qətnamə diplomatik missiyanın binasından aralıda oxunub.

Etirazçılar hesab edirlər ki, Qasımlı qondarma ittihamla mühakimə olunub. O, hansısa ermənilə baş vermiş insidentə görə təqib olunur. Erməni ona şər atıb.

Qasımlının vəkili bildirib ki, sübutların olmamasına baxmayaraq, məhkəmə onu 8 il azadlıqdan məhrum edib. Aksiya iştirakçıları hesab edirlər ki, Qasımlıya qarşı əsassız təqiblər Ukraynanın ədalət mühakiməsinə kölgə salır və Ukrayna-Azərbaycan münasibətlərinə xələl gətirir. Onlar cinayət işinə dərhal xitam verilməsini və Qasımlının azadlığa buraxılmasını tələb ediblər.

Öz növbəsində Azərbaycanın Kiyevdəki səfirliyi bildirib ki, Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin məhkəməsinin ədalətli keçirilməsi üçün qanun çərçivəsində bütün lazımi tədbirlər görülür.

Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyinə 10 nota göndərilib, digər qurumlara çoxlu məktublar ünvanlanıb. Hazırda müdafiə tərəfi müvafiq apellyasiyanın verilməsi üzərində işləyir. Səfirlik prosesin ədalətli aparılması üçün qanun çərçivəsində bütün lazımi tədbirləri görməyə davam edir, məlumatda deyilir.

 
Ardını oxu...
Sədərəkdə dünən polislərin keçirdiyi etiraz aksiyasının səbəbləri aydın oldu.
Polislərin dediklərinə görə, onlar çox ağır iş rejimində işləyirlər. 1 sutka işdə, 1 sutka evdə. Üstəlik, postları təhvil almaq və vermək, hər səhər sıraya düzlənmək, rəisin məruzələrini dinləmək kimi hərəkətlər də bir neçə saat vaxt aparır. Beləcə, faktiki olaraq hər günaşırı 28 saat istirahətsiz işləmək, 20 saat dincəlmək onların həyatını çəkilməz hala gətirir. Halbuki əmək qanunvericiliyinə görə, 24 saat işləyən hər kəs ən azı 48 saat dincəlməlidir. Onların isə bu hüququ kobud şəkildə pozulur.
Dünən bu vəziyyətlə barışmayan Sədərək polisləri etiraz aksiyası keçiriblər. Etirazçıları sakitləşdirmək üçün MR Daxili İşlər naziri Rəşad İsmayılov və onun müavini Zahid Gözəlov Sədərəyə gedib. Amma polisləri sakitləşdirmək asan olmayıb. Bəzi polislər hətta özlərini yandıracaqları ilə naziri və müavinini təhdid edib.
Polis etirazlarının Naxçıvanın digər rayonlarına da sıçraya biləcəyi ehtimalı var.
Heyder Oguz
Teref.az
 
 
 
Ardını oxu...
Qarabağda sülhməramlıların azərbaycanlı jurnalistlərin qarşısını kəsməsi təkcə öz ərazilərimizə girişə kobud formada icazə verilməməsi yox, həm də medianın informasiya əldə etmək hüququnun pozulmasıdır.
Teref.az yazır ki, bunu politoloq Asif Nərimanli deyir.Daha sonra Asif Nərimanli deyir:
Bu çəkiliş sülhməramlıların “toxunulmazlığının” da dağılması idi: indiyə qədər sülhməramlıların postuna yaxınlaşanda adi telefonla belə çəkilişə icazə verilmirdi, indi jurnalistlərimiz o səddi keçdi.
Teref.az
 
Ardını oxu...
Yeni il bayramı ilə əlaqədar həm yerli, həm də əcnəbi turistlərin istirahətini gözəl dəyərləndirməsi üçün turizm sektorunda da xüsusi hazırlıqlar görülür. Təsadüfi deyil ki, Yeni ili Azərbaycanda keçirmək istəyənlər daha çox paytaxtda və digər bölgələrimizdəki otellərə üz tuturlar.

Müsavat TV bu il Bakıda və digər rayonlarda fəaliyyət göstərən bir neçə hotelin qiymətlərini araşdırıb:

"Qiymətlər səhər yeməyi, otağın standart və ya lüks olması və şou proqramlardan asılı olaraq dəyişir. Telefon danışıqları zamanı bu il Yeni il şənliyi təşkil edilən otellərin bir çoxunda yerlərin daha öncədən bron edildiyi deyildi. İlk olaraq paytaxtın ən məşhur otellərindən biri Four seasons otellə əlaq saxladıq. Otelin iki nəfər üçün bir bir gecə üçün qiymətləri isə dodaq uçuqlatdı.

Əlaqə saxladığımız digər otel isə Hilton Baku oldu. Burda qiymətlər otaqların standart və ya lüks olması və eyvan mənzərəsinə görə dəyişir.
Regionlarda qiymətlər paytaxta nisbətən daha yüksəkdir. Buna səbəb Bakıda qonaqlama yerlərinin daha çox olması, həm də bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara axın etməsi ilə əlaqədardır. Hətta bölgələrdəki otellərdə gecələmə minimum 2 və ya 3 gecədən başlayır.
İndi isə ayrı-ayrı hotellərdəki bayram qiymətləri ilə tanış olaq:
Four Seasons Hotel Baku - 1 gecəsi 1164.90 manatdır. Bura bayram yeməyi daxil olsa da, şou proqram daxil deyil.
Hilton Baku Hotel - standard otağın bir gecəsi 489 manat təşkil edir. Delux otaq 558 manat təşkil edir. Bura yalnız səhər yeməyi daxildir. Junior Suitedə bir gecəlik qiymət isə 692 manatdır. Bura da səhər yeməyi daxil osa da, şou proqram aid edilmir.
Qafqaz Resort Hotel - minimum 2 gecə koteclər 1466 AZN, otaq qiyməti 1285 AZN,. Səhər yeməyi və şou proqram qiymətə daxildir.
Şahdağ Mountain Resort - minimum 3 gece qidalanma və şou proqram daxil 1710 AZN
Şamaxı palace - minimum 2 gecə qidalanma və şou proqram daxil 1400 AZN
Telefon danışıqlarından sonra otellərin bayram günü üçün od tutub yanan qiymətləri bizi qışın şaxtasından daha çox üşütdü. Deməli hər il olduğu kimi, bu il də qışın dondurucu soyuğunda əl yandıran qiymətlərlə isinməli olacağıq. Tək təsəllimiz odur ki, əsas ürəyimiz isti olsun".

 
Ardını oxu...
Teref.az olaraq Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsində ,Misir Qasımov və Sübhan Qulyevə qarşı 187 -ci maddənin 1-ci hissəsi ( soyğunçuluq ) , 146 -cı maddənin 3 -cü hissəsi ( adam oğurluğu ) , 263 -cü maddənin 1 -ci hissəsi ( qanunsuz silah gəzdirmə )ilə 8 il iş verilməsi haqqında yazmışdıq.Azərbaycanda bu cinayət işinə böyük maraq olduğunu və bu işin ətrafında cürbəcür şaiyələrin gəzdiyini nəzərə alaraq, Ukraynada Azərbaycan diasporasının nümayəndəsi, dostumuz Əli Quliyevin bu iş barəsində yazdıqlarını nəzərinizə çatdırırıq! Əli bəy yazır:
Doğrusu bu barədə heç danışmaq ,yazmaq istəmirdim . Dəfələrlə jurnalist dostlarım, Qazi Misir Qasımovun həbsi ilə bağlı soruşanda , qıcaca olaraq ,adamın cinayət törətdiyini və etdiyi cinayətə uyğun cəza alacağını qeyd edərək , təfərrüatlara getməmişdim . Dəfələrlə bu məsələdə heç bir erməni izi olmadığını , məhkəmə prosesinin ədalətli getdiyini bildirmişdim . Misir Qasımovun Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq , məsələyə həssas yanaşmışdım . Ancaq təəssüflər olsun ki , həmişə olduğu kimi şayilərə ,dedi qodulara faktlardan daha üstünlük verən cəmiyyətimiz yenə öz "ənnələrinə " sadiq qaldı !
Ona görə ,qısaca olaraq hadisə ilə bağlı , əsl baş verənləri nəzərinizə çatdırıram . 2021 -ci il iyunun 9 -da Azərbaycan vətəndaşları Misir Qasımov və Sübhan Quliyevn , ərəb mənşəli İspaniya vətəndaşı , Məhəmməd Əli Yusuf Açanı oğurlayaraq ,meşəyə aparmış ,ona ciddi bədən xəsarətləri yetirərək , üzərindəki küllü miqdarda pulu və qiymətli əşyaları götürmüşlər !
İspaniya vətəndaşı Məhəmməd Əli Yusuf Açanın şikayətinə əsasən Kiyev vilayəti Obuxov rayon məhkəməsində ,Misir Qasımov və Sübhan Qulyevə qarşı 187 -ci maddənin 1-ci hissəsi ( soyğunçuluq ) , 146 -cı maddənin 3 -cü hissəsi ( adam oğurluğu ) , 263 -cü maddənin 1 -ci hissəsi ( qanunsuz silah gəzdirmə ) cinayət işi icraata götürülüb !
Biz toplum olaraq müasir dünyanın qaydaları ilə yaşamağı öyrənməliyik , hüquq dövlətində yaşamaq ,qanunlara hörmət etmək , qanun qarşısında hamının bərabərliyi prinsipinə əməl etmək və s.
P.S. İşığın sönməsi səbəbindən , internet imkanlarım məhdudlaşdı və bu qədər yaza bildim ! Lazım olsa mövzuya yenə qayldarıq .Suallarınızı internet imkanlarl daxilində cavablandıracam !
Əli Quliyev.
Kiyev ş
Teref.az olaraq işin içində bəzi başqa nyanslarında olduğunu nəzərə alaraq Əli bəylə əlaqə saxlayaraq daha müfəssəl məlumatlar almağa çalışacağıq!
Teref.az
 
Ardını oxu...
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı millət vəkilləri arasında dava düşüb.

“Hürriyet” xəbər verir ki, müzakirələr zamanı ilk olaraq deputatlar – CHP partiyasından Özgür Özellə ölkənin hakim Ədalət və İnkişaf partiyasından (AKP) Bülent Turan arasında mübahisə yaranıb.


Bunun ardınca isə digər deputatlar – İYİ partiyasından Ümit Beyazla Bülent Turan arasında mübahisə düşüb. Hər iki partiyadan digər deputatların da mübahisəyə qatılmasından sonra parlamentdə gərginlik daha da artıb. Belə ki, millət vəkilləri bir-birilərinə yumruqla zərbələr endirib. Hadisə nəticəsində deputatların bəziləri yerə yıxılıb.

AKP-li deputat Zafer Işıkla İYİ partiyasından deputat Hüseyin Örs arasında yaşanan yumruqlaşmadan sonra Hüseyin Örsün halı pisləşib. Deputat xəstəxanaya çatdırılıb və tədbir məqsədilə reanimasiyaya yerləşdirilib. Onda ürək ritminin pozulması qeydə alınıb.
 
 
 
 
 
0:23
2:46
 
 
 
Ardını oxu...
\
Ardını oxu...
Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda problemlərə yol açıb.

DİA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin mövcud kanalizasiya sisteminin yarasız olması problemin başlıca səbəblərindən biridir.

Belə ki, bəzi küçələrdə su axarlarının ya olmaması, ya da kimlərsə tərəfindən qarşısı kəsildiyindən yağış suları həyətlərə dolur. Şəhərin Azad İsmayılov küçəsində vəziyyət daha acınacaqlıdır. Sakinlər deyir ki, su axarları üçün bir neçə dəfə kanalizasiya sistemini qurmaq istəyiblər. Amma sonradan yarımçıq saxlanılıb. Buna görə də kanalizasiya sistemi yağış sularını normal ötürmədiyindən, xəndəklər dolur, izafi sular yaşayış evlərin zirzəmilərinə, həyətlərinə yığılır və yolları keçilməz edir. Küçənin bir tərəfindən qarşı tərəfə keçmək olmur. Sakinlər onu da bildirirlər ki, bura yeni köçənlər su axarlarını hər yerdən bağlayıblar. Aidiyyəti orqanlardan da gəlib əraziyə baxış keçiriblər. Amma bir nəticəsi olmayıb.

Lənkəran ŞİHB müavini Vüqar Məmmədov bu gün adı çəkilən ünvanda olub. Sakinlərin qaldırdığı məsələləri dinləyib. O, APA-ya bildirib ki, xəndəklərin təmizlənməsi üçün küçəyə qrup göndəriləcək: “Əlverişli hava şəraiti imkan verdikdə, buranın kanalizasiya sistemi yenidən qurulacaq”.

Qeyd edək ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi 20 min əhali üçün nəzərdə tutulmaqla, ötən əsrin 60-70-ci illərində çəkilib. Hazırda şəhər əhalisinin sayı 80 minə çatdığından, kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.

Ardını oxu...
Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

DİA.AZ Qlobal.az-a istinadla xəbər verir ki, Saatlı rayon İcra Hakimiyyətinin 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 348.243 manat, qalibi isə "Harmony İndustrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə qeydiyyata alınıb.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev 52, mənzil 20 ünvanı, qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur.

"Harmony İndustrial Construction and Engineering Group” MMC-nin maddi-texniki bazası, mühəndis heyəti, işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

"Harmony İndustrial Construction and Engineering Group” adı ilə fəaliyyət göstərən MMC-nin əvvəlki adı "Piramida F.R" olub.

"Piramida F.R" MMC-nin adı "otkad" əməliyyatında çəkilir.

Belə ki, Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində və nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində keçirdiyi xüsusi əməliyyatda korrupsiya faktı aşkarlanmışdı.

O zaman ictimaiyyətə açıqlanan məlumatda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişçi olduğu tenderlərdə qalib elan edilən təşkilatlardan "otkad" alındığı bildirilirdi.

İstintaqda və məhkəmədə ifadə verən "Piramida F.R" MMC-nin rəhbəri Şamxal Ağaşirinov 6 milyon manatlıq tenderdə qalib elan edildikləri üçün 900.000 manat rüşvət verdiklərini bildirmişdi.

Qlobal.az adı "otkad" əməliyyatında çəkilən, maddi-texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat olmayan "Harmony İndustrial Construction and Engineering Group” MMC-nin Saatlı rayon İcra Hakimiyyəti 2022-ci ilin noyabr ayının 25-də "Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri" lotu üzrə yekun vurduğu tenderdə hansı meyarlara əsasən qalib elan edilməsi ilə bağlı mövqe öyrənib.

Saatlı Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

""Harmony İndustrial Construction and Engineering Group” MMC və iddiaçı kimi tenderdə iştirak etmiş digər 3 malgöndərən (podratçı) təşkilat tərəfindən maddi-texniki baza, mühəndis heyəti, işçi qüvvəsi barədə və digər tələb olunan sənədləri etender.gov.az saytına yerləşdirmişlər. Eyni zamanda bildiririk ki, aidiyyəti qurumlar tərəfindən tender prosedurlarının keçirilməsinə və nəticələrinə nəzarət edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən razılıq alındıqdan sonra işlərin icrası üçün müqavilə bağlanılır".

Xatırladaq ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur.

Elmir Bağırov 2020-ci ilin avqust ayının 24-də Saatlı RİH-nə başçı təyin edilib.

Dünyapress TV

Xəbər lenti