Ardını oxu...
Bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.
İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Naxçıvanda bir neçə adda mineral süfrə suyu, limonadlar, meyvə şirələri və kompotlar istehsal olunur. Amma 20 ildən artıqdır ki, azad ticarət rəqabəti olduğu bildirilən bölgədə cəmi iki adda mineral suyun uğurlu istehsalına və satışına rast gəlirik. Bu istehsalçıların fövqəladə uğurlarının arxasında nə durur? Nə üçün başqa istehsalçılar onlarla rəqabət apara bilmir? Bu dəfə həmin “uğurun” sirrinə işıq salmağa çalışacağıq!

Beləliklə, öncə adı dillər əzbəri olan “Badamlı”nın “uğur”larından bəhs edək.

“Badamlı”nın 2004-cü ildən başlayan “uğuru”

Sovet dövründə Azərbaycanın dünyada brendə çevrilən ən böyük istehsalçı şirkətlərindən biri “Badamlı” şirkəti idi. Təməli 1947-ci ildə qoyulan şirkət 1970-80-ci illər arasında istehsal etdiyi məhsulların 90 faizini ölkə xaricində satırdı. Sovet hakimiyyəti dağıldıqdan sonra Badamlı Mineral Sular Zavodunun da başını qara dumanlar aldı. Müstəqilliyin ilk illərindən kənd sakinləri və əvvəlki istehsalçılar sexləri işə salıb, köhnə şüşə butulkalarda badamlını yenidən istehsal edir, bölgə ərazisində satıb, qazancı ilə ailə-uşaqlarını dolandırmağa çalışırdılar. Ta ki, 1999-cu ilə qədər.

1999-cu ildə zavod “Naxçıvan Mineral Sular İstehsalat Birliyi”nin tərkibindən çıxarılır. 2004-cü ildə isə Vasif Talıbov tərəfindən zavod öz yaxın adamlarının adına özəlləşdirilir. Zavodun böyük gəlir mənbəyi olduğunu görən sədr zavoda böyük yatırımlar edərək, Naxçıvan şəhərində daha böyük ərazisi olan Badamlı Mineral Sular Zavodunun açılışını edir. Müəssisəyə Badamlı yatağından suyu nəql edən xəttin uzunluğu 25 kilometr idi. 2008-ci ilin avqust ayında tikintisinə başlanmış zavod 2,1 hektar ərazidə yerləşirdi. Binanın ümumi sahəsi 4 min 590 m², istehsal sahəsi isə 3 min 600 m² idi.

Rza Talıbovun sərəncamında olan zavodun yenidən qurulması üçün 2017-ci ildə Badamlı kəndi ərazisində 4 hektar ərazidə binalarının tikintisinə başlanılıb, 2020-ci ildə 10590 m² olan yeni müəssisənin açılışı olub.

“Badamlı” qazlı və qazsız olmaqla müxtəlif həcmli qablaşmalarda istehsal olunur. Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir. “Badamlı” hazırda Azərbaycan bazarı ilə yanaşı, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qazaxıstan kimi xarici dövlətlərə ixrac olunur.

Rza Talıbovun sərəncamında olan şirkətin müxtəlif yollarla reklamı aparılır. Müğənnilərin maliyyələşdirilməsi, Naxçıvanda təşkil edilən konsertlərdə sponsorluqdan müxtəlif kampaniyalara qədər. “Badamlı”nın sonuncu yadda qalan “uğuru” isə uduş kampaniyası idi. Uduşda iştirak etmək üçün qapaqdakı kodu göndərmək bəs edirdi. Amma uduşun elan olunduğu gün sadəcə kod nümayiş etdirilir, həmin koda bağlı hansısa şəxsi məlumatlar elan olunmayıb.

Uduş kampaniyasının qalibinin kim olduğunu isə yalnız Rza Talıbov və kampaniyanı təşkil edənlər bilib. Maraq üçün “Facebook”da axtarış etdim, “Badamlı” kampaniyalarından “uddum” deyən tapılmadı. Belə görünur ki, nümayiş etdirilən kodlar həqiqətən satışa buraxılmış sulardan çıxan kodlar olmayıb, yoxsa necə ola bilər ki heç kəs udmasın? Uzun sözün qısası, Talıbovların uduşlu lotereyası olan “Badamlı” mineral suyu uzun müddət Talıbovların qızmış nəfsləri qarşısında sərinləyə bilmədi. Ancaq Rəşid Behbudovun ifasında səsləndirdiyi kimi, bundan sonra “Badamlı” öz sərinliyi ilə od qoyulmuş ürəklərə bəlkə də su səpib, sərinlik bəxş edəcək….

Hər damlasında həyat olan “Sirab”

İndi isə gəlin “Sirab”ın “uğurlu tarixi”ni araşdıraq!

Azərbaycanda ən böyük mineral sudoldurma zavodu olan “Sirab” 1968-ci ildə stifadəyə verilib. Bu zavod Babək rayonunun Sirab kəndində yerləşir. Sovet hakimiyyəti dağıldıqdan sonra Sirab Mineral Sular Zavodunda da qara günlər başladı. Öncə zavod dağıdıldı. Sonra kənd sakinləri tərəfindən bir neçə sex olaraq fəaliyyətə başladısa, Vasif Talıbovun “uzaqgörən siyasəti” nəticəsində 1968-ci ildəki zavodun əsasında 2003-cü ildə Sirab Mineral Sular zavodu Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bundan sonra kənddəki bütün sexlərin fəaliyyəti qadağan edildi.

Əldə olunan gəlirdən Talıbovların payı verilməklə müəssisənin fəaliyyəti təmin edildi və sahibkarlığı Vasif Talıbovun əmri ilə “Ləzzət” firmasına tapşırıldı. Bəzi mənbələr zavodun satıldığını bildirsələr də, ortada alqı-satqı barədə heç bir məlumat yoxdur. Bu prosesin ardından “Sirab”ın qızıl dövrü də başladı. Zavodun istehsal gücü o qədər inkişaf etdi ki, qısa zamanda nəinki Naxçıvanda, hətta Azərbaycanda ən çox satışı olan suya çevrildi. Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Kuveyt, Ukrayna və Baltikyanı ölkələrə ixrac olunan “Sirab” qeyri-neft sektorunda ölkənin ən böyük ixrac şirkətlərindən birinə çevrildi. Amma “Son damlasına qədər” gəlir mənbəyi və biznesə çevrilən “Sirab” sularından sirablıların bir damcı içmək şansı olmadı. Nəinki içmək, hətta ən çox zərər görənlər də elə onlar oldu. Hədə-qorxu ilə əllərindən alınan torpaqlarında Sirab Mineral Sular Zavodu tikilən mineral suyun cəfasını sirablılar, səfasını isə Talıbovlar və onların yaxın adamları gordülər.

Bəxtinə gün doğmayan zavodlar

Naxçıvanda “Badamlı” və “Sirab” sularından başqa mineral sular da istehsal olunur. Bu zavodların rəhbərləri Talıbovlara yaxın olmadıqlarına görə, onların yalnız adları var. Fəaliyyətləri isə sex səviyyəsindən o tərəfə keçmir. Bunlardan “Çınqıllı”, “Darıdağ”, “Böyrək suyu” və s. adlarını çəkə bilərik.

Başıbəlalı “Gülüstan”

Sovet hakimiyyəti dağıldıqda sonra, müstəqilliyin ilk illərində Naxçıvanda ən çox tanınan və ilk dəfə istehsal olunan “Gülüstan” (limonad) suyu idi. Vaxtilə istehsalçıları tərəfindən Bakıya ixrac olunan və hər kəs tərəfindən sevilən bu su birdən-birə bütün ölkə bazarından, ardından isə Naxçıvan bazarından yoxa çıxdı.

O dövrdə el arasında gəzən söz-söhbətlərə görə, zavodun rəhbərliyi Talıbovlara yaxın qohum olmadığından məcbur edilir ki, zavodu satışa çıxarsın. Həmin şəxs bu qərarla rəzılaşmır. Son anda əgər qərarla razılaşmasa, həbs olunacağını anlayan zavod rəhbəri məcburi şəkildə onu Naxçıvan rəhbərliyinə satır. Ancaq əl dəyişdikdən sonra zavodda əvvəlki qaydada istehsal prosesi yerinə yetirilmir, satışları zəifləyən limonad zavodunun taleyinə qapısına qıfıl vurulmaq yazılır.

Xalqın cəfası, Talıbovların səfası

Talıbovlar 27 ildə Naxçıvanda qazanc gələn bütün deşiklərə öz papaqlarını tıxayıblar. Naxçıvanda elə bir sahə olmaz ki, ora rəhbərlik tərəfindən müdaxilə edilməsin. Qazanc gətirən bütün sahələr ya zorla sahibkarın əlindən alınıb, ya da sahibkarın iş sahəsinə şərik kimi daxil olublar. Nəticədə, Talıbovlar hakimiyyətdə olduqları 27 ildə təkcə dövlət tərəfindən ayrılan dostasiyanı yeməyiblər. Onlar sahibkarların qazandıqlarına da şərik olublar, ya da sahibkar tərəfindən min bir əzab-əziyyətlə qurulan işə sahib çıxıblar. Xalqın min bir əzab-əziyyət bahasına çəkdiyi cəfa Talıbovların səfasına xidmət göstərib. İndi isə İlahi ədalət bərpa olunub. Xalqa zülm edərək, onun əlindən alınanlar, yenidən öz sahiblərinə, xalqa və dövlətə qaytarılmalıdır.

Valyuta.az
 
Ardını oxu...
Azərbaycan ümumtəhsil məktəblərində valideyn-məktəb, məktəb-valideyn fəaliyyətini tənzimləyən komitələr var.

Lakin "valideyn komitəsi" kimi tanınan qrupların fəaliyyəti heç də ürəkaçan deyil. Vəzifəsinin ancaq bayramlar, müxtəlif tədbirlər, ad günlərinin təşkilindən ibarət olduğunu düşünən valideynlərin özləri də komitələrin fəaliyyətindən narazıdılar. Ancaq əlamətdar günlərdə fəallaşan komitələr valideynlərdən pul yığmaqla məşğuldurlar. Cəmiyyətdə neqativ məsələlərdə adı hallanan valideyn komitələrinin sədr seçiminin də nəyə əsaslandığı məlum deyil. Ümumiyyətlə, məktəb və valideyn arasında əlaqə yaratmaq üçün bu komitələrə ehtiyac varmı?

Komitənin vəzifəsi nədən ibarətdir?

DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov məsələ barədə Cebhe.info-ya bildirib ki, məktəblərdə valideynlərlə işləyən ayrıca direktor müavini olmalıdır:

"Bu, beynəlxalq təcrübədə və təhsili inkişaf etmiş ölkələrdə də var. Həmin müavinin işi valideyn komitələri və valideynlərlə iş qurmaqdır. İndi “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” adlı qeyri-hökumət təşkilatı var. Həmin QHT ölkə üzrə baxanda, böyük sayda olmayan yəni 100-dən aşağıdır, onların da yarıdan çoxu fəaliyyətsizdir. Məktəblərdə özəkləri var. Məktəblərdə yerli valideyn komitələri başqa anlayışdır, bütün valideyn komitələri “Valideyn-Müəllim Assosiasiyası”nın qruplaşması deyil".

Ekspert hesab edir ki, valideyn komitələrinin işi qanunvericiliyə əsaslanmalıdır:

"Düşünürəm ki, bununla bağlı Elm və Təhsil Nazirliyi əsasnamə qəbul etməlidir. Yəni valideyn komitələrinin vəzifələri, hüquqları, məsuliyyəti açıq şəkildə göstərilməlidir. Həmişə bu haqda danışırıq, amma valideyn komitələrinin əsasnaməsini təsdiqləyə bilmirik. Hazırda siniflərdə sinif valideyn komitələrinin böyük əksəriyyəti məktəbdəki müəyyən neqativ hallarda əsas aparıcı rol oynayır, hər hansı məsələdə pul yığmalar və s. Əslində, valideyn komitələrinin işi məktəblə valideynlər arasındakı əlaqələri möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdən ibarətdir. Şagirdlərin istər tədris, istər təlim prosesində inkişafı üçün valideynlərlə məktəbin əməkdaşlığını qurmalıdır. Yəni bu əməkdaşlıq son nəticədə şagirdin istər təlim nəaliyyətlərinin, istərsə də tədris prosesinin inkişafına gətirib çıxarmalıdır".

Elşən Qafaraov komitəyə daha çox üzdə olan, lazım olanda digər valideynlərdən pul tələb etməyi bacaran, bu şəkildə təşkilatçılığı bacaran insanların seçildiyini vurğulayıb:

"Təəssüf olsun ki, bizdə valideyn komitələri adətən pul yığmağı bacaran insanlardan seçilir. Amma valideyn komitəsinin sədrləri elə insanlar olmalıdır ki, ziyalılığı, tərbiyəsi, məktəbə, müəllimə olan münasibəti ilə fərqli bir baxış sərgiləyə və digər valideynləri də arxasınca apara bilsinlər. Çox təssüf ki, bu yoxdur. Yox sözü də yenə nazirlikdən gəlir. Çox vaxt məktəb və müəllimin adı hallanmasın deyə onun təhsilli olması, valideynlər arasında nə dərəcədə nüfuzlu olması önəm daşımır. Həmin valideynin bacarığı lazım olanda müəyyən yığımları yığıb-yığmaması ilə ölçülür. Valideyn komitəsinin sədrləri və üzvləri üçün müəyyən meyarlar olmalıdır ki, kimlər komitə sədri ola bilər. Bunun üçün də əsasnamə olmalıdır. Bizim ümumtəhsil məktəblərində isə valideyn komitəsinin fəaliyyəti ilə bağlı nizamnamələr yoxdur".

Ekspert qeyri-hökumət təşkilatlarının məktəb rəhbəri ilə müqavilə bağlayaraq birgə fəaliyyətinin mümkün olduğunu deyib:

“"Valideyn -Müəllim Assosiasiyası” məktəbdə fəaliyyət göstərəcəksə, məktəb rəhbərliyi ilə müqavilə bağlamalıdır. Qanunvericilikdə də var ki, hər bir təhsil müəssisəsi fiziki və hüquqi şəxslərlə qanunvericilik çərçivəsində əməkdaşlıq edə bilər. Lakin bizdə bu məsələ fərqli prizamadan qurulur. Assosiasiyası olsun, valideyn komitəsi olsun bunların işi təkcə pul yığmaq deyil, bunların işi istər mənəvi, istər psixoloji, yeri gələndə maddi məsələlərlə bağlı müəllim və məktəblə əməkdaşlıq etməkdən ibarətdir. Biz yalnız bir parametri götürürük. O da məktəbin, müəllimin adına, nüfuzuna ciddi xələl gətirir".
Ardını oxu...
Məlum olduğu kimi, 22 dekabr tarixində AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan etmişdi. DİA.AZ bildirir ki, sonradan bunun fırıldaq olduğu tam olaraq təsdiqləndi və bu barədə geniş materialımızı da diqqətinizə çatdırdıq. Maləsəf hələ də açıqladığımız faktlara hansısa izahat verilməyib...

YAZI BURADA: İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?.. - "Yetər millətin cibini soyduğunuz!"
Ardını oxu...
Qeyd edək ki, vətəndaşlar əsasən kampaniyanın saxta olduğundan və bilet ala bilmədiklərindən, almaq üçün müraciət imkanlarının olmamasından giley edirdilər. İndi təqdim edəcəyimiz şikayətin müəllifi isə bilet almış kimi görünsə də, bunun rəsmiləşməməsindən giley edir. Yəni nə olursa-olsun, kimsə bilet əldə edə bilməyəcək bu kampaniyadan... Təbii ki möhtəkirlər xaric... (bu barədə növbəti materialımız olacaq -dia.az)
Ardını oxu...
"Şikayətim "Buta Airways"-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Abdulla Şabanov adlı istifadəçi giley edir.
Ardını oxu...
Ardını oxu...
Dahas sonra narazı vətəndaş yazır: "Srağa gün (23 dekabr tarixində -dia.az) gücnən birtəhər bir dənə bilet aldım 52 manata, Kazana gediş-gəliş üçün... Amma bilet elektron ünvanıma gəlmədi.

Dünəndən bu günə 10 dəfə bəlkə zəng etmişəm, hər dəfəsində də 6-7 dəqiqə gözləmişəm. Nə whatsappa cavab verirlər, nə zəngi götürürlər. Olmaz da belə..."

Hər halda, görünəni odur ki, elan edilən məlum kampaniyada məqsəd heç də vətəndaşları ucuz biletlə təmin etmək olmayıb... Bunun adına ən yaxşı halda məzələnmək demək olar...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun antiAzərbaycan addımları haqda son günlər mediada iddialar səslənməkdədir.

TEREF.AZ qeyd edir ki, belə məlumatlardan növbətisini də “Yeni Sabah”a MR-da xidmət edən yüksək rütbəli şəxslərdən biri verib. O, bildirib ki, İran Azərbaycanla sərhəddə ilk təlimi keçirdiyi vaxtdan Naxçıvanda Talıbov tərəfindən anlaşılması mümkün olmayan addımlar atılıb. Bunlarda biri də həmin vaxt bütün MR ərazisində küçələrdə, dövlət idarələrində Azərbaycan bayraqlarının yığışdırılması olub:

“Nə üçün belə bir qərar verildiyini anlaya bilmədik. Bir günün içərisində hər yerdən bayraqlar yığışdırıldı. Təkcə mərkəzdəki Bayraq Meydanındakı bayraq saxlanıldı. Bizim hərbi hissəyə də Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tərəfindən belə bir tapşırıq gəldi. Bayraqların hamısını yığışdırıb anbara qoydular.

Təkcə bu deyildi. Həmin təlimdən sonra Naxçıvan ordusunda rütbəni bildirən şevronların qola vurulması da Azərbaycan ordusundan fərqli şəkildə yerləşdirildi. Sanki Naxçıvan Ordusu tamamilə başqa bir ölkənin ordusu idi”.

Müsahibimiz deyir ki, Naxçıvan ordusunda yüksək rütbəli zabitlərin, Vətən Müharibəsi iştirakçılarının məcburi olaraq iməcliklərə aparılması böyük narazılıqlara səbəb olub: “Təsəvvür edin ki, polkovnik, polkovnik-leytenant, Vətən Müharibəsində Şuşaya qədər döyüşlərdə iştirak edən xüsusi təyinatlıların əlinə bel verirlər ki, küçədə ağac dibi belləməlisən, zibil yığmalısan. Etiraz etmək mümkün deyil. Ən xırda etiraz belə Kərəm Mustafayevə çatdırılır, o isə dərhal həmin zabitlə bağlı tədbir görür: vəzifədən azad edir, rütbəsi kiçildilir və yaxud da müxtəlif yollarla o adamı şərləyin cinayət işi açırlar”.
 
 
 
Ardını oxu...
Vasif “xan” əyyamının sonlarında, Naxçıvanda analoqu olmayan bir avtoqəza hadisəsi baş verib.
Bu ilin 13 oktyabr tarixində Əliabad qəsəbəsinin 75 yaşlı sakini Qüdrət Mustafayevin idarə etdiyi maşın Naxçıvan şəhərinin 57-ci məhəlləsində bir başqa maşınla toqquşur. Qüdrət kişinin iddiasına görə, günah qarşı tərəfdə olur. Bəxtsizlikdən qarşı tərəf Vasif “xan”ın bacısı oğlu İmoş çıxıb.
“Xan” həzrətlərinin qohumları ilə nəinki toqquşmaq, hətta yolda qarşısına çıxmağın belə cinayət olduğu Naxçıvanda Qüdrət kişinin bu “cəsarəti”, sizcə, nə ilə nəticələnə bilər?

Gəlin, ən yaxşısı, Qüdrət kişinin özünü dinləyək.
Teref.az

 
 
 
Ardını oxu...
Bakı Apelyasiya Məhkəməsində “Röyal Bank”ın direktoru olmuş Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sədri olmuş Əli Camın şikayəti üzrə qərar olunub. Camlar Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə təqsirli biliniblər.

İran mənşəli ABŞ vətəndaşı Əli Cam uzun illər Azərbaycanda yaşayıb və burada işləyib. 2013-cü ildən barəsində istintaq başlandığından ölkəni gizlincə tərk edərək istintaqdan yayınıb. Buna görə Azərbaycanın hüquq-mühafizə orqanları Əli Cam barəsində həbsli axtarış elan ediblər. Yalnız 2020-ci ilin iyununda Əli Cam Birləşmiş Ərəb Əmirlikləri ərazisində tutularaq Azərbaycana ekstradisiya edilib.

İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Ata-oğul rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıblar, saxta maliyyə əməliyyatları həyata keçiriblər. Beləliklə, külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.

İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8 milyon 500 min manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7 milyon 300 min manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Ardını oxu...
“Royal Bank”ın əsas səhmdarı olan Əli Cama qarşı hələ 2012-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Bundan təxminən 1 il sonra Əli Cama qarşı Cinayət Məcəlləsinin 179.3.2 –ci (mənimsəmə-külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Binəqədi rayon məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin Əli Cam istintaqdan qaçıb gizlənib.

Həmçinin, Əli Camın 2013-cü ildən eyni maddələrlə ittiham olunan və istintaqdan yayınan oğlu Fuad Cam da ötən il Azərbaycana qayıdarkən tutulub.

Bakı Apelyasiya Məhkəməsində qəbul olunan qərara əsasən, Fuad Camın həbs müddəti 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəmsəsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.
 
Ardını oxu...
DÇ-2022-nin ən yaxşı qolu açıqlanıb.

Qol.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Braziliya millisinin üzvü Rişarlisonun Serbiyaya vurduğu qol birinci olub.

“Tottenhem”də çıxış edən hücumçunun qolu Salem Əl-Davsari (Səudiyyə Ərəbistanı), Kodi Qakpo (Niderland), Enzo Fernandes (Argentina), Vinsent Abubakar (Kamerun), Luis Çaves (Meksika), Kilian Mbappe (Fransa),Pek Sın Ho (Cənubi Koreya) və Neymarın (Braziliya) qolunu üstələyib.



 
Ardını oxu...
Mədəniyyət naziri Anar Kərimovun vəzifədən azad edilməsi səs-küysüz ötüşmədi. Belə ki, Anar Kərimovun nazir kürsüsündə 2 il belə otura bilməməsi müzakirələr yol açdı.

DİA.AZ Yenisabah.az-a istinadla bildirir ki, keçmiş nazirin fəaliyyəti ilə bağlı narazılıq son vaxtlar daha da güclənmişdi. Mədəniyyət nazirinin ölkənin tanınmış mədəniyyət adamlarını tanımaması, korifey sənətkarlardan danışarkən ciddi səhvlərə yol verməsi, tabeliyində olan şəxslərin, hətta müavininin korrupsiyaya bulaşmasına göz yumması onun karyerasının uzun olmayacağını düşünməyə əsas verirdi. Amma Kərimovun vəzifədən bu qədər tez getməsi isə gözlənilməz oldu.

Qeyd edək ki, Anar Kərimovun işdən çıxarılması ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Ötən gün “Qafqazinfo” maraqlı iddia ilə çıxış edib. Saytın yazdığına görə, nazir həddini aşdığı üçün istefaya göndərilib. Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərin birinə qatılan Anar Kərimovun xanımı ilə sarayda, adətən, dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sırada əyləşdiyi bildirilir. Deyilənə görə, həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq, kreslonun üstündəki örtüyü açdırıb və israrla orada oturub.

“Yeni Sabah” xatırladır ki, həmin tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. O da nazir həmkarı kimi, xanımı ilə birlikdə Prezident sırası olduğu deyilən yerdə əyləşib. Yəni Anar Kərimovun etdiyi səhvi İnam Kərimov da təkrarlayıb.

Anar Kərimov səhvinin bədəlini nazir kreslosu ilə vidalaşmaqla ödədi. Bəs İnam Kərimovzun cəzası nə olacaq?

Yəqin ki, bunu da yaxın günlərdə biləcəyik...

Dünyapress TV

Xəbər lenti