Ardını oxu...
Azərbaycanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Ağır cinayətlər məhkəmələri üzrə:
Bakı Ağır Cinayətlər Məhkəməsi
Quliyev Vüqar Elbrus oğlu
Namazov Fərid Arif oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Məmmədov Abdulla Elşad oğlu
Məmmədzadə Mikayıl Maarif oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Məmmədov Neymət Hüsən oğlu
Şəki Ağır Cinayətlər Məhkəməsi
Məmmədov Xaliq Musa oğlu
inzibati məhkəmələr üzrə:
Bakı İnzibati Məhkəməsi
Cəlalov Bəhlul Məmmədcəfər oğlu
Musayeva Ləman Samir qızı
Gəncə İnzibati Məhkəməsi
Əliyeva Gülşən Talıb qızı
Şirvan İnzibati Məhkəməsi
Musayev Şahəli Calal oğlu
kommersiya məhkəmələri üzrə:
Bakı Kommersiya Məhkəməsi
Namazova Günay Rüstəm qızı
Şirvan Kommersiya Məhkəməsi
Abbasov Zaur Vahid oğlu
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Bağırov Zamiq Rəşid oğlu
Bakı şəhəri Xətai Rayon Məhkəməsi
Abdullayeva Aynur Aydın qızı
Eyvazova Samirə Əli qızı
Sadıxov Rəfail Adil oğlu
Bakı şəhəri Xəzər Rayon Məhkəməsi
Cəfərzadə İlham Nizami oğlu
Rüstəmov Emin Şahin oğlu
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
Aslanova Gülnar Faiq qızı
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Abbasov Nail İbad oğlu
Heydərova Əfsanə Elbrus qızı
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Mirzəliyev Ruslan Əsəd oğlu
Rəcəbova Elnurə Hüseyn qızı
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi
Kərimov Namiq Həsrət oğlu
Mirzəyeva Firuzə Fuad qızı
Mirzəyeva Ünsüyyət Hacımehdi qızı
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
Əlizadə Fariz Ariz oğlu
Sultanova Məmmədova Ayşən Ramiz qızı
rayon (şəhər) məhkəmələri üzrə:
Gəncə Şəhər Məhkəməsi
Əlizadə Elxan Novruz oğlu
Fərhadov Fuad Əlirza oğlu
Quba Rayon Məhkəməsi
Babayev Aydın Vahid oğlu
Lənkəran Rayon Məhkəməsi
Pənahov Anar Elman oğlu
Neftçala Rayon Məhkəməsi
Quliyev Samir İdris oğlu
Salyan Rayon Məhkəməsi
Məmmədli Ənnağı Əbdül oğlu
Samux Rayon Məhkəməsi
Kərimova Tərifə Əbülfət qızı
Sumqayıt Şəhər Məhkəməsi
Həxiyeva Şəbnəm Səlim qızı
Quliyev Ramiz Mübariz oğlu
Şəki Rayon Məhkəməsi
Vəliyev Elşən Yaşar oğlu
Şəmkir Rayon Məhkəməsi
Məhəmmədi Həvayət Kəmaləddin qızı
Şirvan Şəhər Məhkəməsi
Mustafayev Ceyhun Mustafa oğlu.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Ardını oxu...
Soyuq havalar Rusiyanı da əsir alıb. Dondurucu soyuqların təsiri altında qalan Ufa şəhərindı -30 dərəcə şaxta yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bin binada yaşanan yanğından sonra ortaya çıxan görüntülər dünyanın gündəminə oturub.

Binadakı yanğına müdaxilə edən xilasetmə işçilərinin yanğının üzərinə sıxdıqları su donub və bina tamamı ilə buzla əhatələnib.

Hadisə zamanı 4 nəfər həlak olub. Xilasedicilər öz işlərini icra edərkn çətin anlar yaşayıb.

Bina tam oalraq buzun altında qalıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Əfv Komissiyanın növbəti iclasının yanvarın 17-də keçirilməsi nəzərdə tutulur.

***

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantı saat 16:00-da başlayacaq.

İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Ardını oxu...
Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırılmasının ardından onun yerli əhaliyə qarşı illər ərzində tutduğu divandan danışılır.
“Naxçıvanın ən böyük mehmanxanası “Təbriz” hotelidir. Naxçıvanın yeganə 5 ulduz hoteli sayılır.

14 mərtəbəli hotelin cəmi 7 xadiməsi var. Deməli hər xadiməyə 2 mərtəbə düşür.

Di gəl ki, xadimələrə aylıq məvaciblərinin 50%-i verilir. Yəni ayda 150-180 manat”.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Hindistanda məzuniyyət zamanı işçini narahat edən əməkdaşlara cərimə tətbiq olunacaq.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bu qərar ölkədə fəaliyyət göstərən şirkətlərdən biri tərəfindən verilib. Belə ki, məzuniyyət zamanı həmkarını telefon zəngi ilə narahat edən hər bir işçinin 100 min rupi (təxminən 1200 ABŞ dolları) məbləğində cərimələnməsi qərara alınıb.

Şirkətin baş direktoru qeyd edib ki, ildə bir dəfə, bir həftə işdən uzaqlaşmaq işçinin rahat istirahət keçirməsinə kömək edir. Bu da onun yeni iş ili üçün böyük motivasiya verir və o daha da məhsuldar olur.
 
 
 
Ardını oxu...
Prokurorluq və polis əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
 
 
 
Ardını oxu...
Bakıda müəyyən məbləğdə vəsait almaqla vətəndaşı aldadaraq Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus binadan mənzil alacağına söz verən şirkət direktoru ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, sifarişlə ev tikib müştərilərə satan “KL 2018” MMC-nin direktoru Kazımova Könül Ağababa qızı 2020-ci ilin oktyabr ayında MİDA-nın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən binasından mənzil almaq istəyən Nuranə adlı xanıma köməklik edə biləcəyini deyib. Könül Kazımova bunun müqabilində Nuranədən əvvəlcə 2500 manat, daha sonra 1000 manat pul alıb.

Nuranə bir neçə aydan sonra Könülün onu aldadaraq, pulu mənimsədiyini başa düşüb. Zərərçəkən şirkət direktorunun ona vurduğu ziyanı ödəmədiyini, bu səbəbdən şikayətçi olduğunu, onunla barışmadığını, qanunda nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə zamanı o da məlum olub ki, 21 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Könül Kazımova ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilib.

Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli sözügedən məhkəmə işini nəzərə alaraq, Könül Kazımova barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbiri seçməyib.

Nigar Qədrlinin sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Könül Kazımova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsn. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxsdən maddi ziyana görə 3500 manat, mənəvi zərərə görə 200 manat, cəmi 3700 manat pul tutulub zərərçəkmiş şəxsə verilsin.
Ardını oxu...
Almanlar dəqiqlikləri ilə seçilsələr də, 1942-ci ildə sovet rəhbərlərinin fiziki cəhətdən məhv edilməsi ilə bağlı hazırladıqları əməliyyatda yetərincə qeyri-dəqiqliyə yol veriblər. Almaniya Baş Kəşfiyyat İdarəsi İosif Stalinin, Vyaçeslav Molotovun, Lavrenti Beriyanın, Lazar Kaqanoviçin və bir sıra yüksəkçinli hərbçilərin məhv edilməsi ilə bağlı keçirəcəkləri əməliyyata iki il vaxt sərf ediblər. Əməliyyatın icrası isə könüllü olaraq almanlar tərəfə keçən Pyotr Şilova və onun həyat yoldaşı Lyudmila Şilovaya həvalə edilib.

Maraqlıdır, kifayət qədər peşəkarların xidmət etdiyi Almaniya Baş Kəşfiyyat İdarəsi bu əməliyyatın baş tutacağına necə inanıblar?
Ardını oxu...

1909-cu ildə Çerniqovda anadan olan Pyotr Şilov 1940-cı ilə qədər öz tərcümeyi-halında bir neçə dəfə dəyişiklik edib. Hətta sonralar həbs olunanda istintaq zamanı onun hansı şəhərlərdə yaşadığını, harada təhsil aldığını dəqiqləşdirmək çətinlik yaradıb. Şilov 30 il ərzində üç dəfə həbs olunub. Bu həbslərin heç birində siyasi motiv olmayıb. Onu işlədiyi qurumlarda dövlət əmlakını mənimsədiyinə həbs ediblər.

Sonuncu dəfə isə o, həbsxanadan qaçaraq İrkutskda gizlənib. Məskunlaşdığı qəsəbədə müəllim işləyən bir qadınla ailə həyatı qurub və onun soyadını götürüb. Bununla da o, məsuliyyətdən yayınıb. Şilov haqqında dəqiq bilinən fakt ondan ibarət olub ki, o, 1941-ci ildə hərbi xidmətə çağrılıb, leytenant rütbəsində Şimal cəbhəsinə göndərilib. Həmin ərəfədə o, cəbhədə ikinci dəfə Lyudmila Fyodrovna ilə (Şilova) ailə həyatı qurub.
Ardını oxu...
1942-ci ildə Şilov həyat yoldaşı ilə birgə könüllü olaraq almanlara təslim olub və alman kəşfiyyatının istənilən tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Çütlük bir ildən artıq müddətdə xüsusi hazırlıq keçib. Almaniyanın Baş Kəşfiyyat və Təhlükəsizlik xidmətləri sovet rəhbərlərinin, o cümlədən İosif Stalinin fiziki cəhətdən məhv edilməsi ilə bağlı xüsusi əməliyyat hazırlayıblar. Əməliyyatda Şilovlar Moskvada antisovet ruhda olan hərbçilərlə əlaqəyə girməli, onların vasitəsi ilə ya Kremldə keçirilən tədbirlərə giriş hüququ qazanmalı, ya da Stalinin və digər dövlət məmurlarının xidməti avtomobillərinin hərəkət marşrutunu öyrənməli, terror aktları keçirmələri nəzərdə tutulub.

Ancaq peşəkar alman kəşfiyyatçıları Stalinin mühafizəsinin nə qədər güclü olmasını, Kremlə düşməyin nə qədər müşküllüyünü nəzərə almayıblar.
Ardını oxu...

Əməliyyatın keçirilməsi üçün Şilova bir sıra saxta sənədlər düzəldilib. Belə ki, onu Berlindən Moskvaya Baltik cəbhəsində xidmət edən “SMERŞ”-in mayoru kimi göndəriblər və müvafiq sənəd düzəldiblər. Bununla yanaşı, Şilovun kitelində Sovet İttifaqı Qəhrəmanı adını əks etdirən qızıl ulduz da olub. Həmin ulduz əsir düşən sovet hərbçisindən götürülüb, sənədi isə saxtalaşdırılıb.

Şilovlar 1942-ci ilin avqust ayında alman təyyarəsi ilə SSRİ ərazisinə keçiriləndə təyyarə eniş edə bilməyib. SSRİ-nin hava hücumundan müdafiə qüvvələrinin hədəfinə düşən təyyarə geri qayıtmağa məcbur olub. İkinci cəhddə, sentyabrın 5-də Şilovlar alman təyyarəsi ilə Smolensk ərazisinə düşüblər və dərhal xüsusi rabitə qurğuları ilə Almaniya kəşfiyyatına məlumat veriblər. Əvvəlcədən cütlük üçün düşdükləri ərazidə motosiklet də hazırlanıb.

Ardını oxu...

Şilov bir neçə buraxılış məntəqəsini Tavrin soyadında qəhrəman-mayor kimi keçə bilsə də, növbəti məntəqədə ilişib. Yağışlı havada islanmış formalarını dəyişmək üçün Şilovlar keçid məntəqəsinin yaxınlığındakı kimsəsiz daxmada özləri ilə götürdükləri təzə formanı geyiniblər və cəmi bir-iki dəqiqədən sonra nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıblar. Şilov qürurlu bir tərzdə sinəsini qabağa verərək qızıl ulduzunu göstərib və “SMERŞ” vəsiqəsini təqdim edib. Məntəqənin növbətçi rəisi kapitan Koçetova yağışlı havada Şilovların paltarlarının quru olması şübhəli görünüb. Kapitan düşünüb ki, açıq motosikletdə gələnlərin geyimləri bu cür havada quru ola bilməz. Koçetov onları növbətçi otağına dəvət edib. Casusların sənədlərinə diqqətlə baxıblar və birbaşa Moskvaya məruzə ediblər. Xidmətdə olan əsgərlər isə Şilovları öz nəzarətləri altında saxlayıblar. Moskvadan bildirilib ki, nəinki Baltik cəbhəsində, heç ümumiyyətlə “SMERŞ”-də Tavrin soyadlı zabit xidmət etmir.

Beləliklə, Şilovlar ifşa olunaraq Moskvaya aparılıb. İlkin araşdırmalarda Şilovlar alman kəşfiyyatına işlədiklərini etiraf ediblər.

Ardını oxu...

Şilovları bir neçə ay həbsxanaya salmayıblar. Amma omlar Baş Kəşfiyyat İdarəsində xüsusi nəzarət altında saxlanılıb. Onlara imkan yaradıblar ki, rabitə vasitələri ilə almanlarla əlaqələrini davam etdirsinlər. Şilov bu işə böyük həvəslə razılıq verib və belə düşünüb ki, bu onun cəzasını yüngülləşdirəcək. Bununla yanaşı, Şilov SSRİ kəşfiyyatına Almaniya kəşfiyyatı haqqında bütün bildiklərini də danışıb.

Amma bütün bunlar Şilovu və həyat yoldaşını xilas etməyib. Viktor Abakumov və Lavrenti Beriya Şilovlar haqqında Stalinə xüsusi arayış hazırlayıblar. Stalinin arayışa münasibəti özünəməxsus olub:

“Sıravi sovet əsgərinin qarşısında aciz qalan faşist Almaniyası yoldaş Stalini məhv etmək xülyasına düşübsə, bunu yalnız Hitlerin ağılsızlığı kimi qiymətləndirmək olar. Bu cür xəyanətkarların isə bir cəzası var – güllələnmək…”
Ardını oxu...

SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası əvvəlcə Şilov haqqında güllələnmə hökmü çıxarıb. Daha sonra Lyudmila Şilovanın məhkəməsi başlanıb. O, məhkəmədən prosesin çox uzanmamasını xahiş edib:

– Sizdən yeganə xahişim, son sözüm budur ki, mənə də həyat yoldaşıma verilən cəzanı verəsiniz. Mən Almaniyada olduğum vaxtlarda hər gün doğma vətənimi xatırlamışam və öz vətənimdə ölməyi arzulamışam. Nəhayət, həmin gün gəlib yetişib, arzularımın gerçəkləşdiyi gün. Bu ölümü mən özüm qazanmışam…”

Bununla da, Şilovların həyatına son qoyulub, onların hər ikisi güllələnib.

İlham Cəmiloğlu, Musavat.com
 
 
 
Ardını oxu...
Yevlax xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Yevlax Mərkəzi Rayon Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cəbbarov Yevlax şəhər Əhmədağa Baxşıyev küçəsində olan mənzilində qətlə yetirilib.

O, 20-dən çox bıçaq zərbələri alıb və ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Hadisənin başvermə səbəbləri isə hələ ki məlum deyil.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

23:42

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, xəstəxananın Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

Hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verildiyi kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Bu barədə Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb.
İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti