Ardını oxu...
Qubanın İkinci Nügədi kəndinin bəzi sakinləri mavi yanacaq problemi yaşayırlar.

Belə ki, sözügedən kənd mavi yanacaqla təmin olunsa da, 50-yə yaxın ev illərdir qaz üzünə həsrətdir.

“Odunla evi qızdıra bilmirik. Hansı dövrdə yaşayırıq ki, qazsız qalaq?”, - deyə kənd sakinləri qeyd ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından öncə sualların sosial şəbəkələrdə yayılması halı ilk dəfə deyil. Son 3 ildə keçirilən MİQ imtahanında, təəssüf ki, şəffaflıq qorunmur”.

Teref.Az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

K. Əsədov əlavə edib ki, keçən il bununla bağlı ciddi faktlar ortaya qoyub:

“Nazirlik də bunu etiraf etmişdi. Dedilər ki, bu əməli törədənlər cəzalandırılacaq, amma sonra heç nə olmadı, əksinə, hadisəni yenidən ört-basdır etdilər.

Təəssüf ki, bu günlərdə keçirilən test imtahanında da şəffaflıq gözlənilməyib. Bunun əsas səbəbi Elm və Təhsil Nazirliyinin imtahanlarla bağlı test bazasının, yəni test bunkerinin yoxluğu, habelə imtahanlara qısa müddət qalmış imtahan suallarını üçün cəlb olunan mütəxəssislərdir.

K. Əsədov iddia edib ki, baş verənlər ETN-in imtahan keçirmək üçün bazası, strukturu və mexanizmi yoxdur:

“Bu qurum sadəcə formal xarakterli imtahanlar keçirir. İmtahan suallaı yazanlar sualları satırlar. Sonra da deyirlər ki, baxın, bu sahədə yeganə və yaxud da səlahiyyətli şəxs, söz sahibiyik.

Əvvəllər belə bir fikir formalaşmışdı: bunker müəllimi. DİM bu faktları aradan qaldırdı, şəffaflığı təmin edə bildi. Amma bu sözləri Elm və Təhsil Nazirliyi ilə bağlı deyə bilmirik. Çünki nazirliyin keçirdiyi müxtəlif imtahanlarda istifadə edilmiş suallar əvvəldən kimlərinsə əlində olur.

Nazirlik rəsmiləri sualların məxfiliyini təmin edə bilmir. Bu, yaxşı hal deyil, əksinə, Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanları şübhəyə almaq üçün əsas verə bilər.

Nazirlik yalnız özünün və yaxud da hansısa kursun, mərkəzin və ya repetitorun maraqlarına xidmət edir. Baş verənlər ciddi bir faktdır. Hətta sadaladığım nüanslar cinayət kimi qiymətləndirilə bilər. Yəni bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycanda hər hansı bir imtahanı keçirmə bacarığı, biliyi yoxdur”.

Ekspert onu da vurğulayıb ki, 30 ildən çoxdur Azərbaycanda bütün növ , hətta beynəlxalq imtahanları da keçirmək təcrübəsi DİM-də var:

“Adı da üstündədir, Dövlət İmtahan Mərkəzi. Onun keçirdiyi imtahanlarda istifadə olunmuş sualların hər hansı bir şəxsdə, eyni zamanda sosial şəbəkədə olmasını təsəvvür belə edə bilmərik. İllərin təcrübəsini nəzərə alsaq, birmənalı şəkildə bu imtahanlar DİM-ə verilməlidir. Çünki onların həm təcrübəsi var, həm də təhlükəsizliyi təmin edə bilirlər. Eləcə də mərkəzin bunker sistemi var. Hətta DİM zal nəzarətçisini peşəkarlar arasından seçir. Düşünürəm ki, təhlükəsizlik, peşəkar suallar və bütün amilləri nəzərə alaraq, mütləq şəkildə bütün növ imtahanlar DİM-ə həvalə olunmalıdır”.
 
Ardını oxu...
3 uşaq atası olan Astara rayon sakini İbrahimov Bəylər Ramil oğlunun yoxsul və acınacaqlı şəraitini bir sıra məmurlar göz ardı ediblər. Heç bir yerdə çalışmayan, ünvanlı sosial yardım almayan, daxmada yaşayan çarəsiz vəziyyətdə qalan vətəndaş dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, ona kömək əli uzadan olmayıb. Beton üzərində yatan, yetkinlik yaşına çatmamış, məktəb şagirdləri olan övladlarını istədikləri kimi yaşada bilməyən atanın fəryadı sanki əsir düşmüş Azərbaycanlını xatırladır.
Bir övladını qaldığı evdə baş vermiş yanğın nəticəsində itirən ata, digər övladlarının təhsil alması üçün əlindən gələni edir, amma yaşadığı şərait ona imkan vermir ki, məqsədinə nail olsun. //gundelik-baku.com//

 
 
 
Ardını oxu...
Restoranlarda servis haqqı məsələsi tez-tez müzakirələrə çevrilir. Xüsusilə menyuların əksəriyyətində xidməthaqqının qeyd edilməməsi, bəzən isə 10 faizdən çox olması müştərilərin narazılığına səbəb olur. Elə bu günlərdə sosial şəbəkələrdə yayılan foto da birmənalı qarşılanmayıb.

AzFakt.com xəbər verir ki, "Xəbər Ertəsi"nin vatsap nömrəsinə gələn müraciətlərdən də görünür ki, bəzi restoranlarda müştərilərdən hətta 20-25 faiz servis haqqı tutulur.

Bildirilir ki, müxbirlər vəziyyəti dəqiqləşdirmək üçün bəzi restoranlara müştəri kimi daxil olublar. Ancaq kadrlardan göründüyü kimi, menyularda servishaqqına dair heç nə yazılmayıb. İaşə obyenktlərinin əməkdaşları da sözügedən məlumatın menyuda qeyd edilmədiyini təsdiqlədilər və əlavə şərh vermək istəmədilər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
"Vətəndaşlar onlardan əlavə 25% xidmət haqqı alan restoranı məhkəməyə verə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov restoranlarda vətəndaşlardan alınan əlavə xidmət haqqının hüququ əsaslarını izah edərkən deyib.

O bildirib ki, vətəndaşın verdiyi 25% xidmət haqqını restorandan geri almaq imkanı var:

"Müqavilə iki formada bağlanılır, sifahi və yazılı. Yazılı müqavilə aydındır, şərtlər göz önündə olur. Sifahi müqavilə fərqlidir. Müqavilə şifahi bağlanılırsa, qarşı tərəf, yəni bizə xidmət göstərən şəxs qiyməti əvvəldən bəyan etməlidir. Restorana gedəndə menyu verilir və orada qiymətlər göstərilir. Əgər orada xidmət haqqı da varsa, bu barədə əvvəldən məlumat verilməlidir. Hətta restoranda tutaq ki, hardasa bu barədə yazılıb, amma müştəri hardasa bunu görməyə, fikir verməyə bilər. Çünki heç kəs bunu gözləmir. Buna müqavilənin standart şərtləri deyillər. Əgər istehlakçıya sahibkar nəsə satırsa, xidmət göstərirsə və onun şərtlərində qeyri-adi gözlənilməz nəsə varsa, o istehlakçının maraqlarına ziddirsə və sahibkar öz hüquqlarından istifadə edirsə, həmin şəxs etibarsızdır. Əgər restoran yazırsa ki, xidmət haqqı 5%-dir, bu, gözlənləndir, amma 25% gözlənilməz şətdir”.

Əkrəm Həsənov vurğulayıb ki, belə bir şərt varsa da və müştəri onu görməyibsə bu halda da etibarsızdır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib.

Dövlət başçısı müşavirədə Gədəbəyin Söyüdülü kəndində baş verən hadisələrdən də danışıb.

Prezident çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyini sərt şəkildə tənqid edib, qurumun səhlənkarlığa yol verdiyini bildirib.

Prezidentin həmin məsələ ilə bağlı çıxışının videosunu təqdim edirik:

 
 
 
Ardını oxu...
Bu gün Tovuz döyüşlərinin başlamasından üç il keçir.

2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.

Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini atəşə tutub.

Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.

Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.

Əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadıqları üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asan olur.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Bu əməliyyat istiqaməti eyni zamanda həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun irəliləməsinin qarşısının alınmasına yönəlib.
Təbii ki, döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi.

Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid olub. Döyüşlər zamanı yaralananlar da olub.

Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq qürurverici haldır ki, şəhid olan general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüş zamanı həlak olublar.

Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Tovuz döyüşləri Azərbaycanda Ermənistanın işğalına qarşı dövlətin strateji qətiyyətini və xalqın müqavimət ruhunu gücləndirdi.

Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Tovuz döyüşləri həm də həmin ilin sentyabrında başlayan Vətən müharibəsi üçün qığılcım rolunu oynadı. Azərbaycan ermənilərin davamlı təxribatlarına cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.
Ardını oxu...
Gəncəyə güclü yağışdan sonra dolu yağıb.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, bu gün təxminən 16 radələrində şəhərə dolu düşüb.

Doludan sonra hər hansı bir fəsadın olmadığı bildirilir.

Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

 
 
 
Ardını oxu...
Küveytdə həddindən artıq istilər səbəbindən dəfn mərasimləri gecə saatlarında keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Küveytim “Ər-Ray” qəzeti məlumat yayıb.

Qərara əsasən, vəfat edən şəxslərin meyitləri iyul və avqust aylarında gecələr dəfn edilə bilər.

Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər göstəriləcəyi bildirilib.
 
Ardını oxu...
Sumqayıtda toyda qətl olub. Bu haqda Sumqayıt24 xəbər verir.

Hadisə 8 iyul saat 23:00 radələrində “Green House” şadlıq sarayında baş verib. Şahidlərin sözlərinə görə, qonaqlar rəqs edən zaman Elxan Ələkbərov (şərti) orta yaşlı qardaşı Namiqə (şərti) arxadan yaxınlaşaraq bıçaqla onun boğazını kəsib.

Namiqin həyat yoldaşı, Elnarə (şərti) olanları görəndə panikaya düşüb. Bu zaman Elxan onun da çənəsinə bıçaq saplayıb. Lakin qadın sağ qalıb.

Qətllə bitən münaqişənin səbəbləri hələ ki qaranlıq qalıb.
 

Dünyapress TV

Xəbər lenti