Vətən müharibəsi üçün qığılcım rolunu oynayan Tovuz döyüşlərindən üç il ötür
Bu gün Tovuz döyüşlərinin başlamasından üç il keçir.

2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.

Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini atəşə tutub.

Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.

Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.

Əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadıqları üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asan olur.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Bu əməliyyat istiqaməti eyni zamanda həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun irəliləməsinin qarşısının alınmasına yönəlib.
Təbii ki, döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi.

Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhid olub. Döyüşlər zamanı yaralananlar da olub.

Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq qürurverici haldır ki, şəhid olan general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüş zamanı həlak olublar.

Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Tovuz döyüşləri Azərbaycanda Ermənistanın işğalına qarşı dövlətin strateji qətiyyətini və xalqın müqavimət ruhunu gücləndirdi.

Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Tovuz döyüşləri həm də həmin ilin sentyabrında başlayan Vətən müharibəsi üçün qığılcım rolunu oynadı. Azərbaycan ermənilərin davamlı təxribatlarına cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.

Bölmənin digər xəbərləri

28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR

Dünyapress TV

Xəbər lenti