""Azərbaycan" Nəşriyyatı media orqanları üçün icarə haqqını 50%-dən çox artırdı... İllərdir ki, tərəflər arasında bağlanan illik müqavilələrdə deyildiyi kimi, "İcarə haqqı" yox, "Kommunal xərclər" ifadəsi yazılır. Ki, bu da çooox zadlar deməkdir... " Teref.az yazır ki, bunu Yenixeber.org saytının baş redaktoru İlqar Salmanov öz feysbuk səhifəsində paylaşıb. Yazdığı xəbəriu şərh edən baş redaktor daha sonra yazır: "Mən hələ bunun qarışılığında binanın 10 illərdir cari təmirsiz qalıb, üfunət qoxumasını demirəm... Həm də onu demirəm ki, "Azərbaycan" Nəşriyyatı kimsənin dədəsinin mirası deyil, dövlət babanın binasıdır-Prezident Administrasiyasının balansındadır. Və deyilənə görə dövlət baba da nəfəsini daim mediada əsdirir... "Azərbaycan" Nəşriyyatının sürprizinə susqunluq özünü media mənsubu sayan birisinə yumşaq desək yaraşmaz!" Teref.az yazır ki, İlqar Salmanovun Feysbukda paylaşdığı xəbərə münasibət bildirən həmkarları aşağıdakı fikirləöri yazırlar: Gundem Xeber Əslində "Azərbaycan" Nəşriyyatına yeni gələn rəhbərlik qiymətləri endirməliyidi. Amma görünən odur ki, qiymətlər kəllə-çarxa qalxdı.Yəni 50% dən yuxarı "icarə" haqqı artırıldı. Dövlətin birmənalı olaraq, mətbuat üçün ayırdığı binanı MMC adı altında özəlləşdirənlər özlərinə 10 000, 8000 və 6000 manat maaş yazanlar bilməlidirlər ki, atdıqları addımlar konkret olaraq, soyğunçuluqdur! Nəşriyyatda fəaliyyət göstərən redaksiyalarla komunal ödəniş üçün müqavilə bağlayıb, kvm-dən aslı olaraq 150, 300 və 500 manat icarə haqqı yığanlar unutmalı deyillər ki, həmin kvm olan otaqlara görə 15, 20 və 30 manat dövlət büdcəsinə komunal ödənişi edirlər. Son dövrlər mətbuata qarşı ən böyük ədalətsizlik etməklə siyasi mühacir ordusu yaradırlar. Görəsən Prezidentin bu işlərdən xəbəri varmı? Əgər yoxdursa, biz diqqətinə çatdırmağa çalışarıq. Teref.az
Xəbər verdiyimiz kimi, dünən göyərtəsində 72 nəfər olan Yeti Hava Yollarına məxsus təyyarə Nepalın Poxara Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında qəzaya düşüb. Hadisə nəticəsində 68 sərnişin və 4 ekipaj üzvünün həlak olduğu bildirilsə də, daha sonradan 2 nəfərin sağ qaldığı məlum olub.
Qəzadan bir neçə dəqiqə əvvəl təyyarənin göyərtəsində lentə alınan görüntülər yayılıb.
Sözügedən görüntünü isə sərnişinlərdən biri çəkib. Görüntülərdən həmin şəxsin şəhəri lentə aldığını, daha sonradan isə qəza səbəbindən yanğının baş verdiyini görmək mümkündür.
İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
Teref.az xəbər verir ki, bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər.
Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir. Belə ki, hətta gül oğruları videomüşahidə kameralarına da düşüb.
Məlumata görə, xiyabanın sözügedən ərazisində mühafizəçi fəaliyyət göstərir.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülər barədə məlumatları var. Araşdırma aparılır.
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd sakini Elvin Hüseynovdan 1 ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi, 12 ədəd patron, Turşsu kənd sakini Azər Abbasovdan “İJ” markalı, 16 kalibrli ov tüfəngi, Çiçəkli kənd sakinləri Natif Quliyevdən “BUM” markalı ov tüfəngi və 49 ədəd patron, Mürsəl Tapdıqovdan 16 kalibrli, “İJ” markalı ov tüfəngi və Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb. Aşkar edilən müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.
Bakıda və Abşeron yarımadasında Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Almaniyada ətraf mühit fəalları ilə polis arasında toqquşma baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.
Ekoaktivistlər Şimali Reyn-Vestfaliya vilayətinin Lützerat kəndində bütün evlərin sökülməsinə səbəb ola biləcək kömür mədəninin genişləndirilməsinə etiraz ediblər.
Toqquşma nəticəsində 70 polis əməkdaşı yaralanıb. Aksiyada 10 mindən çox etirazçı iştirak edib. İsveçli ətraf mühit fəalı Qreta Tunberq də aksiyalara qoşulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib.
"Report" xəbər verir ki, müvafiq sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov imzalayıb.
Sərəncamla Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisinin Qəbul Sektoru şöbəsinin müdiri Rəşad Əhmədov işdən azad olunub.
Türkiuənin Hatay bölgəsində qəribə hadisə baş verib.
H.D.R adlı şəx evdə olarkən qapının zəngi çalınıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qapı gözlüyündən baxanda dilənçi olduğunu anlayan ev sahibi qapını açmayıb. Bu zaman dilənçi qadının zorla qapını açmağa çalışdığını anlayıb.
Ev sahibin həmin anları qapı gözlüyündən mobil telefonu ilə lentə alıb. Şübhəli şəxs isə durumun fərqinə varıb və oradan qaçaraq uzaqlaşıb. H.D.R dilənçinin qaçması ilə jandarmaya xəbər verib.
Araşdırmalara görə, bəlli olub ki, şübhəli getdiyi evlərdə əvvəlcə qapını döyüb, kim qapını açsa dilənməyə başlayıb, evdə heç kim olmazsa, o, xüsusi aparat vasitəsilə evə girərək oğurluq edirmiş. Çoxsayda oğurluqda əli olduğu bildirilənP.A məhkəmə tərəfindən həbs edilib.