“Ya şəhəri qlobal miqyasda yenidən qurmaq lazımdır, ya da...” -


“Ya şəhəri qlobal miqyasda yenidən qurmaq lazımdır, ya da...” - Bakını NECƏ XİLAS ETMƏLİ?
Tarix: Bu gün, 00:05 | Çap et
“Ya şəhəri qlobal miqyasda yenidən qurmaq lazımdır, ya da...”
Lazım olan yerlərdə park edilməmiş avtomobillər, davamlı tıxaclar, ictimai nəqliyyatın keyfiyyətsizliyi - bütün bunlar paytaxt sakinlərinin həyatını xeyli çətinləşdirir. Artıq nəsə etmək vaxtıdır və yollarda vəziyyəti yaxşılaşdırmaq üçün səlahiyyətlilər parklanma məsələsini həll etmək qərarına gəliblər.

Nazirlər Kabineti iyunun 25-də “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Bu qərar dövlət əhəmiyyətli avtomobil yollarında parklanma yerlərinə şamil edilir və dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. Şəhərlərdə (Bakı, Sumqayıt və Gəncə istisna olmaqla) və regionlarda parkinq pulsuz olacaq. Bundan əlavə, adıçəkilən şəhərlərin bütün rayonlarında saat 22:00-dan 07:00-a qədər və bazar günləri avtomobillərin parklanmasına görə ödəniş tələb olunmur.

4 parklama zonasına bölünən ərazilərdə qiymətlər 30 qəpikdən 1 manata qədərdir. Mərkəzdə kənarlardan daha bahadır. Ödəniş mobil proqram vasitəsilə nağdsız qaydada həyata keçiriləcək və bununla bağlı problemləri olan sürücülərə müvafiq işçilər və könüllülər kömək edəcək. Parkinqdən əldə edilən gəlir yol sisteminin saxlanması və nəqliyyat infrastrukturunun inkişafı üçün istifadə olunacaq.

TEREF.AZ bildirir ki, “Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov mövzuya dair AYNA-ya şərhində deyib ki, paytaxtın nəqliyyat sektorunda baş verənlər böyük sosial problemdir: “Yəqin ki, bu gün ölkədə avtomobillərin 80 faizi Bakıdadır. Paytaxtımız sovet dövründə az miqdarda nəqliyyat üçün nəzərdə tutulmuşdu. Maşınlar az idi, buna görə də parkinqlə bağlı xüsusi bir sual yox idi. İndi qeyri-rəsmi məlumatlara görə, Bakıda 4 milyondan çox insan yaşayır və 900 minə yaxın avtomobil var. Yollar bu qədər nəqliyyata hazır deyil və məsul qurumlar bu məsələni həll etməyə tələsmir”.

Həmsöhbətimizin sözlərinə görə, birmərtəbəli və ikimərtəbəli evlərin əvəzinə hündürmərtəbəli binalar tikilir və əhalinin sıxlığının hər 1 kvadratmetr üçün artması təbiidir: “İndi avtomobillərin dar küçələrdən keçmək üçün yeri yoxdur. Maşınlar yolun hər iki tərəfində dayanır, dayanacaqlar düşünülməyib. Əlbəttə, istənilən yerdə maşın saxlayan sürücüləri və yol polisi əməkdaşlarını danlamaq olar, baxmayaraq ki, onlar sözün əsl mənasında, bu qədər qayda pozuntusu faktında boğulurlar. Amma hündürmərtəbəli binaların tikintisi zamanı heç kəs düşünmürdü ki, orada parkinq lazımdır. Ümumiyyətlə, paytaxtın nəqliyyat sektoru xaotik inkişaf edir, hansı nəqliyyatın inkişafına üstünlük verdiyimiz bəlli deyil. Məsələn, ictimai nəqliyyata üstünlük verirsinizsə, Sinqapurda, bu, bahalı avtomobilləri, bahalı avtomobil sığortasını, dayanacaqları nəzərdə tutur. Vətəndaşlar sözün əsl mənasında, ictimai nəqliyyatdan istifadə etməyə məcburdurlar, lakin eyni zamanda onun yaxşı işləməsi üçün hər şey edilir. Oradakı ictimai nəqliyyat sistemi ən xırda təfərrüatına qədər düşünülüb, o sistemlə istənilən yerə çata bilərsiniz”.

“Ya da, məsələn, Los-Anceles kimi ABŞ şəhərlərində ictimai nəqliyyat prioritet deyil. Bəzi marşrutlarda cəmi 2-3 avtobus var ki, onları da sərnişinlər bəzən çox uzun müddət gözləməli olurlar. Orada insanlar avtomobillərini idarə etməyə üstünlük verirlər, odur ki burada hərəkətin düzgün tənzimlənməsinə, yol nişanlarına, parkinq sistemlərinə və s. daha çox diqqət yetirilir. Bizdə anlaşılmaz bir vəziyyət var. Amma prioritetin nə olmasından asılı olaraq - ictimai nəqliyyat, yoxsa avtomobillər - şəhər rəhbərliyinin və digər məsul strukturların siyasəti dəyişməlidir”, - deyə Məmmədov bildirib.

O, misal kimi “Metropark” ticarət mərkəzini göstərib ki, burada hündürmərtəbəli dayanacaq olsa da, avtomobillərin onun qarşısında deyil, dayanacaqda saxlanması üçün heç bir iş görülmür: “Axı siz sürücüləri bəzi promouşınlarla maraqlandıra bilərsiniz, məsələn, qiymət endirimləri və s. İndi isə çox vaxt “Metropark”ın qarşısında maşın sürmək mümkün olmur. Şəhərdə dayanacaqlarla yanaşı, aralıq dayanacaqlara da ehtiyacımız var. Yayda çoxlu adamlar bağlarda yaşayır, kimsə ilboyu orada yaşayır, Bakıda isə işə gedib-gəlirlər”.

“Hər gün Abşeron kəndlərindən və Sumqayıtdan insanlar mərkəzə gəlir. Yolları boşaltmaq üçün şəhərin girişində, “Koroğlu”nun üstündə pulsuz parkinq yarada bilərsiniz ki, insanlar maşınlarını orada qoyub, sonra avtobus və metro ilə gedə bilsinlər. Dediyim kimi, şəhərimiz indi paytaxt yollarında gəzən avtomobillərin sayına uyğunlaşdırılmayıb. Ya şəhəri qlobal miqyasda yenidən qurmaq lazımdır – bu, çətin ki, reallaşsın, ya da ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır. Qeyd edim ki, avtomobillərin çoxluğu daimi tıxaclar, yüksək yanacaq sərfiyyatı, ekologiyaya zərbədir”, - deyə ekspert vurğulayıb.

Bakıda dörd parkinq zonasının olacağı layihə vəziyyəti dəyişəcəkmi? Onun fikrincə, yox: “Bu heç nəyi həll etmir, hətta yeni dayanacaqların tikilməsi ilə bağlı heç nə deyilmir. Avtomobillər yenidən yollarda cəmləşəcək. Dayanacaqların tikintisinə pul əsirgəməyə və onları bahalaşdırmağa ehtiyac yoxdur, çünki o zaman sürücülər avtomobillərini yanlış yerlərdə park etməyə çalışacaqlar. Amma parklanma haqqını yalnız nağdsız ödəmək mümkünlüyü yaxşı haldır. Ən azı daha çox şəffaflıq olacaq, ən azı pulların hara getdiyi bəlli olacaq”.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti