Ardını oxu...
Yanvarın 31-də Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirildiyi bildirilir. Yerli saytlarda yayılan məlumatlara görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs tutulub.

Fevralın 1-də isə saytlar həmin ittihamla saxlananların sayının 40-a yaxınlaşdığını vurğulayıblar. İddialara görə, həmin şəxslər Azərbaycanda din pərdəsi altında təxribatlara cəhd ediblər, sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar aparıblar…

Amma belə məlumatları, hələlik, hüquq-mühafizə orqanları nə rəsmi təsdiq, nə də təkzib edir. Üstəlik, müdafiə tərəfinin də mövqelərini öyrənmək mümkün olmayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov “Turan”a bildirib ki, İran uzun illər bu sahədə kifayət qədər ciddi fəaliyyət göstərib. Onun fikrincə, Azərbaycanda İran və onun dini lideri Xamneyinin siyasətini bəyənən, müdafiə edən adamlar var: “Şəbəkə olub-olmamasını deyə bilmərəm, ancaq belə adamlar var. Hətta müəyyən media təşkilatlarında, sosial şəbəkələrdə da belə adamlar var ki, vaxtaşırı İranın xeyrinə və bizim əleyhimizə fikirlər bildirirlər”.

Deputat hesab edir ki, həmin şəxslər 90-cı illərdə İran Azərbaycanın bir çox gənclərini öz dini mərkəzlərinə təhsil almaq adı ilə dəvət edəndə gücləniblər: “Sonradan məlum oldu ki, bunların bəziləri dini təhsillə paralel başqa hazırlıqlar da keçiblər. Bu, sonra özünü büruzə verdi”.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə AzadlıqRadiosuna deyib ki, istənilən ölkənin casus şəbəkəsi var: “Hesab edirəm ki, ən böyük casus şəbəkəsi İrana yox, Rusiyaya məxsusdur”.

Politoloqun sözlərinə görə, belə şəbəkələrin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu dəqiq müəyyən etmək üçün dövlət orqanlarının içində olmalısan: “Çünki dəqiq bilmək lazımdır ki, onun miqyası nə qədərdir, dövlət, hökumət içinə nə qədər giriblər. Amma dəqiq demək olar ki, İran bir dövlət olaraq fərqli-fərqli ölkələrdə terrordan istifadə edib və çox aqressiv hərəkətlərlə seçilir. Bu baxımından təhlükəli ola bilər”.

Hüquq müdafiəçisi Rüfət Səfərov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən xarici dairələr var: “Hesab edirəm ki, İran terroru dəstəkləyən dövlətdir. Bu dövlətin də Azərbaycanda casus şəbəkəsinin olduğunu inkar etmək olmaz”.

Son həbslərlə bağlı isə o, qeyd edib ki, istintaq və məhkəmə araşdırmasından sonra bir fikir yürütmək olar: “Bəri başdan hazırkı təqibi şübhə altına almaqdan uzağam. Lakin əvvəlki dövrlərdə siyasi yüklü, ya da saxta dövlətə xəyanət ittihamı üzrə mühakimələr də olub. Ümumiyyətlə, təəssüf ki, ölkəmizdə ədalət mühakiməsinin, müstəqil istintaq və məhkəmə sisteminin olmadığını deyə bilərik”.

Hələlik, bu fikirlərə İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma həmin səfirlikdən, bir qayda olaraq, Azərbaycana dost və qardaş münasibəti bəslənildiyi bildirilib. İran rəsmiləri hesab edirlər ki, bu iki ölkənin münasibətlərini korlamağa çalışan xarici qüvvələr var.
Ardını oxu...
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir.

TEREF.AZ bildirir ki, Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, bu proses Talıbovçuları əməlli-başlı qorxuya salıb. Əldə etdiyimiz bilgiyə görə, bu şəxslər arasında “SHAURMA №1” restoranlar şəbəkəsinin ortaqlarından biri olan Natiq Sadıqov da var. Bu haqda məlumat verən mənbə bildirir:

“Vasif Talıbovun vəzifədən getməsi “SHAURMA №1”-in sahibi Natiq Sadıqovu da qorxuya salıb. Belə ki, “SHAURMA №1”-də növbədənkənar yoxlamaların başlaması, vergi orqanları tərəfindən ciddi pozuntuların aşkar edilməsi, kassaların sıfırlanması, Əmək Məcəlləsinə uyğun olmayan qaydada işçilərin əmək fəaliyyətinə cəlb edilməsi və qida təhlükəsizliyi barədə dəfələrlə xəbərdarlıqların edilməsi heç də təsadüf deyil. Üstəlik, ciddi araşdırmaların başlanıldığı bir vaxtda Natiq Sadıqovun xeyli vaxtdır ölkədə görünməməsi də düşündürücüdür. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Vasif Talıbovun himayə etdiyi “dəstələr”dən birinin üzvü olma ehtimalı ilə “SHAURMA №1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov “vurulma” siyahısında olan nişanlardan birinə çevrilib. Görünür, bu səbəbdən və “SHAURMA №1” restoranlar şəbəkəsinin üzərində “qara buludların sıxlaşması” qorxusu ilə Natıq Sadıqov ölkəni tərk etmək məcburiyyətində qalıb”.

Mənbə onu da deyir ki, Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun tutduğu postdan könüllü şəkildə imtina etməsi, Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbovun sərəncama göndərilməsi, Vasif Talıbovun qızı Baharxanım Talıbovanın “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı üzvlükdən çıxarılması, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun özünün birinci müavini, Vasif Talıbovun qohumu Qəzənfər Novruzovu tutduğu vəzifədən azad etməsi gündəmi zəbt etməklə yanaşı, bu prosesin davamlı olacağına işarədir.

Bütün bunlardan əlavə, “SHAURMA №1”-in şəriklərindən olan Aqil Babayevin son məhkəmə proseslərində “zərərçəkmişlər”in çaşqınlıqları, hakimin və vəkillərin suallarına cavab verə bilməməəri, qorxu içində olduqları, hətta aralarından 2-3 nəfərin mətbuata məhkəmə prosesi ilə bağlı məlumat verərək, lakin adlarının gizli qalmaqlarını istəmələri Natiq Sadıqovun və şəriklərinin çətin vəziyyətdə olduqlarını göstərir. Son məhkəmələrdən aydın olur ki, Natiq Sadıqov prosesdə “zərərçəkmiş” kimi ifadə verən şəxslərdən bəzilərini hətta işə götüb.

Amma o da maraqlıdır ki, rəsmi sənədlərdə adı olmayan Natiq Sadıqov “SHAURMA №1” restoranına necə işçi götürür?
Bu gün bizi daha bir məsələ də maraqlandırır. Belə ki, Vasif Talıbovun vəzifədən getməsi nəticəsində “zərərçəkmişlər” son günlərədək əməkdaşımızın məhkəmədə iştirakına qarşı çıxdıqları halda, indi özləri bizlərlə əlaqə saxlayır, məhkəmədə baş verənlər haqda məlumat verirlər. Sizcə, qəribə deyilmi?!

Redaksiyadan: Mövzuda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Bakıda və Abşeron yarımadasında

Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman.
Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

 
Ardını oxu...
Evləri plana düşən sakinlər onlara təklif olunan kompensasiya məbləğinin azlığından şikayətləniblər.

DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya Nərimanov rayonunun Mayakovski 15 ünvanında yaşayan 61 mənzil sahibi müraciət edib.

Dediklərinə görə 61 mənzillik yataqxana binası söküləcəyi üçün Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən təcili olaraq evlərinin boşaldılması tələb edilir.

Mənzil sahibləri isə onlara hər kvadratmetrinə görə təklif olunan kompensasiya məbləğinin azlığından gileylənirlər. Narazı sakinlər bu məbləğə həmin ərazidə mənzil ala bilmədiklərinə görə yerində evlə təmin olunmalarını istəyirlər.

Məsələ ilə bağlı Nərminaov Rayon İcra Hakimiyyəti Bizim.Media-nın sorğusunu cavablandırıb:

“Sözügedən yataqxana qəzalıdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması və onların köçürülməsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq kompensasiya ayrılıb”, - deyə qurumdan bildirilib.
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

Bu barədə “Qafqazinfo” məlumat əldə edib.

Onun korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
 
Ardını oxu...
Dələduzluqda və mənimsəmədə təqsirləndirilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Teref.az "Report"a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bildirilib ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və banklardan biri təmsil olunur.

Təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatət qaldıraraq bildirib ki, müvəkkilinin qandalda gətirilməsi qadağan edilsin.

Vəsatət təmin olunub.

Digər vəsatət isə məhkəmə baxışına xitam olunaraq yenidən ibtidai istintaqa göndərilməsi olub. Ancaq məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə salındığını açıqlayıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

O, həm də özünü politoloq kimi təqdim edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

P.S. Xatırladaq ki, bu iş üzrə bəzi maraqlı məqamlar var, məhkəmə prosesi boyu bu məqamlarla bağlı araşdırma və dəqiqləşmələrimz olacaq.
 
Ardını oxu...
Fevral 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovdan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyədə 1 yaş yarımlıq, yeni yeriməyə başlamış Asım gecəyarı polis və anasına həyəcanlı anlar yaşadıb.
Bakupost.az xəbər verir ki, bir otel işçisi səhər 4-də küçədə bir körpənin sakitcə dolaşdığını görüb.
Otel işçisi uşağı saxlayaraq, ətrafı gəzib, heç kimi görməyib, sonra polisə xəbər verib.
Polis ətraf evləri, binaları gəzərək açıq qapını axtarıb.
Nəhayət bir binadan ər-arvad başılovlu çıxaraq, uşağın onlardan çıxdığını deyib. Uşağın anası gecə növbəsi işlədiyi üçün körpəni üst qonşuya etibar edib.
Kamera görüntülərində körpənin mənzildən çıxaraq pilləkənləri düşdüyü, blok qapısı açıq olduğundan rahatca küçəyə çıxdığı görülür.
Qonşular yuxuda olduğundan saat 4-də küçəyə çıxan körpəni heç kim görməyib.
Qışın soyuğunda, nazik gecə köynəyində küçələri dolaşan uşaq anası hadisə yerinə gəlmədən heç kimə təhvil verilmədi.
Uşaq bu həngamədə heç nədən qorxmayaraq, gülürdü.

 
Ardını oxu...
Yüksək rütbəli İran rəsmisi “Əl-Cəzirə”yə deyib ki, “ilkin istintaq hücumun İsrail tərəfindən törədildiyini göstərir və böyük ehtimalla, PUA-lar İran ərazisindən buraxılıb”.
Eyni məlumatı “Əl Ərəbiyyə” kanalı da yaymışdı. Belə nəticə çıxır ki, İsrail PUA-ları İran ərazisinə keçirib, zərbələri də onun ərazisindən endirib.
Mollalar doğrudan da yatıblarmış. Bir azdan deyəcəklər ki, "gecənin o saatında hücum edərlər".
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Florida ştatının Leyklend şəhərində baş verən atışmada azı on nəfər yaralanıb.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, Polis Departamentinə saat 15:43-də atışma barədə bir neçə zəng daxil olub. Hazırda 10 zərərçəkən var. Onlara tibbi yardım göstərilir.
 

Dünyapress TV

Xəbər lenti