Ardını oxu...
Azərbaycandan ölkə xaricinə “beyin axını”nın qarşısının alınması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda öz əksini tapıb.

Bundan başqa, strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi də öz əksini tapıb.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib.
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
 
Ardını oxu...
     

 
Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Xalqxeber.az bildirir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.

Ardını oxu...
DİA.AZ: - "Dünən Ə.Salamzadə küçəsində yerləşən "Bolmart" supermarketinin nəzdində fəaliyyət göstərən "Azcake"dən tort almışıq". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Gülyaz Əbilova-Heydərova giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Tort qonaqların qarşısına qoyulub. Ən pisi də bu tortdan iki azyaşlı uşaq yeyib. Xoşbəxtlikdən bu şəkildə gördüyünüz yad cism-bir ucu iti olan taxta parçası uşaqların qarşısına çıxmayıb.

Uşaq diqqət etməsə və bunu udsa hansı fəsadlara yol aça biləcəyini düşünmək belə istəmirəm. İlk dəfə idi burdan tort almışdıq, bu son olacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Müharibədən sonrakı dövrdə, 1950-1953-cü illərdə silsilə cinayətlər, qətl və qarətlər törədən cinayətkar dəstənin uzun müddət izinə düşmək mümkün olmayıb. Oxşar cinayətlər Moskvanın ərazisində törədilib. Dəstənin ilk cinayəti 1 fevral 1950-ci ildə qeydə alınıb. Həmin gün ərzaq mağazası qarət olunaraq 34 min pul aparılıb, müqavimət göstərmək istəyən satıcı isə tapança ilə qətlə yetirilib.
Hadisədən heç bir ay keçməmiş Moskvanın Tmiryazev rayonunda iki nəfər dəstə üzvü sənaye malları mağazasında soyğun törədib. Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetirib. Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.
Ardını oxu...
3-4 aylıq fasilədən sonra dəstə öz fəaliyyətini “istirahət”saatlarında davam etdirib. “Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edib və o, cinayətkarlara mane olmaq istəyəndə yerindəcə güllələnib. Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. Dəstə üzvləri bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.
Beləliklə, oxşar hadisələr üç il ərzində davam edib, bu müddət ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub. Maraqlı məqam odur ki, dəstə öz işini elə “peşəkarlıqla” görüb ki, peşəkar əməliyyatçılar cinayətin izinə düşə bilməyiblər.
Növbəti cinayət hadisəsi isə ölkənin birinci şəxsinin az qala gözlərinin önündə, Küntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərərək əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapança ilə qətlə yetirilib. Dəstə bu dəfə də böyük qazancla hadisə yerindən uzaqlaşa bilib.
Qətllərlə müşayiət olunan hadisələrin gedişi Mərkəzi Komitədə ciddi narahatlıq yaradıb. Stalin hüquq-mühafizə orqanlarının və Moskva rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Hadisələr haqqında ilk olaraq həmin dövrdə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşov məruzə edib. Stalin onun məruzəsini yarımçıq kəsib:
Ardını oxu...
-Bütün bu faktlar onu göstərir ki, şəhərin müvafiq qurumlarına partiya nəzarəti sıfır səviyyəsindədir və onlar öz işlərinin öhdəsindən gəlmək gücündə deyillər. Bu hadisələr həm də şəhər milisinin qeyri-peşəkarlığının göstəricisidir.
Stalin Xruşovu bir neçə dəqiqə danladıqdan sonra öz qərarını verib:
-Mən bu işi, cinayət hadisələrinin araşdırılmasını və açılmasını ittifaq miqyaslı qurumlara həvalə edirəm. Moskva rəhbərliyi isə qoy istirahətlərini davam etdirsinlər. Dəstə üzvləri bir gün onların da qapısını döyəcək.
Bununla da baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa ittifaq miqyaslı müvafiq nazirliklər məşğul olmağa başlayıblar.
Dəstə növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düyməsi”ni basmağa macal tapıb. Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.
Hadisədən dərhal sonra 7 saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.
Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb. Stadionun girişində bir nəfər gənc oğlan çəlləkdə pivə satan satıcıdan bütün pivəni alıb və tədbirdən çıxanlara pulsuz paylayıb. Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti” təbii ki, şübhələrə səbəb olub. Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. Elə ilk sorğu-sualda bütün məsələlərə aydınlıq gətirilib. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.
Ardını oxu...
Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Maraqlı faktlardan biri isə odur ki, dəstənin üzvləri heç də peşəkar cinayətkarlar deyil, işlədikləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.
İlham Cəmiloğlu.
Teref.az
 
Ardını oxu...
Bakıda iki nəfəri elektrik cərəyanı vurub.

Teref.az xəbər verir ki, hadisə Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. 21 yaşlı Alıyev Samir Fəzayıl oğlunu evdə cərəyan vuraraq öldürüb.

Həmçinin 21 yaşlı Yusifov Elşad Bədəl oğlunu da elektrik cərəyanı vuraraq öldürüb.

Faktlarla bağlı araşdırma aparılır. \\Azerforum.com
Ardını oxu...
“Bəzi Rusiya KİV-lərinin “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir əlaqəsi yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Jetica aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib.

Əsasən “Vaqner” qrupunun “Gray Zone Telegram” kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib.

Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir.

“Nə təyyarənin özü, nə də sərnişinləri “Vaqner”lə əlaqə saxlamayıblar və heç vaxt da onlarla bağlı olmayıblar”, – Sergey Trifonov Reuters-ə bildirib.

Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisnin icarəyə verilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, dünən Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes reaktivinin Bakıya enişi barədə məlumat yayılmışdı.
 
Ardını oxu...
Almaniyada hökm sürən əlverişsiz hava şəraiti 20-yə yaxın insanın yaralanmasına, 1 000-ə yaxın şəxsin təxliyəsinə səbəb olub.

Belə ki, Bavariya və Baden-Vürtemberq federal əyalətlərində yağan güclü yağışlar nəticəsində ən azı 18 nəfər xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib.

Lindau şəhərində ağaclar qırılaraq kemping düşərgəsinin üzərinə düşüb. Nəticədə biri ağır olmaqla altı nəfər xəsarət alıb. Vəziyyətin təhlükəsi ilə əlaqədar bölgədən 900 nəfər təxliyə edilib.

Nördlingendə bayker festivalında daha 10 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya çatdırılıb. Dahauda və Baden-Vürtemberq əyalətində iki nəfər ağır xəsarət alıb.

Əlverişsiz hava şəraiti qatarların hərəkətində ciddi pozuntulara səbəb olub.

 
Ardını oxu...
Balakəndə və qonşu Laqodexidə xeyli get-gəli olanlar, qohumluqları olanlar, xeyir-şərində yaxından iştirak edənlər yaşayırlar.
Balakənin sərhəddindən bərk qışqırsan az qala Laqodexinin Qabal kəndində eşidilər.
Balakəndən oraya məsafə təxminən 15-25 km olar.
Sərhədlər açıq olanda, adi vaxtlarda gediş müddəti təxminən 1 saat, gediş haqqı 1-2 manat olardı.
İndi bu insanlar xeyir-şərdə get-gəli aşağıdakı qaydada reallaşdırırlar :
1. Balakən - Bakı ş -450 km ( Vita, 7 saat, 20 manat)
2. Bakı ş - Hava limanı -25 km ( 1 saat, 3-4 manat)
3. Bakı ş -Tbilisi ş ~ 500 km (Təyyarə vasitəsilə , 1 saat, 100+ manat)
4. Tbilisi Hava limanı - Tbilisi ş -15 km, (1 saat, 2-3 manat)
5. Tbilisi ş - Laqodexi (Qabal kəndi) -150 km (2 saat, 10 manat)
Nəticə :
Əvvəllər Balakən -Laqodexi üçün, 15-25 km məsafə qət etmək, 1-2 manat xərcləmək və 1 saat vaxt lazım olurdu.
İndi isə, ən yaxşı halda, 1000 km məsafə qət etmək, 150+ manat xərcləmək və 12 saat vaxt lazımdır.
Əlbətdə, anlayırıq ki, təhlükəsizlik hər şeydən vacibdir.
Bununla belə, ümid edirəm quru sərhədlərin açılması üçün qərar qəbul edənlər, bu qərara təsir edənlər həm də bu qeyd olunanların fərqindədirlər.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Hüquq müdafiəçisi deyir ki, “Azneft” İB-da ölüm hadisələri olandan sonra oranın direktorunu SOCAR-ın vitse-prezidenti təyin ediblər

Avqustun 24-də Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin əməkdaşları Şirvan Ağaməmmədov və Şamo Nərimanov beton plitələrin çökməsi nəticəsində dənizə düşüb, boğularaq ölüblər. Bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Hadisə Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində təmir işləri aparılarkən baş verib.

Hadisə zamanı həyatını itirən Şirvan Ağaməmmədovun oğlu Cavid Ağaməmmədov Abzas Media-ya deyib ki, hadisə iş yerindəki şəraitsizlikdən baş verib:

“Atam 30-40 ildir işləyirdi. Mən bildiyim qədərilə iş görəndə yük gəlib, plitələrin yükü qaldırmağa gücü çatmayıb, düşüblər dənizə. Atam işin təhlükəli olması ilə bağlı heç nə demirdi, amma köhnə estakada, köhnə plitələr idi, təhlükə var idi həmişə. İndi istintaq gedir, araşdırılır, günahkarlar bilinəcək. Mən ayrı yaşayırdım, o evə yeganə çörək aparan atam idi”, – deyə o, bildirib.

Neftçilərin Hüquqları Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının fikrincə, ilk baxışdan hiss olunur ki, hadisə qanunvericiliyin pozulması nəticəsində baş verib. Onun sözlərinə görə, işçilər üçün normal iş şəraiti yaradılmayıb və işəgötürən məsuliyyət daşıyır:

“Təmir gedən meydançada köhnə beton plitələr olub, o betonları dəyişirdilər. Bildiyim qədərilə, təzə beton plitə krandan qırılaraq düşüb köhnələrin üstünə və hər iki işçi dənizə düşüb.

2010-2022-ci illərdə əmək qanunvericiliyinin pozulması nəticəsində, ya işəgötürənin günahından, ya da ölkənin neft sektorunda baş vermiş qəzalar nəticəsində 161 nəfər həlak olub ki, bunun da 131 nəfəri SOCAR-ın işçisidir.

İllərdir monitorinq aparırıq, hələ də ölüm hadisələrinə görə Əmək Məcəlləsinin tələblərilə bircə nəfər də işəgötürən işdən azad olunmayıb. “Azneft” İB-da ölüm hadisələri olandan sonra direktor Daşqın İsgəndərovu SOCAR-ın vitse-prezidenti təyin etdilər, indi də müşavirdir. Bu, bir misaldır”, – deyə M.Qəhrəmanlı bildirib.

Məsələ ilə bağlı açıqlama almaq üçün Dövlət Neft Şirkətinə müraciət etsək də, sorğumuza cavab verilmədi.

Dünyapress TV

Xəbər lenti