Qaynarxett.az-a Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 57-də yaşayan Şahin Məmmədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Vətəndaş Şahin Məmmədovun şikayəti Milli Məclisin deputatı Elman Nəsirovdandır.
Şikayətci bildirir ki, o, özünə maşın almaq istəyib. ona görə də internetdə axtarış aparıb. Nəhayət elanlarda Audi Q7 markalı maşın xoşuna gəlib: "Maşını mən deputat Nəsirov Elmandan almışam. Maşıni ustaya göstərməyə köməkçisi Vüqar və deputatın sürücüsü Elçinlə getdik. Maşına baxış keçirildikdən sonra usta sürücüdən motorun vəziyyətini soruşdu. Sürücü dedi ki, motor əla vəziyyətdədir, yağ yemir. Mən də ona və deputata inandım. Maşını bir-iki gün idarə etdikdən sonra məlum oldu ki, məni aldadıblar. Motor yağ yeyir, həm də bərk tüstüləyir. Başqa bir ustaya göstərdim, o mənə dedi ki, motor yağ yeyir, motor yığılmalıdır. Yəni bunun 2000 (iki min) xərci var. Mən maşını texsmotra saldırdım. Məlum oldu ki, maşının başqa hissələri də nasaz vəziyyətdədir, onu normal vəziyyətə gətirmək ücün 11 800 manat pul lazımdır."
Şikayətci qeyd edir ki, maşını deputat Elman Nəsirovdan alarkən onlara 700 (yeddi yüz) manat borcu qalıb: "Mən onlara dedim ki, siz maşının motorunu, başqa hissələrini düzəltdirin, mən də sizin qalan 700 (yeddi yüz) manatınızı ödəyim. Siz məni aldadıb, görün nə qədər ziyana salmısınız, sizdən şıkayət edəcəm. Sonradan dedilər ki, Elman müəllimə dedik, deyir ki, borc qalmış pulu qaytarsın, sonra hara istəyir desin, lap istəyir prezidentə şikayət etsin. Yoxsa onu polisə verəcəm."
Sonda şikayətci bildirir ki, bundan bir gün sonra onu polisə cagırıblar: "İnanmazdım ki, özünü millət vəkili adlandıran bir deputat belə hərəkət eləyər. Mənə təxminən 12 000 manat "atmagı" bəs deyil, dögurdan da məni polisə verib. Özü də aidiyyatı üzrə yox, başqa bir polis idarəsinə. Əgər deputat Elman Nəsirov bu cür haqsızlıq edirsə, o zaman başqalarına nə demək olar. Elman Nəsirov tutduğu vəzifəsindən və mövqeyində istifadə edir. Mən özüm Cəbrayıl qaçqınıyam. Deputat vətəndaşlara yardım etmək, hüququnu qorumaq əvəzinə onların pulunu mənimsəyir. Sonra da mənə köməkçi vasitəsi ilə hədə-qorxu gəlir. Mən bu barədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəm".
İstirahət günü oldugundan qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.
Tanınmış blogger Ramal İsayevin avtomobilinə ciddi şekildə ziyan vurulub, blogger "Azərbaycan Reallığı"na bildirir ki, yeni aldığı avtomobili Bakının Binəqədi rayonu, Atatürk prospekti 3078a ünvanda yerləşən "Avtomir N1" mağazasının qarşısında parkink etmək istəyərkən ona mağazanın rəhbərliyindən maşını burada saxlamaq olmaz, əks halda cavabı ağır olacağı bildirilib.
Blogger bildirir ki, sözü gedən ərazidə bina sakinlərin maşınlarını saxlamaq üçün nəzərdə tutulsa da aylardır ki, ərazi "Avtomir N1" mağazası tərəfindən kubik daşları ilə zəpt olunub, iş saatlarına yalnız mağaza işçiləri öz maşınların saxlayırlar, iş vaxtı bitəndən sonra isə ərazini daşlarla müasirəyə alırlar. Axşam saatlarında maşını ərazidə parkink etmək istəyərkən əvvəl maneəçilik törətdilər, dedilər, maşını burada saxlasan sənə yaxşı olmayacaq, üstündən bir neçə dəqiqə keçməmiş dediklərin etdilər, yeni aldığım avtomobilin üzərinə böyük kubik daşı ataraq demək olar maşna ciddi ziyan vurdular, dərhal hüquq-mühafizə orqanlarına muraciət etdim, şikayətim Binəqədi rayon 5- ci polis bölməsində araşdırılır, bunlar kimə güvənir, arxalarında kim dayanır?
Bakının mərkəzində belə qoçuluq edirlər, ümüdvaram bu mağaza və mağazanın sahibləri haqqında polislərmiz ciddi ölçü götürəcək və araşdırmadan sonra mənə dəymiş ziyan ödəniləcək deyə sonda tanınmış blogger bildirib.
Erməni futbolçularla birlikdə meydana daxil olarkən valideyninin göstərişi ilə erməni futbolçunun əlindən tutmaqdan imtina edən 3-4 yaşlı qız türk sosial şəbəkə istifadəçiləri tərəfindən milli qəhrəman elan edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bir çox türk istifadəçisi bunu ermənilər üzərində qələbə hesab edir, bəziləri isə 3 yaşlı qızın türklərin şərəfini qoruduğunu iddia edir.
Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi gün ərzində bir xeyli dövlət başçısını telefonla narahat edib, Azərbaycandan şikayət edib. Paşinyanın zəng etdiyi liderlər arasında qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili də olub. Paşinyan o biri liderlərə dediyini Qaribaşviliyə də təkrarlayıb: “Azərbaycan prezidenti ilə görüşməyə hazıram”. İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyini bir ildən artıqdır vurğulayır. O bu məqsədlə bir neçə dəfə Bakıya və İrəvana səfərlər edib. Prezident İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət baxarkən, Nikol Paşinyan İrakli Qaribaşviliyə konkret heç nə demirdi. Makrona yalvarmaqdansa, Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanda görüşmək məqbul olmazmı? Böyük ehtimalla İrakli Qaribaşvili İlham Əliyevə də zəng edərək üçlü görüş üçün Tiflisi təklif edə bilər. Elxan Şahinoğlu Teref.az
Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan erməni terrorçu Vaqif Xaçaturyanla Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimovun üzləşdiyi haqda məlumat vermişdik. Dindirilmə zamanı Xaçaturyan bir neçə məqama toxunub. O, Meşəli sakini olan 3 azərbaycanlının ermənilərə məlumat ötürdüyünü deyib.
Məsələ ilə bağlı Globalinfo.az Azay Kərimovla əlaqə saxlayıb.
Azay Kərimov bildirib ki, Xaçaturyan fotoda gördüyü şəxslərdən üçünün adını açıqlayaraq, doğrudan da onların ermənilərlə əlbir olduğunu deyib:
“Xaçaturyan həmin 3 nəfər Meşəli sakininin fotosunu müstəntiqə göstərdi və onların zamanında ermənilərə işlədiyini, kənd camaatını düşmənə satdıqlarını dedi.
Mənim anadan olduğum Malıbəyli kəndi Xankəndiyə çox yaxın idi. Düzü o vaxt ermənilərlə münasibətlər yaxşı idi, onlar gəlib Azərbaycanın Qarabağ ərazisində yaşayırdılar, işləyirdilər, bir-birimizin xeyir-şər işlərində iştirak edirdik. Heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa ermənilər bizim torpağımızı işğal edər. Biz bir də ayıldıq ki, sən demə, ermənilərin fikri başqa imiş”.
A.Kərimovun sözlərinə görə, münaqişələri qızışdıran Köçəryan, Sərkisyan və Dadamyan olub:
“Köçəryanın Ermənistandan gələn muzdlulardan ibarət komandası var idi. Onların vəzifəsi ermənilər yaşayan kəndləri gəzmək, silah götürüb azərbaycanlıya qarşı vuruşmaq istəməyənləri, mintinqə çıxmaq, azərbaycanlılara işgəncə verməkdən imtina edənləri cəzalandırmaq idi. Kim döyüşdən imtina edirdisə, həmin adamın kənddə digərlərinin gözü önündə qızına, gəlininə, arvadlarına zor tətbiq edirdilər, ya da döyüşməkdən imtina edəni öldürürdülər.
Kənd camaatı bizə qarşı çıxmaq istəmirdi, amma o rəzaləti, işgəncəni görüb, qorxurdular”.
Cümə axşamı Avropanın hər yerindən xilasedicilər Türkiyədəki mağaranın təxminən 1000 metr dərinliyində mədə qanaması keçirərək, sıxışıb qalan amerikalı tədqiqatçını xilas etmək üçün əməliyyata başlayıb.
Avropa Mağara Xilasediciləri Assosiasiyası bildirib ki, 40 yaşlı təcrübəli mağaraçı Mark Dikki Türkiyənin cənubundakı Buğa dağındakı Morca mağarasında üç amerikalı da olmaqla, bir neçə nəfərlə birlikdə keçirdikləri ekspedisiya zamanı qəflətən xəstələnib.
Xilasedicilər, eləcə də macarıstanlı həkim Dikkiyə çatıb ona yardım etsələr də, xərəyin keçə bilməyəcəyi çox dar yerlər olduğu üçün onu mağaradan çıxarmaq günlər, bəlkə də həftələr çəkə bilər.
Türkiyənin Kommunikasiyalar İdarəsi tərəfindən cümə axşamı təqdim edilən video-mesajda mağarada olan Dikki mağaradakılara və Türkiyə hökumətinə göstərdikləri səylərə görə təşəkkür edib. "Mağaraçılıq dünyası həqiqətən çox sıx bağlı bir qrupdur və nə qədər insanın münasibət görməsi heyrətamizdir. Mənim fikrimcə, Türkiyə hökumətinin mənə lazım olan tibbi yardımı göstərmək üçün təcili reaksiyası həyatımı xilas etdi. Mən ölümə çox yaxın idim" - deyə, Dikki bildirib.
Videoda ayaq üstə və hərəkət etdiyi görünən Dikki diqqətli olduğunu və danışa bildiyini desə də, "daxildən sağalmadığını" və mağaradan çıxmaq üçün yardıma ehtiyacı olduğunu bildirib. Onun mağaranı xərəklə və ya öz ayaqları ilə tərk edib-etməyəcəyinə həkimlər qərar verəcək.
Nyu Cersidə yerləşən Mağara Xilasetmə Qrupunun bildirdiyinə görə, Dikkinin mədəsindəki qanaxma, qusma dayandırılıb və günlər ərzində ilk dəfə yemək yeyib. Onun tibbi probleminin nədən qaynaqlandığı bəlli deyil.
Nyu Cersi İlkin Müdaxilə Qrupu bildirib ki, xilasetmə işləri çox sayda komanda və daimi tibbi yardım tələb edəcək. Qrup deyib ki, mağara olduqca soyuqdur - Selsi ilə təxminən 4-6 dərəcə.
Mütəxəssislər deyirlər ki, Dikkini uğurla xilas etmək çətin olacaq.
Türkiyə Speleologiya Federasiyasından Yusuf Öğrenecek bildirib ki, mağara xilasetmə əməliyyatında ən çətin işlərdən biri xərəyin aşağı dərinliklərdən keçməsi üçün dar keçidlərin genişləndirilməsidir.
Ögreneceyin dediyinə görə, xərə xətləri çox əmək tələb edir və təcrübəli mağara xilasediciləri uzun saatlar işləməli olacaq. O, aşağı temperaturda palçıq və suda naviqasiyadan tutmuş, mağarada uzun müddət qalmağın psixoloji təsirlərinə qədər, digər çətin amillərin də olduğunu əlavə edib.
Macarıstanın Mağara Xilasetmə Xidmətindən Marton Kovaç Dikinin təhlükəsiz çıxarılması üçün mağaranın hazırlandığını bildirib. O, keçidlərin genişləndirildiyini, qayaların uçması təhlükəsinin aradan qaldırıldığını deyib. amerikanınsesi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 07 sentyabr 2023-cü il tarixdə saat 21.25 radələrində, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. Teref.az
AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçının keçirildiyi Eskişehir stadionu qürurlu anlara səhnə olub.
Belə ki, oyuna gələn azarkeşlərdən biri özü ilə Azərbaycan bayrağı gətirib.
Bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov işə çıxır.
DİA.AZ bildirir ki, bu barədə Hit.az-a müğənni Dəniz Əsədova bildirib.
Məlumat üçün deyək ki, Rauf İsfəndiyar Dəniz Əsədovanın şikayəti əsasında məsuliyyətə cəlb edilib. Müğənni iddia edir ki, onda olan məlumatlara görə, keçmiş baş həkim istintaq altında olmağına baxmayaraq işə çıxır, xəstə qəbul edir, hətta bəzi vətəndaşlara pensiya düzəldir.
"Bu adam barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Amma o işlədiyi xəstəxanaya gedərək ağ xalatını geyinib xəstə qəbul edir. Bu necə ola bilər axı?”, deyə Dəniz Əsədova bildirib.
Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binanın sakinləri mənzillərinin artırmalarının təzminat ödənilmədən sökülməsinə etiraz edirlər.
Belə ki, sözügedən bina sakinləri təxminən 30 il bundan əvvəl yaşadıqları mənzillərin qarşısında əlavə artırmalar edib, tikinti işləri həyata keçiriblər. Şikayətçilərin iddialarına görə, bu işləri görərkən aidiyyəti dövlət qurumlarının şifahi razılığını da alıblar. Tikintini başa çatdırandan indiyə qədər bu qaydada yaşayıblar.
Hazırda isə sözügedən bina plana düşüb və tamamilə sökülərək yerində yeni yaşayış binasının tikilməsi qərarlaşdırılıb. Bu məqsədlə söküntü işləri aparılarkən mənzillərin qarşısındakı artırmalara görə heç bir təzminat verilmir. Bu da vətəndaşların narazılığına səbəb olur. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: