Ardını oxu...
Teref.az yazır ki, məşhur jurnalist. "Prima TV" nin baş redaktoru Aygün Muradxanlının hava alanında çemodanını sındırıblar. Bu hadisə ilə bağlı Aygün xanım yazır:
"Bu, oktyabrdan bəli AZAL-ın sındırdığı ikinci çemodanımdır. Hər dəfə hava limanının yerüstü xidmətləri bir dənə kağız verir ki, buyrun, qeydiyyata alındı, sizə dəyən ziyan ödənəcək.
Ardını oxu...
AZAL adama pul ödəyər??? Oktyabrdan sınan çemodan üçün inadına bəlkə 45-50 dəfə zəng elədim verdikləri nömrəyə. Ya qulağıma mahnı çaldı, ya da kimsə dedi ki, qeydiyyata alınıb, sizə zəng edəcəyik. O zəng gəlməmiş, ikinci ziyanı da vurdular. Bu dəfə əl çəkən deyiləm. İndilik ən böyük arzum bənövşəyi çemodanların Cahangirin burnundan gəlməsidir. Elə çemodan formasında."
Ardını oxu...
Sizə isə əziz dostlar, məsləhət görürəm dünyanın ən böyük quldur şirkətlərindən olan AZAL-dan istifadə eləsəz, yola həsir zənbillə çıxın. Bəlkə Cahangir həsiri yeməyə.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Tacikistanın şimalında, Düşənbə-Çanak magistralının Suqd rayonuna gedən hissəsində qar uçqunu nəticəsində 3 nəfər ölüb.

Bu barədə bazar günü “Innovative Road Solutions” (IRS) şirkətinin yola xidmət göstərən Tacikistandakı filialı məlumat verib.

“Düşənbə-Çanak avtomobil yolunun 157-ci km-də (Şaxristan aşırımı) “Musso” markalı avtomobil qar uçqunu altında qalıb. Nəticədə 3 nəfər yerindəcə ölüb, bir sərnişin isə Şəhristan rayon xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.

Xatırladaq ki, fevralın 15-də Tacikistanın Dağlıq Bədəxşan vilayətində və Varzob rayonunda baş vermiş bir neçə qar uçqunu nəticəsində 18 nəfər həyatını itirmişdi.

Mənbə: TASS
 
Ardını oxu...
Təbii fəlakət qurbanlarının sayı 44 min 374-ə çatıb

Türkiyədə dəhşətli zəlzələ qurbanlarının sayı açıqlanıb. AYNA “Anadolu” agentliyinə istinadən bildirir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 44 min 374-ə çatıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
 
Ardını oxu...
İtaliyanın Kalabriya bölgəsinin şərq sahillərində miqrantların olduğu gəminin batması nəticəsində azı 30 nəfər ölüb.

Cebhe.info-nun İaliyanın ANSA xəbər agentliyinə istinadən məlumatına görə, Krotone əyalətindəki dənizkənarı kurort olan Steccato di Cutroda sahildə 27 cəsəd tapılıb. Daha üç cəsəd suda tapılıb.

“Adnkronos” xəbər agentliyi miqrantları daşıyan gəmidə 100-dən çox adamın olduğunu, 50-yə yaxın insanın xilas edildiyini bildirir.

İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan gəmi pis hava şəraiti səbəbindən qayalara çırpılıb.
Ardını oxu...
Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.

Report-un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.

Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
 

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

 

Sənədli filmdə ermənilər tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.

DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.

Məlumata görə, sözügedən mərkəz Tiqran Abramyan tərəfindən yaradılıb. O, qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyib.

DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib. Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa cəhd götərir, əsasən, milli etnik azlıqlara üstünlük verir.

Bu hal nəzərə alınaraq əməliyyat keçirilib. Belə ki, DTX ölkəmizdə yaşayan etnik azlıq nümayənsi obrazı yaradaq onunla əlaqəyə keçib. O, yaradılan obrazla əlaqə quraraq çalışırdı ki, müxtəlif hərbi hissələrdə özünə mövqelər yaratsın.

Bu şəxslərin məqsədi pul müqabilində Azərbaycan haqqında məlumatlar toplamaqdan ibarət olub.

Daha ətraflı videoda:
[url=<iframe width="560" height="315" src="//ok.ru/videoembed/4694771894890" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>]My Webpage[/url]
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/4694771894890" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

 

XalqXeber.Az
Ardını oxu...
Bakıda baş verən ağır qəzada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

***

24.02.2023

Saat 22:36

Bugun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib

APA xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Artıq 10 ildir ki, Azərbaycanda yağıntının miqdarı azaldığı üçün quraqlıq keçir. Əgər Bakı şəhərinə əvvəl 200 millimetr miqdarında yağıntı olurdusa, indi o da düşmür. Dağlarda qar bu il yağmağa başlayıb. Buna görə növbəti aylarda suyun miqdarı bir az da olsa arta bilər.

Bunu Axar.az-a ekoloq Telman Zeynalov Azərbaycanda içməli suyun azalmasını şərh edərkən deyib.

Ekoloq suyun miqdarının azalmasının səbəbini dövlət qurumlarının məsuliyyətsizliyində görənlərin məsələyə doğru yanaşmadığını bildirib. Eyni zamanda bəzi məmurların hektarlarla ərazisi olduğunu və suyu burada suvarma üçün istifadə etdiklərini də vurğulayıb:

“Həmçinin, onlar balıq yetişdirmək üçün göllər yaradıblar. Bu da öz növbəsində çaylarda suyun azalmasına səbəb olan amillərdəndir.

Bunun qarşısını almaq üçün ancaq vətəndaş cəmiyyəti şurası yaradılmalıdır. Bu şura isə bütün Azərbaycanı gəzib prosesə nəzarət etməli, qanun pozuntularını müəyyən edib, onların qarşısını almalıdır”.
Ardını oxu...
Masallıda 3 itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.

Teref.Az bildirir ki, bu barədə Qaynarinfo-ya rayonun Viləş kəndindən məlumat verilib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan 3 it ona hücum edib. Yaxınlıqda Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər 3 it Ceyhunu parçalayıb.

Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyib: "İtlər onu elə parçalamışdı ki, bağırsaqları bayırda idi. Apardılar xəstəxanaya, elə oradaca dünyasını dəyişib”.

Ceyhuna köməyə gələn iki nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.
Ardını oxu...
Azərbaycanda mütəşəkkil qruplar tərəfindən kredit dələduzluğu halları genişlənir.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bir qədər əvvəl bankların adından saxta kredit təklifləri ilə vətəndaşlara qarşa edilən dələduzluq halları artıq qeyri-bank sektorunda da müşahidə edilir.

Artıq ölkədə vətəndaşlara telefon zəngi və ya bəzi sosial şəbəkələr vasitəsilə BOKT-lar adından kredit təklifləri başlayıb.

TEREF.AZ bildirir ki, belə kredit təşkilatlardan biri, ölkənin tanınmış Bank olmayan kredit təşkilatından (əsassız olaraq reputasiyasına zərər gəlməməsi üçün BOKT-un adı çəkilmir) məsələ ilə bağlı FED.az-a müraciət edib.

Müraciətdə bildirilir ki, son 2-3 gündə bəzi vətəndaşlar sözügedən BOKT-a müraciət edərək onlara kredit vəd edildiyini və buna görə xidmət haqqı da ödədiklərini bildirirlər.

BOKT tərəfindən aparılan ilkin araşdırma zamanı, vətəndaşların dələduzluq halı ilə rastlaşdığı və BOKT-un adı ilə aldadıldığı məlum olub. Məlum olub ki, vətəndaşların telefon nömrələrini əldə edən fırıldaqçılar özlərini BOKT nümayəndələri kimi qələmə verərək vətəndaşlara kredit vəd edib və bunun müqabilində xidmət haqqı tələb ediblər. Bəzi qrupların sosial şəbəkə – Tik-Tok və İnstagram üzərindən də vətəndaşlara saxta təkliflər etdiyi məlum olub.

Bəzi vətəndaşlar bu müraciətlərə inanaraq tələb edilən ödənişi yerinə yetiriblər.

BOKT tərəfindən bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma davam edir.

Maliyyə təşkilatı ölkə vətəndaşlarına belə müraciətlər edilərkən ehtiyatlı olmağı, ödəniş etməməyi və kart məlumatlarını paylaşmamağı tövsiyə edir.

BOKT bildirir ki, heç bir ciddi kredit təşkilatı kredit üçün ödənişi və ya komissiya haqqını əvvəlcədən tələb etmir. Komissiya haqqı yalnız kredit tam rəsmiləşdirildikdən sonra ödənilir.
 

Dünyapress TV

Xəbər lenti