Ardını oxu...
Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən daha 2 şəxs hava limanında Bakı-İstanbul reysində saxlanılıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, onlar təcili şəkildə bilet alaraq İstanbula uçmaq istəyiblər. Lakin bu zaman xüsusi xidmət orqanları əməkdaşları həmin təyyarəni uçuşa hazırlaşarkən uçuş zolağından geri qaytarıblar. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər elə təyyarə salonundaca qandallanıb.
Qeyd edək ki, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı atışma baş verib. hadisə Nicat adlı şəxsə görə baş verib. Belə ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində, “Vurğun Rezidens”də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də, istəyinə nail ola bilməyib.
Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
 
Ardını oxu...
Bir müddət öncə Bakıdakı iri marketlərdən birində baş verən oğurluq hadisəsi, indi isə şəhərin mərkəzindəki atışmada insanların güllələnməsi ölkənin kriminogen durumu ilə bağlı məsələni gündəmə gətirib. Son zamanlar bu kimi hallarının sayında baş verən dəyişiklik cəmiyyətin narahatçılığına səbəb olub. Bəs görəsən belə kriminogen halların sayı niyə artır və bununla mübarizədə cəmiyyətin üzərinə hansı məsuliyyət düşür?

Mövzunu KONKRET.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Elman Nurəliyev bildirib ki, insan mövcud olduqca şəxsi həyata qəsd, oğurluq, talan və bu kimi hadisələr baş verəcək: “Belə kriminogen hadisələrə qarşı bütün dünya mübarizə aparır. Azərbaycanda da hüquq mühafizə orqanları bu cür halların sayının minimuma endirilməsi istiqamətində ciddi səy göstərir. Amma həyat fəaliyyəti olan yerlərdə təhlükə riskinə qarşı hazırlıqlı olmalıyıq. Yəni həm mənəvi, həm psixoloji, həm də praktiki cəhətdən hazırlıqlı olmaq vacibdir. Bu kimi hadisələri müxtəlif kateqoriyalara bölmək olar. Məsələn, obyektlərə, şəxslərə qarşı olan təhdidlər var. Obyektlərə qarşı olunan təhdidlərin sayını minimuma endirmək üçün bütün təhlükəsizlik tədbirlərini vaxtında görmək lazımdır. Əgər obyektdə pul və digər qiymətli əşyalar saxlanılırsa, yaxud insan fəaliyəti varsa, b zaman oğurluq, qarət və talan planı hədəfə çevriləcək. Ona görə də, bu cür obyektlər öz təhlükəsizlik sistemlərini elə qurmalıdırlar ki, özlərini baş verəcək kriminogen hadisələrdən sığortalaya bilsinlər. Yəni nəzarət müşahidə kameraları qurulmalı, buraxılış sistemi olmalıdır. Orada çalışan bütün işçilərə təhlükəsizlik təlimləri keçirilməlidir. Məsələn, insanlara bu cür hadisələr zamanı nə etməli və şübhəli şəxsi necə müəyyənləşdirməli olduğu, nəzarətsiz çantalara necə yanaşılması aşılanmalıdır”.
Ekspert əlavə edib ki, ictimai işlərlə məşğul olan, yaxud vəzifə daşıyan şəxslər də öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmalıdır: “Təbii ki, heç kim 100 faizlik sığortalanmadan danışmır. Amma önləyici tədbirlər görməklə bu cür hadisələrdən minimal zərərlə qurtulmaq mümkündür. Həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı kurslar fəaliyyət göstərir. Biz müraciət edənlərə bu cür kurslar təşkil edirik. Təhlükəsiz əmək şəraitinin yaradılmasından tutmuş, işdən kənar hallardakı təhlükəsizlik tədbirləri ilə bağlı bütün mövzularda təlimlər keçirilir. Sadəcə olaraq insanların bu təlimlərə marağı yoxdur. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına qarşı biganəlik mövcuddur. İnsanları saxlayıb 30 saniyəlik təlim keçməyə və təhlükəsizlik məsələlərini izah etməyə çalışanda belə, onlar bunu vaxt itkisi kimi xarakterizə edirlər və yayınırlar. Ona görə də, insanların yanaşması və düşüncəsi dəyişməlidir”.
Ardını oxu...
“Biz də eşitmişik ki, bu il "Heydər Əliyev İli" münasibətilə böyük əfv sərəncamı imzalanacaq. Hər il olduğu kimi bu il də ümid edirik ki, Cahangir azadlığa çıxacaq". Bunu Gununsesi.info-ya açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bildirib.

Qardaşının Azərbaycan dövlətinə, mərhum Heydər Əliyevə və indiki ölkə rəhbərinə sadiq olduğunu vurğulayan Əminə Hacıyeva bildirib ki, Cahangir Hacıyevi qabiliyyətinə görə Heydər Əliyev irəliyə çəkib: “Heydər Əliyev onu şəxsən çağırıb, işə təyin edib. Bunu heç kəsin xahişi olmadan edib. Çünki Cahangir qardaşım olsa da çox bilikli, istedadlı insandır. Bir neçə ildir ki, o, həbsdə qalır. Biz onun azadlığının İlham Əliyevin iradəsindən asılı olduğunu düşünürük”.

Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik edib. Hökmə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabiq bankir rəhbərlik etdiyi dönəmdə bankda baş verən qanunsuzluqlarda, ayrılan milyonlarla kreditin geri qaytarılmamasında günahlandırılıb. Cahangir Hacıyevin ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Cahangir Hacıyev və Eldar Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub. Bu yaxın qohumluq əlaqəsi onun imkanlarını və bank sektorundakı nüfuzunu daha da möhkəmləndirdi.

Lakin hər iki şəxsin, Eldar Mahmudov və Cahangir Hacıyevin ulduzu eyni vaxtda söndü. Eldar Mahmudovun gedişi ilə Cahangir Hacıyevin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü. Cahangir Hacıyev 8 ildir həbsdədir və görünür ki, azadlığa buraxıla bilər.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Cahangir Hacıyevin əfv olunacağına o qədər də inanmır. Hüquqşünas belə bir ehtimalı istisna etmir: “Azərbaycanda iqtisadi cinayət törətmiş şəxslər əsasən hansısa əmlakı, yaxud da külli miqdarda büdcə vəsaitini mənimsəyən şəxslərin həbsi, məhkəməsi və az sonra azadlığa buraxılması adi hal alıb. Adamlar böyük məbləğləri mənimsəməklə dövlətə, ayrı-ayrı vətəndaşlara çox böyük iqtisadi zərər vururlar. Həbsə alınandan sonra həmin mənimsədikləri məbləğin 15-20 faizini xərcləyir və azadlığa çıxırlar. Nəticədə belə mənimsəmələr, büdcə pullarını oğurlamalar, vətəndaşlara qarşı vəzifə daşıyıcılarının mütəşəkkil dəstə şəklində cinayətlərinin sayı artır. Bir tərəfdən tv-lərdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" prezident fərmanından danışırlar, o biri tərəfdən isə dövlətə, xalqa qarşı iqtisadi cinayətlər etmiş şəxsləri azad edirlər. Azərbaycan vətəndaşında məhkəmə-hüquq sisteminə inam elə belə də yerlə sürünür. Bu cür hallar isə bu inamsızlığı daha da dərinləşdirir.

Konkret Cahangir Hacıyevə gəldikdə, ona qarşı irəli sürülən ittihamlara nəzər salsaq, bu adam uzun illər ölkənin sistem xarakteri daşıyan bankına rəhbərlik edib və həmin bankı rəsmən çapıb talayıblar. Aydın məsələdir ki, bu cinayəti Cahangir Hacıyev təkbaşına etməyib və edə də bilməzdi. Lakin məhkəməsində Cahangir Hacıyev bu haqda susmağa üstünlük verdi. Yəni özünün cinayət ortaqlarını ələ verməkdən yayındı. Belə bir halda ona qanunun ən sərt üzü göstərilməli idi. Onun məhkəməsi çoxsaylı qanun pozuntları ilə aparıldı. Bununla belə, barəsində çıxarılan hökm dəyişdirilməməlidir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də Azərbaycan Respublikasının ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4 milyard 100 milyon manat təşkil edib. Cahangir Hacıyevin azadlığa buraxılması onun yolu ilə getmək istəyənləri həvəsləndirəcək. Bu baxımdan, Cahangir Hacıyevə humanist münasibət qəbulolunmazdır və gələcəkdə dövlətə xeyir verməyəcək".

Hüquqşünas deyir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” prezident fərmanına görə vurduğu iqtisadi zərəri ödəməyən şəxs məhkəmənin müəyyən etdiyi cəzanı tam şəkildə çəkməlidir: “Bunun üçün cəzaçəkmə müəssisələrində rüşvət yığışdırılmalı, qandallanmış korrupsionerlər üçün türmədə lüks yaşayış şəraiti tam şəkildə aradan qaldırılmalıdır. Bu gün dövlət büdcəsini talayan məmurlar həbsə düşəcəkləri halda türmədə aylıq 5-10 min manat hesabına günlərinin pis keçməyəcəyini bilirlər. Ona görə də çox böyük məbləğlər oğurlamağa iştahlıdırlar. Bilirlər ki, oğurladıqlarının az bir hissəsini verib türmədə yaşayışlarını təmin edəcəklər. Yəni özünə orada yüksək şəraitli kamera düzəltdirə biləcəklərinə əmindirlər. Belə münasibətlər sisteminin varlığı büdcə oğurluqlarını stimullaşdırır”.

Hüquqşünas məsələnin digər tərəfinə də diqqət çəkdi: “Məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır. Digər tərəfdən, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq. Təəssüf ki, məhkəmə sistemi də Prezidentin təşəbbüslərini əngəlləyir. Məsələn, 2018-ci ildə dövlət başçısı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Onun bəzi müddəaları hələ də icra olunmayıb. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Burada məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Bu gün ortaya qoyulan axtarış sistemi dünyanın ən qəliz sistemlərindən biridir. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir. Bu, prezident fərmanına əhəmiyyət verilməməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən geniş yayılmış cinayət dələduzluq və oğurluqdur. İndi dələduzluq üzrə maddələrdə nəzərdə tutulub ki, bir şəxs vurduğu zərəri ödəyirsə, bundan başqa vurduğun zərərin yarısını dövlət büdcəsində keçirirsə, məsuliyyətdən azad olunur. Cəza siyasətinin humanistləşdirilməsi cəza ilə bağlı məsələlərin iqtisadi tərəfinin də həllini tənzimləyir. Azadlıqdan məhrumetmə dövlətə heç də ucuz başa gəlmir. Penitensiar Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq. Böyük nəzarətçi korpusu, çoxsaylı maşın parkı, idarəetmə aparatı təkmilləşəcək. Oğurluq, dələduzluq, vergidən yayınma, mənimsəmə kimi cinayətlərdə vətəndaş vurduğu ziyanı ödəyirsə, üstəlik cərimə də ödəyirsə, onu həbs etməklə nəyə nail olmaq olar? Bu sahədə cərimələrin artırılması da düzgündür. Bundan dövlət büdcəsinə ancaq xeyir var. Digər tərəfdən də bu hallar korrupsiya cinayətlərinin də qarşısını alacaq. Azərbaycanda vətəndaşların əksəriyyətinin ən qorxduğu məsələ azadlıqdan məhrum edilmədir. Ən kasıb, imkansız birinə həbs təhlükəsi yaranırsa, qohum-əqrəba, dost-qardaş bir yerə toplanır, pul yığır və çıxış yolu aramağa, həbsdən yayındırmağa yollar axtarırlar. Hakimə, prokurora yollar axtarırlar ki, məsələni həll etsinlər. Onsuz da yol tapır, pullarını verirlər. Belədirsə, qoy həmin pullar kimlərinsə cibinə deyil, dövlət büdcəsinə getsin. Korrupsiya olanda vətəndaşın xərci qat-qat artıq olur. Belə isə vətəndaş vurduğu ziyanı ödəyəcək, dövlət büdcəsinə cərimə ödəyəcək. Bu, məsələnin daha ədalətli həlli olmaqla yanaşı, büdcəni məhbusa pul ayırmaqdan azad edir və büdcəyə əlavə gəlir daxil olmasına yol açır. Əgər Cahangir Hacıyev azadlığa çıxmaq istəyirsə, bu ona təxminən 6 milyard manatdan bir qədər artıq vəsaitə başa gələcək. Qanun bunu deyir. Belə bir şəxsin əfvlə azadlığa çıxması qanunların əhəmiyyətini xeyli azalda bilər".
“Yeni Müsavat”
 

Ardını oxu...
Kür çayının Salyandan keçən hissəsində çayın mənsəbi qurumağa başlayıb. Quruyan təkcə Kür deyil, həm də salyanlıların ümidləridir.

Rəşid Babayev gəncliyini xatırlayır. Deyir, vaxt var idi Kürdə suyun qarşısını almaq olmurdu:

"Yadıma gəlir 76-cı il. Kür buraları basmışdı. İndi su yoxdu, əkinlər nə günə qalıb."

Kürün suyunun çəkilməsi Neftçalada da kəndlilərin vəziyyətini çətinləşdirib. Şorkənd sakini Vaqif Bağırov deyir, Kürün qurumasına görə ağacları məhv olmaq üzrədir:

"Ağıllı oğlum, 300-ə yaxın ağacım var, hamısı yanıb. Görürsən nə gündədir? Hamısı gilas ağacıdır."

Kəndlilərin dərdi bununla da bitmir. Vaqif kişi deyir, bilmir saxladığı heyvanlara su tapsın, yoxsa əkin-biçinə, yaxud içməyə.

Balacaxanım Ağalarova da Şorkənd sakinidir. Deyir, nəinki həyət-bacaya, heyvana, heç içməyə də su tapmırlar. Kəndə isə gün ərzində 2 saat su gəlir, o da içməli deyil:

"Təsərrüfat əldən gedib. Bu dəqiqə fikirləşirik ki, balaca nəvələrimizə nə verək içməyə?

Kəndlilər hələki içməli suyu pulla alırlar. Amma deyirlər, buna da imkanları çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunur ki, Kürdə suyun azalmasına səbəb iqlim dəyişikliyidir. Yağış yağanda problem həllini tapacaq.

Görünən budur ki, çörəyi Kürdən çıxanların problemini yalnız yağış həll edə bilər. O da nə vaxtsa yağsa.

Toplum TV

 
Ardını oxu...
Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr müəyyən edilir. Bu, Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media Haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altıyüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklik isə informasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimədir. Bu dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manata qədər, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manata qədər, hüquqi şəxslər iki min manatdan üç min manata qədər cərimə olunacaq.

Bundan əlavə, media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Sonda layihələr səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Öz növbəsində, media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bu cərimlərin yeni olmadığını deyir. Onun fikrinə görə, buna baxmayaraq, bu dəyişikliklər jurnalistləri xeyli incidəcək bir məsələ olacaq.

“Bunlardan bəziləri qanunvericilikdə onsuz da var idi. Məsələn, jurnalistin qanuni sorğusuna cavab verməmək 500 manatadək cərimə olunurdu indiyə qədər. Bu günə qədər, demək olar ki, tətbiq olunmayan normadır. Heç bir dövlət qurumuna qarşı bu, tətbiq oluna bilmirdi. Hətta son olaraq 2022-ci ildə bununla bağlı Ombudsman bir qərar vermişdi. Onu da məhkəmə ləğv elədi. Faktiki olaraq, bu işləməyən bir müddəadır. Bunun bir mənası yoxdur. Təəssüf ki, bu istiqamətdə jurnalistlərin sorğuları zaman-zaman uzun müddətdir cavabsız qalır. Hətta məhkəmə proseslərində öhdəlik olsa belə, sonra məhkəmə qərarı ilə öhdəlik qoyulsa belə, onlar icra olunmur”.

Onun sözlərinə görə, qanunvericilikdə əvvəllər də jurnalistin işinə mane olmağa görə inzibati cəza normaları var idi. Amma onlar heç vaxt tətbiq edilməyib. Məsələn, indiyədək heç bir polis əməkdaşı jurnalistlərin etiraz aksiyalarında çəkiliş aparmasına maneə törətdiyinə görə cəzalandırılmayıb.

Ekspert həmçinin jurnalistlərin qadağan olunmuş məlumatın dərc edilməsinə görə cəzalandırılması məsələsinə də toxunub. O, bu məsələ ilə bağlı məhkəmə təhqiqatı aparılmadan prokurorların inzibati məsuliyyət haqqında qərar qəbul etməsini doğru hesab etmir.

Bu hüquq pozuntusuna görə 3 min manat cərimə müəyyən edilir ki, bu da media subyektlərinin gəlirinin az olması fonunda böyük məbləğdir. Bu, media üçün çəkindirici rol oynayacaq və onun azadlığını məhdudlaşdıracaq.(Turan)
 
Ardını oxu...
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskvada – Petrovka, 38 ünvanında yerləşən əsas binasında yanğın davam edir.

Editor.az bildirir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. Yanğın nəticəsində üçüncü mərtəbədəki tikinti materialları qopub düşüb. Hazırda binadan qalın tüstü yüksəlir.

Yanğınsöndürənlər hadisə yerində işləyir. Hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur”, – kanal yazır.
Ardını oxu...
Məşhur erməni mənşəli rusiyalı politoloq, media maqnatı Aram Qabrielyanov Ermənistana buraxılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

O bildirib ki, İrəvan aeroportuna çatdıqdan sonra pasportunda problem olduğu deyilib. Daha sonra isə Ermənistan XİN-in "arzuolunmaz şəxs"lər siyahısında olduğu açıqlanıb.

Bizi Telegram-da izlə
 
Ardını oxu...
Türkiyənin Rize şəhərində səhər saatlarından başlayan fırtına bəzi evlərin damını uçurub, ağacların budaqları qopub.

Binalardan uçan tikinti materialları ətrafa səpələnib. Park edilmiş avtomobillərin üzərinə düşən dam örtükləri və budaqlar Güneysu-Rize avtomobil yolunu qismən nəqliyyata bağlayıb. Quru yolu və bələdiyyə qruplarının təmizlik işlərinin ardından yol yenidən açılıb.

Mənbə: DHA
 
Ardını oxu...
Son günlər Kür çayının suyunun çəkilməsi narahatlıq yaradan problemlərdəndir. Çayın tamamilə quruduğu bildirilir. Belə ki, Kürdə suyun azalması əkin sahələrinin suvarma və əhalinin içməli su ilə təmin olunmasında çətinliklər yaradıb. Çayın tamamilə quruması gələcəkdə Azərbaycanda su qıtlığının yaranmasına və bir sıra sosial problemlərə səbəb ola bilər. Bəs, görəsən Kür çayının qurumasının səbəbi nədir?

Movzu ilə bağlı ekoloq Telman Zeynalov KONKRET.az-ın sualını cavablandırıb:

“Kür çayı Türkiyədən başlayır və Gürcüstandan keçdikdən sonra Azərbaycana gəlir. Türkiyə su qıtlığı səbəbindən kənd təsərrüfatı üçün 50% suyu Kür çayından götürür. Qalan hissəsi isə Gürcüstan ərazisindən keçir. Ancaq burada çaylar həddindən artıq olduğu üçün Kürün suyuna o qədər də ehtiyac duymurlar.

Bu gün söhbət Azərbaycan ərazisindən gedir. Ölkədə bu və ya digər şəxslər hektarlarla ərazi alıb, Kürün suyundan istifadə edərək, özlərinə su anbarları yaradıblar. Ona görə də Xəzər dənizinə yaxın olan Salyan, Neftçala rayonları içməli su problemi yaşayırlar. Dövlət bu məsələlərə nərazət etməlidir. Azərbaycanda su qıtlığı var və 10 ilə yaxındır ki, quraqlıq keçir. Yağıntının miqdarı demək olar ki, 10%-dir. Ona görə də problemin qarşısını almaq üçün rayonlara gedərək, əkin sahələri və su anbarlarında yoxlamalar aparılmalıdır”.
 

Ardını oxu...
"Şikayətim "Azərsu"dandır..."Bu barədə "Müştərinin Səsi" sosial qrupunda Ülfət Hüseyn adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vətəndaş daha sonra yazır: "Qaraçuxur qəsəbəsinə 3 gündür su gəlmir, gah deyirlər bərpa işləri gedir, gah deyirlər təzyiq aşağıdı 9 cu mərtəbədə qaldığınız üçün sizə qalxmır...1 ci mrtəbədən ev alın, bizdə köçək ora... camaat qalıb susuz, belə biabırçılıq olar?"

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti